89
hakimiyyəti Gög-cəyə tapşırılır, o da əhaliyə ağlagəlməz əzab lar verir
1
. Gögcənin
şüarı "Allah və Qılınc" olur. Vergi verən lər silkinə ö z münasibətini dəyiş məyi və
ya tutduğu vəzifədən əl çəkməyi təklif etdikdə o deyir: "Mən qılıncı ö z əllərimlə
yerə qoymayacağam"
2
. Gögcənin özbaşınalığ ı həddini aşdığından əmir Bəhaəddin
Sunbat atabəy Əbu Bəkrin yanına gələrək, Həmədanda yaranmış vəziyyət
barəsində ona məlu mat verir. Atabəy Əbu Bəkr ö z canişini və Özbəkin vəziri sifəti
ilə qazı İbn Zeynəddini Həmədana göndərir, o da kara gəlməz hakim çıxır. O,
özünü "əmirlər hökmdarı və vəzirlər ağası" (məlik əl-üməra və seyyid əl-vüzərd)
adlandırır, ke f məclisləri və qəbullar düzəltməklə məğul o lur. Buna xəzinə
pullarını xərcləyirdi
3
.
Bu zaman Xarəzmşah Təkiş ölür və Xarəzmşahlar dövlətinin taxtına sultan
Əlaəddin Məhəmməd (1200-1220) sahib olur.
Yeni Xarəzmşahın ölkən in da xili işləri ilə məşğul olmasından istifadə edən
İraq əmirləri bir neçə Xarə zm qoşun dəstələri üzərinə basqın edir və onları ölkədən
qovur. Bu işdə Özbək və Gögcə xüsusi fəallıq göstərirlər. Tezliklə Azə rbaycandan
buraya atabəy Əbu Bə kr də gəlib çıxır. O, Hə mədanı Özbəkə tapşırır, İsfahanı ö z
ərazisinə qatır. Reyi nahiyələri ilə birlikdə Gögcənin sərəncamma verir və beləliklə
İran İraqın ın torpaqlarının rəsmi paylan masının qanuniləşdirir
4
.
Torpaqlan əlinə keçirdikdən sonra Gögcə atabəy Əbu Bəkrə qarşı qaba
rəftar edir və özünü müstəqil apararaq daima deyird i: "Mən heç bir atabəy
tanımıram". Gögcə qüvvətli və cəsarətli idi, öz qoşunu da var idi. Nə Əbu Bəkr, nə
də Özbək atalarının məmlü künün özbaşınalığın ı məhdudlaşdırmaq barəsində
düşünmək belə istəmirdilər. Bir dəfə Gögcə deyir: "Səlcuq nəsli
nümayəndələrindən Toğrul və Səncərin hökmranlıq və ağahğı qalmadı və tale yer
üzünə Xarəzmşahı göndərdi. Eldənizlərdə də hökmran lıq qalmasa, buna heç də
təəccüblənmək lazım deyil. Əgər onlar (eldənizlər) mənim qılıncın ı gücünə zəbt
olunmuş torpaqları mənə versələr, əla o lar, mənə artıq heç nə lazım deyil!
Verməsələr, görülməyəcək dərəcədə elə müsibətlər törədəcəyəm ki, ondan sonra nə
olur qoy olsun! Mən ədaləti bərqəra r et mə k istəmişəm və üzü mü xeyirxah lığa
çevirmişəm. Bəlkə də, Allah mənim üçün tac və taxt hazırlamışdı!"
5
Atabəy Əbu Bəkrin başı içki və kef məclislərinə qarışdığından onun
vəzifəsini ölkənin əsil sahibi kimi hərəkət edən Cəmaləddin Ay -Aba aparırdı.
Gögcənin vəziyyəti günü-gündən möhkəmlənird i, Əbu Bəkrin məmlükə qarşı
çıxara biləcək qoşunu yox idi, ona görə də o deyirdi: "Biz Gögcə ilə müharibə
1
Yenə orada.
2
Yenə orada.
3
Yenə orada. Səh.361.
4
Ravəndi, səh.369. Müq. et: İ.Kafəsoğlu. səh. 147.
5
Ravəndi, səh.369-370. Müq. et: İ.Kafəsoğlu, səh.147.
90
aparmayacağıq. Əgər şahzadə Özbək onunla əlbirdirsə, onda biz fikirləşərik.
Yo xsa, Gögcə kimd ir ki?"
1
Əbu Bəkrin zəifliy ini İraq əmirləri də hiss edirdi, Gögcənin durmadan artan
qüdrətini görərək ona yaltaqlanır və deyirdilər: "Atabəyin sənə qarşı çıxara biləcək
qüvvəsi yoxdur. Sən ona üsrün gəlmisən, hakimiyyəti əlinə al, İraq sənin
əlindədir"
2
. Atabəy Əbu Bəkr Hə mədandan İsfahana köçür, ordu sunun çox h issəsi
Gögcənin tərəfinə keçir və o, təntənəli surətdə Həmədana daxil o lur. Əbu Bəkrə
gəldikdə isə o, tamamilə Azərbaycana çəkilir. Bu zaman onunla qalan İraq əmirləri
də ona xain çıxırlar: onlar öz qoşunları ilə bərabər Gögcənin tərəfinə keçirlər. Əbu
Bəkrin Azərbaycana köçməsin i məzəmmət edərək Ravəndi təəssüflə yazırdı: "Əgər
mən desəm ki, bu hərəkət ağıldan, dərrakədən, bilikdən, məhəbbətdən, rəğbətdən,
hökmranlıqdan və tabeçiliy ində olan torpaqlara münasibətdən kənardır, onda da
mən heç nə deməmiş kimiyəm. O, ağzına qədər var-dövlətlə dolu və əmin-aman lıq
qazanmış ölkəni ən alçaq adamlann ixtiyarına verdi. Menqli Yavaş, Çaqan və
başqaları sultan taxt-tacına sahib oldular. Bu adamların caniliy ini necə təsvir edim?
Vəzir rütbəsini, əmir vəzifəsini elə adamlar tutmuşlar ki, onların adlarını belə
çəkmək eybdir"
3
. Təsvir olun muş hadisələrin şahidi olan Ravəndi bu sözlərlə
əsərinin tarixi hissəsini sona çatdırır.
Hic ri 600 (10.09.1203-28.08.1204)-cü ildə Gögcənin hakimiyyətinə qarşı
Cahan Pəhləvanın başqa bir məmlü kü - Şəmsəddin Aydoğmuş çıxış edir.
Aralarında gedən döyüşdə Gögcə öldürülür, Aydoğmuş Rey, Həmədan və əl-
Cibəli tutur. Onunla birgə çıxış edən şahzadə Özbək həmin torpaqların hakimi elan
edilir, la kin dövlətdə bütün işlərin "başçısı" (müdəbbiri) mə mlük Aydoğmuş olur.
İbn əl-Əsir Aydoğmuşu cəsur cani, öldürdüyü Gögcəni ədalətli və gözəl insan
adlandırır
4
. Onun əksinə olaraq Ravəndi yazır ki, "İraqda bir az xey irxahlıq və
zənginlik qalmışdırsa, o da ölkədə ədaləti bərpa edən və dövlətdə işləri nizama
salmaq qayğısını çəkən Aydoğmuşun sayəsində olmuşdur"
5
.
Hic ri 601 (29.08.1204-17.08.1205-ci il)-c i ildə gürcülər A zərbaycana
basqın edir. Onlar "burada xeyli zorakılıq, viranəçilik, soyğunçuluq törədir və
çoxlarını əsir aparırlar"
6
. Sonra onlar Xilat və Malazgirdə yürüş edir və bir
müddətdən sonra, həmin ildə, yenidən Xilata və Ərcişə soxulurlar. Burada
gürcülərlə yerli hakimlərin qoşunları arasındakı vuruş gürcü ordusunun
1
Ravəndi, səh.370.
2
Yenə orada.
3
Ravəndi, səh.370-371.
4
İbn əl-Əsir IX, səh. 265; Əbül-Fida, III, səh.105; İbn əl-Vardi, II, səh.175.
5
Ravəndi. Səh.372; İbn İsfəndiyar, II, səh.169; Əbül-Fida, III, səh.105; həmçinin bax: Defremeri.
Səh.156-157.
6
İbn əl-Əsir IX. səh.269.
Dostları ilə paylaş: |