122
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
regional tarazlığı alt-üst etmişdir. Köhnə status-kvoda İraq həm
İranı, həm də İsraili məhdudlaşdırırdı. İraqın bu funksiyasından
faydalanan digər sünni ərəb dövlətləri hərəkət sahəsi tapırdılar. Bu
səbəbdən İraqın işğalı nəticəsində sünni ərəb dövlətləri həm İsrail,
həm də İran qarşısında tək qalmışlar. xüsusilə İranın artan gücü
və bölgə dövlətlərinə istiqamətli təcavüzkar görünüşü sünni ərəb
dövlətlərini İrana qarşı bir təhdidedici qərar qəbul etməyə sövq
etmişdir. İraqın çökməsilə sünni ərəb dövlətlərinin İran qarşısın-
da müqavimət gücü əhəmiyyətli dərəcədə azalmışdır. “Şiə aypa-
rası” qorxusu da bu fəaliyyətin bir göstəricisidir. məhz buna görə
sünni ərəb dövlətləri İranı neytrallaşdırmaq üçün türkiyəyə daha
çox ehtiyac duymağa başlamışlar. sünni ərəb dövlətləri türkiyə ilə
birlikdə “İran əleyhdarları”ndan təşkil edilmiş bir blok meydana
gətirmə arzusu nümayiş etdirmişlər. Bununla bağlı olaraq sünni ərəb
dövlətlərindən türkiyəyə edilən ziyarətlər nəzərəçarpacaq dərəcədə
artmışdır. Bu çərçivədə ərəblər türkiyəyə onun aktiv ola biləcəyi
bir oyun sahəsi təqdim etmişlər. türkiyənin ərəb liqası ilə 2004-
cü ildə bir razılaşma sənədi imzalaması, İslam Konfransı təşkilatı
rəhbərliyinin bir türkə həvalə edilməsi, Körfəz əməkdaşlıq Şurası
ilə türkiyənin daha çox əlaqələr qurması və Bmt-nin təhlükəsizlik
Şurasının müvəqqəti üzvlüyünə türkiyənin namizədliyinin ərəblər
tərəfindən dəstəklənilməsi bu dövrün ən əhəmiyyətli hadisələridir.
Bu müddət ərzində suriya da zəifləmişdir. suriya qərbin ağır
təzyiqi altında livandan çıxarılaraq küncə sıxışdırılmış, nəticədə
İrandan daha çox asılı vəziyyətə düşmüşdür. Bundan başqa, İran və
sünni ərəb dövlətləri arasındakı güvənsizlik böhranı suriyanı çətin
vəziyyətə salmaqla yanaşı, onu ərəb dövlətlərinin tənqidlərinin
hədəfinə çevirmişdir. digər tərəfdən, qərb və İran arasındakı nüvə
problemi də suriyanı ciddi şəkildə narahat edir. Bu səbəbdən su-
riya sünni ərəb dövlətlərinin və qərbin təzyiqlərindən xilas olmaq,
İran ilə aBŞ arasında davam edən gərgin prosesdə hədəf olmamaq
ücün türkiyə ilə yaxınlaşma yolunu seçmişdir.
İrana nəzər yetirsək, İranın nüvə işləri və qərblə münasibət-
lərində yaranmış gərginlik Orta Şərqdə İran-aBŞ münasibətlərini
kəskinləşdirmiş və bölgədəki livan, İraq və Fələstin-İsrail kimi
“sümükləşmiş” problemləri həssas bir nöqtəyə gətirmişdir. İraqın
işğalından sonra Orta Şərqdəki ölkələr iki dərin şübhə ilə qarşılaş-
mışlar. Belə ki, sünni ərəb dövlətləri İrana qarşı hədsiz bir şübhə
YANVAR-MART, 2010
123
içində olmaları ilə yanaşı, aBŞ-a da etibar etmirdilər. Bu səbəbdən
İraqın işğalından sonra ərəb dövlətlərinin İran və aBŞ arasında sı-
xılıb qaldığını söyləmək səhv fikir olmayacaq.
İraqın işğalından sonra Orta Şərqdə regional güclərlə yanaşı
qlobal aktorların da qeyri-kafi fəaliyyətlərinin şahidi olduq. aBŞ
Orta Şərqdə nüfuz itkisinə uğramış, amerika əleyhdarlığı ciddi
şəkildə artmış və bölgə dövlətlərinin amerikaya etibarı azalmışdır.
Bundan başqa, amerika İraq və əfqanıstanda “bataqlığa batmış”
və bu müddətdə yenidən qurmaq istədiyi Orta Şərq, tam əksinə,
bir “həlsizlik yumağı”na çevrilmişdir. Həmçinin avropalılar da
istənilən əzmi göstərməmiş və bölgənin problemlərinin həllində
hər hansı bir önəmli rol oynaya bilməmişlər. digər tərəfdən, sün-
ni ərəb dövlətləri bölgədəki problemlərə daxildən də bir həll tapa
bilməmişlər.
Hadisələrin bu cür gedişatı türkiyə üçün Orta Şərq ölkələrinə
yaxınlıq ehtiyacı yaratdı. İraqın işğalı, bunu ardınca yaşananlar türk
xarici siyasətinin ən mühüm problemi olmuş və türkiyə bu prob-
lemin həlli üçün regional iradəyə ehtiyac duymuşdur. xüsusilə,
aBŞ-ın İraq siyasətindən məmnun olmayan və bu siyasətin İraqın
ərazi bütövlüyünə xələl gətirməsindən narahat olan türkiyə İraqın
qonşuları ilə daha sıx dialoqa girmişdir. Başqa sözlə, İraqın işğalı,
İraqın şimalındakı hadisələr və PKK-nın bölgədəki mövcudluğu
türkiyəni üzünü Orta Şərqə çevirməyə sövq edən başlıca amillər
olmuşdur.
Bütün bunların nəticəsində bölgəmizdə cərəyan edən hadisələr
türkiyənin əhəmiyyətini artırmış və bölgə ölkələri arasında
türkiyəni qazanma yarışı başlamışdır. türkiyə belə bir mühitdə bü-
tün tərəflər baxımından daha etibarlı bir ortaq kimi görünməkdədir.
əslində, türkiyənin “problemlərə tərəf olmama” siyasətinin bu
ölkələrin nəzərində bir güvən zəmini meydana gətirdiyi qeyd olu-
na bilər. türkiyə bu problemlər içərisində zaman-zaman çətinlik
yaşasa da, müəyyən mənada onun özünü etibarlı tərəfdaş kimi sü-
büt etməyə müvəffəq olduğunu söyləmək mümkündür. Bu etibarı
gücləndirən digər bir nüans da türkiyənin başqa ölkələrin daxili
işlərinə qarışmama qanununa söykənən xarici siyasəti olmuşdur
ki, bu da bölgədə dəyişməyə qarşı həssas rejimlər baxımından
çox əhəmiyyətlidir. aBŞ və aB-nin daxili siyasətə müdaxiləetmə
səyləri ilə birgə bölgədəki problemlərdə tərəfli mövqe nümayiş
124
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
etdirmələri və ya belə qəbul
edilmələri
türkiyəni
bu
ölkələrdən fərqləndirmişdir.
Başqa sözlə, türkiyə bölgə
problemlərində qərb oxun-
da görünsə də, əslində, daxili
işlərə qarışmama və tərəfsizlik
mövqeyi ilə özünə xas bir
oxda iştirak etməkdədir. Bu
baxımdan 1 mart sənədinin rədd edilməsi də türkiyənin bölgədəki
imicinə müsbət çalar vermişdir. əvvəllər türkiyəni aBŞ-ın “pullu
əsgəri” kimi tanıyan dövlətlər son zamanlar bunun belə olmadığını
və türkiyənin milli mənafeləri istiqamətində müstəqil davrandı-
ğını müşahidə etmişlər. Bu da bölgə ölkələrinin türkiyəyə təsir
edə və bunun bir nəticə verə biləcəyinə ümid etmələrinə səbəb ol-
muşdur. eyni zamanda, türkiyənin bu dövlətlərə qarşı məsuliyyətli
siyasət yürütdüyünü də söyləmək mümkündür.
Türkiyə regional bir gücdürmü?
türkiyənin bu mövqeyi müxtəlif müzakirələrə də rəvac ver-
mişdir. Belə ki, türkiyənin regional bir güc olması ilə bağlı ciddi
şübhələr mövcuddur. türkiyə orta səviyyəli dövlət olsa da, bir çox
xüsusiyyəti ilə bölgənin ən əhəmiyyətli dövləti sayıla bilər. la-
kin bölgənin ən əhəmiyyətli gücü olmasına baxmayaraq, türkiyə
Orta Şərqə sahib olmaq üçün lazım olan mövqeni əldə etmək
niyyətində olmamışdır. Özünü qərb ölkəsi kimi görən türkiyə ya-
rış sahəsini Orta Şərqdə görməmişdir. Bu səbəbdən türkiyə Orta
Şərq bölgəsində təhlükəsizlik və siyasi problemləri çözən bir ölkə
olmaq istəməmişdir. türkiyə, ümumiyyətlə, onu maraqlandırma-
yan problemlərdən məsafədə dayanmiş və ona aid olmayan bu
problemdə tərəf olmaqdan qaçmışdır. eyni zamanda, “dövlət-dövlətə
əlaqə” modelini qanun olaraq mənimsəməkdə və dolayısilə “daxi-
li işlərinə qarışmama” qanununa söykənərək hərəkət etməkdədir.
Bu perspektivdən baxdıqda, türkiyənin strateji müdafiə sahəsi öz
coğrafi sərhədləri ilə məhduddur. strateji müdafiə xəttini öz coğ-
rafi sərhədləri ilə məhdudlaşdıran bir ölkənin regional güc kimi
qəbul olunması isə səhvdir. regional gücün strateji müdafiə xətti
öz coğrafi sərhədlərindən çox kənardadır. Bundan başqa, türkiyə
Türkiyə orta səviyyəli dövlət olsa da,
bir çox xüsusiyyəti ilə bölgənin ən
əhəmiyyətli dövləti sayıla bilər. Lakin
bölgənin ən əhəmiyyətli gücü olması-
na baxmayaraq, Türkiyə Orta Şərqə
sahib olmaq üçün lazım olan mövqeni
əldə etmək niyyətində olmamışdır.
Dostları ilə paylaş: |