Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə31/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   27   28   29   30   31   32   33   34   ...   103

64 
 
yerli  hakimlərə  bildirir:  "Mən  sizə  göstərərəm!  Sizin lə  işimi  bitirən  kimi  Cahan 
Pəhləvana qarşı çıxacağam!"
  
Hic ri  579-cu  il  cu mad  əvvəl  ayında  (20.08.-20.11.1183)  İzzəddin  I  Məsud 
Öz  naibi  -  ölkənin  həqiqi  hakimi  Mücahidəddin  Qay mazı  həbs  etdirir,  ancaq  bu, 
səhv  hərəkət  idi.  Çünki  vassal  hakimlər  Mücahidəddindən  qorxur  və  Mosul 
atabəylərinin  xəzinəsinə  vergini  müntəzəm  verirdilər.  Mücahidəddin  həbs 
olunandan sonra isə verginin arası kəsilir.  Ölkədə iğtişaş baş verir.  Bundan istifadə 
edən xəlifə ən-Nasir Dakuku işğal edir. Səlahəddin isə İzzəddin I Məsudun keçmiş 
vassalları arasında özünə müttəfıq lər tapır. 
Mücahidəddin  Qaymaz  hicri  580-ci  ilin  məhərrəm  ay ında  (14.04.-
13.05.1184)  Cahan Pəhləvanın havadarlığ ı sayəsində həbsdən azad olunur. Bundan 
sonra o,  Səlahəddinə  qarşı  yardım  üçün  Cahan  Pəhləvan,  eləcə  də  Qızıl  Arslanın  
yanına  gedir.  Əvvəlcə,  onu  Azərbaycanın  hakimi  Qızıl  Arslan  qəbul  edir  və 
qardaşının  yanına  buraxmayaraq  deyir:  "Onun  verəcəyi  hər  şeyi  sən  məndən  ala 
bilərsən!"  Qızıl  Arslan  ona  3000  atlı  qoşur  və  Mücahidəddin  hakimi  Mosul 
atabəyindən  üz  döndərmiş  İrbili  mühasirəyə  alır.  Irbilə  gedən  yol  boyu  Qızıl 
Arslanın  atlıları  yaşayış  məntəqələrini  v iran  qoyur,  əhalini  qarət  ed ir,  qadınları 
zorlayır.  Mücahidəddin  isə bunun qarşısını  ala  bilmird i.  İrb ilin  hakimi  Zeynəddin 
Yusif qoşun dəstəsinin üzərinə hücum çəkib, onu darmadağın ed ir
1

581-c i  il  rəbiəs-sani  ayının  9-da  (08.07.1185)  Cahan  Pəhləvanın  vassalı, 
Xilatm  hakimi  Şah-ərman  Nəsirəddin  Məhəmməd  ibn  İbrahim  II  Sö kmən  ölür. 
Bunu eşidən Səlahəddin Yusif rəbiəs-sani ayının 20-də (19.07.1185)  Xilatı tutmaq 
üçün  qoşun  göndərir.  Mərhu m  Şah-ərmanın  varisi  olmad ığı  üçün  Xilatı  onun 
məmlü kü  Seyfəddin  Bəy -Tey mur  əlinə  keçirir.  Mərhu m  Şah-ərmanın  vəziri 
Məcdəddin  ibn  əl-Müvəffəq  başda  olmaqla  Xilatın  əyanları  -  məmlükün  rəqibləri 
Səlahəddinə  müraciətlə  Xilatı  Bəy-Tey murdan  geri  almasını  xahiş  edirlər.  Bir 
qədər  sonra  Səlahəddinin  qoşun  dəstəsi  Xilata  yaxınlaşır  və  ət-Tavana  kəndi 
yaxınlığında  məskən  salır.  Bu radan  kəşfiyyat  məqsədi  ilə  fəqih  İsa  Xilata 
göndərilir.  Vəzir  ona  bildirir:  "Seyfəddin  Bəy-Tey mur  və  Pəhləvanın  qızı  - 
[mərhu m]  Şah -ərman ın  arvadı  Xilat  qalasındadırlar,  bəlkə  Pəhləvan  da  buraya 
gəldi". Fəq ih heç bir nəticə əldə etmədən geri qayıdır.  
Tezliklə atabəy Cahan Pəhləvan "Azərbaycan, Həmədan və  Şərq" qoşunları 
ilə Xilata gəlir.  Xilatın şərq cinahında məskən salaraq,  Səlahəddin  Yusifin yanına 
elçi göndərib bildirir: "Bu ölkə  mənim qızıma  mənsubdur və o, hazırda qaladadır. 
Mənim  məsləhətim  budur:  qoy  aramızda  olan  dostluq  münasibəti  əvvəlki  kimi 
qalsın və davam etdirilsin". Bundan sonra Səlahəddin əl-Cə zirəyə, Pəh ləvan isə öz 
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.163-165; yenə də onun: "Atabəylər", səh.183-184; İbn Xaldun, V, səh.581. 


65 
 
ölkəsinə  qayıdırlar.  Seyfəddin  Bəy-Tey mur  ona  pul  və  hədiyyə  gətirir  və  Xilatda 
Cahan Pəhləvanın adı ilə xütbə o xunmağa başlanır"
1

Səlahəddin  Yusif  və  Cahan  Pəh ləvan  hələ  Xilat  hasarların ın  yaxınlığında 
yerləşdiyi  vaxt  Səlahəddin  Atabəyə  müraciətlə  xahiş   edir  ki,  "Qəzvin,  Bistam  və 
Dəmqan  vilayətlərində  olan  is maililərin  qalalarını  mühasirəyə  alıb  tutmaq  üçün" 
onun qoşunlarının Atabəylər dövləti ərazisindən keçməsinə  icazə vers in. "Atabəy 
bir  qədər  fikirləşdikdən  sonra  ona  rədd  cavabı  verir  və  ehtiyatla  tərpənərək 
Səlahəddinlə müharibəyə hazırlaşır. Lakin iş bu yerə gəlib çatmır"
2

Bu  hadisələr  zamanı  atabəy  Cahan  Pəhləvanın  "qarn ından  ağrı"  tutur. 
Atabəy  əmr  edir  ki,  onu  tikdirdiy i  Təbərək  qalasına,  ailəsinin  yanına  apars ınlar. 
İraq  təbiblərin in  bütün  səylərinə  baxmayaraq,  onlar  Atabəyi  ölü m  yatağından 
qaldıra bilməd ilər. Hicri 581-ci il  zilhiccə ayın ın sonunda (23.02.-23.03.1186-cı il) 
"İslamın  padşahı,  qüdrətli  hökmdar,  dahi  atabəy,  Əcəmin  xaqanı  Şəms  əd-Dünya 
vəd-Din  Nüs-rət  əl-İslam  va-1-müslimin  Əbu  Cəfər  Məhəmməd  Cahan  Pəhləvan 
ibn İl-dəniz İl-şah vəfat etdi"
3

Atabəyin  müasiri  İbn  əl-Əsir  Cahan  Pəhləvan  haqqında  bir  qayda  olaraq 
(ənənəyə müvafıq) müsbət xasiyyətnamə verir: 
"O İraq ın, A zərbaycanın, Arranın, əl-Cibəlin,  Rey in,  İsfahanın Həmədanın  
və başqa vilayətlərin hakimi id i. O,  xoş xasiyyətli  insan, ədalətli,  müdrik və səbirli 
hakim  id i.  Onun  hakimiyyəti  illərində  [tabeliy ində  olan]  ölkələr  əmin -aman lıq, 
təbəələri  isə  dinclik  şəraitində  yaşayırdılar"
4
.  Başqa  bir  mənbə  Atabəyin  hədsiz 
qəddarlığını qeyd edir
5
.  Eyni zamanda məlu mdur ki, o,  misilsiz  miras qoymuşdur: 
onun 5000-dən art ıq şəxsi mə mlükü və 70 min atı, qatırı və dəvəsi var idi
6

Cahan  Pəhləvan  mütləq  hakim  id i:  o,  zah irdə  də  olsa,  azyaşlı  sultan  III 
Toğrul  ilə  hesablaşmır,  Səlcuq  sülaləsinin  sonuncu  nümayəndəsinin  nüfuzunun 
qayğısına belə qalmırdı.  Görünür, Atabəy atasının başladığı siyasətdən - tənəzzülə 
uğrayan sülalənin  müdafiəsi  siyasətindən  istifadə  etmək  tərəfdarı  olmamış,  ancaq 
onu  devirmək  üçün  də  heç  bir  səy  göstərməmişdir.  Cahan  Pəhləvanın 
hakimiyyətinin  əsas  yekunu  Eldənizlər  dövlətinin  xarici  siyasət  mövqeyinin 
gələcəkdə  daha  da  möhkəmləndirilməsindən  ibarət  olmuşdur.  Lakin  Atabəyin 
hakimiyyətinin son dövrlərində vilayətlərin daxili vəziyyəti mü rəkkəb idi. Sonralar 
                                                                 
1
 Sibt ibn əl-Cövzi, VIII/I, səh.384; İbn əl-Əsir, IX, səh. 168-169; İbn əl-İbri, səh.220; Bar Ebrey, 
II,  səh.436;  İbn  Xəllikan,  III,  səh.359-360;  Vardan,  səh.163;  İbn  əl-Vardi,  II,  səh.134;  Rəşid  əl-
Cəmili, səh.157; V.Minorsky, Studies, p.48. 
2
 Ravəndi, səh.312; müəllifi naməlum "Oğuznamə", səh.73. 
3
  İbn  Xəllikan,  III,  səh.361;  Bütün  başqa müəlliflər Atabəyin  ölüm tarixini hicri  582 -ci  ilin  əvvəli 
hesab edir. Bu, 1186-cı ilin mart -aprel aylarına müvafıq gəlir. 
4
  İbn əl-Əsir, IX, səh.173; İbn əl-İbri, səh.220. Арабский аноним . D-173,vər.673b; Əbül-Fida, IV, 
səh.72, İbn Xaldun, V, səh.160. 
5
 Sibt ibn əl-Cözvi, VIII/1, səh.391. 
6
Yenə orada, səh.391-392; İbn əl-Hənbali, IV, səh.296. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə