85
müdafıə oluna biləcəklərindən özlərini məhru m edərək, ço x tələsik onlara qarşı
çıxmışlar"
1
.
Şamxor ətrafındakı vuruşda atabəy Əbu Bəkr məğ lub olur, Şamxor və ətraf
şəhər və qalalar Əmir Əmiranın hakimiyyətinə tabe edilir
2
. Əbu Bəkr Bey ləqan
tərəfə çəkilir, orada Əmir Əmiran ın qoşunları "torpağm daraldığı, havanın isə sanki
boğunuqlaşdığı" vaxt Atabəyin ordusu ilə qarşılaşır. Qanlı vuruşma nəticəsində
Əbu Bəkr yenidən darmadağın edilir, Atabəyin özü isə atdan yerə salınır.
Qardaşının qulamlarından biri ona yaxınlaşıb öldürmək istəyir, lakin Atabəy özünü
ona nişan verir [tanıtdırır]. Qulam atabəyi müşayiət etməyə razılıq verir və onlar
döyüş meydanını tərk edib, bir müddətdən sonra Naxçıvana çatırlar
3
.
Beyləqan ətrafındakı döyüşdən sonra gürcü qoşunları David Sos lanın
başçılığı ilə Gəncəyə yürüş edir. Əmir Əmiran Gəncə əhlindən şəhərin təslim
edilməsin i tələb edir. Ona belə cavab göndərirlər: "Sən buraya tək gəlmiş olsaydın,
biz şəhəri sənə təhvil verərd ik. Lakin sən kafırlər yığnağı (küffar) ilə gəlmisən və
biz qorxuruq ki, şəhəri sənə təslim versək, kafırlər sənə xain çıxar və şəhərə sahib
durarlar. O zaman biz öz uşaqlarımızla bərabər əsir düşəcək, bizim ərlərimiz və
ailələrimiz qılıncdan keçiriləcəkdir. Buna imkan verilərsə, bu hüdudlarda (saqr)
islam ölkəsindən onların əlinə keçməmiş heç bir şəhər qalmaz. O zaman onların
üzərində günəş parladığı halda
4
, islamın sütunları dağılar və zülmətə qərq olar".
Gəncə əhalisi şəhəri təslim etmir, həm də Şamxor və Beyləqan ətrafındakı
məğ lubiyyətdən sonra Əbu Bəkrin qoşunlarının bir hissəsi Gəncədə sığınacaq
tapmışdı. Belə olduqda Əmir Əmiran hiyləyə əl atır. O, gürcüləri şəhərdən
qoşunlarını geri çəkməyə razı salır və onlara aşağıdakı təklifı ed ir: "Mən Gəncəyə
girərəmsə, orada sizin hökmran lığ ınız yaranacaq, xərac sizə veriləcək, şəhərin
gəliri sizə çatacaqdır. Əgər biz Gəncəni q ılınc [gücü ilə] zəbt edə bilməy ib geri
çəkilsək, o zaman onlar mənim qardaşımı çağırıb, şəhəri ona təhvil verəcəklər.
Şəhərdə mənim olmağ ım, qardaşımın o lmağından sizə daha sərfəlidir"
5
.
Gü rcülər Əmir Əmiranın qarşısında şərt qoyurlar ki, onunla birlikdə
müşavir sifətilə bir neçə gürcü sərkərdəsi də şəhərə daxil o lsun. Bu şərtdən xəbər
tutan Gəncə əhalisi belə cavab verir: "On lardan bir neçə nəfərin in səninlə birgə
gəlməsinin eybi yoxdur. On ların hiyləgərliy inə biz [qabaqcadan] bələdik, xain lik
və yamanlıqlarından özümüzü qoruyacağıq". Əmir Əmiran öz qoşunu, üç nəfər
gürcü və yaxın adamları ilə birlikdə Gəncəyə daxil o lurlar. Saraya gələn kimi
1
T acidarların tarixi və mədhi, səh.60; bax: A.Abdaladzə. səh.l 14 -118.
2
T acidarların tarixi və mədhi, səh.59-62.
3
Bu vuruş haqqında daha müfəssəl məlumat üçün bax: əl-Hüseyni, vər. 105b-106a. Gürcü
salnaməsi isə əksinə xəbər verir: Əbu Bəkr Əmir Əmiran v ə I Axsitanın üzərinə hücuma keçir,
onları Beyleqan darvazaları yanında darmadağın edir və Arrandan qovur (T acidarların tarixi və
mədhi, səh.57).
4
Əl-Hüseyni, vər. 106a.
5
Əl-Hüseyni, vər,106a.
86
onlar vaxtilə Sultan Məhəmməd Təpərin təsis etdiyi sultanlıq taxtına Əmir
Əmiranı ofurdurlar
1
.
Gəncənin təslimi barəsində gürcü rəvayəti bir qədər başqadır. David Soslan
şəhərə yaxınlaşdığı zaman "onu qarşılamağa şəhərin adlı-sanlı əh li və baş tacirlər,
qazı və fəqih lər (hüquqşünaslar) çıxd ılar. On lar d iz çökərək Davidə baş əyir, ona
əhsən oxuyur, göz yaşları içərisində ona yalvarır, özlərini və uşaqlarını ona
tapşırırdılar. Çarın qarşısında şəhər darvazaları açılır və sultan sarayının qapısı
ağzına qədər qiy mətli parçalar döşənir və onun üstünə qızıl, gümüş, dirhəm və
dinar səpilir. Saraya daxil olub, o, sultan taxtında əyləşir"
2
.
Gəncənin fəthi münasibəti ilə Dav id Soslanın təşkil etdiyi qəbulda çariça
Tamar da iştirak edirdi. Əmir Əmiran Ömər və Şirvanşah I Axsitan öz yerlərində
oturdu və gürcü sarayı çox razı qalmışdı ki, Dav id Soslan atabəy Cahan
Pəhləvanın oğlunu vassal sifətilə özünə tabe etmişdi
3
.
Gü rcü qoşunları Gəncədən çıxdıqdan sonra şəhərdə qalan Əmir Əmiran
şəhərin müsəlman əhalisini sıxışdırmağa başlayır, xaçpərəstləri isə himayəsi altına
alır
4
. Buna görə də şəhər əyanları onu öldürür. Əl-Hüseyni qeyd edir ki, gürcülər
çıxıb getdikdən sonra Əmir Əmiran Ömər "22 gün yaşadıqdan sonra ölür"
5
. Gürcü
salnaməsi bu barədə başqa cür məlu mat verir: "Sabiq atabəy Əbu Bəkr Naxçıvanda
gizlənərək, b irisinə ço xlu qızıl verəcəyin i vəd və öz qardaşı Əmir-M irmanı
öldürməyi tövsiyə edir. Sonuncuya gizlincə öldürücü zəh ər verilir və o xəstələnir"
6
.
xəstələnir"
6
.
Gəncə əhalisi təcili Əbu Bəkrin yanına elçi göndərib tezliklə şəhərə
gəlməsini xahiş edirlər. Əbu Bəkr gəldikdə "Əmir-M irman ın əsgərləri onunla
vuruşur, lakin b ir hissəsi qırılır, bir hissəsi isə qaçmağa məcbur olur. Əbu Bəkr
gəncəlilərdən tabe olacaqları barədə söz alıb, Gəncədə öz mövqeyini
möhkəmləndirir. Bununla belə orada ço x qalmaqdan qorxaraq, tezliklə şəhəri tərk
edir
7
.
Müttəfıqlərin in ölü münü və Gəncənin Əbu Bəkr tərəfindən zəbt
olunduğunu eşidən gürcü qoşunları İvane M xarqrdzelinin başçılığı ilə Gəncəyə
hücum çəkir. Şəhərin mühasirəsi 25 gün davam edir. Çariça Tamar da buraya gəlir
və "Şirvanşah xid mət etmək üçün onun qarşısına çıxır". Lakin gürcülər şəhəri ala
bilmir, mühasirəni götürür və Naxçıvana tərəf hərəkət edirdilər. On lar Şirvanşah I
1
Ən-Nəsəvi, səh.286.
2
T acidarların tarixi və mədhi. Səh.62.
3
Yenə orada, səh.63.
4
Киракос Гандзакеци, стр. 94-95.
5
Əl-Hüseyni, vər. 106b.
6
T acidarların tarixi və mədhi, səh.65.
7
T acidarların tarixi və mədhi, səh.65; əl-Hüseyniyə görə (vər. 107a): "Əbu Bəkrşəhər işlərini
səhmana saldıqdan və şəhəri oğlu əmir... tapşırdıqdan sonra Naxçıvana qayıtdı".
Dostları ilə paylaş: |