Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə35/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   31   32   33   34   35   36   37   38   ...   103

72 
 
qoşun  yollamaq  arzusunda  olarsa,  [onun]  məmlükü   Azərbaycan  tərəfindən  ona 
qoşular.  Bu,  düşməni  zəif  salar  və  İraqın  bütün  torpaqları  [xəlifə]  dövlətin in 
tərəfdarlarına  qaytarılar,  Bağdadda  və  başqa  yerlərdə  olduğu  kimi,  burada  da 
[xəlifənin] xeyvrxah əmrləri həyata keçər"
1

Eyni  zamanda  Qızıl  Arslan  Bağdada  gəlib  Səlcuq  sultanlarının  sarayını 
bərpa edəcəyi haqqında xəlifəyə söz verir. Xəlifə ən-Nasir atabəyin müraciətindən 
İraq  sultanlığ ını  b irdəfəlik  zəifiətmək,  öz  hakimiyyətini  və  nüfuzunu 
qüvvətləndirmək  imkanın  yarandığını  h iss  edir.  Qızıl  Arslamn  elçisin i  iltifatla 
qəbul  edən  Xəlifə  Atabəyə  qoşun  göndərməklə  yardım  edəcəyinə  söz  verir,  ona 
xələt (fəxri geyim) göndərir və öz sarayın ın darvazaları qarşısında beş dəfə sultan 
nöübəsi,  "Novruz  nöübəsi"  oxunmasına  icazə  verir,  Bağdadda,  adətən  Səlcuq 
sultanlarının şərəfinə ilk xütbə o xunan sarayın yerlə yeksan edilməsi haqqında əmr 
verir ki, Bağdadda Səlcuqilərin hakimiyyətindən heç bir əsər qalmasın
2

Hic ri 584 (1188-c i  il  ma rtın əvvəli)-cü  ilin əvvəlində  xəlifə  ən-Nasir vəziri 
Cəlaləddin  Übeydullah  ibn  Yunisin  başçılığ ı  ilə  böyük  ordu  toplayır  və sultan  III 
Toğrula qarşı atabəy Qızıl Arslanın sərəncamına göndərir. Qoşunun təchizatı üçün 
xəlifə  vəzirə  600  min  dinar  ayırır
3
.  Xəlifənin  qoşunu  Qızıl  Arslanın  ordusu  ilə 
vədələşdiyi vaxtda (səfər ay ının  3-də  -  03.04.1188) görüşmək üçün Həmədan isti-
qamətinə yola düşür.  Lakin Qızıl Arslan yolda ləngiyir
4
, vəzir  isə III  Toğrulu zəif 
düşmən  hesab  edərək,  hücuma  keçib  Həmədanı  almaq  qərarına  gəlir.  III  Toğrul 
cəld  tərpənir  və  rəbiüləvvəl  ayının  8-də  (07.05.1188)  Day-Mərc  (Həmədanın  
yaxınlığında) ətrafında düşmənə hücum çəkərək onu darmadağın ed ir.  Bu işdə III 
Toğrula türkmən və  kürd dəstələri  ilə birlikdə onun tərəfinə  keçən Əmir Mah mud 
ibn Parçam əl-Yivayi kö mək ed ir
5
. Vəzir Cəlaləddin əsir düşür, III Toğrul onu azad 
azad edir. Sultan qoşunları  xey li qənimət, xəzinə, silah, mal-qara və s. ələ keçirir
6

İbn  əl-Əsir  bu  zaman  Suriyada  Səlahəddinin  qoşun  düşərgəsində  idi.  O 
yazır  ki,  xəlifə  qoşunun  məğlubiyyəti  xəbəri  Səlahəddinə  yetişdikdə  o,  döyüş 
meydanından  qaçan  xəlifə  əmirlərindən  birindən  soruşur:  "Bu,  necə  oldu?"  O 
cavab  verdi:  "Mənim  döyüşçülərim  vuruş  qaydalarını  qoşun  rəhbərliy indən  başı 
çıxmayan  vəzirdən  yaxşı  bilirlər,  Sultan  Toğrul  isə  cəsarətlidir,  özü  qoşunların ı 
qələbəyə doğru aparıb zəfər çald ı!"
7
 
III  Toğrulun  xəlifə  qoşunları  üzərindəki  qələbəsindən  sonra,  oğlu 
Börkiyarığ ının  tərb iyəçisi, Marağa hakimi Körpə Arslan Həmədana gəlir
8

                                                                 
1
İbn  İsfəndiyar,səh.68;  əl-İsfahani,  əl-Fəth,  səh.572-573;  Ağsarayi,  səh.166-168;  İbn  Taqriberdi, 
VI, səh.131; Ravəndi, səh.319. 
2
 İbn əl-Əsir, IX, səh.189; Ravəndi, səh.319; Yaqut, IV, səh.441; Əbül-Fida, III,səh.73. 
3
 Əl-Hüseyni, vər.l00 b. 
4
 Osman Turan səhv edir (səh.202) - "gəlmədi". 
5
 Əl-Hüseyni, vər. 100b. 
6
 Ravəndi, səh.319-320; Nişapuri, səh.87; əl-Kalkaşəndi. Maasir, II, səh.57-58. 
7
 İbn əl-Əsir, IX, səh.197. 
8
 Ravəndi, səh.320-321. 


73 
 
Hic ri  584  (de kabr,  1188)-cü  ilin  sonlarında  xə lifə  ən-Nasir  III  Toğrulun 
üzərinə  ikinci  dəfə  qoşun  çəkir.  Xəlifə  "[qoşuna]  çoxlu  silah  və sursat  ayırır  və  o 
qədər pul verir ki, Ali d ivandan heç kəs heç zaman bu miqdarda pul verməmişdi"
1

Qoşun rəhbərliyinə ö z cəsarəti və mətin liy i ilə şöhrət qazan mış əmir Mücahidəddin 
Xalis əl-Xass
2
 təyin olunur. 
Tanınmış sərkərdənin başçılığı ilə Xəlifə ordusunun yürüşə çıxdığ ını eşidən 
Sultan  Həmədanı  tərk  edib,  İsfahana  çəkilir.  Xəlifə  qoşunları  Həmədam  tutur. 
Atabəy  Qızıl  Arslan  da  buraya  gəlir.  Əmir  Mücahidəddin  onu  böyük  hörmətlə 
qarşılayır  və  Xəlifənin  ad ından  Qızıl  Arslanın  şərəfınə  qəbul  mərasimi  düzəld ir. 
Mərasimdə  Qızıl Arslana  xəlifənin canişin i təyin olun ması, beləliklə ona  müstəqil 
hakim  rütbəsi  verilməsi  [Su ltan  vassalı  deyil]  barəsində  xəlifə  fərmanı  (mənşur) 
təqdim  edilir.  Xəlifə  Bağdadda  Qızıl  Arslan ın  adına  xütbə  oxutdurub,  onu 
"hökmdar,  mö min lər  Əmirinin  kö məkçisi"  (əl-malik  ən-nasir  Əmir  əl-möminin) 
adlandırır.  Xəlifə  qoşunları  Qızıl  Arslanın  tabeliyinə  verilir  və  o,  Həmədanda 
sultan taxtına çıxarılır.  Ona  xüsusi fəxri paltar geyindirirlər və ən-Nasirin  fərman ı 
oxunan  zaman  Xəlifə  əyanları  Qızıl  Arslanın  qarşısında  baş  endirib  torpağı 
öpürlər
3

Atabəy  Qızıl  Arslanın  yerində  olmamasından  istifadə  edən  Sultan  III  
Toğrul  Azərbaycana  soxulur.  Burada  İzzəddin  Həsən  ibn  Qıpçaq  ona  qoşulur  və 
III Toğru lun əksəriyyəti türkmən lərdən ibarət olan qoşununun sayı 50  minə çatır
4

III  Toğrul  Uşnu,  Urmiya,  Xoy  və  Səlmas  şəhərlərin i  işğal  edir,  onun  qoşunla rı 
ölkəni qarət edib, v iranəyə çevirird i
5

Hic ri  585  (1189)-c i  ildə  III  Toğrul  A zərbaycandan  Səlahəddinə  mə ktubla  
müraciət  edərək  şikayətlənir  ki,  "Əmirlər  və  məmlüklər  ona  xain  çıxmış,  onun 
əmisi  Qızıl  Arslan  sultan  torpaqlarını  zəbt  etmişdir".  "Mən  səndən  sığınacaq 
istəyirəm,  İrb il  yaxınlığında  ö z  torpaqlarımın  sərhədinə  yanaşmışam,  səndən 
yardım  və  mərhəmət  d iləy irəm.  İstəsən  ki,  sənin  yanına  gəlim,  gələrəm.  Sənin 
mərhəmətinin  intizarındayam!"
6
  La kin  Səlahəddin  III  Toğrulun  elç isindən  üzr 
istəyir,  hərbi  hazırlığa  başı  qarışdığını  bəhanə  edərək  III  Toğrula  yardım 
göstərməkdən  imtina  edir.  Bununla  bərabər  o,  atabəy  Qızıl  Arslanın,  eləcə  də  III 
Toğrulun  yanına  onları  barışdırmaq  məqsədi  ilə  elçilər  göndərir.  III  Toğru l 
barışığa  ra zı  o lur,  ancaq  danışıqlar  sona  çatar-çatma z,  yenidən  Qızıl  Arslan la 
müharibə etmək qərarına gəlir
7

                                                                 
1
 Əl-Hüseyni, vər.l00b. 
2
 İbn əl-Vardi, II, səh.143. 
3
 Əl-Hüseyni, vər. l01a; Ravəndi, səh.327; Арабский аноним, D-173, vər.674b. 
4
 Əl-Hüseyni, vər.l0l a. 
5
 Əl-Bundari, səh.302; Ravəndi, səh.332; Nişapuri, səh.88. 
6
 Əl-İsfahani, əl-Fəth, səh.353-354. 
7
 Əl-Hüseyni, vər.101a; əl-İsfahani, əl-Fəth, səh.573; Mirxond, IV, səh.18. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə