Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə36/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   32   33   34   35   36   37   38   39   ...   103

74 
 
Hic ri  586-c ı  ilin ra ma zan ay ında (oktyabr,  1190) o, Qızıl Arslanın ü zərinə  
hücum  edir.  Ancaq  Qızıl  Arslan  III  Toğrula  qarşı  hücumdan  qabaq  ona  xid mət 
etmək  üçün  Həmədana  gəlmiş  qardaşı  oğlanları  Qutluq-İnanc  Mah mud  və  Əmir 
Əmiran  Ömərlə  barışıq  bağlayır,  onların  anaları,  dul  qalmış  qardaşı  arvadı  İnanc 
xatınla  evlən ir
1
.  Yaln ız  bundan  sonra  Atabəy  qardaşı  oğlu  Əbu  Bəkri,  ə mir-bar 
Mahmud  Anas  oğlunu  və  Nurəddin  Qaran ı  qoşun  başçısı  təyin  edir  və  Sultan 
üzərinə  hücuma  keçir.  Əvvəlcə  o,  İzzəddin  Həsən  ibn  Qıpçağın  türkmən 
dəstələrin i  darmadağın  edir,  onların  mal-qarasını,  a ilə lərin i  və  əmla kın ı  ələ  
keçirir
2
.  İzzəddin  Həsən  və  III  Toğrul  döyüş  meydanından  qaçır.  Kərkük 
yaxınlığında İzzəddinə  mə xsus Karxin qa lasına gəlirlə r.  Buradan III Toğru l  xə lifə  
ən-Nasirə  məktub  yazaraq,  xəlifənin  vəziri  Cəlaləddin  ibn  Yunisin  ordusunu 
məğ lub etdiyi üçün şəxsən üzr istəyir. O, icazə alaraq Bağdada gəlir, əlində qılınc, 
əynində  kəfən  gözləyir.  III  Toğrula  xəbər  verirlər  ki,  xəlifə  onun  işi  ilə  məşğul 
olmağa imkan tapana qədər sultan öz yerində qalmalıdır
3

Lakin  III Toğru l xəlifən in qərarını gözləmir və öz hərbi səadətinə (uğuruna) 
arxalanaraq,  Həmədana  qayıdır.  Həmədan  yaxınlığında  Sultan  Qızıl  Arslanın 
üzərinə  hücuma  keçir,  lakin  Əmir  Fəxrəddin  Qutluq  onu  darmadağın  edir,  özünü 
əsir alır və çadırının dayağını kəsir
4

III Toğrul ü mid edirdi  ki, əmisi Qızıl Arslan ona rəhm edəcək və a zadlığa 
buraxacaqdır.  Lakin Atabəy onun əl-qolunu qandallayıb,  Naxçıvan yaxın lığ ındakı 
Qəhrəm qalasına saldırır
5

Azərbaycanda  atabəy  Qızıl  Arslan  gürcülərə  qarşı  hərəkət  edir.  Onun 
qoşunları  Van  gölünə  yaxınlaşır  və  Bitlis  şəhərini  tutur
6
.  Eyni  za manda  o,  kra liça 
Tamarın  (1184-1213)  birinci  əri,  gürcü  sarayından  qovulmuş  Georg i  Rusa  hərbi 
yardım  göstərir.  Georgi  "atabəyin yanına  gəlir.  Arranda  ona  nəsib  olmuş  taleyinə 
müvafıq  yer  istəyir".  Atabəy  onu  Gəncə  əmiri  təyin  edir.  O,  " Gəncə  və   Arran 
qoşunları  ilə  Kambeçovani  (Kaxetiya)  ö lkəsinə  gəlir,  ö lkə  daxilində  tarlaları 
bərbad hala salır, ço xlu əsir tutur və talan edilmiş qənimət aparır"
7

Həmədana  qayıdanda  Qızıl  Arslan  həbsdə  olan  şahzadə  Səncər  ibn 
Süley manı özü  ilə gətirir və İraq sultanlığının taxtında orurtmaq istəyir. Atabəy öz 
silahdaşlarına  çoxlu  iqta  payı  verir,  onları  mənşurla  təsbit  edir
8
.  Ehtimal  ki,  Qızıl 
Arslan Səncərin başına tac qoyacaqdı, lakin  xəlifə ən-Nasir Atabəyin özünə sultan 
                                                                 
1
 Əl-Hüseyni, vər.101a; əl-İsfahani, əl-Fəth, səh.573; Mirxond, IV, səh.18. 
2
 Əl-Hüseyni, vər. L 101 b; Müəllifı naməlum Oğuznamə, səh.79. 
3
 Əl-Hüseyni, vər.l01b-102a. 
4
 Əl-Hüseyni, vər. l02a; Yəzidi, səh.171; Müəllifı naməlum "Oğuznamə", səh.79. 
5
  Əl-Nişapuridə  (səh.89)  belədir,  əl-Hüseynidə  (vər.l02a)  "Azərbaycanda,  Təbriz  yaxınlığında 
qalaya  salır".  İbn  əl-Əsirdə  (IX,  səh.218),  əl-Bundaridə  (səh.302)  və  əl-İsfahanidə  (əl-Fəth, 
səh.574): "qalaların birində". Müəllifı naməlum "Oğuznamə"də(səh.79) "Dizmar qalasında". 
6
 Şərəfxan Bitlisi, səh.408, 410. 
7
 T acidarların tarixi və mədhi, səh.55; Киракос Гандзакеци, стр. 93-94. 
8
 Ravəndi, səh.333. 


75 
 
taxtını  tutmağı  məsləhət  görür.  Belə  olduqda  Qızıl  Arslan  Səncəri  yenidən  həbs 
edir, qalaya saldırır və taxta özü oturur
1

Həmədandan  Qızıl  Arslan  İsfahana  yönəlir.  Cahan  Pəhləvanın  ölümündən 
sonra orda şəfiilər Azərbaycan Atabəylərinin hakimiyyətinə qarşı öz narazılıqlarını 
bildirirdi.  Qeyd  etmək  lazımdır  ki,  atabəy  Qızıl  Arslanın  III  Toğrulla  apard ığı 
mübarizənin  ən  qızğın  çağlarında  İsfahanda,  Reydə  və  bir  çox  başqa  şəhərlərdə 
atabəy  tərəfdarları  ilə  əleyhdarları  arasında  qanlı  toqquşmalar  baş  verird i. 
Azərbaycan  Atabəylərinin  əleyhdarlarına  ço xdan  bəri  İsfahan  şəfıilərin in  rəisi 
başçılıq edirdi. Atabəy Cahan Pəhləvan öz sağlığında "onun yaman lığından ehtiyat 
edərək,  sultanların  belə  çəkindiy i,  sərəncamında  yüz  mindən  artıq  silahlı  [adam] 
olan" rəis Sədrəddin Əbu Bəkr Məhəmməd ibn Əbdüllətif əl-Xocəndi əl-İsfahanini 
daima öz yanında gəzdirirdi
2
. Cahan Pəhləvan rəisi ö z yanından buraxandan sonra 
da o, atabəyin sağlığında ona qarşı çıxış etmird i. İnd i isə III Toğrul tərəfinə keçən  
rəis  İsfahanda  Qızıl  Arslanın  tərəfdarla rın ın  qırılması  əmrin i  verir.  İbn  əl-Əsir 
yazır  ki, qırğın o qədər dəhşətli id i ki, onu təsvir etmək belə çətindir.  Buna cavab 
olaraq,  Əmir  Qay maz  əl-Atabəyi  Qızıl  Arslanın  əmrilə  İsfahanda  çox  böyük 
miqdarda  şəfıilərdən  qırd ırır;  iki-üç  il  ərzində  onlardan  bir  neçə  min  nəfər 
öldürülür
3

Bu  hadisələrdən  sonra  Qızıl  Arslan  Həmədana  qayıdır.  Orada  xəlifə  
adından  "sultan,  möminlər  Əmirinin  kö məkçisi  (nasir),  Müzəffər  əd-Dünya  vəd-
Din"  Qızıl  Arslanın  ünvanına  xütbə  oxunur,  onun  saray  darvazasının  qarşısında 
beş dəfə "Zülqərneyn" nöübəsi çalınır və o öz adından sikkə  kəsdirməyə başlayır". 
Bütün sultanlar  kimi,  Qızıl  Arslan  öz  adı  ilə  qızıl  dinar  kəsdirir
4
.  Beləliklə,  Qızıl 
Arslan  İraq  sultanlığın ın  mütləq  hakimi  olur.  O,  A zərbaycanın,  Arranın, 
Həmədanın,  İsfahanın,  Reyin  bütün  ətraf  vilayətləri  ilə  yekdil  sahibinə  çevrilir. 
Fars və Xuzistan hakimləri ona vassal kimi tabe idilər
5

Lakin ən yüksək hakimiyyət zirvəsinə çatan Qızıl Arslan real hakimiyyətin 
möhkəmləndirilməsi  üçün  bütün  imkan lardan  istifadə  etmirdi.  Onun  sarayında 
                                                                 
1
 Ravəndi, səh.333; Yəzidi, səh.l71; Nişapuri, səh.89; müəllifı naməlum "Oğuznamə", səh.79. 
2
 Zəkəriyyə əl-Qəzvini, səh.298. 
3
  İbn  əl-Əsir,  IX,  səh.174, 218, 236;  əl-İsfahani,  əl-Fəth,  səh.574; Zəkəriyyəəl-Qəzvini,  səh.450. 
İsfahan şəfilərinin rəisi sonralar da Azərbaycan Atabəylərinin sülaləsinə qarşı müqavimət göstərir. 
İsfahan  şihnəsi  Fəlakəddin  Sunqur  ət -T əvil  tərəfindən  hicri  592-ci  ilin  cumadi  əs-sani  ayında 
öldürülənə qədər öz inadından əl çəkmir. Daha dəqiq məlumat üçün bax: İbn əl-Fuvati. IV, səh.13; 
əl-Əsnəvi, səh.491-492. 
4
 İbn əl-Əsir, IX, səh.218; Ravəndi, səh.333; əl-Bundari, səh.302; Yəzidi, səh.171-172; əl-İsfahani, 
əl-Fəth,  səh.574; Арабский  D-173, vər. 674b;  Rəşidəddin  1/2,  səh.104;  Xondəmir,  II,  səh.534-535; 
Qızıl  Arslanın  adı  ilə kəsilmiş  üç  qızıl  dinarı 1920-ci  ildə  bir nəfər  erməni taciri  Azərbaycandan 
aparıb,  ABŞ-da  satmışdır.  Bax:  Д..Ж.Куюмджиян.  Три  уникальные  моменты  Атабеков. 
Ильденизидов, стр. 527-541.  
5
 İbn əl-Əsir, IX, səh.218. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə