Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə27/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   39

6.  Talant sözünün sinonimini tapın.
7.  Quruluş, rol sözlərinin leksik mənalarını izah edin və onları müvafiq cümlələrdə
işlədin.
8.  Mətndə mötərizədə verilmiş nöqtələrin yerinə elə yaxınmənalı sözlər tapın ki,
cümlələrin mənasına xələl gəlməsin.
9.  Mətndə çərçivəyə alınmış ifadə nitq etiketinin hansı növünə aiddir? Eyni
məzmuna malik nitq etiketlərini tapıb qruplaşdırın. Bunun üçün aşağıdakı
cümlələri tamamlayın. Belə nümunələrin sayını artırın.
1. Təzə paltarın........... .     2. ..........., teatr tamaşası uğurlu alındı.
10.  Mətndəki əlavə işlənən cümlələri seçib yazın. Cümlələri təhlil edərək əlavələrin
hansı üzvə aid olduğunu müəyyənləşdirin. Hansı əlavələr cümlə üzvlərinə aid
deyil?
Bütün cümlə üzvlərinin əlavəsi olur. Məsələn:
1795-ci ilə qədər Odessa - Ukraynanın bu şəhəri Hacıbəy adlanmışdır. 
(S. Əhmədli)
11.  Aşağıdakı cümlələrdə əlavələrin hansı cümlə üzvünə aid olduğunu və nə ilə
ifadə olunduğunu müəyyənləşdirin.
Balaca İsmayıl əlini dağlara sarı uzadıb Aləmşahbəyimdən soruşdu: 
- Ana, oraya - o uca dağlara çıxsam, hara görünər? (Ə. Cəfərzadə)


• Alp Aruz dedi: 
- Ağam Qazan, kafər ölkəsinə - Gürcüstan sərhədinə gedirsən, ev-eşiyinin
üstündə kimi qoyursan. (“Kitabi-Dədə Qorqud”dan
• Qaraca Çoban iki qardaşını - Qabangücü, və Dəmirgücü yanma aldı ağılın
qapısını bərkitdi. (“Kitabi-Dədə Qorqud”dan
• Ramiz Vahidoğlu - şair Əliağa Vahidin oğlu atası haqqında deyir:
“Atamın çox kitabları çapdan çıxmışdı, lakin 1916-cı ildə “Orucov qardaşları”
mətbəəsində çapdan çıxan ilk kitabı - “Tamahın nəticəsi” kitabını unuda bilmirdi.
Qısa müddətdə satılıb qurtaran bu kitab o qədər tez yayılmışdı ki, hətta varlı bir
adam bu kitabın bircə nüsxəsinə görə atama qızıl onluq bağışlamışdı”.
(“Kaspi” qəzeti, 2011-ci il)

 Hansı cümlələrdə durğu işarələrinin işlənmə qaydasına düzgün əməl
olunmayıb? Fikrinizi izah edin.
12.  Aşağıdakı mətndə əlavələri müəyyənləşdirib durğu işarələrini bərpa edin.
Əlavələrin hansı cümlə üzvünə aid olduğunu müəyyənləşdirin.
1908-ci ilin 25 yanvar günü... Bu gün Azərbaycan xalqının incəsənət tarixinə şanlı
bir səhifə yazıldı. Şəhərin divarlarına yapışdırılmış afişalarda xəbər verilirdi:
“Hacı Zeynalabdin teatrında “Nicat” maarif cəmiyyətinin dram heyəti şənbə
günü yanvarın 25-də müsəlman səhnəsində ilk opera “Leyli və Məcnun”
tamaşaya qoyulacaq.
İlk tamaşada baş rolu Məcnun rolunu H. Sarabski, Leyli rolunu xanəndə
Əbdürrəhman Fərəcov ifa edirdi. Xorda oxuyanlar və orkestrdə çalanlar
müəllimlər idi. Orkestrdə skripkada çalan operanın müəllifi dahi bəstəkar
Ü.Hacıbəyli özü idi.
“Şəbi-hicran yanar canım”ın sədaları altında pərdə qalxarkən tamaşaçıların
diqqətini tamaşanın gedişini, xor və orkestri idarə edən bir nəfər cəlb etdi. Bu
şəxs Ə.Haqverdiyev Azərbaycanın tanınmış yazıçı və dramaturqu, operamızın ilk
dirijoru idi.
(Kamran Məmmədov)

 Sizcə, tamaşadan sonra dostlar və tamaşaçılar hansı nitq etiketindən istifadə
edəcəklər?
13.  Hər hansı bir teatr tamaşasına baxın, fikirlərinizi yoldaşlarınız üçün maraqlı
olacaq formada yazın. Foye, anşlaq, pərdə, qrim, parter, loja, rejissor, dekorasiya,
aktyor sözlərindən istifadə edin. Həmin yazınızı digər oxucuların oxuması üçün
qəzetinizin uyğun bölməsinə yerləşdirin.


VAQİF OBRAZINDAN BAŞLANAN 
SƏHNƏ UĞURU
Adı sənət tariximizin ən parlaq səhifələrində yer alan böyük aktyorlardan biri də
Ələsgər Ələkbərovdur. O, həqiqətən, dramatik rolların əvəzsiz ifaçısı idi. Aktyorun
səhnədə görünməsi, demək olar ki, tamaşanın taleyini həll edərdi.
Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”), Heydər bəy (“1905-ci
ildə”), Fərhad (“Fərhad və Şirin”) və onlarla rolları aktyorun güclü plastikaya, geniş
diapazona malik olduğunu təsdiqləyirdi. Lakin iki obraz - Vaqif (“Vaqif”) və Otello
(“Otello”) rolları onun sənət dünyasının ən parlaq və yaddaqalan nümunələridir. Bu
obrazları Azərbaycan səhnəsində güclü aktyorlar ifa ediblər. Ələsgər Ələkbərovun
ifasında isə onlar tamam başqa bir aləmdir.
Ələsgər Ələkbərov Vaqif obrazını 28 yaşından oynamağa başlamışdı. “Otello”
tamaşasından Ələsgər Ələkbərovun şəkli Şekspir muzeyində indi də saxlanılır.
Aktyor bu rolu qüdrətli bir rəssam kimi tam dolğun, mənalı və səsli yaratdığına
görədir ki, indi də çoxlarının xəyalında Vaqif məhz Ələkbərovun oynadığı Vaqif kimi
canlanır. Onun ifasındakı Vaqif obrazı teatr tariximizdə qazanılan ən böyük
müvəffəqiyyətlərdən biri sayılır. Ədil İsgəndərovun quruluşunda “Vaqif” tamaşası
milli teatrda düz 1064 dəfə səhnələşdirilib.
“Otello”da onun aktyor yüksəlişi yeni pilləyə qalxdı. Bu rol Ələsgər Ələkbərovun
yaradıcılıq qələbəsi idi. O, rejissorun yaratmış olduğu imkanlardan layiqincə istifadə
etmişdi. Teatr tənqidinin o vaxt “bütün Otellolardan daha canlı insan” adlandırdığı
Ə.Ələkbərovun - Otellonun hər kəlməsi müstəmləkəçi imperialistlərə qarşı odlu
ittiham kimi səslənirdi.
Moskva dekadasında həmin tamaşanı seyr edən və heyran qalan ingilislər tamaşanı
lentə alıb aparıblar. Tamaşa vaxtı Moskva teatrının pərdəsi alqışlardan düz 17 dəfə
bağlanıb və yenidən açılıb. Bir fakt da var ki, rejissor Ə.lsgəndərov “Otello”
tamaşasında baş rolu Ələsgər Ələkbərova verəndə onunla münasibətləri pis imiş.
Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov ciddi münaqişədə olduğu Ədil
İsgəndərov haqqında “O məni yaratdı” deyirmiş...
Sizcə, aktyor
tamaşanın taleyini
necə həll edə bilər?


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə