Azərbaycan diLİ VƏ tariXİ


§ 4. TORPAQ MÜLKĠYYƏTĠ NÖVLƏRĠ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə36/216
tarix15.03.2018
ölçüsü4,72 Mb.
#31662
1   ...   32   33   34   35   36   37   38   39   ...   216

77 

 

§ 4. TORPAQ MÜLKĠYYƏTĠ NÖVLƏRĠ, 



TORPAQDAN ĠSTĠFADƏ FORMALARI 

 

Dövlətin  iqtisadiyyatında  qulların  mühü m  rol  oynamasına  baxmayaraq, 



əməkçi əhalinin əsas hissəsini icmalarda birləĢən azad kəndlilər təĢkil ed ird ilər. III-

VII  əsrlərdə  torpaq  mülkiyyətin in  xara kterində  yaranan  dəyiĢikliklər  kəndlilə rin 

vəziyyətinə təsir etdi. Azad  icmaçı kəndlilər  feodaldan asılı vəziyyətə düĢür, kənd  

icması  isə  öz  xarakter  və  funksiyasını  dəyiĢərək  kəndlini  istismaretmə  alətinə 

çevrilirdi.  Formal  o laraq  azad  hesab  olunan,  bəzil  hallarda  isə  özünün  də  qulları 

olan ic maç ı ö z torpaq sahəsini tərk edə bilərdi. Ancaq dövlət ic manın ə ra zisindən 

gələn  bütün  torpaq  I  vergilərinə,  eyni  zamanda  dövləti  mü kəlləfiyyətlərin  yerinə 

yetirilməsinə  ciddi  nəzarət  edird i.  Onun  üçün  icmaçı  öz  torpaq  sahəsinə görə  ona 

düĢən payını ödəməli  idi.  Bu vəziyyət onun azad hərəkətinə  mane olurdu, belə ki, 

baĢlı-baĢına baxımsız bura xılmıĢ  sahə üçün elə bir cərimə qoyulmuĢdu ki, o, bunu 

yalnız ö zünün tam  boyunduruğu bahasına ödəyə bilərdi. 

ġahənĢahın,  torpağı  adlı-sanlı  adamlara  paylaması  nəticəsində  bir  ço x 

kənd  icmaları  xüsusi  mülk  sahələrinə  düĢmüĢ  oldu.  Verg ilərdən  azad  olmağa 

çalıĢan  icmaçılar  xüsusi  mülkiyyətçilərin  torpaqlarına  köçür  və  beləliklə ,  təkcə 

yeni  sahiblərin  deyil,  hə mç inin  bu  torpaqda  yerləĢən  kənd  ic mala rın ın  asılılığ ına 

düĢürdülər. 

Ġranın adlı-sanlı kübar nəsilləri geniĢ torpaq sahələrino sahib  olmuĢdular. 

Nizamülmülkün  verdiyi  xəbərə  görə,  I  Xosrovun  əmri  ilə  edam  edilmiĢ 

Azərbaycan  hakimi  böyük  var-dövlətə  və  geniĢ  torpaq  sahələrinə  sahib  idi.  Onun 

Xorasanda, Ġraqda, Farsda və Azərbaycanda malikanə və torpaqları var id i. 

Torpaq  mülkiyyətinin  bir neçə növü  mövcud  idi:  icma  torpaqları, hökmdarın 

Ģərti  mülkiyyət  kimi  bəxĢiĢ  verdiyi  xüsusi sahibkar torpaqları, vilayətlərin  irsi sahibləri 

olan iri feodalların torpaqları və məbəd və Ģəhər torpaqları. 

Xüsusi feodal torpaq mülkiyyəti iki formada idi: dəstgird və xvastaq. "Torpaq 

sahəsi,  mülk,  malikanə"  mənasında olan dəstgird  irsi  torpaq  mülkləri  idi.  Dəstgirdlər 

nəsildən-nəslə keçir, satılır, alınır, bağıĢlanır, girov qoyulurdu. "ƏĢya, əmlak", həmçinin 

"torpaq  sahəsi"  mənasında  olan  xvastaq  Ģərti  torpaq  mülkləri  idi.  Sasanilər  dövründə 

müsadirə  hüququ  saxlanılmaqla  torpaqların  Ģəxsi,  o  cümlədən  irsi  mülkiyyət  kimi 

bəxĢiĢ verilməsi geniĢ yayılmıĢdı. 

Ġcarənin Ģərtləri və onun formaları  mü xtəlif idi. Ġcarənin elə  forması mövcud 

idi ki, burada rentanın qədəri icarəçinin gəlirindən deyil, yalnız məhsuldan asılı idi. Renta 

pulla  ödənildikdə  torpaqdan  istifadə  muzd, natura  ilə ödənildikdə  icarə adlanırdı.  Ġcarə 

müqaviləsi  mütləq  yazılı  Ģəkildə  bağlanır  və  bu  torpaqda  əkiləcək  bitkilərin 

xarakterindən  tutmuĢ  bütün  icarə  Ģərtlərini  əhatə  edirdi.  Renta  mütləq  icarə  edilmiĢ 

sahədən  götürülən  məhsulla  ödənilməli  idi.  Bağlanılan  müqavilələrdə  bununla yanaĢı 

gübrənin xarakteri və verilmə vaxtı, Ģum, əkin, alaq və s. haqqında yerli adət və ənənə-

lərə  sözsüz  riayət  edilməsi  də  xüsusi  nəzərdə  tutulurdu.  Müqavilənin  hər  hansı  bir 



78 

 

maddəsinin pozulması nəticəsində torpaq sahibi icarəçidən torpağı geri ala bilərdi, bu da 



adətən  becərilmə  üçün  az  əlveriĢli  olan  torpağın  icarəçi  tərəfindən  yararlı  hala 

salınmasından sonra baĢ verirdi. 

Ġcarəyə verməyin baĢqa növü yardarlıq idi.  Bu zaman torpaq sahibi icarəyə 

verdiyi  sahədən  məhsulun üçdə birindən  dörddə  üçünə qədərini  alırdı.  Məhsulun  az 

olduğu illərdə belə icarə haqqı tam ödənilməli idi; yalnız "icarəyə götürülən torpağın dörd 

tərəfini əhatələyən sahələrin yanıb tələf olduğu" ümumi qıtlıq illəri istisna təĢkil edird i. 

Əkinçilik  süni  suvarma  ilə  sıx  bağlı  idi.  Əkin  üçün  yararlı  torpaqların  

əksəriyyətində  süni  suvarmaya  ehtiyac  var  id i.  Əkinə  yararlı  torpaqların  bo lluğu 

müqabilində  suyun  çatıĢmazlığı  orta  əsr  Ġran  əkinçiliyi  üçün  xarakter  cəhət  idi. 

Suvarma  üçün  böyük  və  kiçik  çaylardan,  kəh rizlərdən,  quyu  suyundan  istifadə 

olunurdu. 

Ġsti günlərdə çaylarda suyun səviyyəsi aĢağı düĢür, bəzi qollar quruyurdu. 

Sudan  istifadə  və  növbə  üstündə  adamlar  arasında  tez-tez  mübahisələr  baĢ 

qaldırırd ı. Belə münaqiĢələr Ģərikli quyu və arxlar üstündə də olurdu. 

Sasani "Qanunnaməsi"ndə kanallardan istifadəyə "Ġki [Ģəxsin] ortaqlığ ı və 

iki Ģəxsə  mənsub kanal və torpaq sahələri haqqında fəsil"in b ir h issəsi həsr edilib. 

Kanallar  haqqında  "Qanunnamə"nin  dəstgirdin  verilməsinə  həsr  edilmiĢ  baĢqa 

bölmələrində  də  bəhs  olunur.  Torpağından  kanal  keçən  Ģəxslər  də  suvarma  üçün 

onun  suyundan  istifadə  edə  bilərdi,  kanalın  özü  isə  onun  baĢlandığı  mülkün 

sahibinə  məxsus  idi.  Ona  görə  də  dəstgirdin  verilməsi  münasibətilə  təqdim  edilən 

sənəddə  həmin  torpaq  sahəsində  olan  bütün  əmlakla  yanaĢı,  bu  mülkdən 

baĢlanğıcını  götürən  kanal  haqqında  da  xüsusi  maddə  olmalıydı.  Əgər  kanal, 

sahibləri  ayrı  o lan  iki  mü lkün  torpaqların ı  suvarırsa,  baĢlanğıcını  isə  həmin 

mü lklərdən  birindən  götürürsə,  onda  onun  suyundan  Ģ ərik  və  bərabər  istifadə 

olunur. Bununla əlaqədar kanalın təmizlən məsi və ya təmiri  ilə bağlı  iĢlərə çəkilən 

xərc  də  Ģəriklər  arasında  bərabər  bölünürdü.  Əgər  bu  xərci  tərəflərdən  yalnız  biri 

çəkirdisə,  o,  çəkd iyi  xərci  çıxaranacan  Ģərikli  düĢən  payı  girov   saxlaya  bilərdi. 

Kanalın  suyundan  istifadə  etmək  və  ya  ondan  arx  açmaq  istəyən  Ģəxs  kanalın 

sahibiylə haqqını ödəmək Ģərti ilə razılaĢ malı idi. 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə