Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə31/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   27   28   29   30   31   32   33   34   ...   216

66 

 

Y.A.Manandyan və S.T.Yere myanın fikirlərini əsassız edir. 



Təsdiqetmə (bu mərasim təyin edilənin baĢına əl çəkməklə yerinə yetirildiyi üçün 

onu  əlqoyma  da  adlandırırlar)  məsələsi  ölkənin  kilsəsində  olan  yepiskopların  sayına 

görə müəyyənləĢdirilirdi. 

325-ci  ildə  çağırılmıĢ  ümumdünya  Nikeya  məclisinin  qərarına  görə 

yepiskopluğa  keçirilmə  həmin  yeparxiyanın  bütün  yepiskoplarının  razılığı  ilə  baĢ 

verirdi; əgər bütün yepiskopların yığıĢması çətinlik törədirdisə, onda mütləq ən azı üç 

yepiskopun  iĢtirakı  və  iĢtirak  etməyənlərin  yazılı  razılığı  tələb  olunurdu.  Nəticə, 

mitropolitin təsdiqinə təqdim olunurdu.  

Erməni  katolikosları  Qriqoridən  baĢlayaraq  erməni  hökmdarı  Papın 

dövrünədək  Kesariyədə  təsdiq  olunurdular.  Böyük  Ermənis tanın  qeyri-sabit  siyasi 

vəziyyəti,  Bizans  imperiyası  və  Ġrandan  az  və  ya  çox  dərəcədə  daimi  asılılığı  onun 

kilsəsini  də  müvafiq vəziyyətə salırdı.  N.Adontsa  görə  "Qriqoridən  baĢlayan  erməni 

kilsəsinin ilk əsrindəki Ermənistanın IV əsrin sonunda bölünməsinədək  olan müddətdə 

Ermənistan  əsasən  imperiyanın  (Bizansın)  protektoratlığı  altında  idi  və  ona  görə də 

onların kilsə əlaqələri daha sıx idi", yəni, erməni kilsəsi imperiya kilsəsindən asılı idi. 

Albaniyanın müstəqil vəziyyəti isə alban kilsəsinin avtokefallığını təmin edirdi. 

Alban  kilsəsinin  faktiki  vəziyyəti  451  -ci  ildə  Xalkidonda  çağırılmıĢ  IV 

ümumdünya kilsə məclisindən sonra hüquqi cəhətdən  qanuniləĢdirildi. Məhz bu zaman 

xristian  dünyasının  Qərb  və  ġərq  kilsələri  arasında,  əsasını  iyerarxik  mübarizə  təĢkil 

edən ehkamçı mübarizə (monofizilərlə diofizilər arasında) baĢlandı. 

Bu dövrdə alban kilsəsi Qafqazın digər kilsələri ilə birlikdə Xalkidonda gedən 

ehkamçı mübahisələrə öz münasibətini açıqlaya bilmədi, belə ki, elə həmin vaxt, onun 

baĢı ZərdüĢt dini ilə mübarizəyə qarıĢmıĢdı. 

Cənubi  Qafqazın  digər  kilsələri  kimi,  alban  kilsəsi  də  ilk  üç  ümumdünya  kilsə 

məclislərinin  qərarlarını  qəbul  etdi.  325-ci  ildə  Nikeyada  çağırılmıĢ  ümumdünya 

məclisi bidətçi Ariyin küfrünü lənətlədi; müəyyən düzəliĢ və əlavələrdən sonra Ariyin 

təliminin  əksinə  olaraq  Xristosu  Allahın  oğlu,  xəlq  olunmamıĢ  [Allah]-Ata  ilə  eyni 

mahiyyətli  sayılan  din  rəmzini  qəbul  etdi.  Moisey  Kalankatlının  məlumatına  görə, 

dinin bu rəmzi alban kilsəsi tərəfindən qəbul olundu. 

381-ci  ildə  Konstantinopolda  ancaq  ġərq  kilsəsi  nümayəndələrinin  iĢtirak 

etdiyi II ümumdünya kilsə məclisi çağırıldı. Məclis ariyanlığı daha da inkiĢaf etdirərək 

Müqəddəs  Ruhun  xəlq  edildiyini  sübut  edən  Makedoniyin  küfrünü  mühakimə  etdi. 

Müqəddəs  Ruhun  Allah-Ata  və  Allah-oğulla  eyni  mahiyyətliliyi  haqqında  təlimi 

yenidən  irəli  sürdü.  Ümumdünya  kilsə  məclisinə  görə  patriarxlar  içərisində  Roma 

patriarxından  sonra  ikinci  yeri  Konstantinopol  patriarxı  tutdu;  lakin  daha  qədim  ġərq 

patriarxları  bununla  razılaĢa bilməzdilər.  431-ci  ildə  Efesdə  keçirilən  III  ürnumdünya 

kilsə məclisi Nestorun təlimini (nestorianlığı) mühakimə etdi. 

Bu  zaman  Bizans  kilsəsinin  özündə,  xüsusilə  də  Ġsgəndəriyyədə 

nestorianlığa müqabil olaraq yaranan və inkiĢaf edən yeni cərəyan meydana çıxdı. Bu, 

sonralar alban kilsəsinin də etiqad etdiyi, xristianlığın monofizi cərəyanı idi. 451-ci ildə 




67 

 

Xalkidonda  keçirilən  IV  ümumdünya  kilsə  məclisində  Ġisus  Xristosda  iki baĢlanğıcın  - 



bitiĢməz olaraq, ayrılmaz Ģəkildə iki təbiətdə dərk edilən, tək doğulmuĢ Xristos Oğul və 

Ġlahi olduğu qəbul edildi. Xalkidon məclisinin qəbul etdiyi 28-ci qanun böyük narazılığa 

səbəb  oldu.  Əslində  elə  bu  qanun  yunan-Roma  dünyasını  parçaladı,  bir  ço x  ġərq 

kilsələrini imperiya kilsəsindən ayırdı. Bu qanuna görə, Konstantinopol patriarxına baĢqa 

tayfa  və  xalqların  məskunlaĢdığı  Pont,  Asiya  və  Frakiya  yepiskoplarını  təsdiq  etmək 

hüququ verilirdi. 

Alban tarixçisinin məlu matına görə, 491-ci ildə erməni, alban və gürcü kilsə 

nümayəndələrinin  iĢtirak  etdiyi  yerli  məclis  Xalkidon  məclisini  pislədi.  Gürcü 

tədqiqatçısı  Z.N.Aleksidzenin  fikrincə,  Qafqaz  kilsələri  Xalkidon  məclisinə 

münasibətlərini  ilk  dəfə  506-cı  ildə  Dvində  çağırılmıĢ  məclisdə  bildirdilər;  alban, 

erməni  və  gürcü  kilsə  iyerarxları,  məhz  burada,  Bizans  hökmdarlarının  məqsədi 

diofızilərlə  monofizilər  arasında  razılıq  əldə  etmək  olan  birləĢdirici siyasətinə tərəfdar 

çıxdılar.  551-ci  ildə  yenə  də  Dvində  keçirilən  məclisdə  erməni  kilsəsi  kimi  alban 

kilsəsi  də  Bizans  imperiya  kilsəsi  ilə  əlaqələri  kəsdi  və  hüquqi  cəhətdən  avtokefal 

kilsəyə çevrildi. Sasanilərin fəal iĢtirakı ilə bu ölkələrdə monofizi təriqəti qalib gəld i. 

Gürcü  kilsəsi  isə  özünün  əvvəlki  mövqeyində  -  mülayim  xalkidonçuluqda 

qaldı. 

Rəsmi  təriqət  tərəfdarlarını  təqiblərə  məruz  qoyan  Sasani  Ģahları  öz 



dövlətlərində  Bizans  kilsəsi  ilə  mübarizə  aparan  müxtəlif  təriqətləri  müdafiə  etməyə 

baĢladılar. 

O  dövrdən  etibarən  alban  kilsəsinin  baĢçısı  hüquqi  olaraq  katolikos 

(arxiyepiskop, patriarx) adlan mağa baĢladı. Faktiki ola raq  o, xeyli əvvəldən bu titula 

sahib  idi.  Albaniya Ģəraitində  ali  kilsə  rütbələri  -  patriarx,  katolikos  və  arxiyepiskop 

birmənalı terminlər kimi iĢlədilirdi. Halbuki yunan kilsə iyerarxiyasına görə patriarx və 

arxiyepiskop hər biri ayrılıqda müstəqil rütbələr hesab olunur,  arxiyepiskop katolikos 

da  adlana  bilirdi.  Yunan  kilsə  iyerarxiyasına  görə  doqquz  rütbə olmalı  idi.  Albaniyada 

isə, Moisey Kalankatlıya görə, yeddi kilsə rütbəsi var idi. 

Alban  katolikosluğunun  patriarxları  551-ci  ildən  "Albaniya,  Lpina  və  Çola 

katolikosu"  titulunu  daĢıyırdılar.  IV  əsrdə  alban  kilsəsinin  mərkəzi  paytaxt-Ģəhər 

Qəbələ, VI əsrdən isə yeni tikilmiĢ paytaxt Bərdə (Partav) o ldu. 

Yadelli qüvvələrin assimilyasiya siyasətinə qarĢı dura biləcək alban kilsəsinin 

müstəqilliyinin 

bərqərar 

edilməsində, 

dini 

ayin 


və 

mərasimlərin 

möhkəmləndirilməsində, qeyri-xristian inam qalıqlarının məhv edilməsində, ruhanilərin 

maddi  bazasının  yaradılmasında,  onların  hüquqi  və  iqtisadi  imtiyazlarının 

möhkəmləndirilməsində,  albanların  kilsə  qarĢısında  maddi  və  dini  öhdəliklərinin 

qanuniləĢdirilməsində  alban  hökmdarı  III  Vaçaqanın  487-488-ci  illərdə  keçirdiyi 

Aquen məclisinin qərarları həlledici rol oynadı. 

Kilsənin  hakimiyyəti  kilsə-inzibati  vahidləri  (yeparxiyalar,  yepiskopluqlar) 

üzrə bölüĢdürülürdü. Albaniyada yepiskopluğun ərazisi  vilayətin  ərazisini  əhatə edirdi, 

yəni kilsə inzibati vahidi inzibati-ərazi vahidi ilə üst-üstə düĢürdü. Lakin yepiskopluq 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə