Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə45/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   41   42   43   44   45   46   47   48   ...   103

93 
 
Sonra  gürcü  qoşunlarının  həmin  dəstəsi  "gildən  qaynlmış  hasarla  əhatə 
olunan  kiçik  Zəngan  (Zəncan)  şəhərinə  tərəf  üz  tutur.  Şəhər  əhli  divarları 
möhkəmləndirərək  döyüşə  girişir.  Vu ruşma  uzandığından  mü xtəlif  gürcü 
vilayətlərinin nümayəndələri lağım atmaq  məqsədilə şəhər hasarlarını öz aralarında 
bölüşdürür. Hamıdan qabaq mes xilər sağ tərəfdən lağım atıb şəhərə soxulu r, bütün 
döyüşçüləri  q ırıb  öldürür  və  ço xlu  var-dövlət  əldə  edirlər.  Sonra  hasarı  şəhərin 
başqa səmtlərində də dağıdırlar.  Qoşun şəhərə girir, onun əhalisini tut ur, ö zləri  ilə 
çoxlu qənimət aparırlar"
1

Zəncanı darmadağ m etdikdən sonra gürcülər Qəzv in və Əbhəri  mühasirəyə 
alırlar.  Hər  iki şəhər çox  zəif  müqavimət göstərir və beləliklə, "qarətə məru z qalır, 
gürcülər  ço xlu  var-dövlət  əldə  edib,  məğlub  o lmuş  tərəfin   mal-qarasına 
yükləyirlər.  İnsanlara  zərər  yetirmir,  yalnız  kişiləri  və  oğlanları  əsir  aparırdılar. 
Yo llarına  davam  edərək  onlar  qaçqınlara  çatır  və  buradan  çoxlu  qızıl,  gü müş  və 
qadın bər-bəzəkləri əldə ed irlər"
2

Gü rcü qoşunlarının başqa dəstəsi Təbrizdən Ərdəbil tərəfə yönəlir. 
Bu istiqamətdə onlar Ucan şəhərini mühasirəyə alır,  lakin ucarlılar "misilsiz 
bəxşişlər"
3
  hesabına  canlarını  xilas  edirlə r.  Sonra  gürcülər  Ərdəbili  mühasirəyə 
alırlar.  Sübhçağı  gürcü  süvariləri  "şəhərə soxu lur  və  döyüşsüz  ona sahib olurla r", 
şəhər hakimin i və onun ailəsini əsir götürürlər. "Şəhərin saysız-hesabsız dövlətini, 
cavahir  və  qiy mətli  daş-qaşını,  qızılın ı,  gü müş  və  qızıl  qab-qacağını,  geyimin i, 
xalças mı  və  başqa  qənimətin i  o  qədər  ələ  keçirirlər  ki,  bu  haqda  danışmaq  belə 
çətinlik  törədir.  Gürcülər  ərdəbillilərin  əlindən  çoxlu  at,  qatır,  dəvə  alıb,  qarət 
etdikləri  mal-dövləti  onlara  yükləy irlər".  Onlar  nicat  axtaran  12  min  şəhər  əhlini 
qılıncdan keçirirlər
4

Gü rcü tarixçisi yazır  ki, Zakare M xarqrd zelinin başçıhğı ilə gürcü qoşunları 
Xəzər  dənizinin  şərq  sahilinə,  Gürgan  şəhərinə  qədər  çatır,  oranı  viranəyə 
döndərirlər.  "Onlar  (gürcü  qoşunları)  hərbi  qənimətin  bolluğundan  öz  yollarını 
davam  etdirə  b ilmədiklərinə  görə  zəfərlə  geri  qayıdırlar.  Gü rcülərdən  heç  kəs  bu 
yerlərə qədər yürüş etməmişdi"
5

Geriyə  dönərkən  gürcü  qoşunları  "bir  ço x  qalaları  zəbt  edir,  Naxçıvan  və 
Beyləqanın  ü zərinə  vergilər  qoyurlar.  Dv in  (nahiyəsini)  və  onun  vilayətlərini  ələ 
keçirib,  onlar  (yenidən)  Mərəndə  hücum  edir  və  onu silah  gücünə  alaraq,  kişiləri 
qılıncdan keçirir, qadın ları əsir aparırlar"
6

                                                                 
1
 T acidarların tarixi və mədhi, səh.85. 
2
 Yenə orada. 
3
 Yenə orada, səh.86. 
4
 Yenə orada, səh.82; Vardan, səh. 171; Крикос Гандзакецеи, стр.96. 
5
 T acidarların tarixi və mədhi, səh.85. 
6
 Əl-Hüseyni, vər. 107a-b; Tacidarların mədhi və tarixi, səh. 86. 


94 
 
Gü rcü  mənbələrindən  görünür  ki,  Azərbaycan  və  İran  İraqına  qarşı  həmin 
yürüş  zaman ı  gürcülərə  "heç  bir  sultan  -  nə  Xorasan,  nə  də  İraq  sultanı" 
müqavimət göstərə bilmədi
1

Azərbaycanın sahibi və İran İraqının no minal  hakimi atabəy Əbu Bəkr bəs 
bu  zaman  nə  ilə  məşğul  id i?  Əl-Hüseyninin  dediyi  kimi,  "Əmir  Əbu  Bəkr 
əyyaşlıqla  məşğul olur, qulamları  ilə bərabər oyanmadan sərxoşluq edirdi. O, hacib 
və  əmirlərinə  tapşırmışdı  ki,  gürcülərin  hərəkəti  barəsində  ona  heç  bir  məlu mat 
verilməsin.  Gürcülər  isə  heç  kəsin  onlara  müqavimət  göstərmədiyin i  görüb,  daha 
da  cəsarətlənir,  bütün  ölkəyə  yayılır  və  qalaları  o  vaxta  qədər  mühasirədə 
saxlay ırd ıla r  ki,  bütün  Arran  ölkəsinə  sahib  olsunlar.  Gəncə  və  onun  nahiyə  və 
qalalarından başqa müsəlmanların heç biri ö zünü müdafıə etmird i"
2

Gü rcülərin  ölkəyə  hücumunun  qarşısını  birtəhər  almaq  üçün  atabəy  Əbu 
Bəkr  gürcü  çar  sarayı  ilə  qohum  olmaq  qərarına  gəlirsə  də,  bu  qərar  müsəlman 
aləminin qəti narazılığ ına səbəb olur. Bu hadisə barəsində İbn əl-Əsir yazır: "Bu  il 
(602)  A zərbaycanın  və  Arranın  hakimi  Pəh ləvanın  oğlu  Əbu  Bəkr  gürcü  çarın ın 
qızına  evlənir.  Bunun  səbəbi  odur  ki,  gürcülər  onun  qüvvətsizliy ini,  sərxoşluğa, 
kefə və ona bənzər işlərə aludə olduğunu, eləcə də dövlət işləri və ölkənin  müda-
fıəsi ilə  maraqlan mağ ını görüb, ölkəyə yürüşlərini davam edirdilər. O, özü də bunu 
anlayır,  lakin  kişiliyi  və  iradəsi  çatmırdı  ki,  bu  alçaq  işlərdən  əl  çəkə  bilsin...  O, 
gürcü  çarının  qızına  elçi  göndərir  və  ona  evlənir,  bundan  sonra  gürcülər  ölkəni 
qarət etmə kdən, yürüşdən və qətldən əl çəkirlər"
3

Məhz  bu  vaxt  Xarəzmşah  Təkişin  oğlu  Tacəddin  Əli  şah  Əbu  Bəkrin  
ərazisinə  hücum  ed ir.  Lakin  Əbu  Bəkr  -  " xaqan,  islamın  padşahı,  dünya  və  dini 
işlərdə  zəfərlər çalan -  Xarəzmşah Təkişin oğlu  Əli şahla vuruşur, onu öldürür və 
çox adamı qətlə yetirir. Bundan sonra o əmr edir ki, [Heydəriyyə]  qalasını dağıdıb, 
onun divarların ı xəndəyə atsınlar"
4

Hic ri  604-cü  ilin  zülqədə  ayında  (18.05-16.06.1208)  Marağa  hakimi 
Əlaəddin  Körpə  Arslan  ibn  Nüsrətəddin  Arslan-Aba  ibn  Ata-bəy  Ağ-Sunqur  əl-
Əh mədili  vəfat  edir
5
.  Ondan  sonra  kiçik  yaşlı  oğlunun  adından  ölkəni  atasının 
hərəm ağalarından (xəd imi) biri  idarə edir.  Lakin əmirlərdən biri  xədimin əleyhinə 
çıxış  edir  və  döyüşdə  hərəm  ağasının  tərəfdarları  məğlub  olur.  Hicri  605  (iyul, 
1206)-ci  ilin  əvvəlində  Marağa  hakiminin  oğlu  öldükdən  sonra  əl-Əh mədili 
nəslinin kö kü tamamilə kəsilir. 
                                                                 
1
 Yenə orada. 85.  
2
 Əl-Hüsevni. vər.l07a-b. 
 
3
 İbn əl-Əsir, IX, səh.284; Əbül-Fida, III, səh.107; İbn əl-Vardi, II, səh.l 17. 
4
  N.D.Mikluko-Maklay,  səh.  180-181;  Həmdullah  Qəzviniyə  (Nüzhet,  səh.59)  görə, 
Heydəriyyə qalası Əbhərin yaxınlığında yerləşirdi. 
5
  İbn  əl-Fuvati,  IV/2,  səh.1071.  Təəssüflər  olsun  ki,  qazı  Əfzələddinin  əl-Əhmədili  nəsli 
tarixinin təsvirini verən "Tarix Piştəgin" əsəri bizə gəlib çatmamışdır. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə