Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə31/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

OQTAY ELOĞLU
(ixtisarla)
S ə m ə d. Oqtay, dünən anan bizə gəlmişdi. Yalvarıb məni göndərdi, axı belə iş
olmaz.
O q t a y. Səməd bəy, istəyirsiniz, sözlərinizin hamısını söyləyim. Atadan sonra
dükanı bağlandı, malı dağıldı, evə gec gəlirsən, çörək yox, bilirəm, odun yox.
Bunların hamısını bilirəm. Nə etmək!
S ə m ə d. Dildə demək asandır. Bir ana, bir də naxoş qız qalmışlar başsız. And içir ki,
üç gecədir, xəstə uşaq qaranlıqda yatır. Neft almağa pul yox. Axı o da bir kişinin
qızıdır. Çox da bilirsən, çarə ki etmirsən.
O q t a y. Doğrudur! O zavallılar da... fəqət edə bilmirəm. Çünki Səməd bəy, mən
qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə
bilmərəm.
S ə m ə d. Mən də, cəmiyyət də xalq üçün çalışırıq... Upravada üzvəm, adım-sanım,
güzəranım. Yoxsa xalq!.. Mən özümü unudacağam ki...
O q t a y. Xalq və “mən” - bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim
üçün xalq olmamalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu
götürdüm. Və o gündən Oqtay bir el oğludur. O, böyük bir vahidin kiçik bir
parçasıdır.
S ə m ə d. Oqtay, çocuq olma! Qubernatora dilmanc gərəkdir. Ayda 70 manat donluq
verir. Amma kənardan 7-8 yüz gəliri var. Həm də camaat içində adın, hörmətin.
Düyü, yağ, minnətin də minnət. Mən səni göstərdim. Dedim, rüşdiyyəni bitirmiş.
İdraklı, rusca-azərbaycanca gözəl savadı. Budur, yalvardı ki, göndər gəlsin. Axır ki
düzəltmişəm.
O q t a y. Səməd bəy, məqsəd pul qazanmaq olsa, mən onun yollarını çox gözəl
bilirəm. Mən azad bir sənətkaram. Bir sənət düşkünüyəm. Mən bir çinovnik ola
bilmərəm.
Oqtayın bu
sözlərini necə
qiymətləndirirsiniz?
Oqtayın seçiminə
sizin
münasibətiniz
necədir?


S ə m ə d. Sənəti sevirsənsə, eşitdim ki, səni böyük bir pul ilə rus səhnəsinə
çağırırlar. Get, həm təqdir olunarsan, həm pulun... O vaxta qədər xalq anlarsa, işlər
yoluna düşərsə, qayıdıb gələ bilərsən.
Nə üçün Oqtay
ona edilən
təkliflərin heç
birini qəbul etmir?


O q t a y. Ha-ha-ha! Aldanırsan, Səməd bəy, aldanırsan! Bunu bizimçin kim
edəcəkmiş! Mən prinslərin saxladığı köpəklər kimi hazır nahara gəlmək istəmirəm.
Başqalarında səhnə, mədəniyyət - hər şey var. Bizdə yox. Yaşamaq istəyiriksə,
yaratmalıyıq. XX əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim
özünə layiq bilirsə, bilsin, mən bilmirəm. Yaşadığımız mübarizə meydanlarının
müxtəlif qazmaları vardır.
S ə m ə d. Hamısını sənmi yaradacaqsan?
O q t a y. Hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox.
Fəqət olmalıdır. Onu da mən yaradacağam. Mən bu dərin uçurumları keçəcək,
keçilməz dağları, sıldırım qayaları çeynəyib parçalayacaq və bu keşməkeşlər
arasından bir səhnə, yoxdan bir var yaradacağam. Gələr bir gün ki, zavallı kütləni də
həmin yüksəklikdə görərsən.
Cəfər Cabbarlı
1.  Oqtay nə üçün özünü el oğlu adlandırır? Fikrinizi faktlarla əsaslandırın.
2.  Oqtayın dediklərini müasir dövrlə əlaqələndirin. Xalqın rifahı yolunda mübarizə
aparan fədakarları xatırlayın. Onların amalını mətnin əsas ideyası ilə
əlaqələndirin.
3.  Bu mətn əvvəlkilərdən hansı xüsusiyyətinə görə fərqlənir?
4.  Siz gələcəkdə doğma xalqınız üçün nələr edəcəksiniz? Bu barədə düşünün.
Fikirlərinizi ümumiləşdirib dostlarınızla bölüşün.
5.  Mətndə açar sözləri müəyyənləşdirin.
6.  Fərqləndirilmiş sözlərin leksik mənasını izah edin və işlənmə dairəsinə görə
növünü müəyyənləşdirin.
7.  Donluq sözünün leksik mənalarını müəyyənləşdirin, hər iki mənada cümlədə
işlədin.
8.  Təkamül və tənəzzül sözlərinin antonim olduğunu əsaslandırın.
Oqtayın arzuları
çin oldumu?


9.  Siz aşağı siniflərdə mübtəda ilə xəbərin uzlaşmasını keçmişsiniz. Həmin qaydanı
yadınıza salın. Mətndə altından xətt çəkilmiş cümlələrdə həmcins mübtədaların
xəbərlə uzlaşmasına diqqət yetirin. Özünüz də belə nümunələr deyin.
10.  Məntiqinizə əsaslanıb cümlələrdə şəxs sonluqlarını bərpa edin.
Mən və bacım gəzməyə getdi..? (...m, ...k) Mən və sən məqsədimizə çatmalı..?
(...yam, ...yıq) Biz və Nərgiz X sinif şagirdləri..? (...dir, ...yik)
Sən və o dərsə gedir...? (...sən, ...siniz?) Siz və Cavid olimpiadada iştirak etməli...?
(...dir, ...siniz) Vəfa, Aygün və Elmira mehriban qız..? (...dır, ...lardır)
Kirpilər və ayılar üzün müddət qış yuxusuna gedir? (...lər) Güllər və çiçəklər
ətrafa xoş ətir saçır? (...lar)

 Gəldiyiniz qənaəti əsaslandırmaq üçün uyğunluğu müəyyənləşdirib xəbərin
həmcins mübtədalarla uzlaşması qaydasını tərtib edin.
11.  Aşağıdakı mətndə həmcins mübtədaları müəyyənləşdirin, III şəxsdə xəbərin
onlarla uzlaşmasına diqqət yetirin. Fikirlərinizi ümumiləşdirin.
Xalq dramlarının yaranmasında aşıq sənəti və mərasimlər böyük rol oynamış...
(dır? lar). Ailə-məişət mövzusunda da xalq dramları vardır: “İki qardaş”, “Keçəl”,
“Xəsis” oyun-tamaşaları xalq nağılları əsasında yaranmış... (dır? lar). İştirakçılar
bu oyun-tamaşaları müxtəlif mərasimlərdə: toy, yas, bayram, elçilik, nişan
mərasimlərində icra edirdi... (lər?).
Xalq dramları, adətən, nəsrlə və nəzmin növbələşməsi ilə yaranır. Məsələn,
“Qodu-qodu” oyununda kənd cavanları üzərinə qırmızı şilə çəkilmiş bir dairəni,
yaxud bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzər və
müəyyən nəğmələr oxuyardı... (lar?).
12.  Aşağıdakı cümlələri öz düşüncələriniz əsasında tamamlayıb davam etdirin. Mən
bu bölmədən öyrəndim ki, aktyorluq sənəti........... .Eyni zamanda başa düşdüm
ki, həmcins üzvlər və əlavələrdən istifadə........


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə