Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə26/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   22   23   24   25   26   27   28   29   ...   63

 YANVAR-MART, 2010  
  
81 
ölkə  olmaqla  yanaşı,  xəzər  re-
gionunun  nəhəng  enerji  resurs-
larına  malik  olan  mühüm  tran-
zit  ölkəsinə  də  çevrilməkdədir. 
mövcud  nəqlolunma  infrastruk-
turu  ilə  beynəlxalq  bazarlara  öz 
enerji  daşıyıcılarını  nəql  etmək 
məqsədilə Gürcüstan, türkiyə və 
rusiya  kimi  tranzit  ölkələrlə  ef-
fektiv əməkdaşlıq azərbaycanın qonşu ölkələr üçün ixracda tranzit 
şəbəkə rolunu gücləndirir.
 Böyük  istehlak  regionları  üçün  ardnŞ  xam  neftin  etibar-
lı  təchizat  mənbəyinə  çevrilib.  İxrac  coğrafiyası  nəzərəçarpacaq 
dərəcədə genişlənib. Hazırda şirkətin xam neft təchizatı dünyanın 
əsas istehlakçı sahələrini əhatə edir. aralıq dənizi tarixən ölkənin 
xam nefti üçün əsas ixrac regionu olub. 2006-cı ildə xam neftin yal-
nız 10-15 %-i uzun məsafələrə ixrac edilib. Bununla belə, hazırda 
ölkənin xam neft ehtiyatlarının təxminən 40%-i aralıq dənizi regi-
onundan kənarda satışa çıxarılır. məhsullar aralıq dənizi, Şimali-
qərb  və  mərkəzi  avropa,  Şimali  və  Cənubi  amerika,  asiya  və 
uzaq Şərq kimi dünyanın əsas istehlakçı regionlarına çatdırılır.
 Fərəhləndirici haldır ki, şirkət adi təchizatçıdan geniş imkanları 
olan təchizatçıya çevrildi. ardnŞ xam neftin böyük istehlakçıları 
ilə bir sıra uzunmüddətli müqavilələr bağlayıb. müddətli müqavilələr 
əsasında xam neftin ixracı, o cümlədən xərclər və vaxt şərti ilə da-
şınma  xam  nefti  birbaşa  olaraq  yekun  istifadəçilərə  -  neftayırma 
zavodlarına çatdırılmasına imkan yaradır və beləliklə, istehlak re-
gionlarında  enerji  təchizatının  təhlükəsizliyini  möhkəmləndirir. 
Bütün bunların nəticəsində şirkət enerji təchizatı sahəsində mühüm 
təhlükəsizlik faktoruna çevrilmişdir.
 ardnŞ-in ixrac fəaliyyəti yalnız neftin ixracı ilə məhdudlaşmır. 
xam neftlə yanaşı, ardnŞ özünün iki neftayırma müəssisəsində 
- Heydər əliyev adına Bakı neftayırma Zavodu və “azərneftyağ” 
neftayırma  zavodunda  istehsal  olunmuş  neft  məhsullarını  da  ix-
rac edir. Bu müəssislərdə təxminən 6 milyon xam neft emal edilir. 
Hər iki neftayırma zavodunun ümumi illik emal gücü təqribən 22 
milyon tondur. 2008-ci ildə ardnŞ təxminən 2.7 milyon ton neft 
məhsulunu (qazoyl, benzin, kerosin, mazut, sürtgü yağları) satışa 
Böyük  istehlak  regionları  üçün 
ARDNŞ xam neftin etibarlı təchizat 
mənbəyinə  çevrilib.  İxrac  coğra-
fiyası  nəzərəçarpacaq  dərəcədə 
genişlənib.Hazırda  şirkətin  xam 
neft  təchizatı  dünyanın  əsas  isteh-
lakçı sahələrini əhatə edir. 


82
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
çıxarmışdır.
 ardnŞ ölkədən kənarda həyata keçirilən layihələrdə daha fəal 
şəkildə iştirak etməyə başlayır və beləliklə, beynəlxalq səviyyədə, 
müxtəlif bazarlarda əməliyyatlarını genişləndirir.
 2008-ci  ildə ardnŞ-in  Cenevrədəki  xarici  ticarət  üzrə  filialı 
sOCar trading  sa  fəaliyyətə  başlamışdır.  qeyd  edə  bilərik  ki, 
bununla şirkətin fəaliyyəti keyfiyyətcə yeni səviyyəyə qalxmışdır. 
sOCar trading sa yalnız satıcı şirkət kimi fəaliyyət göstərir və 
nəinki azərbaycanın, o cümlədən digər təchizatçıların da xam nef-
tini  və  neft  məhsullarını  beynəlxalq  bazarda  satır.  Bu  yaxınlarda 
sOCar trading sa şirkətin satış əməliyyatlarını asiya və uzaq 
Şərq  regionunda  təşviq  etmək  və  dünyanın  bu  hissəsinə  diqqət 
yetirmək məqsədilə sinqapurda öz ofisini açmışdır.
 ardnŞ ixrac etdiyi neft məhsullarının əsas bazarlarından biri 
olan Gürcüstanda 23 yanacaqdoldurma stansiyası tikmiş və istis-
mara vermişdir. Şirkət öz məhsullarının pərakəndə satışı ilə məşğul 
olduğu həmin stansiyaların sayını artırmağı planlaşdırır.
 Ötən  ilin  may  ayında  Gürcüstanda  istismara  verilmiş  Kulevi 
qara dəniz terminalı fəaliyyət göstərir. terminalın sahibi ardnŞ 
2008-ci  ildə  terminal  vasitəsilə  təxminən  1  milyon  ton  neft 
məhsulunu daşımışdır. Bu il neft məhsullarının təqribən 800 min 
tonunu ardnŞ bu terminaldan istifadə edərək beynəlxalq bazar-
lara artıq çatdırmışdır. terminaldan digər ixrac edən tərəflərin neft 
məhsullarının çatdırılması üçün də geniş şəkildə istifadə olunur.
 2008-ci  ildə  ardnŞ-turcas/Injaz  konsorsiumu  (türkiyənin 
neftkimya Holdinqi) Petkimin 2.04 milyard aBŞ dolları dəyərində 
olan 51% səhmlərini aldı. Petkimin məhsulları, əsasən, türkiyənin 
neftkimya  bazarı  üçün  istehsal  olunur  və  şirkətin  bazarda  olan 
payı  2006-cı  ildə  27%  təşkil  etmişdir.  nəzərdə  tutulur  ki,  əlavə 
sərmayələr Petkimin türkiyə bazarındakı payını 40%-ə çatdıracaq-
dır.
ARDNŞ-in təbii qaz əməliyyatları sahəsində apardığı fəaliyyətlə 
bağlı məlumat
Ehtiyatlar/hasilat:  azərbaycanın  təsdiqlənmiş  qaz  ehtiyatları 
təxminən 3.5 trilyon kubmetr təşkil edir.


 YANVAR-MART, 2010  
  
83 
Hazırda azərbaycan ildə təxminən 27 milyard kubmetr qaz hasil 
edir və gözlənilir ki, bu rəqəm cari ildə 30 milyard kubmetrə çata-
caq.
“Şahdəniz”: qaz sahəsində əvvəlki onilliklər ərzində əldə olun-
muş ən son nailiyyət 1996-cı ildə “Şahdəniz” layihəsi ilə əlaqədar 
azərbaycan  və  beynəlxalq  konsorsium  arasında  imzalanmış 
müqavilə oldu. Bu layihədə böyük həcmdə neft gözlənilirdi, hal-
buki  burada  nəhəng  təbii  qaz  və  kondensat  yatağı  aşkar  olundu.
yataqda  çıxarıla  biləcək  qaz  ehtiyatları  ən  azı  1.2  trilyon  kub-
metr  təşkil  edir.  Konsorsium  aşağıdakı  şirkətlərdən  ibarətdir:  BP 
(layihənin  əməliyyatçısı)  və  norveçin  statoilHydro  şirkəti  –  on-
ların hər biri səhmlərin 25.5 faizinə malikdir; azərbaycan dövlət 
neft Şirkəti, rusiyaın lukoyl şirkəti, milli İran neft Şirkəti, Fran-
sanın total şirkəti – onların hər biri səhmlərin 10 faizinə malik-
dir;  türkiş  Petroleum  şirkəti  səhmlərin  9  faizinə  sahibdir.  eyni 
strukturla  ayrıca  konsorsium  yataqdan azərbaycan  və  Gürcüstan 
ərazisindən türkiyəyə gedən ixrac boru kəmərinə (Cənubi qafqaz 
boru kəmərinə) malikdir və onu idarə edir. Bu halda, BP texniki 
əməliyyatçı, statoil Hydro isə kommersiya əməliyyatçısıdır.
 “Şahdəniz”də kommersiya hasilatının birinci fazası 2007-ci ildə 
başlamış  və  2008-ci  ildə  onun  həcmi  8.5  milyard  kubmetrə  çat-
mışdır.  Bu  səviyyənin  2009-cu  ildə  9  milyard  kubmetrə  çatması 
gözlənilir.
 “Şahdəniz”də hasilatın ikinci fazasında növbəti illər ərzində ha-
silat həcminin 20 milyard kubmetrə çatması gözlənilir. ardnŞ-
in öz hasilatı təxminən 8 milyard kubmetr təşkil edir, bu həcmin 
hazırda işlənilən yataqlardan hasil olunan qazı artırmaqla və yeni 
layihələri həyata keçirməklə, şirkətin proqramına uyğun olaraq, 12 
milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Yerli bazar: ardnŞ yerli bazarda əsas qaz təchizatçısıdır (2006-
cı ilə qədər qaz tələbatı elektrik enerji stansiyalarında yandırılan 
mazut və rusiyadan idxal olunan illik 5 milyard kubmetr qaz hesa-
bına təmin edilirdi). Şirkət öz qaz hasilatı sayəsində ildə təxminən 
8 milyard kubmetr qaz  ixrac edir. əlavə 1.5 milyard kubmetr qaz 
müqavilə əsasında “Şahdəniz” layihəsindən alınır. Bundan əlavə, 
2009-cu il iyulun 1-dən başlayaraq ölkə daxilində qazın nəqli və 
yerli istehlakçılara çatdırılması kimi əsas fəaliyyəti həyata keçirən 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə