downloaded from KitabYurdu.az
21
sənayeçilərin neftini ucuz qiymətə alırdı. Bakıdan Britaniya konsulu yazırdı ki, "O iri
firmalar böyük qazanc götürürdülər ki, onlar Rusiyada və xaricdə ağ neftin və maye
yanacağın satışına nəzarət edird ilər".
Sənaye böhranından narahat olan çar hökuməti durğunluğu ləğv edə bilməsə də,
onu zəiflətmək üçün özü vacib saydığı tədbirləri görürdü. Bakıya maliyyə nazirliyinin
xüsusi tapşırıqlar üzrə məmuru S.İ.Gülüşambarov ezam edilmişdi. 0,1901-ci il iyunun 15-
18-də neft məhsullarının ixracı və xarici ticarətdə onların qiymətlərinin tərəddüdü ilə
yaranmış şəraitlə əlaqədar neft sənayeçiləri, zavod sahibləri və yerli dövlət idarələri
nümayəndələrinin yığıncağını keçirdi
21
. Hökumət neft sənayeçilərinin bəzi tələblərini
ödədi. Məsələn, neftverən torpaqlardan alınan icarə haqqını 30 faiz azaltdı
22
, bəzi
sahibkarlara borc pul verdi və s. Lakin hökumətin bu köməyi böhranın neft sənayesinin
inkişafına göstərdiyi təzyiqi lazımi qədər azalda bilmədi.
Neftin qiymətinin qeyri-sabitliyi böhran dövrü çətinliklərindən mövqelərini
möhkəmləndirmək üçün istifadə etməyə çalışan iri firmaların təqsiri üzündən baş verirdi.
1901-ci ildə Qafqaz inzibati idarələrinin nümayəndələri qeyd edirdilər ki, neftin bazar
qiymətlərinə "neft sənayesində inhisarlar yaradanların təsir payı az deyildi"
23
.
Hələ 1900-cü ilin əvvəllərində "Nobel qardaşları" şirkəti və Rotşildin
"Mazut" cəmiyyəti kartel müqaviləsi bağlamışdı ("Nobmazut"). Hər iki firma neft
məhsulları satışını tam inhisara almaq və yüksək gəlir götürmək üçün daxili bazarlarda
bir-biri ilə razılaşdırılmış ticarət siyasəti yürütməyi öz üzərlərinə götürürdülər. 1900-cü
ildə neft istehsalının 21 və neft ixracının isə 40 faizi onların payına düşürdü
24
. 1901-ci
ildə isə Xəzər dənizi vasitəsilə Rusiyanın daxili quberniyalarına ixrac olunan ağ neftin 57,
ağır neft yanacağının 43,5 və sürtkü yağlarının 67,5 faizi də Nobel və Rotşild firmalarına
məxsus idi
25
.
Nobellə Rotşild rus ağ neftini xarici bazarlara ixrac etmək üçün də öz
qüvvələrini birləşdirmişdilər. Onlar 1900-cü ildə ingilis dilində aparılacaq bütün işləri
görəcək "Konsolireyted petroliu m ənd K°" kompaniyasını yaratmaq barədə razılığa
gəldilər
26
. Tezliklə kompaniya Rokfellerlə ingilis bazarını bölmək barəsində müqavilə
bağladı. Bu müqaviləyə görə, Rokfeller ingilis bazarına ağ neftin 60, rus ixracçıları isə 40
faizini çıxarmalı idilər
27
.
1901-ci ildə Nobel-Rotşild qrupuna qarşı "Ağ neft-yağ istehsalı şirkəti"
("Tokamp") yaradıldı. Öz tərkibinə "A.İ.Mantaşov və K°" və "Kaspi şirkəti"ni daxil etmiş
bu yeni birlik rus müəssisələri kimi yaransa da, əslində ingilis maliyyəsinin nəzarəti
altında idi
28
. Birlik öz qarşısına mühüm vəzifə olaraq, ağ neft ixracını ələ keçirməklə
yanaşı, daxili ticarətdə iştirak etməyi və neft istehsalı üzərində nəzarəti ələ keçirməyi
qoymuşdu. Odur ki, "Tokamp" "Nobmazut" karteli üçün ciddi rəqib idi. Lakin Nobel
ingilis sahibkarları ilə Almaniyada ağ neftlə birgə ticarət etmək haqqında saziş
bağlamaqla, "Tokamp"ı xey li neytrallaşdırd ı.
Böhran illərində ixrac məsələsi iri firmaların rəqabətinə davam gətirə
bilməyən orta və kiçik firmalar üçün ölüm-dirim məsələsi idi. Onlar rəqabətə qarşı
durmaq üçün ixrac sindikatı yaratmağın layihəsini hazırladılar. Hökumət əvvəlcə bu
downloaded from KitabYurdu.az
22
ideyaya müsbət münasibət göstərdi. "Bakı ağ neft zavodçularının ittifaqı" tipli sindikat
yaratmaq məsələsi 1901-ci ilin sonunda Bakı neft sənayeçilərinin XVI qurultayında
müzakirə olundu. Qurultay seçilmiş komissiyaya sindikat müqaviləsinin layihəsini
hazırlamağı tapşırdı. İri fırmalar sindikat yaradılmasına etiraz etmədilər.
1902-ci ilin iyununda Peterburqda "Nobel qardaşları", "Kaspi-Qara dəniz
cəmiyyəti", "A.İ.Mantaşov və K°", "Kaspi şirkəti", "Ağ neft-yağ istehsalı şirkəti" və
başqa firmaların iştirakı ilə ko missiyanın iclası keçirildi. Burada ixrac birliyinin
yaradılması sahəsində görülmüş işlər barəsində komissiyanın məruzəsi dinlənildi. Lakin
mü zakirələr zamanı firmalar arasında üzə çıxan fikir ayrılığı və başqa səbəblər
ümumi nəticəyə gəlməyə mane oldu. Hökumət də münasibətini dəyişib ixrac sindikatı
yaradılması ideyasını müdafiə etmədi.
Rəqiblərini neytrallaşdırmaq məqsədi ilə Nobel Amerikanın "Standart oyl
və K°" ko mpaniyası, Rotşild isə ingilis - holland tresti "Şell" ilə möhkəm əlaqə
yaratdılar. Nobellə ittifaq Rokfeller üçün daha əhəmiyyətli idi. 1902-ci ildə "Standart
oyl və K°"nın Avropada olan bütün filiallarə Nobellə bağlanmış, vaxtı bitən mü-
qavilələrinin möhlətinin beş il də uzatdılar. Almaniyada Rokfellerlə Nobel arasında
"təsir dairələri"ni bölmək barəsində müqavilə imzalandı.
Neft sənayesi birliklərinin yaradılması və uğurlu fəaliyyəti is tehsalın yüksək
dərəcədə təmərkü zləşməsi bünövrəsi üzərində mümkün idi. XX əsrin əvvəllərində
Azərbaycan neft sənayesi özünün təmərküzləşmə və kap italın mərkəzləşmə
səviyyəsinə görə dünyada qabaqcıl yerlərdən birini tuturdu. Böhran neft sənayesin -
dəki təmərkü zləşmə prosesini daha da gücləndirdi və dərinləşdirdi, eyni zamanda
maliyyə və texniki cəhətdən zəif olan müəssisələri iflasa uğratdı. Bir çox orta və kiçik
müəssisənin iflasa uğradığı və təmərküzləşmə meyillərin in gücləndiyi şəraitdə
istehsalı və texniki təchizatı yaxşı təşkil edilmiş müəssisələr daha davamlı olurdular.
Təmərkü zləşmə prosesinin xarakterik xüsusiyyətlərindən biri iri
müəssisələrlə orta və kiçik müəssisələr kütləsinin arasındakı qeyri-bərabərlik idisə,
digəri də iri müəssisələr içərisində əllərində neft məhsullarının istehsalı və satışını
cəmləşdirmiş nəhənglərin ayrılması və seçilməsi idi. Onların sırasına daxil olan "Nobel
qardaşları", "Kaspi-Qara dəniz cəmiyyəti" və "A.İ.Mantaşov və K°" firmalarının
payına 1901-ci ildə Bakı rayonunda çıxarılmış neftin dörddə bir hissəsindən çoxu
düşürdü. 1903-cü ildə - böhranın son ilində isə 153 neft sənayesi firmasından 10
firmanın hər biri 20 mln. puddan çox neft istehsal edirdi. Onların cəmi 2,6 faizini təşkil
edən dörd ən irisi - Nobel, Mantaşov firmaları, "Kaspi-Qara dəniz cəmiyyəti" və
"Kaspi" şirkəti 189,9 mln pud neft çıxarmış dılar ki, bu da həmin il hasil olunmuş neftin
31,8 faizi idi
29
.
Neft emalı sənayesi sahəsində də eyni mənzərə nəzərə çarpırdı. Kifayət qədər
azad kapitalı, lazımi texniki təchizatı və neft anbarları olmayan bütün kiçik zavodlar iri
sahibkarların mülkiyyətinə keçirdi. Təkcə "Tokamp" firması 1901-1902-ci illərdə
"Qafqaz" cəmiyyətinin iki, "Bakı-Rus cəmiyyəti"nin bir, Rus neftini və maye yanacağı
çıxaran cəmiyyətin iki zavodunu və bir stansiyasını ələ keçirmiş di
30
. 1900-cü ildə