Azərbaycan dili 8


V MƏTBUAT: DÜNƏN VƏ BU GÜN



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə32/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

V MƏTBUAT: DÜNƏN VƏ BU GÜN
Şəhəri gəzməyə çıxan dostların yolu nəşriyyatın
yanından düşdü.
- Əziz dost, ilk qəzetin yaranma tarixi haqqında,
yəqin ki, eşitmisən?
- Bildiyimə görə, dünyada birinci qəzet e.ə. 59-cu ildə
qədim Romada nəşr olunub. Bu, əl ilə yazılmış
“Günün hadisələri” adlı “vərəqə” (gil lövhə) olmuşdur.
Hətta Yuli Sezarın dövründə “Senatın əl işləri” adlı
qəzeti xatırladan gil lövhələr də hazırlanırdı.
- Düzdür. Ondan sonra əl ilə yazılan 2-ci gündəlik
qəzet təxminən 1300 il əvvəl hazırlanıb. Həmin
qəzetin adı “Paytaxt yenilikləri” idi. Dünyada
müntəzəm nəşr edilən ilk qəzet isə 1609-cu ildə
Almaniyada buraxılan “Zaytung” adlı çap məhsulu
olub.
- “Qəzet” sözü italyan pul vahidi “qaset” ilə bağlıdır.
XVI əsrdə kağız vərəqələrdə çap edilən xəbərləri
oxumaq üçün xırda pul vahidi olan qaset ödənilirdi.
- Maraqlıdır.
- Azərbaycanda isə ilk informasiya nümunələri XIX
əsrin 30-40-cı illərinə təsadüf edir. Bunlar xüsusi
bülletenlər olub.
- H.Zərdabinin rəhbərliyi ilə ilk azərbaycandilli nəşrin
- “Əkinçi” qəzetinin işıq üzü görməsi, sözsüz ki,
Azərbaycan mətbuatı üçün əlamətdar bir hadisə idi.
- Onu da deyim ki, H.Zərdabi ana dilində qəzet
çıxarmaq fikrinə hələ Qubada mahal məhkəməsinin
hakimi işlədiyi dövrdə gəlmişdi. Ensiklopedist alim
A.Bakıxanovun qardaşı Cəfərqulu xan Bakıxanov da
tələb olunan maliyyə xərclərinin bir hissəsini öz
üzərinə götürəcəyini bildirmişdi.
“Əkinçi”nin nəşri nə
üçün əlamətdar
hadisə hesab
edilirdi?
H.Zərdabinin qəzet
nəşr etməkdə
məqsədi nə idi?


- Deyilənə görə, Bakının hərbi qubernatoru, general-mayor D.S.Staroselski ona
qəzetin adını “Əkinçi” qoymağı, əkin işlərindən danışmağı məsləhət görmüşdü.
- M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Gorani, Azərbaycanın ilk jurnalistlərindən
olan İsa Sultan Şahtaxtlı və başqaları qəzetlə daimi əməkdaşlıq etmiş, öz yazılarını
orada çap etdirmişlər.
- Dostum, “Əkinçi” bağlansa da, əlbəttə ki, Azərbaycan mətbuatının sonrakı
inkişafına güclü təkan oldu.
1.  Dialoqdan hansı nəticəni çıxardınız? Gəldiyiniz nəticəyə əsasən dialoqu
adlandırın. Bölmənin adına münasibət bildirin.
2.  “XIX və XXI əsrdə mətbuat” mövzusunda söhbət aparın.
3.  Dialoqu davam etdirməli olsaydınız, hansı mətbuat orqanlarının adını
çəkərdiniz ki, xronoloji ardıcıllıq pozulmasın?
4.  Mətndən əsas faktları seçin və nümunəyə əsasən elmi mətn tərtib edin.
5.  Mətndən bir neçə açar söz seçin. Həmin sözlər haqqında fikir yürüdün.
6.  Fərqləndirilmiş sözlərin leksik mənasını izah edin.
7.  İnformasiya sözünün sinonimini tapın. Bu sözlər həmişə bir-birini əvəz edə
bilirmi?
8.  Bağlı sözünün omonim olduğunu əsaslandırın.
9.  Jurnalist və müxbir sözlərinin leksik mənasını izah edin.
10.  Uyğunluğu müəyyənləşdirin.
1.  Çoxmənalı söz
2.  Termin
3.  Ümumişlək söz
4.  Həm omonim, həm də ümumişlək söz
a. lövhə 
b. kağız 


c. metafor 
e. çap
d. üz


11.  Siz aşağı siniflərdə fikrə münasibət bildirən sözlər haqqında məlumat almısınız.
Dialoqdan fikrə münasibət bildirən söz və ifadələri tapın, onların cümlədəki
rolunu izah edin.
12.  Dialoqda müraciət olunan ifadələri tapıb onların nə məqsədlə işləndiyi
haqqında fikir yürüdün. Necə düşünürsünüz, fikrə münasibət bildirən sözlər və
müraciət bildirən sözlər cümlə üzvləri ilə sintaktik əlaqəyə girmişdirmi?
Fikirlərinizi əsaslandırın.
Bəzən cümlədə elə söz və ifadələr olur ki, cümlə üzvləri ilə məna
cəhətdən əlaqələnsə də, qrammatik cəhətdən əlaqəyə girmir. Xitab və
ara sözlər belə sözlərdir. Onlar cümlə üzvləri ilə sintaktik əlaqəyə
girmədiyi üçün cümlə üzvü ola bilmir.
13.  Qəzetinizdə vermək üçün aşağıdakı nümunə əsasında bir yazı hazırlayın.
“Bilirsinizmi” başlıqlı rubrika yaradın.

 Siyahını topladığınız
nümunələəsasında
davam etdirə bilərsiniz
14.  “Əkinçi” qəzetinin fəaliyyəti haqqında kiçik təqdimat hazırlayın.
İlk kağız vərəqə........ 
İlk qəzet...... 
İlk operamız........
İlk qadın aktrisamız......
İlk şəkilli jurnal...... 
İlk..........


ƏHVALPÜRSANLIQ
(ixtisarla)
- Nə xəbər var, məşədi? 
- Sağlığın! 
-Az-çox da yenə? 
- Qəzet almış Hacı Əhməd də... 
- Pah! Oğlan, nəmənə? Sən özün gördün alanda? 
- Belə nəql eylədilər!.. 
- Dəxi kim qaldı, xudaya, bu vilayətdə mənə?! 
Bu isə pəs o ləinin də işi qullabıdır,
Dinü imanı danıb, yoldan azıbdır, babıdır! 
- Dəxi bir başqa xəbər? 
Həmsöhbətlərin
“təəccüb”ünə səbəb
nə idi?
Ləin - yaramaz 
Qullabı - fırıldaq



- Hac Cəfərin oğlu Vəli 
Qoyub uşqolaya oğlun... 
- O qurumsaq da? 
- Bəli! 
- Sənə kim nəql elədi bu sözü? 
- Bilməm kim idi. 
- Oylə isə ona da min kərə lənət deməli!.. 
- Bu isə pəs o ləinin də işi qullabıdır, 
- Dinü imanı danıb, yoldan azıbdır, babıdır! 
-Yenə bir başqa xəbər varmı? 
- Bizim qonşu Kərim... 
-A... A... A?.. 
-Bəli, hə... hə!.. 
- O nə qayrıb, de görüm? 
- “Molla Nəsrəddin” alıb: həm özü, həm oğlu oxur. 
- El bütün kafir imiş ölkədə, yoxmuş xəbərim! 
- Bu isə pəs o ləinin də işi qullabıdır, 
- Dinü imanı danıb, yoldan azıbdır, babıdır!
Mirzə Ələkbər Sabir


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə