Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə30/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   26   27   28   29   30   31   32   33   ...   216

64 

 

qələbəsi  (IV  əsrin  əvvəlində)  bu  münasibəti  daha  da  gərginləĢdirdi.  Sasani  dövləti 



ərazisində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif  xristian təriqətləri müdafiə edilməyə 

baĢlanıldı. 

Bununla  yanaĢı,  IV  əsrin  əvvəlində  dövlət  dini  elan  edilən,  hökmdar,  saray 

adamları, feodal əyanlar tərəfindən qəbul edilən, əhali arasında təbliğ edilən xristianlıq 

ümu mxalq din inə çevrilib, hər yerdə yayılmadı. Əhali arasında əsası təbiət qüvvələrinə 

sitayiĢlə  qoyulan  qədim  yerli  d inlərə,  man ilik  ehkamlarına,  Sasanilərin  tətbiq 

etdikləri  müxtəlif  zərdüĢtilik  təriqətlərinə  inam hələ  də yaĢayırdı. Moisey  Kalankatlının 

məlumatına  görə,  alban  arĢaki  hökmdarları  Urnayr,  II  Vaçe,  III  Vaçaqan  müxtəlif 

bütpərəstlik dinlərinin köklərini kəsmək üçün Ģiddətli mübarizə aparırdılar. V əsr Aquen 

məclisində  qəbul  edilmiĢ  qanunların  ikisi  xristianlığaqədərki  dinlərin  qalıqlarının 

təqib olunmasına həsr edilmiĢdi. 

Xristianlığın  yayılması  və  qərarlaĢmasında  təkmilləĢdirilmiĢ  alban 

əlifbasının və alban  yazısının  yaranması,  məktəblərin  təĢkil  edilməsi,  Bibliyanın  və 

baĢqa  dini  ədəbiyyatın siryani  və  yunan  dillərindən  alban  dilinə  tərcüməsi  böyük 

rol oynadı. 

Alban  ArĢaki  hökmdarların ın  fəaliyyəti  nəticəsində  yeni  feodal 

cəmiyyətinin  ideoloji  əsası  olan  xristianlıq  Albaniyanın   ictimai-siyasi  və  sosial 

həyatında  mühüm  rol  oynamağa  baĢladı.  Ölkənin  feodal  hökmdarı  və  feodal 

əyanları  alban  kilsəsi,  onun  ruhaniləri  üçün  maddi  baza  yaratdılar;  bütpərəst 

məbədlərin  əksər  torpaq  sahələri  və  sərvəti,  eləcə  də  hö kmdar  və  əyanların 

bağıĢladıqları torpaq payları kilsənin ixtiyarına keçd i.  Kilsə  xeyrinə əhalinin bütün 

kənd  təsərrüfatı  gəlirlərin in  1/10  h issəsini  təĢkil  edən  "kilsə  onda  biri"  tutulurdu. 

Bundan  baĢqa  çoxsaylı  natural  vergilər  və  könüllü  nəzirlər  də  verilirdi.  Din  

xadimləri  öz  xid mətləri  müqabilində  torpaq  sahələri  -  xostaklarla  təmin 

olunurdular. 

Alban  hökmdarları  alban  kilsəsinə,  alban  xristian  ruh anilərinə  böyük 

qayğılar  göstərir,  onlara  imtiyazlar  verir,  onları  dünyəvi  əyanlarla  (azatlarla) 

bərabərləĢdirməyə  çalıĢırdılar;  məhz  buna  görə  saray  məhkəməsi  ilə  yanaĢı 

əvvəllər  keĢiĢin, daha sonra isə yepiskopun hakimlik etdikləri  kilsə  məhkəməsi də 

təsis edilmiĢdi. 

 

 

 



 

 

 



 

 

 



 


65 

 

 



§ 3. ALBAN KATOLĠKOSLUĞU 

 

Xristianlığ ın  ilkin  çağlarında,  xristian  aləmində  ideoloji  birliyin  hələ 



mövcud  olduğu,  alban  ruhaniliy inin  tam  for malaĢ madığ ı,  kilsə  iyerarxiyasının 

təĢəkkül  tap madığı  bir  dövrdə  erməni  və  gürcü  kilsələri  kimi,  alban  kilsəsi  də 

iyerarxik  baxımdan  bilavasitə  yunan  imperiya  kilsəsindən  asılı  idi;  lakin  baĢçısı 

Kappadokiyanın Kesariyə Ģəhərində təsdiq edilən erməni kilsəsindən fərqli olaraq, 

baĢçısı  Yerusəlimdə  təsdiq  edilən  alban  kilsəsinin  asılılığı  formal  xarakter 

daĢıyırdı. 

Alban  müəllifi  Moisey  Kalankatlının  məlu matlarına  görə,  IV  əsrin 

əvvəllərində  Maarifçi  Qriqori  yepiskop  rütbəsinə  təsdiq  edilmiĢdi.  Ro madan 

onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüĢ daha bir "müqəddəs ər" gəlmiĢ  

və  həmin  adam  alban  hökmdarı  Urnayrla  birlikdə  alban  kilsəsinə  baĢçılıq  etmək 

üçün Albaniyaya yola düĢmüĢdü. Əlamətdar haldır ki,  Ermən istan və Albaniyanın 

ilk  yepiskopla rı  -  Maarifç i  Qriqori  və  hə min   "müqəddəs  ər"  alban  müə llifi 

tərəfindən hərfən "ruhanilərin baĢçıları" mənasını verən terminlə ifadə olunmuĢdu; bu 

isə yepiskop sözünün real sinonimidir. Onu da qeyd etməliyik ki, bu dövrdə baĢqa kilsə 

rütbələrindən hələ söhbət ola bilməzd i. 

IV  əsrin  sonuna  yaxın  Albaniyada  özünəməxsus  müəyyən  subordinasiyası 

olan  lazımi  kilsə  iyerarxiyası  artıq  təĢəkkül  tapmıĢdı.  Bu  da alban  klirinə  alban  kilsə 

baĢçısının  təsdiqolunma  mərasimini  ö zü  keçirməyə  imkan  vermiĢdi.  Moisey 

Kalankatlı  yazırdı:  "Bizim  [alban]  katolikosunun  təsdiqinə  gəldikdə,  müqəd dəs 

Qriqoriyə  qədər  ilk  [alban  katolikosları]  Yerusəlimdə  təsdiq edilirdilər.  Ondan sonra 

lap indi də bu mərasimi bizim yepiskoplar özləri keçirirlər". 

Belə  çıxır  ki,  340-cı  ildə  alban  kilsəsi  artıq  avtokefal  idi.  Elmi  ədəbiyyatda 

kilsənin avtokefallığı barədə iki nöqteyi-nəzər mövcuddur. Tədqiqatçı V.V.Bolotovun 

fikrincə, Suriya-Ġran kilsəsi özünün ilk iyerarxlarını (yepiskop rütbəli keĢiĢlərini) Edessa 

kilsəsindən  almıĢ,  avtokefal  kilsəyə çevrilərək,  bütün  tarixi  boyu  heç  vaxt Antioxiya 

patriarxlığından  asılı  olmamıĢdır.  Yenə  də  onun  rəyinə  görə,  kilsə  baĢçılarını  onların 

tabeliyində  olan  Suriya-Ġran yepiskopları seçir  və təsdiq  edirdilər.  Tədqiqatçı  Suriya-

Ġran  kilsəsinin  avtokefallığının  səbəblərini  izah  etmir.  Bizim  fikrimizcə,  bu,  siyasi 

səbəblərlə  izah  olunur.  Suriya-Ġran  kilsəsinin  müstəqil  Ġran  dövlətində  olması  onun 

avtokefallığını  təmin  etmiĢdi.  Gü man  etmək  olar  ki,  Albaniya  dövlətinin  də  siyasi 

statusu ilk iyerarxları qədim ġərq Yerusəlim patriarxlığında təsdiq olunan alban kilsəsinin 

erkən faktiki avtokefallığın ı müəyyənləĢdirmiĢdir. 

Digər  nöqteyi-nəzərə  görə,  həvari  mənĢəli  kilsələr  avtokefal  sayılırdı. 

Beləliklə,  kilsənin  avtokefallığını  izah  edən  hər  iki  nöqteyi-nəzər,  alban  kilsəsinin 

erkən  müstəqilliyindən  inamla  danıĢ maq  imkanı  verir.  Bu  isə,  IV-VI  əsrlərdə  alban 

kilsəsinin  iyerarxiya  baxımından  erməni  kilsəsinə  tabe  olduğunu,  alban  kilsəsi 

baĢçısının  erməni  katolikosu  tərəfindən  təsdiq  edildiyini  iddia  edən  erməni  alimləri 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə