Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə37/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   33   34   35   36   37   38   39   40   ...   103

76 
 
əyyaşlıq  hökm  sürür,  o,  vaxtının  ço xunu  qulam  və  kənizlərin  əhatəsində  keçirir, 
onu nadir halda ayıq görmək olard ı
1

İnanc  xatın  və  onun  yaxın  adamları  Qızü  Arslandan  ehtiyat  etməyə 
başlayırlar.  Qızıl  Arslan  da  İnanc  xatına  şübhə  ilə  yanaşırdı.  Çünki  o,  qardaşı 
oğlanları  Qutluq-İnanc  Mahmud  və  Əmir  Əmiran  Ömərin  tərə fdarları  olan  
məmlü kləri ö z tərəfınə çəkmək  xatirinə İnanc xatınla evlən mişdi. İnanc xatın Qızıl 
Arslandan  narazı  o lanların  hamısını  ö z  tərəfınə  çəkmək  üçün  razılıqların ı  almaq  
qərarına  gəlir.  Bir  neçə  əmiri  ö z  yanına  çağ ıraraq,  onlara  deyir:  " Biz  sultan 
Toğrulun əleyhinə çıxmaqla ona qarşı ədalətsiz hərəkət etmişik.  İndi artıq heç kəs  
bizə  heç  vaxt  inanmayacaq.  Kainatın  sultanı  Qızıl  Arslan  bizim  axırımıza  çıxana 
qədər  biz  onunla  haqq-hesabımızı  çürütməliyik.  О,  artıq  mü xtəlif  dövlət 
rütbələrində bizim adamları ö z qulamları ilə əvəz etməyə başlamışdır"
2

Qızıl  Arslan  əleyhinə  sui-qəsd hazırlanır  və  hicri  587-ci  ilin  şaban ayında 
(24.08-21.09.1191)  o,  adəti  üzrə  keç ird iyi  ke f  məc lislərinin  birindən  sonra  Sultan 
Müzəffərəddin  Abdulla  Əbu  Səid  Qızıl  Arslan  ibn  Eldəniz,  atabəy  əl-İraq i  öz 
yatağında öldürülür. 
Müəlliflərin bəzisi yazır ki, Qızıl Arslan yuxuda olarkən,  mühafizəçilər onu 
tək qoyub getdikdən sonra, boğulub öldürülür və onun qatili öz qvardiyaçılarından 
biridir
3
.  Ehtiyat  üçün  onun  yataq  otağının  keşiyini  çəkən  qarovulçunu  edam 
edirlər.  Başqa mənbələrdə deyilir  ki, Qızıl Arslanın qatili öz arvadı İnanc  xatındır
4

Eyni  zamanda  xəbər  verilir  ki,  o,  boğulmayıb,  15  bıçaq  yarasından  ölmüşdür
5

Ravəndi  deyir  ki,  İnanc  xatın  və  tərəfdarları  Qızıl  Arslanı  öz  çadırında,  kefdən 
sonra  yatdığı  za man  öldürmüşlər
6
.  Bəzi  salnamələrdə  deyilmiş  bir  fərziyyə  də 
həqiqətə  uyğundur.  Orada  deyilir  ki,  Atabəy  ismaililər  tərəfındən  qətl 
olunmuşdur
7
.  "Adamlar  [bu]  qətli  onunla  əlaqələndirirlər  ki,  bu  hadisəyə  yaxın 
[zamanlarda]  o,  fanatik  dini  ədavət  ucundan  İsfahan  bazarında  şəfii  imamı 
Mütəllib in  məşhur  adamlarından  bir  neçəsini  dar  ağacından  asmış,  ona  görə  də 
imamın tərəfdarla rı tərəfindən qətl edilmişdir"
8

 
Cahan Pəhləvanın oğlanları.Məmlüklər. 
Xəlifə ən-Nasir və XarəzmĢah TəkiĢin hərəkətləri 
 
                                                                 
1
 Əl-Hüseyni,vər.l02b. 
2
 Ravəndi, səh.333; Yəzidi, səh.I72; müəllifı naməlum "Oğuznamə", səh.79. 
3
  İbn  əl-Əsir,  IX,  səh.218;  əl-Bundari,  səh.302;  İbn  Xəllikan,  III,  səh.362;  əl-İsfahani,  əl-Fəth, 
səh.575; Yəzidi,  səh.172;  əl-Beydəvi,  səh.74;  Əbül-Fida,  IV,  səh.116;İbn  Xaldun,  V,  səh.  180-181; 
Xondəmir (II, səh.535) yazır ki, atabəy və Sultan Qızıl Arslan şəvvalda öldürülmüşdür. 
4
 Sibt ibn əl-Cövzi, VIII, səh.406. 
5
 Nişapuri, səh.89. 
6
 Ravəndi, səh.333; Apa6cкий аноним,  D-173, vər.674b. 
7
 Əl-İsfahani, əl-Fəth, səh.575; İbn əl-Vərdi, II, səh.149; T acidarların tarixi və mədhi, səh.56. 
8
 Raşidəddin 1/2, səh.104. 


77 
 
Sultan və atabəy Qızıl Arslan öldürülən kimi  Cahan Pəhləvanın dul qalmış 
arvadlarından  Qüteybə  xatm  (Nüsrətəddin  Əbu  Bəkrin  anası)  Qızıl  Arslan ın 
barmağ ından sultan ünvanı və nişanı olan üzüyü çıxarıb, ö z oğluna verir və deyir: 
"Get,  A zərbaycan  və  Arran  hakimiyyətini  [ö z  əlinə]  al"
1
.  Həmin  gecə  Əbu  Bəkr 
Azərbaycana  yola  düşür,  tezliklə  Naxçıvana,  Şəmsəddin  Eldənizin  hakimiyyəti 
dövründən  Azərbaycan  Atabəylərinin  tabeliyində  o lan  torpaqlardan  yığılmış 
vergilərin  toplandığı  Əlincə  qalasına  gəlir.  Qala  bütün  xəzinələrlə  birlikdə  Cahan 
Pəhləvanın o biri du l arvadı - Zah idə xatının sərəncamında id i
2

Əbu  Bəkr  qalanı  və  xəzinəni  zəbt  edir.  Bütün  yerli  hakimlər  onun 
hakimiyyətini  qəbul  edib  tanıyır
3
.  O,  "bir  şəhərdən başqa şəhərə  gedir,  hamı  ona 
tabe  olur,  [beləliklə]  bütün  Azərbaycan  və  Arranı  tutur.  Qoşunlar  onun  ə trafına 
toplaşır və o, atasının və babasının yerində bərqərar olur
4

Həmədan  və  ətraf  vilayətlərdə  hakimiyyəti  İnanc  xatının  oğlanları 
Fəxrəddin  Qutluq-İnanc Mahmud və Əmir  Əmiran Ömər zəbt ed ir. İnanc  xatının  
özü Reydə qalır
5

Beləliklə,  dövlət  Cahan  Pəhləvanm  oğlanları  arasında  bölünür.  Lakin  bu 
bölgü qəti deyildi, yeni daxili mübarizə təhlükəsi sovuşmamışdı. 
Bu  zaman  Cahan  Pəhləvanın  görkəmli  silahdaşlarından  onun  məmlü kü 
Mahmud  Anas  oğlu  öyrənir  ki,  mərhu m  sultan  və atabəy  Qızıl  Arslan  öz  qardaşı 
oğlanları  və  onların  anaları  İnanc  xatın la  birlikdə  həbsdə olan  Sultan  III  Toğrulu 
öldürmək üçün sui-qəsd hazırlamışdır. Mah mud Anas oğlu Qızıl Arslanın  ölü münə 
baxmayaraq,  sui-qəsdin  baş  verəcəyindən  ehtiyat  edərək  qətlin  qarşısını  almaq 
qərarına  gəlir.  O,  qalanın  valisi  ilə  danışıb  razılaşaraq,  Sultan  Toğrulu  həbsdən 
azad  edir.  Bu,  sultandan  əmir  Mahmudun  rəsmi  qəbullar  əmiri,  qala  valisinin  isə 
əmir hacib rütbəsinin alacaqları barəsində razılıq ald ıqdan sonra baş verir
6

İki  il  qalada  məhbus  qaldıqdan  sonra  sultan  III  Toğrul  h icri  588-ci  ilin  
rəbiəs-sani (16.04-14.05.1192) ayında azadlığa çıxır
7
 və beş yüz süvari ilə Təbrizə 
basqın  edir,  lakin  əhali  şəhəri  tutmağa  ona  imkları  vermir
8
.  Atabəy  Əbu  Bəkr 
mühasirədə  qalan  əhalinin  kö məyinə  gəlir  və  III  Toğrul  döyüşə  giriş mədən  öz 
qoşununu  Zəncan  tərəfə  çəkir.  Burada  Zəncan  hakimi  İl-Kəfşut  8  minlik  ordu  ilə 
ona qoşulur və III Toğrul İraqa tərəf yeriy ir.  
                                                                 
1
  Ravəndi,  səh.333;  əl-Bundari,  səh.302;  əl-İsfahani,  əl-Fəth,  səh.575;  İbn  İsfəndiyar,  səh.254; 
müəllifı naməlum "Oğuznamə", səh.80. 
2
 Əl-Hüseyni, vər.l02b. 
3
  Ravəndi,  səh.333-334;  müəllifi  naməlum  "Oğuznamə",  səh.80;  Арабский  аноним,  D-174, 
vər.674b. 
4
 Əl-Hüseyni, vər.l02b-103a; əl-Bundari, səh.302. 
5
  Əl-Hüseyni,  vər.l03a;  əl-Bundari,  302;  Tacidarların  tarixi  və  mədhi,  56;  Müəllifı  naməlum 
"Oğuznamə", səh.80; Арабский аноним, D-173, vər.674b. 
6
 Əl-Hüseyni, vər.l03a. 
7
 İbn əl-Əsir, IX, səh.224, 230. 
8
 Əl-Hüseyni, vər.l03a; əl-İsfahani, əl-Fəth, səh.575; Арабский аноним, D-173,vər.674b. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə