Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə39/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   35   36   37   38   39   40   41   42   ...   103

81 
 
çıxmağındır. Bu [ona] ona görə lazımdır ki, qoy adamlar bilsinlər ki, onun ölkədəki 
hörmət  və  şərəfı  kafırlərin  hakimiyyətinin  (mülük  əl-küffar)  gözündə sarsılmışdır. 
Onlara  məlu mdur ki,  Rey Xarəzmşaha mənsubdur, ancaq onun adamları şəhərdə n 
qovulmuş və şəhərə başqaları sahib olmuşdur. Bundan savayı onun başqa məqsədi 
yoxdur və sən Reydən onun xeyrinə əl çəksən, o buna qane olar, Reydə öz oğlunu 
qoyub  yenidən  Xarəzmə  qayıdar.  Oğ lu  Reydə  qalarsa,  sənin  hakimiyyətin  altında 
qalacaq,  sənin  əmrlərinə  tabe  olacaq,  sənin  yasaq  bildiyini  təlqin  edəcəkdir. 
Buradan belə görünür ki, sultan öz xoşu ilə heç b ir qan tökmədən geri qayıt mış, hər 
şey olduğu kimi qalacaqdır"
1

Bu  məktubu  aldıqdan  sonra  III  Toğrul  əmirlərlə  məşvərət  keçirir.  Əmir 
Nurəddin Qara III Toğrula aşağıdakın ı  məsləhət görür: "Bu, ağlabatan fıkird ir.  Bi z 
belə etməliy ik  - gərək Savəyə gedək və İsfahan və Zəncandan qoşunlarımız gələnə 
qədər  orada  qalmalıyıq.  Əgər  Xarəzmşah  Əlaəddin  Təkiş  bizi  təqib  etməyə 
başlayarsa, biz  Savə  və  Müşkuyə
2
  arasında olan  dar  keçiddə  onu  qarşılayır  və  bu 
niyyətdən əl çəkməyə  məcbur edərik. Bu da  mü mkün olmazsa, biz İsfahana gedər, 
İsfahana  hücum  edərsə,  Həmədana  qayıdarıq.  O,  ö z  ölkəsini  tərk  edə  bilməyəcək 
və  bizi  yerbəyerdən  təqib  etməyəcəkdir,  o  zaman  biz  müsəlman ların  xeyrinə  sülh 
müqaviləsi bağlaya bilərik"
3

La kin  sultan  III  Toğrul  bu  təklifdən  imt ina  edir  və  əsas  qüvvələrinin 
yaxınlaş masını  gözləmədən  Xarəzmşahla  müharibəyə  girmək  qərarına  gəlir.  Hicri 
590-c ı  il  rəbiü ləvvəl  ayının  9-da  (04.03.1194)
225 
III  Toğrul  az  qüvvə  ilə  Rey 
yaxınlığında  xarəzmilərin  Qutluq-İnanc Mahmudun başçıhq etdiyi qabaq dəstələri 
üzərinə  hücuma  keçir.  60  nəfər  qulamla  sultan  xarəzmilərin   qabaq  dəstəsinin 
üzərinə  atılır,  toqquşma  zamanı  o xla  gözündən  yaralanır  və  atdan  yıxılır.  Qutluq-
İnanc ona yaxınlaşır və III Toğrul ona müraciətlə deyir: " Ey Mahmud! Məni qaldır 
və  buradan  uzaqlaşdır.  Bu  həm  sənin,  həm  də  mənim  üçün  yaxşı  o lar!"  Lakin  
Qutluq-İnanc  sultan  III  Toğrulun  başını  kəsib  Xarə zmşaha  aparır.  Ancaq  Təkiş 
Qutluq-İnancm  hərəkətin i  bəyənmir  və  ona  deyir:  "Arzu  edərdim  və  ya xşı  ola rdı 
ki,  sən  onu  mənim  yanıma  diri  gətirəydin.  Heyf!  Onun  taleyi  başqa  cür 
buyurmuşdur!"
4
 
Xarəzmşah  Təkiş  III  Toğrulun  başını  Bağdada  göndərir  və  orada  bir  neçə 
gün  Nubi  darvazasından  asılı  qalır.  III  Toğrulun  cəsədi  isə  Rey  bazarında  dar 
ağacından asılır
5

                                                                 
1
 Əl-Hüseyni, vər.l08b-109a. 
2
 Yaqut, III, səh.67; "Müşkuyə - Rey vilayətində  kiçik şəhərcikdir". 
3
 Əl-Hüseyni, vər.l09a.  
4
 İbn əl-Əsirə görə (IX, səh.230): rəbiüləvvəlin 24-də, Ravəndiyə görə (səh.341), vuruş cumadi sani 
ayının 24 (16.06.1194)-də baş vermişdir. 
5
 Əl-Hüseyni, vər. l09b; İbn əl-Əsir, IX, səh.230; Yəzidi, səh.176; Nışapuri, səh.91, Bar Əbrey, II, 
səh.467; Əbül-Fida, III, səh.89-90; Bəydavi, səh.74; Cüveyni, I,səh.302-303; Ərəb enonimi, D-173, 
vər.675a; Rəşidəddin, 1/2, səh.101; İbn Xaldun,V, səh.182; əl-Məkrizi, əs-Suluk, səh .l,  40; İbn əl-


82 
 
Tarixçi Sədrəddin əl-Hüseyni yazır  ki, "Sonuncu səlcuq hökmdarı sultan III 
Toğrul  öldürüləndə  Səlcuqilər  nəslin in  kö zərmiş  kö mürlərindən  yalnız  kü l  qaldı, 
onu da yel sovurdu!"
1
 
III  Toğru lun  həlakından  sonra  Xarəzmşah  Təkiş  hicri  590-cı  ilin  rəcəb 
ayında  (iyul,  1194)  Həmədanı  və  Fars  İraqı  şəhərlərinin  ço x  h issəsini  tutur,  zəbt 
edilmiş  torpaqları  öz  əmirləri  arasında  paylayır.  İsfahanı  Qutluq -İnanca  verir  və 
onu  İraqın  baş  əmiri  təyin  edir,  Həmədam  Qaragöz  əl-Atabəyiyə,  Reyi  öz  oğlu  
şahzadə Yunis xana verir və əmir Mayaçuqu onun atabəyi vəzifəsinə təyin edir
2

Xəlifə ən-Nasir belə hesab edirdi ki, vəzir İbn əl-Qəssabın başçılığı ilə xəlifə 
qoşunlarının  Sultana  qarşı  müharibədə  iştirakının  əvəzinə  Xarəzmşah  III  Toğrulun 
torpaqlarının  bir  hissəsini  onun  hakimiyyətinə  verəcəkdir.  La kin  Xarə zmşah 
xəlifəyə  heç  bir  vilayət  təklif  etmir.  Onda  Xəlifə  Xarəzmşahın  III  Toğrulun 
mü lklərinə sahib olmasının əhəmiyyətini qeyd etmək  məqsədi ilə Təkişə  sultanına 
məxsus  fəxri  paltar  və  xələt  verilməsin i  öz  vəzirinə  tapşırır.  Vəzir,  xəl ifənin  
müvəkkili  kimi  belə  hesab  edir  ki,  Xarəzmşah  özü  vəzirin  yanına  gəlməli,  o  da 
xəlifən in  hədiyyələrin i  Təkişə  təqdim  etmişdir.  Lakin  Xarəzmşah  şübhələnir  ki, 
onu tələyə salmaq  istəyirlər,  ona  görə  də  vəzirin qoşun düşərgəsinə hücum əmrini 
verir.  Vəzir  qaçıb  canını  qurtara  bilsə  də,  bu  vaxtdan  etibarən  Xarəzmşahla 
xəlifən in münasibəti birdəfəlik pisləşir
3

Hic ri  591-c i  ilin   əvvəlində  (1195-c i  ilin  başlanğıcı)  Xu zistan  hakimi 
Müzəffərəddin Əbdülfəth İl-Doğdu ibn Ağ-Toğan ibn Şimla ölür və onun varisləri 
arasında  daxili  mübarizə  başlayır.  Bundan  istifadə  edən  xəlifənin  vəziri  İbn  əl-
Qəssab  Xuzistana  qoşun yeridir.  Xuzistanın  şəhərlərini  zəbt  etdikdən sonra vəzir 
sabiq  hakimin  oğlan larının  hamısını  əsir  tutub  Bağdada  göndərir
4
.  Bundan  sonra 
Xəlifə ö z vəzirinə İran İraqın ın torpaqlarını zəbt etmək əmrin i verir.  
Bu  za man  Qutluq-İnanc  Mahmud  və  Xarə zmşahın  oğlunun  atabəyi  əmir 
Mayaçuq  ittifaq  barəsində  bağladıqları  əhdi  pozaraq,  açıq  mübarizəyə  girişirlər. 
Zəncan yaxın lığ ındakı döyüşdə Qutluq-İnanc məğlub olur və ətrafında olan qoşun 
dəstəsi ilə Xulvan keçid inə, vəzir İbn əl-Qəssabın qərargahına gəlir
5
. Vəzir Qutluq-
İnancı  fəxri  xələtlə  təltif  edir  və  özünün  bütün  süvari  dəstəsini  onun sərəncamına 
verir.  Vəzir və Qutluq-İnancın başçılığı  ilə qoşun Kirmanşahdan keçərək Həmədan 
tərəfə  yeriy ir.  Qısamüddətli  döyüşdən  sonra  [h.  591-ci  il  şəvval  ayı  -  08.09-
06.10.1195) Yun is xan və Mayaçuq şəhərdən qovulur. Bundan sonra İbn əl-Qəssab 
və  Qutluq-İnanc  Həmədan  vilayətin i  bütünlüklə  zəbt  edir  və  Reyə  yaxınlaşırlar. 
                                                                                                                                                      
Vərdi,  II,  səh.156-158;Ə.Ə.Əlizadədə  (İctimai-iqtisadi  və  siyasi  tarix,  səh.82)  hadisələr  düzgün 
işıqlandırılmır. 
1
 Rəşidəddin, 1/2, səh.101. 
2
 Əl-Hüseyni, vər. 110 a. 
3
 İbn əl-Əsir, IX, səh.231; Ravəndi, səh.345; Rəşidəddin, 1/2, səh.102. 
4
 İbn əl-Əsir, IX, səh.224; 231; Sibt ibn əl-Cövzi, VIII, səh.445; İbn əl-Füvati, IV/l, səh.  
5
 Ravəndi, səh.346; Cüveyni, I, səh.304. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə