Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə58/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   54   55   56   57   58   59   60   61   ...   103

119 
 
Monqol  qoşunlarının  ko mandiri  Çormaqun-noyan  Sultana  elçi  göndərərək 
təslim  olmasın ı  təklif  etdi,  lakin  Sultan  monqolların  elçisi  Fəxrəddin  Həmzə  ən -
Nişapurinin ö ldürülməsi əmrini verdi və qoşununu Gəncə üzərinə apard ı
1

Xarəzmilərə  qarşı  üsyan  edən  gəncəlilərə  Bəndər  adlı  bir  nəfər  başçılıq 
edirdi.  Sultan  bir  neçə  gün  ərzində  üsyançılan  tabe  etməyə  cəhd  göstərdi,  lakin 
"onlar  barmaqlarını  qulaqlarına  qoyub  öz  paltarlarına  bürünərək,  inad  göstərir  və 
qürurla dayanırdılar"
2
. Təkrar öyüdlərə cavab olaraq goncəlilər  xarəzmilər üzərinə 
hücum çək-d ilər və az qala  Sultan çadırınadək çatacaqdılar.  Gəncəliləri təqib edən 
Sultan  şəhərə  soxuldu  və  tez  bir  zamanda  üsyançılara  d ivan  tutdu.  O,  şəhər 
zadəganlarından  üsyançıların  başçılarının    adın ı  verməyi  tələb  etdi  və  Bəndər 
başda  olmaqla  30  nəfəri  həbs  etdirdi.  Sultan  hamın ın  başını  kəsməyi,  Bəndəri  isə 
edam etməy i və bədənini tikə-tikə doğramağı əmr etdi
3

Qonşu  ölkələrin  hakimlərinə  yazdığ ı  məktubların  cavabını  gözləyən 
Cəlaləddin  17 gün  Gəncədə qaldı, ancaq onlar tərəfindən kö mək gələcəyinə ü mid i 
qalmamışdı.  Monqollarla  döyüşmək  əvəzinə  Su ltan  öz  qoşunlarının  bütün  ölkəyə 
səpələdi,  onun  dəstələri  təkcə  Arran  və  Gürcüstanı  deyil,  Koniya  sultanlığının  
torpaqlarını  da  qarət  edir  və  bu  da  həmin  ölkələrin  hakimlərini  daha  da 
amansızlaşdırırd ı
4

Arranı  tərk  edən  Cəlaləddin  Kiçik  Asiyaya  yollandı,  o,  buradan  kəsmə  yol 
ilə  İsfahana  qayıtmaq  istəyirdi.  Məyyəfəriqin  yaxın lığ ında  monqollar  Sultanın  
düşərgəsini əhatəyə aldılar, yoldaşları tərəfındən tərk edilmiş Sultan dağlara qaçdı. 
Məyyəfəriqin  əyalətinin  Əynbər  kəndi  yaxınlığında  kürdlər  Sultanı  ələ  keçirtdilər 
və  öldürmək  istədilər.  Elə  ki,  Cəlaləddin in  sultan  olduğunu  bildilər,  istədilər  ki, 
ondan  pul  alıb  buraxsınlar.  Lakin  bu  kənddə  qardaşı  xarəzmilər  tərə fındən 
öldürülmüş bir kürd meydana çıxdı. O, nizə ilə Sultanı öldürdü. Bu hadisə hicri 628-
ci ildə şəvvalın ortalarında (1231-ci il, avqustun ortaları) baş verdi
5

İbn  əl-Əsir  öz  salnaməsini  monqol  basqının  qəmli  təsviri  ilə  bitirir,  bu 
basqına  Yaxın  Şərq in  ölkə  və  vilayətləri  məru z  qalmışdı.  İbn  əl-Əsir  tərəfındən 
təsvir  edilən  basqını  onun davamçısı  İbn  Vasil  50  il  son ra  yaşamış,  1258-ci  ildə 
Bağdadın  süqutunu  müşahidə  etmişdi.  O  yazırdı:  "Şübhəsiz  ki,  Allah  Cəlaləddini 
günahlarına  görə  cəzalandırdı  və  ona  möhlət  vermədi,  onu  kökləri  ilə  bərabər 
çıxartdı.  Bununla  belə,  onun  həlakı  müsəlmanların  monqollar  tərəfındən  məhv 
edilməsinə  bais  oldu.  A xı  onun  atası  Əlaəddinin  ö lü mündən,  ölkələrin 
dağılmasından  və  əhalinin  monqollar  tərəfındən  qırılmasından  sonra  Cəlaləddin 
                                                                 
1
 Yenə orada. 
2
 Quran, LXXI, səh.6. 
3
 Ən-Nəsəvi, səh.286. 
4
 Yenə orada, səh.287 və s. 
5
  Bu  barədə  bax: ən-Nəsəvi,  səh.249 və  s.;  Киакос  Гандзакеци, стр.  l 17;  Vardan,  səh.176-177;  Bar 
Ebrey, II, səh.529-530; Cüveyni, II, səh.459-460; Əbül-Fida, III,səh. 147-151; Rəşidəddin, II, səh.31; 
əl-Öməri, səh.124-125 və bir sıra başqa mənbələr. 


120 
 
Hindistana qaçdı, sonra isə geri qayıtdı. Onun işləri  möhkəmlənirdi, qüdrəti artırdı, 
o,  Kirmanı,  İraq  əl-Əcəmi,  A zərbaycan  və  Arranı  tutdu,  onu  böyük  bir  qoşun 
müşayiət edirdi. O, ədəb-ərkanlı həyat tərzi keçirsəydi, ədalətli olsaydı və bu qədər 
qanlar  tökməsəydi,  monqollarla  döyüşə  bilərdi,  belə  ki,  onun  qoşunu  bizimlə 
monqollar  arasında  sədd  təşkil  edird i.  Lakin  o,  qəbahətli  həyat  tərzi  keçirirdi, 
günahlar  edirdi,  ədalətsizliklər  törədirdi,  qonşularla  düş mənçilik  edird i,  özünü 
satqın kimi aparırd ı və narazılıq törəd irdi. Bu isə onun özünün və qoşununun məhv 
edilməsinə  müncər  oldu.  Bunun  ardınca  monqol  basqını  və  onların  İslam  ölkələri 
üzərində  qələbəsi  başlandı.  Əgər  Allah  bir  şey  etmək  niyyətində  olursa,  o,  bunun 
üçün səbəblər də hazırlay ır"
1

İbn əl-Əsir də bu səpkidə fıkir söyləyir: "Cəlaləddin çirkin rəftarlı adam idi, 
ölkəsini  p is  idarə  edirdi.  Onun  düşmənçilik  etdiyi,  torpağına  basqın  etmədiy i  bir 
qonşu hakim yo x id i, hamı üçün arzu ed ilməz qonşu idi. Buna görə də onlar hamısı 
onu tərk etdilər və kö mək əli u zatmadılar"
2
.  
                                                                 
1
 İbn Vasil, III, vər.265 b-266 b. 
2
 İbn əl-Əsir, IX, səh.383. 
 


121 
 
1235-c i  ildə  monqolla r  Gəncəni  mühasirəyə  aldıla r.  Mancanaqlar  və  ucu 
dəmir  tirlər  quraraq  onlar  şəhər  divarını  dağıtmağa  başladılar.  Lakin  bir  həftə 
ərzində  şəhərə  girmədilər.  Gəncənin  işğalıın  şahidi  olan  Gəncəli  Kirakos  yazır: 
"Əhali  şəhərin  düşmən  tərəfındən  tutulduğunu  görərkən,  onlardan  bəziləri  ö z 
evlərinə  girərək  binanı  yandırdılar  və  özləri  də  düşmənin  əlinə  keçməmək  üçün 
yandılar.  Başqaları  isə  yana  bilən  nə  varsa,  hamısını  yandırır  və  yalnız  özləri 
qalırd ılar.  Bunu  görən  düşmən  daha  da  qəzəblənərək  qıhncı  işə  salıb  hamını-
kişiləri, qadınları, uşaqları doğramağa başladılar. Gecə ikən ö zlərinə yol açıb qaçan 
silahlı  kiçik  bir  dəstədən  başqa  heç  kəs  xilas  ola  bilməd i.  Bir  də  qara  camaat 
arasından  bir  neçə  nəfər  sağ  qalmışdı.  Monqollar  onlara  işgəncə  verərək 
gizlədilmiş  xəzinələrin  yerlərini  göstərməyi  tələb  edirdilər.  Sonra  onların  bir 
neçəsini öldürdülər, qalanlarını isə əsir apard ılar.  
Şəhər  dörd  il  insansız  qald ı,  sonra  onun  yenidən  tikilməsi  barədə  fərman  
gəldi  və  sonra  toplanmış  adamlar  şəhərətrafı  d ivarlar  istisna  edilməklə  şəhəri 
tikməyə  başladılar"
1
.  Gəncəni  tutandan  sonra  monqollar  Şamxoru  mühasirəyə 
aldılar
2
  və  uzunmüddətii  mühasirədən  sonra  onu  ələ  keçirtdilə r.  On lar  Şa mxoru 
yandırıb, əhalisini q ılıncdan keçirtdilər
3
. Tovuz, Qa rd man, Arran ın başqa şəhər və 
qalaları da belə bir taleyə məruz qaldı. 
Beləliklə, Azərbaycan və Arranda monqol hökmranlığı başlandı
4

 
IV FƏS ĠL 
ġĠRVAN XII ƏSRDƏ VƏ  
XIII ƏSRĠN BĠRĠNCĠ YARIS INDA 
 
Öyrənilməsinə  yüz  il  əvvəl  başlansa  da
5
,  Azərbaycanın  şimal-şərq 
hissəsinin - Şirvanın tarixi ən az tədqiq edilmişdir. 
Şirvanın (və ya Şirvanşahlar dövlətinin) digər  müsəlman aləmin -dən seçilib  
ayrılması,  yerli  tarixi  salna mələ rin  olma ması  və  ərəb,  fa rs,  gürcü  dilindəki  tarixi 
əsərlərdə,  Y.A.Paxo mov
6
  və  Ə.Ə.Əlizadənin
7
  yazdıqla rı  kimi,  tarixi  materialla rın 
azlığ ı - bütün bunlar tədqiqatçıların işin i  məhdudlaşdırmış, buna görə də onlar bir 
                                                                 
1
 Киракос Гандзакеци, стр. 119-120. Həmçinin bax: Себастаци, стр.24; Вардан, стр. 177.  
2
  L.O.Babayan  (səh.l  04)  mənbələrin  məlumatlarını  dəqiqliklə  təbil  etməyərək  Şamxor  əvəzinə 
Şamaxıdan  danışır  və  belə  güman  edir  ki,  Şamaxı  bu  dövrdə  Rusudananın  saray  naziri  Varam 
Qaqelinin mülkinə daxil idi. 
3
 Киракос Гандзакеци, стр. 122-123: Bapдан стр.177. 
4
  Azərbaycan  monqol  hökmdarlığına  aid  geniş  məlumat  üçün  bax:  A.A.Aлизаде.  Социально -
экономическая и политическая история Азербаиджана в  вв. Баку, 1956. 
5
 
B.Dorn. Versuch einer geschichte der Schirwanschahe, p.532-602.
 
6
 Е.А.Пахомов. Краткий курс истории Азербайджана с приложением экскурса по истории 
Ширваншвхов ХI-XIV вв. Баку, 1923, стр.25. 
А.А.Ализаде. Социално-экономическая и политическая история Азербайджане XIII-XIV вв. 
Баку, 1956, стр.357. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə