Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə47/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   43   44   45   46   47   48   49   50   ...   103

97 
 
Menqlini  öldürür,  başını  Özbəkə,  o  isə  Bağdada,  Xəlifənin  hüzuruna  göndərir.
1
 
Menqlinin  əlindən  alın mış  vilayətlər  Xəlifə,  is maililər  və  Özbəkin  arasında 
bölüşdürülür. Özbək Oğlamışı canişin təyin ed ir
2

Qeyd  etmək  lazımd ır  ki,  Oğlamış  hələ  bu  hadisələrdən  xeyli  qa-baq 
Xarə zmşah  Əlaəddin  Məhəmmədin  qulluğunda  xid mət  etmişdi.  Özbəkdən 
səlahiyyət  qazandıqdan  sonra  o,  xütbələrdə  Xarəzmşah m  adım  çəkməyə  başlayır. 
Ən-Nəsəvi  Oğlamışı  "Xarəzmşahın  İraqdakı  naibi"  adlandırır
3
.  Nə  Özbək,  nə  də 
xəlifə  ən-Nasir  xütbə  o xun-mas ma  etiraz  etmir.  Lakin  Xəlifə  bu  hadisəni  özünün 
müstəsna  hüqu-quna  təcavüz  kimi  qəbul  edir  və  yubanmadan  Oğlamış  kimi 
təhlükəli  şəxsin  aradan  götürülməsi  üçün  ciddi  tədbirlər  hazırlayır.  Cəlaləddin 
Həsənlə  sıx  əlaqəyə  girərək,  Xəlifə  o  da  fədai  göndərərək  Oğ lamış ı  öldürtdürür. 
Bu, Məkkədən qayıdan zəvvarların görüşü zamanı baş verir
4

İsmaililərin  başçısı  Cəlaləddin  Həsən  atabəy  Özbəklə  yaxın lıq  edir  və 
daima  ona  yardım  göstərirdi.  Menqliyə  qarşı  ittifaq  bağladıqları  dövrdə 
İsmaililərin  başçısı  uzun  müddət  Özbəkin  fəxri  qonağı  olmuşdu.  Özbək  onun 
qoşunlarını  ərzaqla  təmin  edir,  özünə  pul  və  fəxri  geyimlər  verirdi.  Bir  vaxt  o, 
Cəlaləddin Həsənə hər gün xərclik olaraq  (xəvavic-bəha) min dinav parpara, eləcə 
də düşərgə xərci (ənzəl-V ülufət) göndərirdi
5
. Məlu mdur ki, Cəlaləddin  Həsən hətta 
hətta  Beyləqanda  da  istirahət  etmişdir
6
.  Lakin  onun  Özbəkin  hakimlik  etdiyi 
əraziyə tez-tez gəlməsin in məqsədi tam mənasında aydın deyildi.  
Oğlamış  öldürüldükdən  sonra  İran  İraqında  oxunan  xütbələrdə 
Xarəzmşahın  adı  artıq  çəkilmir.  Bu   münasibətlə  Əlaəddin  Məhəmməd  nəin ki 
mövqeyini bərpa etmək, hətta bu ölkəni öz nəzarəti altına almaq  fıkrinə düşür. Yüz 
minlik ordu ilə o, İraqa yürüş təşkil edir
7

Bu  zaman  A zərbaycan  və  Arranın  hakimi  atabəy  Özbək  və  onun  vassalı, 
Fars  hakimi  atabəy  Səd  ibn  Zəngi
8
  (hər  biri  aynlıqda)  Oğla mışın  həlakından  və 
süzereni  Xarəzmşahın  uzaqda  olmasından  istifadə  edərək,  qoşunlarını  İran  İraqı 
ərazisinə yeridirlər.  Özbək İraqa hücum ed ir, Isfahan əhalisinin razılığ ı  ilə şəhərə 
girir.  Eyni  vaxtda  Səd  ibn  Zəngi  Rey,  Qəzv in,  Hüvar  və  Semnan  şəhərini  və 
onların nahiyələrin i zəbt edir
9

                                                                 
1
 İbn əl-Əsir, IX, səh.309; Rəşidəddin, 1/2, səh. 193-194. 
2
İbn  əl-Əsir,  IX,  səh.309;  Bar  Ebrey,  II,  səh.494;  İbn  İsfəndiyar,  II,  səh.175; 
Cüveyni, II, səh.701-702; Merəşi, səh.264; Kafesoğlu, səh.200-201. 
3
 İbn əl-Əsir, IX, səh.309, 313; ən-Nosəvi, səh.57, 307; Cüveyni, II, səh.391. 
4
 Ən-Nəsəvi, səh.57. 
5
  Cüveyni,  II,  səh.701;  Parpara  (barbara)  dinarı  - mənşəcə  Bizans  hureqreqop  (qızıl  denarios) 
sözündəndir. 
6
 Cüveyni, II, səh.701. 
7
 İbn əl-Əsir, IX, səh.313; ən-Nəsəvi, səh.57. 
8
  İbn  əl-Füvati,  IV/2,  səh.730;  "Fars  vilayəti  Tebriz  hakimi  atabəy  Özbək  ibn  Pəhləvan  ibn 
Eldənizdən asılı olduğu üçün Farsın hakimləri də "atabəkiyyə" kimi məşhurdurlar. 
9
 Ən-Nəsəvi, səh.57; Cüveyni, II, səh.336. 


98 
 
Atabəy  Özbək  və  atabəy  Səd  tərəfındən  İraqın  ərazisinin  xey li  hissəsinin 
zəbt olunduğunu Qu misdə eşidən Xarəzmşah öz qoşunlarından 12  min seçmə atlı 
ayırıb  Reydə,  Xeyli-Bu zurq  ya xınlığında  atabəy  Sədi  ya xa layır.  Atabəy  Səd  heç 
təsəvvürünə  belə  gətirə  bilməzd i  ki,  Xarəzmşahın  qoşunları  belə  tezliklə  bu  yerə 
gəlib  çıxa  bilər,  ona  görə  onları  Özbəkin  qoşunu  hesab  edərək,  Xarəzmşahın 
dəstəsi  üzərinə  hücum  çəkir.  Səd  Xarəzmşahın  çadırını  görəndən  sonra 
uduzduğunu  anlayır  və  mübarizədən  əl  çəkir.  Onun  qoşunu  dağılır,  ö zü  isə 
"tələsdiyindən torpağı öpür". Sədi əsir tuturlar və Həmədana, Xarəzmşahın yanına 
gətirirlər
1

İsfahanda yerləşən Özbək ö zünü itirir və nə tədbir görəcəyin i b ilmir: irəliyə, 
Şərqə  doğru  yüyürüb,  yeni  torpaqlar  zəbt  etsin,  yoxsa  atabəy  Sədi  əsir  götürmüş 
Xarəzmşahın  zəh mli  qüwəsi  qarşısında  geri  çəkilsin.  Atabəy  Özbəkin  vəziri 
Rəbibəddin  Dəndan  (1227-ci  ildə  ölmüşdür)  əlçatmaz  Fərrazin  qalasında 
(Həmədanın  cənub  səmtində)  möhkəmlən məyi  təklif  edirsə  də,  Özbək  razılıq  
vermir.  0,  ö z  vassalı,  Əhər  hakimi  Nüsrətəddin  Məhəmməd  Piş -Təkinə  (1210-
1230)  qoşun  və  avadanlığı  ilə  Təbriz  səmtinə  çəkilmək  əmrin i  verir,  ö zü  isə  200 
qulamı  ilə bərabər Azərbaycanın əlçatmaz dağlarında gizlən ir.  Lakin Xarəzmşahın 
dəstəsi  Nüsrətəddini  Məyanic  ətrafında  yaxalay ır,  onu  darmadağın  etdikdən sonra 
Özbəkin bütün xəzinəsini ələ  keçirir,  Nüsrətəddinin özünü vəziri  Rəbibəddin Dən -
danla birlikdə əsir aparır
2

Xarəzmşah  öz  vəziri  Nəsirəddin  Dövlətyarı  Özbəkin  yanına  göndərərək 
tələb  edir  ki,  Özbəkin  hökmü  çatan  bütün  ərazidə  Xarəzmşahın  ünvanına  xütbə 
oxutdurulsun və onun adına pul kəsilsin. Özbək Xarəzmşahın tələblərinə əməl edir 
və  "sultanın  şərəfinə  Arran  və  Azərbaycandan  tutmuş  Dərbənd  v ə  Şirvana  qədər 
bütün minbərlərdən  xütbə oxutdurur"
3
. Bundan əlavə, Özbək Xarəzmşaha Fərrazin 
qalasını  da  təslim  edir.  Ozbəkin  bütün  xəzinələri  Xarəzmşahın  əlinə  keçdiyindən 
Xarəzmşah onu bac verməkdən azad edir.  Özbək Xa rəzmaşahın vassah sayılmağa 
başlayır
4

Gü rcülərin basqını Özbəki Xa rəzmşaha şikayətlən mək  məcburiyyətində qoyur. 
Xarəzmşah  gürcü  çarının  yanına  elçi  göndərir,  "onun  (Özbəkin)  ölkəsinə  basqın 
etməkdən  saqınmağı  məsləhət  görür,  bu  ölkənin  onun  şəxsi  (xass)  mülkiyyəti 
olduğunu,  bütün  minbərlərdən  onun adının  çəkild iyin i  və  buranın  pullarının  onun 
damğası  ilə  damğalandığın ı  bild irir"
5
.  Eyni  zamanda  Gürcüstana  hücum  çəkmək 
üçün Xarəzmşah Əlaəddin Məhəmməd 50 min atlı ayırır
6

                                                                 
1
 Ən-Nəsəvi, səh.4, 58; İbn əl-Əsir, IX, səh.313; Cüveyni, II, səh.365. 
2
 İbn əl-Əsir, IX, səh.313; ən-Nəsəvi, səh.4, 58 və s.; Cüveyni, II, səh.336; Əbül-Fida, III, səh.118; 
İbn əl-Vardi, II, səh.193; Rəşidəddin, 1/2, səh.186. 
3
 Ən-Nəsəvi, səh.61; Cüveyni, II, səh.366; Əbül-Fida, III, səh.l 18; İbnəl-Vardi, II, səh.193. 
4
 İbn əl-Əsir, IX, səh.313; ən-Nəsəvi, səh.61. 
5
 Ən-Nəsəvi, səh.61; Cüveyni, II, səh.366; əl-Öməri, səh.l 19; Арабский аноним,
 
D-173, vər.696a. 
6
 Ən-Nəsəvi, səh.61. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə