Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə61/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   57   58   59   60   61   62   63   64   ...   103

126 
 
və  Dağıstan  mahalları  ü zərində  nəzarət  ed ir.  I  Fəriburza  həsr  edilmiş  qəsidədə 
Məsud ibn Namdar Şirvanşahın fəth etdiyi yerlərin ad ını çəkir: 
Məgər sən deyildinmi, ey hökmdar, [A llah ın] 
kö məyilə, 
Anda [görə] sən Muğana sahib oldun, 
Sənsən sahib [dəniz] sahillərinədək olan  
torpaqların! 
                           Bir yürüşlə Ab xa za qalib gəlirsən 
və tələsik Arranı ələ keçirirsən, 
Gəncənin hakimin i sən təyin edirsən 
mən isə (yəni Məsud) bu hökmdarın müşrifiyəm. 
 
 
 
  
Məgər sizin qoşun dəstəsi hücum çəkmədimi 
və Qu miki qəflətən tutmadımı?  
Sulvar - sizin qu la mınız, 
öz ço xlu qoşunu ilə süvarilərin yanına gəlməd imi
1

 
1071-c i ilin o ktyabrında I Fəriburz oğlu  Əfridunu hakim sifəti ilə Dərbəndə 
göndərdi
2
.  Tezliklə  Şirvanşah  qoşunları  gürcülər  və  dağlılar  tərəfindən 
uğursuzluğa və məğlubiyyətə uğradı və Əfridun Dərbənddən qovuldu. 
Şirvanşahın  hərəkəti  sultan  Məlik  şahı  (1072-1092)  tədbirlər  gör-məyə 
məcbur  etdi.  1078-1079-cu  illərdə  Məlik  şah  qoşunu  ilə  Arrandan  keçərək 
İmadəddin  əl-İsfahaninin sözləri  ilə  desək,  I  Fəriburzu  öz  iqamətgahına  çağırdı.  I 
Fəriburz  əvvəlcə  Su ltanın  əmrin i  yerinə  yetirmək  istəmədi,  lakin  "bu  imtinadan 
sonra  (bada  imtinaixi)"  Sultanın  yanın  a gəldi  və sultan  xəzinəsinə  hər  il  70  min 
dinar  vergi  verməyə  razılıq  verdi
3
.  Xeyli  keçdikdən sonra bu  məbləğ  40  min  dinara 
endirildi. 
Bu  məlu matı  təsdiq  edən  əl-Hüseyni  yazır  ki,  Sultan  Məlik  şah  "Arran 
torpaqlarından  keçərkən  Şirvan  hakimi  ona  təslim  o ldu  və  [sultan]  onun  üzərinə 
illik  70  min  dinar  xərac  qoydu"
4
.  Eyni  za manda  ən-Nəsəvi  başqa  rəqəm  göstərir: 
"Məlik  şah  ibn  Alp  Arslan  Arranı  ələ  keçirib  özünün  başqa  geniş  torpaq 
mü lklərinə  b irləşdirəndən  sonra  dövrünün  Şirvanşahı  onun  sarayına  gəldi.  O, 
fasiləsiz  hücum  və  döyüşlərdən  sonra,  qoşunlarının  böyük  hissəsini  itirdikdən 
                                                                 
1
  Məsud  ibn  Namdar,  vər.150b.  Sulvar  (Zular)  Dağıstanda  tayfa  adıdır.  SonralarZular  kəndi 
Dağıstan MSSR Aqul rayonu Tpiq kəndinə daxil olmuşdur. Bax: A.P.Шихсаидов. Новые данные 
по средневековой истории Дагестана, стр.147-151. 
2
 B.Ф.Mинopcкий. История Ширвана и Дербенда, стр.62.  
3
 Ən-Bundari, səh.140; İbn Xaldun, V, səh.291-292.   
4
 Əl-Hüseyni, vər.41b; В.Ф.Минорский. История Ширвана и Дербенда, стр.96, 160.  


127 
 
sonra  [gəldi].  Belə  qərara  alındı  ki,  o,  Sultan  xəzinəsinə  100  min   dinar  xərac 
verəcəkdir"
1

Sultanlardan vassal asılılığ ında olmasına baxmayaraq, Şirvanşah bu dövrd ə 
özünün  əsas  torpaqların ı  saxlaya  bild i  və  şübhəsiz  ki,  Səlcuq  hakimləri  onun 
nüfuzu ilə hesablaşırdılar. 
Məsud  ibn  Namdar  I  Fəriburzun  hakimiyyəti  dövründə  Şirvanın  siyasi 
həyatında  bir  yüksəliş  başlandığmı  qeyd  edir.  O,  Şirvandan   çiçəklənən  bir  d iyar 
kimi  söhbət  açır,  onun  torpaqlarına  göylərin  belə  həsəd  apardığını  söyləyir"
2
.  O 
həmçinin Şirvanşah və onun vəziri Əbü l Fərəc Məhəmməd əl-Kakuyi tərəfindən o 
dövrün  təhsilli  adamlarına  göstərilən  qayğı  və  himayəni  tərifləyir
3
.  Məsud  ibn 
Namdarın  hamisi  -  Şirvanşahın  vəziri  Behaəddin  Kamal  əl-Mülk  Əbül  Fərəc 
Məhəmməd  ibn  əl-Hüseyni  əl-Kakuyi  Kaku ilərin  Dey ləm  tayfasına  mənsub  idi. 
Kaku ilər  Səlcuq  işğalına  qədər  Rey,  İsfahan  və  Fars  İraqının  başqa vilayətlərinin  
sahibi idilər. Sonralar  isə onlar Səlcuqilər və  Şirvanşahlarla qohum oldular
4
.  Əbül 
Fərəcin  atası  Bəhaəddin  əl-Kakuyi  Şirvanşahların  vəziri  olmuşdu
5
.  Na mda r 
vəzirlərin nəslinin qədimliyinə işarə edərək yazır: 
Uzaq  İraqda  sizin  [yüksək]  təqamınız  vardır,  Siz 
[hətta]  Ökü z  [bürcü]  çıxan  zaman,      Ondan  da 
yüksəkdə dayanırsınız
6

Deyildiyi  kimi,  Şirvanın  heç  bir  hakimi  müsəlman  ibadətgahlarına 
getməmiş  və  ümu miyyətlə,  Şirvanı  belə  tərk  etməmişlər.  Belə  görünür  ki,  
Şirvanşah  I  Fəriburz  istisnalıq  təşkil  ed ir.  Xaqaninin  göstərdiyi  kimi,  o,  İsfahana 
Sultan  Məlik  şahın  yanına  gəlmişdir  (yəqin  ki,  çağırışına  görə).  Şirvanşah  II 
Mənuçöhrün bacısına həsr edilmiş mərsiyədə Xaqani yazır: 
Kəyanilərdən (Şirvanşahlardan) heç biri 
Kəbəyə getməmişdir. 
Sənin baban, şah Fəriburz səfərə çıxd ı, 
Məlik şahın sarayına yol açdı və İsfahana gəldi
7

I  Fəriburzun  dövründən  iki  sikkə  qalmışdır.  On lardan  birində  I  Fəriburzun 
özünün  adı,  xəlifə  əl-Müqtədi-billahın  (1075-1094)  və  Sultan  Məlik  şahın  (1072-
1092)  adları  həkk  olun muşdur.  O  birisində  yenə  Şirvanşahın  öz  adı  və  xəlifə  əl-
Müstəzhir-billah ın  (1094-1118)  adı  həkk  edilmişdir.  Səlcuq  sultanının  adı  isə 
yoxdur.  Belə bir hal  mü mkün idi.  Belə ki, Məlik şahın ölümündən sonra Şirvanşah 
Fəriburz  Səlcuqilərdən  Bökriyarıq  və  Məhəmməd  arasında  sultanlıq  hakimiyyəti 
                                                                 
1
 
Ən-Nəsəvi, səh.223, 394-395.
 
2
 Məsud ibn Namdar, vər.13b. 
3
 
Yenə orada, 155a, 157 və sonrakı vərəqlər. 
4
 Kakuilər barədə bax: С.Лэн-Пуль, стр. 120; К.Э.Босворт, стр.141-142.  
5
 Məsud ibn Namdar, vər.13a. 
6
 Yenə orada, vər.159a. 
7
 H.Həsən. Fələki Şirvani, səh.5-6. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə