downloaded from KitabYurdu.az
23
fəaliyyət göstərən 53 zavoddan 6 ən irisi bütün istehsal olunmuş ağ neftin 44 faizini, təkcə
"Nobel qardaşları" firması isə 22 faizdən ço xunu vermişdi
31
.
İri firmalar neft məhsullarının ixracı və ticarəti sahəsində daha böyük
üstünlüklər əldə etmişdilər. Məsələn, 1901-ci ildə Batumi vasitəsilə ixrac olunmuş 74,4
mln pud ağ neftdən 51,9 mln pudu, yaxud 69,7 faizi üç firmanın - "Nobel qardaşları",
"Kaspi-Qara dəniz şirkəti" və "A.İ.Mantaşov və K°" cəmiyyətinin payına düşürdü
32
.
Böhran illərində neft məhsullarının ixracı üçün lazım olan nəqliyyat
vasitələrinin sahibləri də birləşməyə çalışırdılar. 1902-ci ildə 7,4 min pud tutumu olan
yelkənli gəmi var idi. Tağıyev, Bünyadov, Aşurov, Hüseynov və Tumayev qardaşları
kimi iri gəmi sahibləri 1903-cü ildə sindikat müqaviləsi bağladılar və onların bu birliyi
sonralar "Maye daşıyan gəmi-raketlərinin ittifaqı" adlandı.
İstehsalın təmərküzləşməsi və kapitalın mərkəzləşməsi neft sənayesində bank
kapitalının fəaliyyəti ilə sıx bağlı idi. Bank kapitalı ilə neft sənaye kapitalının qovuşması
neft sənayesində maliyyə kapitalının ağalığına gətirib çıxarırdı. Neft kompaniyalarının
əlaqələri Peterburq beynəlxalq kommersiya bankı, Rus xarici ticarət bankı və Volqa-Kama
kommersiya bankı ilə daha sıx idi. Neft sənaye müəssisələri ilə əlaqələri genişləndirmiş
banklar əslində onların bütün fəaliyyətinə nəzarət ed ird i.
Bakı neft sənayesi firmalarının ölkənin iqtisadiyyatında əhəmiyyətli yer tutması
maliyyə-sənaye maqnatlarının dövlət aparatı ilə ittifaqına gətirib çıxarır, çar
mütləqiyyəti iri kapitalın qüdrətinin artması ilə hesablaşmalı olurdu. Bu isə çar
Rusiyasının iqtisadi və siyasi dairələrini maliyyə oliqarxiyasından asılı vəziyyətə salırdı.
Bakıya xarici kapital axını böhran illərində xeyli ixtisara düşdü. Lakin onun
mövqeyi hələ də çox güclü olaraq qalırdı. Belə ki, 1902-ci ildə Azərbaycan neft
sənayesində xarici kapitalın payı ona qoyulmuş bütün kapitalın 30 faizə qədərini təşkil
edirdi
33
.
Azərbaycan neft sənayesinə qoyulmuş aksioner (səhm) kapitalın ümumi
məbləğində ingilis kapitalı mühüm yer tuturdu. 1903-cü ildə Rusiyanın 225,3 mln rubl
kapitalı olan 73 neft müəssisəsində onun xüsusi çəkisi 85,7 mln rubla
34
bərabər idi.
Müvafiq olaraq, Bakı rayonunda 60 mln rubl kapitalı olan 12 ingilis cəmiyyəti fəaliyyət
göstərirdi
35
.
Amerikan maliyyə kapitalı nümayəndələrinin Bakı neftini ələ keçirmək üçün
atdığı yeni addımlar da bu dövrə aiddir. 1903-cü il oktyabrın 31-də ingilis jurnalı
"Petrolium revyu"da "Standart oyl və K°" kompaniyasının Rusiya neft sənayesində
iştirakının layihəsi dərc olunmuşdu
36
. Bu layihədə amerikanlar Peterburqda olan iki,
yaxud üç rus bank idarəsinin köməyi ilə Rusiyada bütün neft istehsalının üçdə bir
hissəsini ələ keçirmək ideyasını irəli sürürdülər. Lakin bu ideya Bakının başqa iri
firmalarını öz tərəfinə çəkə bilmiş Rotşild firmasının müqavimətinə rast gəldi. Həmin
layihə həyata keçmədi, lakin amerikan kapitalının Bakı neftini ələ keçirmək cəhdləri də
dayandırılmad ı.
Böhran vəziyyətinə baxmayaraq, neft sənayesi müəssisələri hələ də mənfəətlə
işləyirdi. "Nobel qardaşları" firması "Kaspi-Qara dəniz cəmiyyəti", "Bakı neft
downloaded from KitabYurdu.az
24
cəmiyyəti", "Neft" rus şirkətləri 20-37 faiz və daha çox gəlir götürürdülər
37
. Neft
firmaları belə böyük gəliri təkcə neftverən torpaqlardan istifadəni və istehsalı artırmaqla
deyil, mü xtəlif bərpa əməliyyatları hesabına da əldə edirdilər. Onlar texniki
təkmilləşdirməyə əlavə xərc qoymaqdan qaçırdılar. Bu isə neft sənayesində əmək
məhsuldarlığının aşağı düşməsinə səbəb olurdu.
Beləliklə, XX əsrin lap başlanğıcında Azərbaycan neft sənayesi dünya iqtisadi
böhranının zərbələrinə məru z qaldı və nəticədə 1901-ci il səviyyəsinə çata bilmədi.
Azərbaycanın neft istehsalı getdikcə dərinləşən iflasa uğradı, onu bu vəziyyətdən heç bir
qüvvə və vəsait çıxara b ilmədi.
XX əsrin əvvəllərində baş vermiş hadisələr - Rusiya-Yaponiya müharibəsi və
1905-1907-ci illərdə xalq kütlələrinin çıxışları neft sənayesinin getdikcə artmaqda olan
düşkünləşməsini daha da dərinləşdirdi. Müharibə neft sənayesinin istehsal göstəricilərinin
ixtisara düşməsinə səbəb oldu. Ağ neftin Sibir bazarına göndərilməsi dayandırıldı, bu isə
bir sıra zavodun bağlanmasına gətirib çıxardı. Müharibə çarizmin siyasi gücsüzlüyünü də
nümayiş etdirdi. Mütləqiyyətin maliyyəsi iflas dərəcəsinə çatdı. Xarici banklar hətta
qısamüddətli borc verməkdən imtina etdilər.
Rusiyada güclənməkdə olan xalq - azadlıq hərəkatı Qərb ölkələrini narahat
etməyə başladı. Rusiya sənayesinə kapital qoyuluşu xeyli zəiflədi. 1905-ci ilin
erməni-müsəlman qırğ ını da bu işdə mühüm rol oynadı, neft mədənlərinin dağıdılması
və yandırılmasına gətirib çıxardı. 1905-ci ildə neft istehsalı 200 mln puda endi
38
.
Neft sənayeçiləri mədənləri xəzinə hesabına bərpa etməyə çalışırdılar. Çar
hökuməti neft burjuaziyasının tələblərini ödəməyi lazım bildiyi üçün Nazirlər Komitəsi
1905-ci il noyabrın 11-də onlara borc verməyi qərara aldı və xəzinədən 20 mln manat
ayırmalı oldu
39
.
Qeyd edilən şərait nəticəsində Azərbaycan neft sənayesi ağır və uzunmüddətli
iqtisadi tənəzzülə məruz qaldı. 1900-1903-cü illər böhranından sonra neft sənayesində
əsas inkişaf istiqaməti buruqların ixtisara düşməsi, neft istehsalı və ixracının getdikcə
azalması ilə müəyyənləşdi. Qazma işləri daha çox gerilədi. 1909-cu ildə aparılmış qazma
işlərinin həcmi 1904-cü ildəki 62,3 mln sajendən 51,7 mln sajenə endi
40
. Eyni səbəb
üzündən yeni quyuların buruq üsulu ilə qazılması da azaldı. Əgər 1901-1905-ci illərdə
1152 yeni quyu qazılmışdısa, sonrakı beş ildə onların sayı 1007-yə düşdü
41
.
Qazma işlərinin azalması neft çıxarılmasına təsirsiz qalmadı. Təkcə 1904-cü
ildə 614,7 mln puda çatan neft hasilatı aşağı düşməyə başladı və 1908-ci ildə 467 mln
pud oldu.
Neft emalı sənayesində də çətin vəziyyət yarandı. 1909-cu ildə fəaliyyətdə
olan zavodların sayı 1904-cü ildəki 51-dən 28-ə, ağ neft və ağ neft-yağ istehsal edən
zavodların sayı isə 1904-cü ildəki 44-dən 19-a endi. Ağ neftin 1904-cü ildə 145,4 mln puda
çatan istehsalı sonrakı illərdə orta hesabla ildə 90 mln pud oldu. Bu vəziyyət istehlak
tələbatını yüksək səviyyədə saxlamaqla daxili neft bazarını süni su rətdə daraltmaq
siyasəti ilə bağlı idi.
Neft sənayesi məhsullarının qiymət və istehsal artımları bir-birinə uyğun