1
AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ
KOLLOKVİUM SUALLARININ CAVABLARI
Mövzu 1
Sual 1. Dil nədir və onun vəzifələri nədən ibarətdir?
Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-biri ilə
ünsiyyət saxlamaq zərurətindən meydana çıxmışdır.Deməli, dil insanlar arasında
ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə ─ insan
cə-miyyətində yaranır və fəaliyyət göstərir. Dilin varlığı üçün bəşər cəmiyyətinin
ol-ması vacib şərtdir. İnsan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz.
Buna görə də dil ictimai hadisə sayılır.
Dil ancaq insana məxsusdur və təfəkkürlə bağlıdır. Dilin yaranmasında insan
orqanizminin şaquli vəziyyətdə olması da mühüm rol oynamışdır.
Dilin irsi və irqi cəhətlərlə bağlılığı yoxdur. Belə ki, bir zənci balası körpəlik
çağından valideynlərindən ayrı düşərək, məsələn, bir azərbaycanlı ailəsində böyü-
yərsə, o, Azərbaycan dilində danışmağa başlayacaq.
Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Hər hansı bir xalqın milli
şüuru, mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf edir, təkmilləşir.
Dilin üç vəzifəsi vardır:
1. Dil cəmiyyətdə ünsiyyət vasitəsidir.
2. Dil insanı əhatə edən əşya və hadisələrin adlarını bildirir.
3. Dil fikri ifadə edir.
Sual 2. Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm
necə adlanır və onun hansı sahələri vardır?
Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm dilçilik
elmi adlanır. Dil müxtəlif baxımdan öyrənildiyi üçün ayrı-ayrı sahələrə bölünür.
Dilçiliyin fonetika, leksikologiya (frazeologiya da bura daxildir), morfologiya və
sintaksis kimi bölmələrdən başqa, etimologiya, lüğətçilik, dialektologiya kimi
sahələri də vardır. Fonetikada danışıq səsləri, ahəng qanunu, heca və vurğu, fonetik
hadisələr, leksikologiyada dilin lüğət tərkibi, sözlərin mahiyyəti, onların forma və
məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi, eləcə də
frazeoloji birləşmələr öyrənilirsə, morfologiyanın predmeti sözün tərkibi, nitq
hissələri və onların dəyişmə qaydalarıdır, sintaksisdə isə söz birləşmələri və
cümlələr tədqiq edilir.
Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə etimo-
logiya deyilir. Dilimizdə yaranma tarixi çox qədim olan elə sözlər var ki, indiki
şəklində daşıdığı leksik məna anlaşılmır, yəni kökü, mənşəyi izah edilə bilmir. Bu
halda etimologiya elminə üz tutmaq lazım gəlir. Ya elmi əsaslara söykənən elmi
etimologiyanın, ya da xalqın məntiqinə əsaslanan xalq etimologiyasının, başqa
sözlə, yalançı etimologiyanın imkanlarından istifadə edilir. Sözün kökünü üzə
çıxarmaq, onun başqa sözlərlə bağlılığını öyrənmək üçün aparılan dilçilik
araşdırmalarına etimoloji təhlil deyilir.
2
Lüğətçilik (leksikoqrafiya) dilçiliyin praktiki sahəsi olub, lüğətlərin tərtibi,
yaranma qaydalarını öyrənir. Lüğətlərin tərtibi ilə məşğul olan mütəxəssis lüğət-
çi ─ leksikoqraf adlanır. Lüğətlərin bir neçə növü var: izahli lüğətlər, tərcümə lü-
ğətləri və terminoloji lüğətlər.
Dialektologiya dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Bir çox şivələ-
rimizdə elə qədim sözlər qorunub saxlanmışdır ki, vaxtilə ədəbi dilimizdə işlənmiş,
lakin indi unudulmuşdur. Bu baxımdan dialektlər dilimizin tarixini, onun inkişaf
mərhələlərini öyrənmək üçün çox əhəmiyyətlidir.
Nitq mədəniyyəti də dilçiliyin praktik, yəni təcrübi sahəsi olub, dildən
ünsiyryət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı
yiyələnmək üçün dilin fonetik, leksik və qrammatik qayda-qanunlarını bilmək və
nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fikirləri əməli şəkildə həyata keçirilir.
Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq
mədəniyyətində ayrı-ayrı dil faktları və ya dil hadisələri yox, dilçiliyin qayda-qa-
nunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti
yoxdur.
Sual 3. Yazı və onun növləri barədə məlumat verin.
İnsanların səsin çatmadığı, ünün yetmədiyi yerlərlə də əlaqə saxlamaq ehtiya-
cından yazı yaranmışdır. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr
sistemidir.
Yazının ilkin növü əşyaların köməyi ilə olmuşdir. İnsanlar uzaq yerlərə öz fi-
kirlərini əşyaların köməyi ilə çatdırmışlar. Buna görə də həmin yazı əşyəvi yazı ad-
lanır.
Yazının ikinci növü şəkli (piktoqrafik) yazıdır. Bu yazıda nəzərdə tutulan
əşyanın şəkli çəkilir. Piktoqrafik yazıya aid nümunələr bugünkü həyatımızda da
müşahidə edilir. Məsələn, gözəllik salonunun qarşısında qadın şəkli, qayçı, daraq
şəkli, zoomağazanın qarşısında heyvanların şəkli və s. piktoqrafik yazı nümunələ-
ridir.
Piktoqrafik yazıdan sonra
fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda
da fikir şəklin köməyi ilə çatdırılır. Piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü
bildirdiyi halda, ideoqrafik yazıda şəkil rəmzi mənada (ideya şəklində) işlənir:
günəş şəkil işıq, nur anlayışı bildirir.
Yazının ən son və müasir növü hərfi (fonoqrafik) yazıdır. Fonoqrafik yazının
ilk mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə
ilə ifadə olunmuşdur. Əsl fonoqrafik yazıda isə hər bir səs bir hərfi ifadə edir.
Hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası fonoqrafik yazıya
əsaslanır.