Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   40   41   42   43   44   45   46   47   ...   86

Üsmi üç gün top-tüfəng ilə müdafiəyə qalxmışdı. Axırda müqavimət 
göstərə bilməyib, dayanmadan Carçıqapıdan çıxıb, öz mülkünə qayıtdı. 
Üsmi bu andan etibarən daima kin və  ədavət saxlayıb, Fətəli xandan 
intiqam almaq pusqusunda idi. 
Bundan  əlavə, öz əmisi qaziqumuqlu Məhəmməd xandan üz 
döndərmiş Eldar bəy, Fətəli xanın etimadını qazanıb Dərbənd naibi 
olmuşdu. O, yersiz və münasibətsiz danışıqları  və  hərəkətləri ilə 
üsminin  ədavətini qazanmışdı. Üsmi də, düşmənçilik vəsaitini 
hazırlayıb, öz bacısı  oğlu olan Təbərsəran qadisi Rüstəm Mürtəzaəli 
oğlunu qüvvətləndirirdi. Bu zaman, Mirzə  oğlu  Şeyx  Əli bəy, 
Məhəmməd məsumun oğlu Mürtəzaəli məsumu öldürüb, özü 
məsumluğa keçdi. Lakin onun işi baş tutmadı. Üsmi və qadinin təhrikilə 
xalq üsyan qaldırıb, onu çıxartdı. O da Fətəli xanın yanına gəldi. 
Bundan sonra, yuxarıda adı  çəkilən Mürtəzaəlinin oğlu Novruz bəy 
məsumluğa təyin edildi. Bu lal olduğu üçün anası Xanım, kişi kimi 
hökmranlıq edirdi. O, məsumlar nəslindən Qaraxanın qızı idi. 
Hicri 1181 (1767)-ci ildə Fətəli xan Şəki xanı Hüseyn xanla birlikdə 
iki tərəfdən gəlib, Məhəmməd Səid xan və  Ağası xanın yenidən abad 
etdikləri qədim Şamaxı şəhərini mühasirə etdilər. Məhəmməd Səid xan 
çarəsiz qalıb Fətəli xanın, Ağası xan isə Hüseyn xanın yanına getdi. 
Hüseyn xan Ağası xanı kor etdi. Fətəli xan da Məhəmməd Səid xanı 
həbsə alıb Dərbəndə göndərdi,  şəhəri də  Ağsuya köçürdü. Hər iki 
tərəfdən iki naib təyin etdilər. Ölkəni iki hissəyə böldülər. Sədari və 
Qəsani mahalları Hüseyn xana, Şirvanın qalan hissəsi isə  Fətəli xana 
çatdı. 
Bir neçə vaxt keçdikdən sonra Fətəli xan bütün Şirvan ölkəsini aldı 
və  qədim  şəhəri yenə abad etdi. Kür çayının kənarında, Kotevan 
qalasında sakin olub, ölkəsini geri almağa çalışan kor Ağası xan, 
Hüseyn xana pənah apardı. Hüseyn xan avar xanzadələrindən Bulac və 
Məhəmməd Mirzənin sərkərdəliyilə Avardan qoşun götürüb Şirvana, 
Fətəli xanın üstünə  gəldi.  İki qoşun qarşılaşdığı zaman araya barışıq 
məsələsi düşdü. Gözlənilmədən, hər iki tərəfdən bir neçə nəfərin birdən-
birə çəkişməsi nəticəsində arada şiddətli döyüş və vuruşma başladı. Bu 
müharibədə Bulac və Məhəmməd Mirzə öldürüldü. Hüseyn xan məğlub 
olub Şəkiyə, Ağası xan da yenə Kotevana getdi. 
  
 
140


Hicri 1187 (1773)-ci ildə  şamxal Xasfulad xan vəfat edərkən, öz 
bacısı oğlu Buynaq əmiri Mürtəzaəli Mehdi oğlunu öz yerinə təyin etdi. 
Xasfulad xan rabitəli, igid və  səxavətli bir əmir idi. O, öz qohum-
əqrəbasilə pis rəftar edirdi. Onun qardaşı oğlu və Qazanış əmiri ağıllı və 
cəsarətli Dişsiz Məhəmməd, Mürtəzaəli ilə  çəkişməyə başladı.  İndri 
əmirləri, avarlı Novsal xan Əmmə xan oğlu və  Əmir Həmzə Üsminin 
köməkliyilə  gəlib Mürtəzaəlini Tarxu və Buynaq-dan çıxarıb, 
şamxallığa oturdu. Mürtəzaəli  şamxal Qoysuboy və Aqquşa 
mahallarında yaşayan  əhalinin köməkliyilə, bir aydan sonra gəlib, 
məmləkəti təsərrüfünə keçirdi. Bu mahalların  əhalisi həmişə böyük 
işlərdə  şamxala tabe olub, onun müavini hesab edilirdi. Yeni şamxal 
təyin edildiyi zamanda, onların iştirakı lazım idi. Dişsiz  Şamxal və 
ondan sonra oğlu Xasfulad, əvvəlki kimi Qazanış  əmirliyinə qane 
oldular. 
Hicri 1188 (1774)-ci ildə  Ağası xan, Fətəli xanın qan düşməni və 
Qarabağa gəlmiş olan avarlı Novsal xanı özünə müttəfiq edib, Şamaxı 
şəhərini aldı. Fətəli xan Quba və Dağıstandan külli qoşun toplayıb, 
bakılı Məlikməhəmməd xanla birlikdə onlara qarşı müharibəyə girdi və 
müharibədən qalib çıxdı. Ağası xan qaçdı, Novsal xan isə qədim şəhərin 
yuxarı hissəsində çıxılmaz və çətin bir sığınaqda gizləndi. Axırda Fətəli 
xan aman vədəsilə Novsal xanı öz yanına gətirtdi. Xanların hər üçü bir 
yerdə oturmuşdular. Bu zaman Aqquşa qoşunu toplaşıb, Fətəli xandan 
yanlarına gəlməsini, Novsal xan ilə keçmişdə  ədavətləri olduğu üçün 
onun öldürülməsini xahiş etdilər. Fətəli xan çarəsiz qalıb, əmr verdi ki, 
çadırın arxa tərəfini yarıb, Məlikməhəmməd xanı bayıra çəksinlər. 
Novsal xanı isə öz tərəfdarları ilə birlikdə öldürdülər.  Əmir Həmzə 
Üsmi belə bir fürsəti qənimət saydı. Dişsiz Məhəmməd xamxal və 
damadı qaziqumuqlu Məhəmməd xan ilə  əlbir olub Fətəli xana qarşı 
müharibəyə çıxdı. Fətəli xan bu hadisəyə görə Qubaya gəldi. Ağası xan 
onun getməsindən istifadə edib Şirvanı tutdu. 
Gavduşan düzündə çox şiddətli bir müharibə oldu. Bir-birilə  əhd 
bağlamış iki qoşun məğlub edilmək  ərəfəsində ikən, yuxarıda adı 
çəkilən Üsminin oğlu Əli bəy, bir dəstə igidlə özünü qoşunun mərkəzinə 
yetirdi. Zəfər yenə  də onun şücaət və  mərdanəliyilə birləşdi. Dişsiz 
Şamxal, Məhəmməd xanın qardaşı oğlu Eldar bəy və Şeyx Əli məsum 
iki tərəfdən öldürüldülər. Məğlub olan Fətəli xan da 
 
141


Qubada qalmağı münasib bilməyib Salyana getdi. Üsmi, Şamxalın 
nəşini götürüb apardı. Dərbəndin yaxınlığında yalandan Fətəli xanın 
öldürülməsi xəbərini Tutu bikəyə göndərdi, qalanın təslimini tələb etdi. 
Tutu bikə ona inanmayıb özü gecə-gündüz bürclərin üzərində qalanı 
mühafizə etməyə  məşğul oldu. Məhəmməd xan Qubanı aldı. Üsmi də 
Bakının üzərinə yürüdü. Qalanı almaq mümkün olmadığından, 
Məlikməhəmməd xanın ilxısını  və  kəndlərin mallarını qarət edib geri 
qayıtdı. 
Fətəli xan, himayə edilmək xahişilə dərbəndli Mirzə bəy Bayatı elçi 
olaraq Rusiya imperatriçəsi II Yekaterinanın dərbarinə göndərdi. Özü 
isə gizlincə  Şabrandan və Müskürdən keçib Dərbəndə  gəldi. Bir az 
keçincə, tərəfdarları onun ətrafına toplaşmağa başladılar. Bu zaman 
Məhəmməd xan Qubanı tərk edib, öz mülkünə qayıtmağa məcbur oldu. 
Bir il sonra hicri 1189 (1775)-cu ildə general-mayor De-Medemin 
komandası altında olan bir dəstə rus qoşunu Fətəli xana köməyə gəldi. 
Eyni zamanda o, keçən il məşhur rus səyyahı Qmelini həbsə aldırıb 
öldürmüş Əmir Həmzə üsmini cəzalandırmağa məmur edilmişdi. Üsmi 
Başlının bir ağaclığında bütün qoşunu ilə ruslara hücum etdi. Lakin 
məğlub oldu, qoşununun çox hissəsi öldürüldü. Fətəli xanın qoşunu da 
tərəkəmə  kəndlərini qarət edib yandıraraq Dərbəndə qayıtdı. Bundan 
sonra Kürə nahiyəsində Məhəmməd xanın külli qoşununu məğlub etdi. 
Onları qarət etdikdən sonra Yuxarı Təbərsəranı tabe etmək üçün Qaluq 
adlı yerə yürüş etdi. Təbərsəranlılar da dağlara və meşələrə arxalanaraq 
döyüşə  çıxdılar və  məğlubiyyətdən sonra tabe oldular. Həmin il rus 
qoşunu Qızlara qayıtdı. Rusların bu köməyi Fətəli xanın  şöhrətli 
iqtidarının daha da möhkəmlənməsinə səbəb oldu. 
Ali-Sərkar Fətəli xana xeyirxah və tərəfdar olduqlarını izhar edərək, 
onunla dost olmaq istədilər. Bunun nəticəsində 7 ildən bəri Dərbənddə 
dustaq olan Məhəmməd Səid xan azad edildi. O, Ağsu  şəhərində 
hakimliyə başladı, Ağası xan da Əlvənddə oturub, bütün Şirvana 
hökmran oldu. Bu zaman Əmir Həmzə Üsmi 3000 igid qoşunla 
Dərbənd, Quba və  Şirvan ölkələrindən keçib, Ərdəbilə getdi. Buraları 
çalıb-çapdıqdan sonra Qarabağdan keçib Gəncəyə  gəldi. Buranı da 
Ərdəbildən daha pis qətl-qarət etdi, hədsiz qənimətlə  Şəki, Axtı  və 
Kürədən keçib, öz mülkünə döndü. Adı çəkilən ölkələrin 
  
 
142


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə