Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə42/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   38   39   40   41   42   43   44   45   ...   103

87 
 
Axsitana "bollu bəxşiş verir, zinətli paltar geyindirir və şərəflə evinə yola salırlar"
1

Naxçıvana  gedərkən  gürcü  qoşunları  hicri  599-cu  ildə  (20.09.1202-
09.09.1203)  "Azə rbaycan  mahallarından  olan"  Dvin  şəhərini  (Dvin  min  amal 
Azərbaycan)  mühasirəyə  alırlar.  Şəhərin  mühasirəsi  başlandığı  vaxt  əhali  atabəy 
Əbu  Bəkrə  kö mə k  üçün  müraciət  edirlər.  Lakin  gürcülərin  təhlü kəli  o lmaları 
barədə  əmirlərin  xəbərdarlığına  baxmayaraq,  Əbu  Bəkr  mühasirədə  qalan lara 
yardım göstərməkdən boyun qaçırır. 
Hə min  va xt  Əbu  Bəkr,  ü mu miyyətlə,  dövlət  işlərinə  qarışmır,  qoşunun 
təchizatı  qayğısına  qalmır,  ayılmaq  bilməyən  sərxoşa  oxşayırdı.  Əhali  sərhəd 
dairələrinə  soxu lmuş  gürcü  dəstələrinə  qarşı  yardım  üçün  ona  müraciət  edərkən, 
Atabəy buna heç bir əhəmiyyət vermir "və özünü elə aparırdı ki, guya bunların ona 
heç bir dəxli yo xdur"
2

Əbu  Bəkrdən  yardım  almayan  Dv in  əhli  gürcülərin  təzy iqi  qarşısında 
davam gətirməyərək şəhəri təslim etməyə  məcbur o lur.  Gürcülər  Dvin i qarət edir. 
orada elə qırğın törədirlər ki, "bürün bunlardan insan bədənində tüklər ürpəşirdi"
3

Gü rcülərin  Dvini  tutduğunu  bilən  və  onlann  ölkənin  içərilərinə 
soxulacağından  qorxan  Əbu  Bəkr  Naxçıvandan  Təbrizə  yola  düşür.  Burada 
Xarəzmşah  Təkişin  İraqı  tərk  edərək,  ölkənin   idarə   olun masını  Əbu  Bəkrə 
tapşırmaq  qərarı  haqqında  məktubunu  ona  çatdırırla r.  İran  İraqında  Cahan 
Pəhləvanın  ölümündən  qabaq  ölkənin  vilayətlərini  iqta  sifəti  ilə  paylamış 
məmlü kləri hakimiyyət sürürdü. Bu hakimlər heç bir hökmdarı tanımaq istəmir və 
Xarəzmşah Əbu Bəkri onlara qarşı yönəltmək istəyirdi. 
Xarəzmşah  Əbu  Bəkrə  yazır:  "Biz  oğlu muz  Əbu  Bəkri  salamlayır,  onun 
səhhətini  və  kefın i  xəbər  alırıq.  O  bilməlidir  ki,  Xarəzmdə  bizi  mühüm  işlər 
gözləyir.  Biz  Həmədanı  tərk  edərək  onun  idarəsini  öz  oğlumuzun  himayəsinə 
veririk".  Lakin Əbu  Bəkr Xa rə zmşahın görüşünə getməkdən boyun qaçırır və ona 
belə  cavab  verir:  "Mən  kafirlərlə  (yəni  gürcülərlə  -  Z.B.)  həmsərhədəm,  bu  işlərə 
hazırda qarış maq imkanı yo xdur. Mən qardaşım Özbəki yanımıza göndərərəm"
4

Özbək Həmədana gəlir
5
, Xarəzmşah Təkiş onu böyük hörmətlə qəbul edib, 
hakimiyyəti  ona  tapşırır.  Hakimiyyət  işlərini  ö z  nəzarəti  altına  görürən  Məlik  əl -
üməra Cəmaləddin Ay-Aba Özbəkin müdəbbiri o lur
6

Hic ri 591 (1195)-c i ildə, Xarə zmşah Təkiş Xarə zmə getdikdən sonra, Cahan 
Pəhləvanın  məmlükləri  İraq əmirlərin in bəziləri  ilə saziş bağlayır və Xarəzmşahla 
mübarizəyə giriş mək qərarına gəlirlər. Bu  ittifaqın başında məmlü k əmir İzzəddin 
                                                                 
1
 T acidarların tarixi və mədhi. Səh.66. 
2
 İbn əl-Əsir IX, səh.260; əl-Hüseyni, vər.l07a. 
3
 İ İbn əl-Əsir IX, səh.260; əl-Öməri, səh.l 14-115; Vardan, səh.169; Əbül-Fida, III, səh. 104-105. 
4
 Ravəndi, səh.357. 
5
 Cüveyniyə görə (I, səh.308), Özbək Azərbaycandan öz qardaşının əlindən qaçır. 
6
 Ravəndiyə görə (səh.358-359), müdəbbirin adı Nurəddin Ay-Aba idi. 


88 
 
Əbül-Mü zəffər  Gögcə  ibn  Əbdüllah  ət-Tü rki  durur
1
.  Onun  tərəfdarları  Reyi  və 
onun nahiyələrin i tutduqdan sonra xarəzmilərin qoşun hissələrini qovmaq üçün 
İsfahana  hərəkət  edir.  Lakin  İsfahana  yaxın laşdıqda  onlar  öyrənirlər  ki, 
məmlü k Seyfəddin Toğrulun başçılıq etdiyi  xəlifə ən-Nasirin qoşunları  xarəzmiləri 
şəhərdən  qovub  çıxarmışdır.  Birgə  hərəkət  barəsində  sazişə  girərək,  hər  iki 
məmlü k  xarəzmiləri  təqib  edir  və  tezliklə  İran  İraqın ı  bütövlükdə  ələ  keçirirlər. 
Rey  və  nahiyəsi,  Savə,  Qu m,  Kəşan  və  nahiyəsi  Gögcənin  hakimiyyəti,  İsfahan, 
Həmədan, Zəncan və Qəzvin isə xəlifənin hakimiyyəti altına keçir. Xəlifə ən -Nasir 
Gögçəyə  mənşur  göndərərək  zəbt  etdiyi  şəhər  və  vilayətlərin  onun  hakimiyyəti 
altında  qalmasını  təsdiq  edir  və şərt qoyur  ki,  bu  vilayətlər  rəs mən  Gögcəyə  tabe 
olsalar  da,  on ların  gəliri  xəlifə  xə zinəsinə  daxil  o lacaqdır.  Beləliklə,  Gögcənin 
nüfuzu  artır,  qoşunun  sayı  çoxalır  və  zəbt  etdiyi  vilayətlərdə  onun  hakimiyyəti 
bütün hakimlər tərəfındən tanınır"
2

Özbəkə  xid mət  etmək  üçün  qoşunla  gəlmiş  müdəbbir  Cəmaləddinin  
yeznələri  hicri  593-cü  il  rəbiü ləvvəl  ayının  6-da  (27.01.1197)  Həmədanın  idarə 
olunmasını  öz  əllərilə  alırlar
3
.  Xəlifə  ən  Nasir  Özbək  və  onun  atasının  keçmiş 
qulamı  Gögcə  arasındakı  münasibətlərin  gərgin liy indən  istifadə  edərək,  Özbəki 
güzəştlər  hesabına  da  olsa,  öz  tərəfınə  çəkmək  qəranna  gəlir.  Bu  işdə  xəlifə  özü  
üçün  böyük  mənfəət  güdürdü.  Çünki  "qəyyumluğu  altında  olanları"  zəif  salır  və 
onların  arasındakı  ədavətdən  istifadə  edərək  öz  ərazisinə  yeni  torpaqlar  əlavə  edə 
bilərd i. 
Hic ri  593-cü  ildə  Əyyubilə rin  görkə mli  sərkə rdələrindən  ə mir  Əbül  Hayc 
əs-Samin  (Tosqun)  Bağdada  gəlir.  Onun  iqta  malikanəsi  bu  vaxt  Əyyubilər 
tərəfindən geri alın mış, özü  isə  Bağdada qaçmışdı.  Xəlifə ona Həmədana hücuma 
hazırlaş mağı  əmr  verir.  Onun  qoşunları  Həmədana  yaxınlaşanda  Özbək  də  öz 
ordusu  ilə  onlara  qoşulur.  Hərbi  müşavirə  zamanı  Özbək  Əbül  Haycın  təklifi  ilə 
razılaşmır.  Əbül  Xayc  Özbəkə  qarşı  çıxır  və  onu  əsir  alır.  Bundan  xəbər  tutan 
Xəlifə  Özbəkin təcili azad olunması əmrini verir və ona fəxri geyim (xələt) və qızıl 
qılınc  göndərir.  Əbül  Xayc  işin  belə  şəkil  aldığ ını  görərək  qorxur,  ordusunu  tərk 
edərək İrbilə qaçır və bir az keçmədən orada ölür
4

Özbəkin  müdəbbiri  Cəmaləddin  Ay-Aba  bu  hadisələrdən  sonra  xəlifə 
qoşunlarına  etibar  etmir,  Həmədanda  vəziyyəti  laxlamış  Özbək  isə  qardaşı  Əbu 
Bəkrdən  kö mək  ahnaq  niyyəti  ilə  Azərbaycana  yollanır
5
.  Hicri  593-cü  ilin  rəcəb 
ayında  (20.05-18.06.1197)  o,  Əbu  Bəkrin  əmirləri  Bəhaəddin  Sunbat,  Şişak  və 
Nəsirəddin  Ağ  Quşla  birlikdə  Həmədana  qayıdır.  Həmədan  vilayətinin  
                                                                 
1
 İbn əl-Füvati, IV/I, səh.283-284; Başqa mənbələrdə məmlük Nurəddin Gögcə adlanır. 
İbn  əl-Əsir  IX,  səh.234; İbn  Səi,  IX,  səh. 125;  İbn  əl-Füvati,  IV,  səh.283-284;  Rəşidəddin,  1/2, 
səh.141. Müq. et: Defremeri, səh. 152; I.Kafesoğlu, səh.138.  
3
 Ravəndi, səh.358. 
4
 İbn əl-Əsir, IX, səh.237; Ravəndi, səh.359. 
5
 Ravəndi, səh.360. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə