Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə38/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   34   35   36   37   38   39   40   41   ...   216

81 

 

istismara və feodal torpaq sahibliyinə qarĢı mübarizə. 



V  əsrin  sonunda  meydana  çıxmıĢ  məzdəkilər  hərəkatı  baĢqa  sosial 

hərəkatlar kimi cəmiyyətin sayca çox cüzi hissəsini təĢkil edən yüksək təbəqənin xalq 

kütlələrini hədsiz istismarı və əsarət altına salması zəminində geniĢlənib artdı. 

Məzdəkilər hərəkatının səbəblərini araĢdırarkən, hər Ģeydən əvvəl, o dövrün 

sosial və  iqtisadi vəziyyətini təhlil  etmək  lazımdır.  Əhalinin dörd  zümrəsindən  ən  çox 

istismar  olunanı  -  əkinçiləri,  maldarları,  sənətkarları  və  ticarətlə  məĢğul  olanları  öz 

tərkibində birləĢdirən "vergi verənlər" zü mrəsi idi. 

Kəndli  və  Ģəhər  icmaları  o  zaman  tənəzzül  dövrünü  keçirirdilər.  Ġri  torpaq 

sahibləri, necə olursa olsun, icmaların və xırda sahibkarların torpaqlarını ələ keçirməyə 

çalıĢırdılar.  GeniĢ  torpaq  sahələrinin  bir  ovuc  sahibkarın  əlində  toplanması  prosesi 

gedirdi. 

Qulların vəziyyəti də ağır idi. 

Torpaq  sahiblərinin,  dövlətin  və  kahinlərin  istismarına  məruz  qalan  əhali 

gücçatmaz vergiləri ödəməli olurdu. Bununla yanaĢı, ĢahənĢahın çoxlu canlı və maddi 

ehtiyatlar tələb edən  fəal  xarici  siyasətini  də  nəzərə  almaq  zərurid ir.  " Vergi  verən" 

zü mrə  ilə  əyanlar  arasında  günü-gündən  dərinləĢən  ziddiyyət  Ģəraitində  Bamdadın 

oğlu Məzdəkin baĢçılıq etdiyi hərəkat meydana çıxdı. Getdikcə geniĢlənən bu hərəkata 

maniçilik  ideyası  da  az  təsir  etməmiĢdi.  Lakin  xeyrin  Ģər  üzərində  qələbəsinin 

mümkünlüyünü inkar edən maniçilərdən fərqli olaraq mə zdəkilər son məqamda xeyrin 

qələbəsinə inanırdılar. 

Hər  hansı  Ģəxsi  mülkiyyəti  inkar  edən  məzdəkilər  bərabərliyi  təbliğ 

edirdilər.  Hərəkat  on  illərlə  davam  etdi,  bir  ço x  iri  torpaq  sahibi öldürüldü, onların 

torpaqları  və  əmlakı  isə  bölüĢdürüldü.  Hərəkatın  baĢlanğıcında  Sasani  ĢahənĢahı  I 

Kavad (488-531)  iri  feodalların gündən-günə artan təsirinə qarĢı mübarizəsində məhz 

bu  hərəkatdan  istifadə  etməyə  çalıĢırd ı.  Ancaq  məzdə kiliyin  yüksələn  qüdrəti 

ĢahənĢahın taxtı  və  daxili  siyasəti üçün birbaĢa təhlükəyə  çevrildiyindən  bu hərəkatın 

sonu  qaçılmaz  idi.  VI  əsrin  birinci  yarısında  hərəkat  amansızcasına  yatırıldı,  onun 

ardıcılları təqiblərə məruz qaldı, əmlakları Ģah xəzinəsinə verilməklə müsadirə olundu. 

Təqiblərdən  baĢ  götürüb  qaçmağa  çalıĢan  məzdəkilər  Azərbaycanın,  Deyləmin, 

Təbəristanın dağlıq yerlərində sığınacaq tapdılar. 

Məzdəkilər hərəkatı dövlətin daxili həyatının zəif tərəflərini  aĢkara çıxartdı, 

onun əsaslarını elə sarsıtdı  ki, ölkənin  inzibati  idarə sistemini  və  iqtisadiyyatını yoluna 

salmaq  üçün  I  Xosrov  ƏnuĢirəvanın  hərbi,  inzibati  və  vergi  islahatlarını  həyata 

keçirmək lazım gəld i. 

 

 

 



 

 

 




82 

 

§ 7. CƏNUBĠ AZƏRBAYCANDA DĠN. ZƏRDÜġTĠLĠK VƏ 



ADURQUġNASP MƏBƏDĠ 

 

Pəhləvi,  eləcə  də  erkən  orta  əsr  ərəb  və  fars  mənbələrində  əks  olunan 



ZərdüĢt  ənənəsində  Azərbaycan  özünəməxsus  Ģərəfli  yer  tutur.  AtəĢpərəstlərin 

müqəddəs  yerlərindən  biri  və  ən  Ģərəflisi  sayılan  AdurquĢnasp  od  məbədi  burada 

yerləĢirdi.  Azərbaycanda  həmin  məbədlə  sıx  bağlı,  Qərbi  Ġranda,  eləcə  də  qonĢu 

vilayətlərdə  zərdüĢtiliyin  yayılmasında  mühüm  rol  oynayan  qədim  Midiya  mə-

cuslarının (maq larının) nəslindən olan çoxsaylı və nüfuzlu  ruhanilər  -  mobedlər və 

herbedlər var idi. Ənənə ZərdüĢtün təbliğatını da A zərbaycanla bağlayır. 

Qədim  Midiya  məcuslarının  Midiya  və  erkən  Əhəməni  dövrü  dinləri 

haqqında  tədqiqatçılar  yekdil  deyillər.  Lakin  bu,  heç  bir  Ģübhə  doğurmur  ki, 

zərdüĢtiliyin  mürəkkəb  təkamülü  -  peyğəmbərin  Qatalarda  əks  olunan  dini  təliminin 

kiçik  Avestanın  sinkretik  dininə  çevrilməsi,  ilk  növbədə,  məcusların  fəaliyyəti  ilə 

bağlıdır. 

Əvvəllər  Mid iya  tayfalarından  biri  olan  və  Midiya  tayfa  ittifaqında  dini 

mərasim  funksiyalarını  yerinə  yetirən  məcuslar  e.ə.VIII-VII  əsrlərdə  qədim  Ġran 

"bütpərəst"  allahlarına sitayiĢ edir, bu allahların Ģərəfinə  himnlər  qoĢurdular  (müq. et: 

Avestanın  YaĢta  hissəsi  ilə).  Antik  mənbələrdən,  eləcə  də  Elam  sənədlərindən  və 

Persepol  bullalarından  məlum  olduğu  kimi,  Əhəmənilər  dövründə  məcuslar  hakim 

sülalənin rəsmi kahinləri  kimi  xid mət etmiĢ, ĢahənĢahın sarayında mühüm rol oynamıĢ 

və  böyük  nüfuz sahibi olmuĢlar;  od  mərasimlərinin  keçirilməsində  baĢlıca  sima  olan 

məcuslar yerli Ġran allahlarına, eləcə də baĢqa allahlara nəzir və  qurbanlar  verilməsini 

yerinə  yetirirdilər.  Ərəb-fars  və  b.  mənbələrin  Azərbaycanı  ZərdüĢtün  vətəni  hesab 

etmələrinə  baxmayaraq,  müasir  tədqiqatçılar  arasında  hakim  olan  rəyə  görə, 

ZərdüĢtün  təlimi  ġərqi  Ġran  vilayətlərinin  birində,  yaxud  Orta  Asiyada  meydana 

çıxmıĢdı.  Qərbi  Ġran  məcusları  bu  dini  təlimlə,  Ģübhəsiz,  hələ  Əhəmənilərədək  tanıĢ 

olmuĢdular;  hər  halda  artıq  Əhəmənilər  dövründə  onların  Ģərqi  iranlıların  din  və 

ayinləri barədə ətraflı məlumat almaq imkanları var idi, çünki Persepolda, Susda, həm-

çinin Babilistan və Misirdə aparılan tikinti iĢlərində, hökmdar  təsərrüfatlarında və hərbi 

qarnizonlarda  imperiyanın  bu  vilayətlərinə  köçürülmüĢ  xeyli  Ģərqi  iranlı  vardı. 

Əhəmənilər dövlətində peĢəkar kahin olan məcusların çoxunu görünür midiyalılar təĢkil 

edirdilər, ancaq onların arasında farsların da olduğu məlumdur. 

ZərdüĢtiliyin  öz  ilkin  formasını  dəyiĢməsi  (transformasiyası)  artıq 

Əhəmənilər  dövründə  baĢlamıĢdı;  bunu  antik  müəlliflərin,  eləcə  də  qədim  fars 

kitabələrinin  məlu matlarından doğan təsəvvürlə  Qata təlimlərinin  müqayisəsi  sübut 

edir.  Əhəmənilərin  dini  və  onun  ZərdüĢt  təliminə  və  "Kiçik  Avesta"  zərdüĢtiliyinə 

münasibəti tədqiqatçılar arasında mübahisə doğursa da, Əhəmənilərin və məcusların və 

ya Əhəməni məcuslarının dinini ilkin zərdüĢtiliyi Mazda və baĢqa ümumiran allahlarına 

sitayiĢə  uyğunlaĢdırmıĢ  (yalnız  dini  terminologiyada  bəzi  ixtilaflar  qalmıĢdı) 

zərdüĢtiliyə qarĢı qoymaq üçün kifayət qədər əsas yoxdur. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə