132
kişiləri ayağa qaldırmağa başladılar. Onlar məscid ləri dağıdır, minarələri y ıxır,
şəhəri qarət edir, tikintilərin i dağıdırdılar. Bu onlara kö mək etmədi. Elə müsibətlər
üz verdi ki, əsilzadələr heyrətə düşdülər, elə günahlar baş verirdi ki, kübarlar onu
rədd edirdilər. Bu təhlükənin ard ınca başqa bir təhlükə baş verdi ki, ağlayan da,
ağlamayan da yaxasını ondan qurtara bilmədi. Bu hadisələr [Şirvan] ətrafında olan
kafirlərin (gürcülərin -Z.B.) acgözlüyünü bir daha artırdı və onlar Şirvan ətrafını
dağıdıb qarət etməyə başladılar, ço xlu müsəlman əhalisin i q ırıb, 30 minlik süvari
ilə Su ltan düşərgəsinə yaxın laşıb, onun iki fərsəngliy ində dayandılar". Bu
məlu matı İmaməddin əl-İsfahani xəbər verir
1
.
İbn əl-Əsir əlavə edir ki, gürcülər Şamaxıya yaxın laşıb Sultan Mahmudun
qoşunu üzərinə hücum etdilər. Sultanın döyüşçüləri qorxuya düşdülər və vəzir
Şəms əl-Mü lk Os man ibn Nizam əl-Mülk sultana Şirvandan getməyi məsləhət
gördü. Bunu bilən şəhər camaatı Sultanın yanına gəlib ona bildird ilər: "Nə qədər
ki, sən bizimlə bir yerdəsən, biz gürcülərlə döyüşəcəyik. Əgər sən bizi qoyub
getsən, onda müsəlmanların qəlbinə qorxu düşəcək. Bu isə onların məhvinə səbəb
olacaqdır". Sultan razılaşdı və öz yerində qaldı. Qarşıdakı döyüş haqqında düşünən
qoşun gecəni həyəcanlı keçird i
2
.
Lakin gürcülərlə Sultan qoşunları arasında döyüş olmad ı, belə ki, IV
Davidin müttəfıqləri olan q ıpçaqlar gö zlən ilmədən gürcülərin üzərinə hücu ma
keçdilər. Öz aralarındakı uzun mübarizədən sonra onlar Şirvanı tərk etdilər
3
.
Şirvanşah III Mənuçöhr dustaq olarkən, Sultan qoşunları Şirvan əhalisini
qarət etməyə başladı, lakin onlar bir şey əldə edə bilmədilər, çünki onlara qədər
Şirvan gürcülər tərəfındən qarət olun muşdu
4
. İmadəddin ə l-İsfahani ya zır ki, Sultan
Sultan xəzinəsinə ildə 40 min dinar vergi veron Şirvan bu pulu ödəməyə qabil
olmadı. Sultan Mahmııd isə nizam-intizamı bərpa etmə k üçün uzun müddət
Şamaxıda qalmağa məcbur oldu. O yalnız hicri 517-ci il cu madi sani ayında
(avqust, 1123) İsfahana qayıtdı
5
.
Sultan öz vəziri Şəms əl-Mülk Os manı Şirvan fəlakətlərinin səbəbkarı
hesab edirdi. Vəzir hicri 517-ci il rəb iülə wəl ayın ın sonunda (iyul, 1123)
Beyləqanda edam olundu
6
.
1123-cü ilin iyununda çar IV Dav id Sultan Mahmudun Şirvandan
getməsindən istifadə edərək, yenidən ölkəyə soxuldu. O, "Şirvanşahın əsas
iqamətgahı olan Gü lüstanı tutdu və bütün ölkəni işğal etdi"
7
. 1124-cü ilin
1
Əl-Bundari, səh.139-140
.
2
İbn əl-Əsir, VIII, səh.313.
3
Əl-Bundari, səh.140; İbn əl-Əsir, VIII, səh.313.
4
Əl-Bundari, səh.140.
5
Əl-Bundari, səh.140; İbn ol-Əsir, VIII, səh.313.
6
Yenə orada.
7
Historie de la Georgie, I, p.368, Gülüstan qalası barədə bax: H.A.Ciddi. Gülüstan
qalası, Bakı, 1967.
133
fevralında IV David Şabran qalasını ələ keçirtdi
1
. 1124-cü ilin avqustunda o,
Şirvana növbəti hücum edərək Şamaxın ı, Buqurd qalasını və Şirvanın başqa
mərkəzlərini tutub, qala və şəhərlərdə öz qarnizonların ı saxlad ı. Şəxs i katibin i isə
Şirvandakı gürcü hərbi idarəsinin başçısı təyin etdi
2
. Ancaq IV David in
ölümündən sonra Şamaxı III Mənuçöhr tərəfindən geri alındı.
Beləliklə, IV David in və Sultan Mahmudun hakimiyyəti dövründə Şirvanın
siyasi vəziyyəti olduqca əlverişsiz idi. Bu ona gətirib çıxarır ki, Şirvanşah III
Mənuçöhr "faktiki olaraq Tiflis çarların ın himayəsi altına düşür və ehtimal ki,
buna görə də onlar həmin dövrdən gürcü çarlarının tam ləqəblərin in tərkibinə
daxil olan Şirvanşahlar ləqəbini qəbul edirlər"
3
.
1125-c i ildə IV Dav idin oğlu De metre gürcü ta xt-tacına sahib olur. Bu
ildən Şirvan - gürcü münasibətlərində yeni dövr başlayır. Belə ki, Demetrenin
hakimiyyəti illə rində (1125-1156) 30 il ərzində iki dövlət arasında sülh
münasibətləri saxlаnılır. Hər iki ölkənin sərhədləri daxilinə heç bir hücum baş
vermir.
III Mənuçöhrün adı ilə bağlı bir neçə gümüş sikkə bizə gəlib çatmışdır ki,
onların bir üzündə "əl-malik Mənuçöhr ibn Əfridun"un, o biri üzündə isə xəlifə əl-
Müqtəfi-liəmrillahın (1136-1160) adı həkk o lunmuşdur. Səlcuq sultanının adını
müəyyənləşdirmək hələlik mü mkün olmamışdır
4
.
Əbül-Üla Gəncəvin in qəsidəsinə və Fələki Şirvanin in mərsiyələrinə görə,
Şirvanşah III Mənuçöhrün tam adı, künyəsi və ləqəbləri belədir: Əbül Xacə
Fəxrəddin əl-Malik III Mənuçöhr ibn Əfridun, Şirvanşah, Xaqan əl-kəbir (ya
Əkbər və yaxud bozorg)
5
.
Xaqaninin öz hamisi - Şirvanşah III Mənuçöhrə həsr etdiyi iki mərsiyədə
onun hakimiyyəti dövründə baş verən iki hadisə təsvir olunur. Bunla rın
birincisində Şirvanşahın Gürcüstanda yerləşdirilən qıpçaqlar üzərində qələbəsi
təsvir olunur:
Cəmiyyətin əzəməti, hökmdarın
tacı Fəxrəddin, Mənuçöhrün məhəbbət dairəsi,
Fəzilətin Yup iter kimi [parlaqdır!]
Sən qıpçaqların qanını nə qədər tökdün,
Çin ipəyi kimi parlayan
öz hind qılıncım ilə
6
.
1
Vardan, səh.147; Historie de la Georgie, I, p.368.
2
Historie de la Georgie, I, p.370. E.A.Пaxoмов. Kpaткий кypc, стp.32-33.
3
Е.А.Пахомов. Краткий курс, стр.33; В.Ф.Минорский. История Ширвана и Дербенжа,
стр.180.
4
Е.А.Пахомов. Краткий курс, стр.32.
5
H.Həsən. Fələki Şirvani, səh.9, 19, 95.
6
Yenə orada, səh.20; 14-15.
Dostları ilə paylaş: |