Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə55/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   51   52   53   54   55   56   57   58   ...   103

113 
 
keçirməyə  can  atırd ı.  Vəzirin  böhtanlarından  yaxa  qurtarmaq  üçün  Məlikə  Xoyu 
tərk  edərək  Tala  qalasında  gizləndi
1
.  Şərəf  əl-Mülk  tezliklə  Xoya  gələrək 
Məlikənin bütün var-dövlətini müsadirə etdi. 
Məlikə  iki  dəfə  vəzirin  nifrətin i  yu mşaltmağa  cəhd  göstərdi,  lakin  vəzir 
onun  tamamilə  tabe  olmasını  tələb  edirdi.  Öz  cəhdlərinin  uğursuzluğunu  yəqin 
edən  Məlikə  kö mək  üçün  Əyyubi  əl-Malik  əl-Əşrəf  Musanm  Xilatdakı  canişini 
hacib  Hüsaməddin  Əliyə  mü raciət  etdi.  O  isə  624-cü  ilin  şaban  ayında  (17.07-
14.08.1227)  öz  qoşunu  ilə  çıxış  edərək  Xoy  və  Məlikəyə  mənsub  olan  qonşu 
qalaları tutdu. Mərənd və Naxçıvan əhalisinin  xah işi ilə hacib  Əli bu şəhərlərə də 
sahib oldu. İbn əl-Əsirin sözləri  ilə  desək, o, daha ço x yaşayış məntəqələrini tuta 
bilərd i,  lakin  Su ltan  Cəlaləddin in  xəzinəsini  ələ  keçirib,  vəzir  Şərəf  əl-Mü lkün 
qızını  isə  əsir  alaraq  Xilata  qayıtdı.  Haciblə  birlikdə  Məlikə  də  getdi
2
.  Şərəf  əl-
Mülkə gəld ikdə isə qorxaq və qəddar olan bu adam Təbrizə qaçdı
3

Məlikə qaçandan sonra Şərəf əl-Mülk atabəy Özbəkin tərəfdarları gizlənən 
qalaları  ələ  keçirməyi  qərara  ald ı.  Bunun  üçün  o,  qorxutmaq,  intiqam  almaq, 
adamları  pulla satın almaq və s. metodlardan istifadə edirdi.  Dizmar qalasını onun 
əsas mühafızə başçılarına fəxri paltarlar, qızıl və hədiyyələr verməklə də keçirtdi
4

Sonra  o,  atabəy  Özbəkin  baş hacibi  Nəsirəddin  Məhəmmədi  həbs  edərək  Qəhrəm 
qalasını  ondan  aldı  və  böyük  məbləğdə  pul  ələ  keçird i
5
.  Elə  bu  vaxt  Sultanın 
Gəncədəki  canişini  Seyfəddin  Qaş -Qara  öldü  və  vəzir  Qaş-Qaranın  naibi 
Şəmsəddin Gərşəsbin əlindən Hərk və Cərəbərd qala larını ald ı
6
. Dərə-Dej qalasının 
qalasının  ələ  keçirərək
7
  o,  uzun  müddət  Ruin-De j  qalasını  mühasirəyə  ald ı.  Qa la 
sahibəsi  Sülafə  xatın  vəzir  Şərəf  əl-Mü lkün  onunla  evlən məsi  şərti  ilə  təslim 
olmağa  razılıq  verdi.  Ancaq  Sülafə  xatınla  Su ltan  özü  evləndi  və  qala 
toxunulmamış  142  qaldı
8
.  Şərəf  əl-Mülk  Urmiya  gölündə  olan  Şahi  qalasını  ələ 
keçirməyə cəhd etdisə də, müvəffəqiyyətsizliyə uğradı.  
Qalaların  mühasirəsindən  sonra  vəzir  Arrana  qoşun  göndərdi.  Qoşun 
dəstələri  Muğanda  yaşayan  türkmən  tayfası  Kücət  Arslanın  var-dövlətin i 
dağıtdılar.  Buradan vəzir Şirvanşah torpağına soxulmaq üçün Kür sahilinə yönəldi. 
Şirvanşah dağlarda gizləndi, vəzir Azərbaycana qayıtdı
9

                                                                 
1
1
Tala qalası Urmiya gölünün şimal hissəsində Marqut dağının burnunda yerləşmişdir. Bax: Yaqut, 
III, səh.54. 
2
 İbn əl-Əsir, IX, səh.374; İbn əl-Ədim, III, səh.202. 
3
 İbn əl-Əsir, IX, səh.374; Məhəmməd əl-Həməvi, vər. l67b; Sibt ibn əl-Cövzi, VIII/2, səh.430; İbn 
əl-Ədim, III, səh. 200; İbn Taqriberdi, V, səh.270. 
4
 Ən-Nəsəvi, səh.204-205; Qala Təbrizdən şimalda yerləşirdi. Bax: Yaqut, IV,səh.58. 
5
Ən-Nəsəvi, səh.204; Qala Qalaybardan cənubda, Qırxsu çayının yuxarılarında yerləşirdi. 
6
 Bu qalaların xərabələri Qarabağdadır. 
7
 Dərə-Dej qalası Marağa mahalında olub, Sülafə xatına mənsub idi. 
8
 Ən-Nəsəvi, səh.204. 
9
 Yenə orada, səh.207. 


114 
 
Burada o, Naxçıvanı onun sahibəsi - Cahan Pəhləvan və Zahidə xatının qızı 
Cəlaliyyənin  əlindən  almaq  qərarına  gəldi,  lakin  şəhərin  müdafıəçiləri  vəzirin  
qoşunlarını geri oturtdular. O, bu dəfə Şəmiram qalasına tərəf getdi, lakin hacib Əli 
onun  üzərinə  hücum  etdi.  Şərəf  əl-Mülk  hətta  şəxsi  yüklü  arabasını  talenin  
hökmünə təslim edərək, Mərəndə çəkildi
1

Vəzir  Mərənddən  Təbrizə  yollandı,  hacib  Əli  isə  yenidən  Xoyu  tutdu. 
Naxçıvan  özü  Hacibə  təslim  oldu,  Hacib   öz  qoşununu  Mərəndə  doğru  yönəltdi, 
oranı  tutaraq  Təbrizə  tərəf  yollandı.  Bu  zaman  Sultan  Cəlaləddin  İraqdan  qayıtdı 
və  vəzir  tərəfındən  itirilmiş  vilayətləri  geri  qaytardı.  Hicri  625  (1228) -ci  ildə 
Bərkəri döyüşündə
2
 hacib Hüsaməddin Əlin in qoşunları darmadağın edild i, özü isə 
isə güc-bəla ilə canın ı xilas edə bild i
3

Sultan  Cəlaləddinə  qarşı  atabəy  Özbokin  daha  bir  məmlükü  -İzzəddin  
Balban  əl-Xalxali  çıxd ı.  Cəlaləddin in  monqollarla  döyüşdüyü  üçün  burada 
olma masından və həmçinin hacib Hüsaməddin Əlinin Azə rbaycana soxulmasından 
istifadə edən İzzəddin Xalxal əyalətini və qalasını, başqa ətraf qalaları ələ keçirtdi
4

keçirtdi
4

İraqdan qayıdan Cəlaləddin İzzəddin  Balbanı Firuzabad qalasında mühasirə 
edib  təslim  olmağa  və  bütün  öz  qalalarını  ona  verməyə  məcbur  etdi
5
.  İzzəddin 
Balban o qədər güclü rəqib idi  ki,  Sultan  Cəlaləddin 625-ci  il şəvval ayının 12-də 
(14.09.1228) Sürmərin in hakimi Hüsaməddin Xızra məktub göndərdi ki, o da bunu 
öz növbəsində hacib Hüsaməddin Əliyə çatdırsın. Məktubun mətni belədir: 
"Cəlal  əd-dünya  vəd-Din  Əbül  Müzəffər  Manqburnu  ibn  Sultan 
Məhəmməd  ibn  Təkiş,  Xarəzmşah,  mö minlər  Əmirinin  tərəfdarı.  onun  ünvanı 
belədir: "Qələbə yalnız Allahındır". Bis millah ərrəhman ərrəh im!  
Malik,  alim,  adil,  yardım  göstərən,  qalib,  [Allahm]  himayəsi  altında  olan, 
inam  yolunda,  dövlətin  qüruru  və  inamı  yolunda,  islam  və  müslimlərin 
xoşbəxtliyi  yolunda  mübariz  olan,  məlik  və  sultanlara  kö mək  edən,  qəbahətli 
şəxslərə  və  qiyamçılara  qalib  gələn,  Xosrov.  ermən ilərin  hakimi  və  İranın 
hökmdarı, qoy onun cəh-cəlah uzun sürsün!.. 
Bil  ki,  səltənətin bütün  işləri  bizim  məmlüklərə  və  ölkələrə  [göndərilmiş] 
fərmanlar  ü zrə  gedir.  Biz  Azərbaycana  gələrkən  qəti  qərar  qoy muşduq  ki, 
ermənilərə  və  əş-Şama  doğru  yol  alaq,  lakin  bizim  qalib  bayrağımızı  öz  gözləri 
ilə görərkən  İzzəddin Balbanın qiyamı ö z [normal] həddini aşdı.  O, bu fürsətdən 
istifadə  edərək  həmin  ətrafı  qald ırmağa  başladı.  Sirlər  güzgüs ü  olan  bizim  qəti 
                                                                 
1
 Ən-Nəsəvi, səh.210; Şəmiram qalası haqqında bax: Yaqut, III, səh.324. 
2
 İndiki Bərkriqala Bəndişah çayının aşağı axınında, Van gölünün şimal-şərqindədir. 
3
 Ən-Nəsəvi, səh.210-215. 
4
 Xalxal qalası və nahiyəsi barədə bax: Yaqut, II, səh.459; Həmdullah Qəzvini, səh.84. 
5
 Ən-Nəsəvi, səh.216-217. 
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə