Azərbaycan dili 8


(“Bahar oğlu” romanından, ixtisarla)



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə30/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

“EVRİKA”
(“Bahar oğlu” romanından, ixtisarla)
Neçə gün idi ki, onun otağı içəridən bağlı idi, nəinki qapısı, hətta yeganə
pəncərəsinin taxtası da qapanmışdı. Bu qapı-pəncərənin bayır tərəfində də bir kəs
nəzərə çarpmır, bir səs qulağa dəymirdi. Bağçaya baxan eyvan dərin sükuta
batmışdı. Yalnız ara-sıra içəridən - onun tənha otağından qırıq-qırıq səslər eşidilirdi.
Sona barmaqlarının ucunda dəhlizdən eyvana çıxır, nəfəsini dərmədən qulağını
qapıya dayayıb dinləyir, ancaq eşitdiyi tək-tük kəlmələrdən bir məna çıxara bilmirdi.
“Həyat... Ölüm... Varlıq... Yoxluq... İntiqam...”
Bu sözlərlə o, nə demək istəyirdi? Nə yazırdı?
O, “Hamlet”i azərbaycancaya tərcümə edirdi. Lakin qəribə idi ki, qarşısında açılmış
bu qədər kitab arasında bircə dənə də lüğət, onun özünün dediyi kimi, “dilbil” yox idi.
Deyəsən, Cəfər Şekspirin şah əsərini adicə tərcümə etmir, öz ana dilində yazmaq
istəyirdi.
...Budur, o, ingiliscə bir kitabı açıb ucadan oxudu: “To-be-or not to-be?..”
Sonra rus dilində başqa bir kitaba baxıb pıçıldadı: “Быть, или не быть?..”
Fikrə getdi: “Olmaq və ya olmamaq?..” “Etmək və ya etməmək?..” Xeyli fikirləşdikdən
sonra təkrar etdi: - Bəlkə, “Ölmək və ya ölməmək?..” Yoxsa “Almaq... İntiqam almaq
və ya almamaq?..” “Öldürmək və ya öldürməmək?”
Dili tələffüz etdikcə, əli də dediklərini kağıza köçürürdü. Yazır, sonra pozurdu. Yenə
kitablara baxır, təzədən deklamasiya edir, yenə yazır, yenə pozurdu...
Yenə ingiliscə və ruscanı oxudu, bəzən alçaqdan pıçıldadı, bəzən yüksəkdən
deklamasiya etdi: “To-be-or not to-be?..” “Быть, или не быть?..”
Birdən ayağa qalxdı:
- А как же быть? Bəs necə yazmaq ki, həm düz olsun, həm də yaxşı səslənsin?.. Heç
birisi: olmaq, etmək, həyat, yaşamaq ifadələri ürəyimə yatmır... Ola bilməz ki,
dilimizdə bunun qarşılığı olmasın. Yox, vardır! Ancaq onu axtarıb tapmaq lazımdır...
Bəlkə, yeni bir söz, təzə bir ibarə ixtira edilməlidir?
Sizcə, bu
əsərin
qəhrəmanı
hansı
Cəfərdir?


Stol arxasında oturdu. Papiros yandırdı. Başım əlləri arasına aldı. Xəyala daldı:
- Olmaq... Ölmək... Almaq... Aldırmaq... Öldürmək... Oldurmaq... Varlıq... Yoxluq...
Ölülük... Oluluq... Olumluq... Ya gərək ölüm, ya sənin tərcümanın olum! - dedi və
birdən otağın ortasında durdu. Sönmüş papirosunu yandırdı. Kibrit alovundan otaq
işıqlanan kimi oldu. Gözlərini geniş açaraq, tüstü dumanı içində közərən neft
lampasının piltəsinə baxdı. Ciyərlərinə çəkdiyi papiros tüstüsünü lampa şüşəsinə
üfürdü. Piltənin alovu bir an gücləndi, sonra tamam söndü. Zülmətə qərq olmuş
otaqda gözləri parladı. Aram-aram, sanki dili ilə deyil, nəfəsi ilə pıçıldadı:
- Olum, ya ölüm?.. - deyərək əlini alnına çırpıb ucadan səsləndi:
- Evrika!
Elə çığırdı ki, Sona dəhlizdən eyvana yüyürdü. Və daha qulağını bağlı qapıya, ya
pəncərəyə yapışdırmadan, içəridən aydın eşidilən sözləri dinlədi: - “Olum, ya ölüm?”
...Budur məsələ!.. Hansı daha şərəflidir?
Seyfəddin Dağlı
1.  Mətndən mövzuya uyğun açar sözlər seçin və fikir mübadiləsi edin.
2.  Bu mətn əvvəlki mətnlərdən nə ilə fərqlənir? Fikirlərinizi əsaslandırın.
3.  “Evrika”nın teatrla nə əlaqəsi var? Fikirlərinizi faktlarla əsaslandırın.
4.  Aşağıdakı hansı hikmətli fikir mətnin ideyasına uyğundur?
Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan.
Həyatda ən böyük uğur xoşbəxtliyə nail olmaqdır.
Müvəffəqiyyətin sirri israrla işləməkdir.
5.  Mətndən frazeoloji birləşmələri seçib yazın.
Cəfəri sevindirən
və “Evrika” deyə
ucadan
səslənməsinə
səbəb nə idi?
Siz necə
düşünürsünüz,
hansı daha
şərəflidir?
Evrika nə
deməkdir? Bu
haqda nə bilirsiniz?


6.  Piltə, pilətə və plitə sözlərini fərqləndirin.
7.  Həyat, ölüm, varlıq, yoxluq, intiqam sözlərinin məzmun qrupunda hansı söz artıq
ola bilər? Fikirlərinizi əsaslandırın.
8.  Altından xətt çəkilmiş cümlələrdə həmcins üzvləri tapıb, onlarda qrammatik
şəkilçinin işlənməsinə diqqət yetirin. Hansı şəkilçilər ixtisar olunub? Sizcə,
bunun səbəbi nədir?


Həmcins üzvlərdə sonuncusu saxlanılmaqla qrammatik şəkilçilər 
ixtisar edilir. 
Aşağıdakı şəkilçilər və hissəciklər ixtisar oluna bilər: 
hal, mənsubiyyət, cəm, şəxs şəkilçiləri, idi, imiş, isə hissəcikləri, 
qoşmalar və s.
9.  Aşağıdakı mətnləri müqayisə edin. Təkrarlanan hissəciklər hansı mətnlərə daha
çox ağırlıq gətirir? Nə üçün? Fikirlərinizi əsaslandırın.
10. 
Hansı cavabda yanlışlıq vardır?
A) Tire işarəsi həm əlavələrdə, həm də ümumiləşdirici sözlərdə işlənir. 
B) Həmcins üzvlər arasında sintaktik əlaqənin hər iki növü özünü göstərir. 
C) Bütün cümlə üzvlərinin həm əlavəsi, həm də həmcinsliyi olur. 
D) Əlavələr aid olduğu cümlə üzvündən sonra gəlir. 
E) Həmcins üzvlərdə şəkilçi və hissəciklər ixtisar oluna bilər.
Bir ovuc torpaq da yaraya məlhəm
olarmış! Görəsən, haradandır
torpaqda bu hikmət?
Haradan başlanır Vətən? Yaşadığın
evdənmi, məhəllədənmi,
şəhərdənmi? İlk dəfə nəfəs aldığın
məkandanmı? Yoxsa ilk dəfə ayaq
açıb qədəm qoyduğun tor-
paqdanmı? Bəlkə, elə əcdadlarımızın
uyuduğu torpaqdan başlanır Vətən?
Yoxsa bu qapqara bir torpağa bu
qədər dəyər verilərdimi?
Ana yorğun halda işdən evə qayıdır.
Qapım açanda evdəki
qarmaqarışıqlığı görüb təəccüblənir.
Qızlarımı idi təqsirkar, yoxsa
oğlumu? Uşaqları çağırıb dedi:
-Fatimə, evi sənmi töküb-töküş-
dürmüsən, yoxsa bacın Röyamı?
Evləri yığışdıra bilmirdinizmi?
Bilmirdinizmi, bu gün qonaqlarımız
olacaq?
- Qonaqlarımızmı olacaq, ana? 
Oğlu da söhbətə qoşuldu:
- Qohumlarımızmı gələcək, yoxsa
dostlarımızmı?


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə