Azerbaijan focus



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə50/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

 YANVAR-MART, 2010  
  
155 
aKP hökuməti, həmçinin,  azərbaycan qazının türkiyə  vasitəsi-
lə avropaya  nəqli  haqqında  tranzit  sazişinə  də  maneələr  yaradır. 
tranzit  razılaşma  olmadığı  təqdirdə  nabukko  hökumətlər-arası 
sazişinin türkiyənin ərazisində həyata keçirilməsi çətinləşə bilər. 
türkiyə iyulun 13-də ankarada hökumətlərarası sazişin imzalan-
ması mərasimini təşkil etmiş, lakin bu günə qədər tranzit sazişi ilə 
bağlı mövqeyini dəyişməmişdir. azərbaycan hökumətinin iclasın-
da  Prezident  İlham  əliyev  bildirmişdir  ki,  türkiyə  hökumətinin 
tranzit  xidmətlərinə  görə  təklif  etdiyi  tariflər  digər  ölkələrin 
istədiyi qiymətdən ən azı 70 faiz çoxdur. danışıqlar çərçivəsində 
təklif  olunan  qiymətlər  məxfi  olsa  da,  aKP  hökuməti  nabukko 
hökumətlərarası sazişində əks olunmuş xərclərə əsaslanan tranzit 
tarifləri konsepsiyasına aydın şəkildə qoşulmur. 
10
eyni zamanda, ankara gələn illər ərzində ixrac ediləcək azərbay-
can qazının həcmi ilə bağlı ikili mövqe tutur. Həmin təchizat həcmi 
beynəlxalq konsorsiumun “Şahdəniz” layihəsi, yaxud azərbaycan 
dövlət neft Şirkətinin öz qaz yataqları hesabına əldə oluna bilər. 
“Şahdəniz” konsorsiumu üçün layihə çərçivəsində birinci fazadan 
ikinci  fazaya  keçmək  məqsədilə  həcmlərə,  qiymətlərə  və  tranzit 
haqlarına  aydınlığın  gətirilməsi  təxirəsalınmaz  məsələlərdəndir. 
“Şahdəniz”də  ikinci  faza  nabukkonun  birinci  mərhələsində  əsas 
təchizat mənbəyi olacaqdır.
“Şahdəniz”də  ikinci  faza  çərçivəsində  kommersiya  hasilatının 
başlanması ankaranın açıq cavabdan yayınması səbəbindən artıq 
iki ildir ki, təxirə salınır. İkinci faza hasilat həcmini ildə 9 milyard 
kubmetrdən 16 milyard kubmetrə qədər artıracaqdır. İlham əliyevin 
hökumətin iclasında söylədiyi fikirlərə əsasən əgər türkiyə etibarlı 
şəkildə əməkdaşlıq edərsə, qazın nəqli 2015-ci ildə mümkün ola-
caq və bu məqsədlə konsorsium 2010-cu ildə 20 milyard aBŞ dol-
ları həcmində sərmayə qoymağa hazırdır. Bununla belə, Prezident         
İlham  əliyev  xəbərdarlıq  etdi:  konsorsium  “ciddi  şəkildə  nara-
hatdır. Şirkətlər tələsir və mən onların mövqeyini bölüşürəm”. Bu 
bəyanat ona dəlalət edir ki, əgər türkiyə əməkdaşlığa getməsə, kon-
sorsium bazarlara digər ixrac marşrutlarını axtaracaq. nabukkoda 
iştirak edəcək altı ölkə, o cümlədən yunanıstan, İtaliya və İsveçrə 
azərbaycan qazını almaqda maraqlı olduqlarını artıq bildiriblər.
10. day.az, 17 oktyabr 2009-cu il 


156
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 


 YANVAR-MART, 2010  
  
157 
AVROPA İTTİFAQININ QONŞULUQ TƏŞƏBBÜSLƏRİ VƏ 
BÜTÖV QARA DƏNİZ – CƏNUBİ QAFQAZ REGİONUN- 
DA TƏKMİLLƏŞDİRİLMİŞ ENERJİ İDARƏÇİLİYİNİN 
PERSPEKTİVLƏRİ
Janin Mitçell
                                                                                                               
Kolumbiya universitetinin Beynəlxalq və İctimai əlaqələr 
məktəbinin nəzdində  enerji, dəniz daşımaları və İctimai siyasət 
mərkəzinin (eddİsm) baş tədqiqatçısı
Giriş
1
 
avropa  İttifaqının  hüdudları avropanı  bütöv  qara  dəniz 
2
  re-
gionunun  Cənubi  qafqaza  daxil  olan  ölkələrinə  daha  da    yaxın-
laşdıraraq  ötən  onillik  ərzində  sürətlə  şərqə  və  cənuba  doğru 
genişlənmişdir. Bu ölkələrin əksər hissəsinin avropa ilə daha ge-
niş  münasibətlərə  üstünlük  verməsini  nəzərə  alaraq, avropa  İtti-
faqı  (aİ)  qonşu  ölkələr  arasında  əməkdaşlığı gücləndirmək  kimi 
1.  Metodoloji  qeyd:  Bu  məqalədə  verilən  məlumat  2009-cu  ilin  iyul  ayında 
müəllifin Kolumbiya universiteti yanında enerji, dəniz daşımaları və İctimai 
siyasət mərkəzinin nümayəndəsi Kamran ağası ilə birgə azərbaycanın enerji 
sahəsində rəsmilər və maraqlı dairələrdən aldığı bir sıra müsahibələrdən qismən 
götürülmüşdür. məqsəd bütöv avrasiya – qafqaz – qara dəniz regionunda enerji 
idarəçiliyinin gələcəyi ilə bağlı müsahibə verənlərin rəyini öyrənməkdən ibarət 
olmuşdur. müsahibələrin Chatham House-un qaydaları əsasında götürüldüyünü 
nəzərə alaraq, həmin müsahibələr əsasında hazırlanmış hazırkı məqalədə verilən 
məlumat konkret şəxslərə şamil edilmir. 
2. Biz qara dəniz regionunu qara dəniz İqtisadi əməkdaşlıq təşkilatının üzv 
dövlətlərini  əhatə  edən  məkan  kimi  müəyyən  edirik:  albaniya,  azərbaycan, 
Bolqarıstan, Gürcüstan, ermənistan, yunanıstan, moldova, rumıniya, rusiya, 
türkiyə və ukrayna. qeyd edək ki, müəyyən etdiyimiz bu ölkələr, həmçinin, 
açıq-aşkar şəkildə Cənubi qafqaz dövlətlərinə də daxildir. Bu məqalədə istifadə 
olunan aşağıdakı terminlər yuxarıda qeyd edilən dövlətlər qrupuna istinad etmək 
üçün verilir: “qara dəniz regionu”, “bütöv qara dəniz regionu” və “qara dəniz 
– Cənubi qafqaz regionu”. 


158
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
mühüm məqsəd güdən avropa qonşuluq siyasəti (aqs) əsasında 
texniki və hüquqi islahatlar vasitəsilə onların aİ-nin prinsiplərinə 
uyğunlaşmalarına  yardım  etməyə  çalışmışdır.
3
  aqs-nin  “texni-
ki xarici əlaqələr” yanaşması aİ-nin mərkəzi və Şərqi avropada 
qonşu  ölkələrlə  xarici  əlaqələrinin  əvvəlki  uğurlu  vəziyyəti  ilə 
bağlıdır. Bununla belə, həmin yanaşma ümumi baxışların yaradıl-
masında, qara dəniz və Cənubi qafqaz ölkələri arasında xüsusilə 
enerji idarəçiliyi mövzusunda əməkdaşlığın qurulmasında o qədər 
də effektiv olmamışdır.
aqs  hədəflərinin  bütöv  qara  dəniz  regionunda  həyata 
keçirilməməsinin bir neçə səbəbi var. Şərqi avropadan fərqli ola-
raq, qara dəniz əhatə etdiyi ölkələri bir araya gətirməkdə ümumi 
özünəməxsusluğun  və  kifayət  qədər  ümumi  maraqların  mövcud 
olmadığı məkan kimi qiymətləndirilirdi. 
4
  Bundan əlavə, regionda 
dinamika müxtəlif mahiyyətli siyasi gərginliklərlə səciyyələndirilir       
və  onlar  aİ-nin  keçmiş  qonşuları  ilə  müqayisədə  daha 
mürəkkəbdirlər.  dağlıq  qarabağ  münaqişəsindən  tutmuş  2008-
ci  ilin  avqustunda  rusiyanın  Gürcüstan  ərazisinə  müdaxiləsinə, 
türkiyənin enerji qovşağına çevrilmək arzusuna qədər siyasi ba-
xımdan həll edilməli və müxtəlif maraqlar arasında tarazlığın av-
ropa  İttifaqının  bütöv  qara  dəniz  regionunda  yerləşən  qonşular 
arasında sabit, təhlükəsiz və çiçəklənən münasibətlərə nail olma-
sından öncə təmin edilməli bir sıra həssas məsələlər mövcuddur. 
Bununla belə, aİ müvafiq səviyyədə siyasi iştirak yolu ilə həmin 
gərginlikləri yumşaltmağa və regional əməkdaşlıqla nəticələnəcək 
ümumi maraq növü yaratmağa yardım edə bilər.
qara dəniz-Cənubi qafqaz regionu avropanın enerji təchizatı 
və nəql olunması baxımından mühüm məkan sayıldığını nəzərə al-
saq, regional əməkdaşlığın əhəmiyyəti daha da artır, belə ki, bu, 
regionda daha mükəmməl enerji idarəçiliyi ilə nəticələnə bilər. Biz 
effektiv enerji idarəçiliyini ümumi qaydaları, bazar strukturlarını, 
formal  və  qeyri-formal  təsisatlar  toplusunu  və  qarşılıqlı  surətdə 
3.  avropa  Komissiyasının  internet  səhifəsi:  avropanın  qonşuluq  siyasəti. 
“avropanın  qonşuluq  siyasəti  nədir?”    http://ec.europa.eu/world/enp/policy_
en.htm. 21 iyul 2009-cu ildə tətbiq edilmişdir. 
4. daniel Grotsky and mirela Isic. “the Black sea region: Clashing Identities 
and risks to european stability.”  CaP Policy analysis no. 4, October 2008. 
Center for applied Policy research (CaP), research Group on european af-
fairs. səh. 6. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə