Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə63/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   59   60   61   62   63   64   65   66   ...   103

130 
 
olmasını  biz  "Kartlis  Tsxovreba"  salnaməsindən  bilirik.  Orada  deyilir:  "1120-ci 
ilin  noyabrında  (şəvval,  hicri  514-cü  il)  Şirvan  və  Dərbənd  hakimləri  arasında 
gedən müharibədə Əfridun öldürüldü və şirvanlılar məğlubiyyətə uğradılar"
1

Xaqani  şahzadə  İsmətəddin  Səfvət  əl-İslama,  yəni  I  A xsitanı  n  arvadına 
həsr etdiyi  mərsiyədə I Əfridun haqqında şəhid kimi söhbət açır
2
. Beləliklə, əgər I 
Fəriburzun  hakimiyyətinin  sonu  hicri  489  (1096)-cu  il  olmuşsa,  I  Əfridun  isə 
şəvval  514  (noyabr,  1120)-cü  ildə  öldürülmüşsə,  deməli,  Şirvanşah  II  Mənuçöhr 
bu illər arasında hakimiyyətdə olmuşdur. 
Demək  lazımd ır  ki,  on  yeddinci  Şirvanşah  I  Əfridun  ibn  Fəriburz,  şərtsiz 
olaraq,  Şirvanı  3  ildən  artıq  idarə  etmişdir,  hər  halda  510  (1116)-cu  ildə  o,  artıq  
Şirvanşah  idi.  "Kartlis  Tsxovreba"nın  verdiyi  məlu matı  nəzərə  alsaq,  bu  tarix  bir 
qədər də geri çəkilə bilər: " 1116-cı  ildə Qurucu  ləqəbini almış  Gü rcüstan çarı IV 
David ö z qızı Katanı Yunanıstana göndərərək, onu imperatorun oğluna (Nikifor IV 
Vriyenniya-Aleksisə)  ərə  verdi.  Bundan  əvvəl  o,  öz  böyük  qızı  Ta ma rı  Şirvanda 
hökmranlıq  etməyə  göndərdi"
3
.  Çar  IV  Dav idin  (1089-1125)  böyük  qızı  Tamarın 
ərə  getməsi  504  və  510  (1110  və  1116)-cu  illər  aras mda  ola  bilərd i.  Bunun 
əsasında I Əfridunun haki-miyyət illərin i bir neçə il geri çəkərək, onun başlanğıcı 
təqribən hicri 500 (1106-1107)-cü il qeyd oluna bilər. 
I  Əfridunun  hakimiyyəti  illərində  Şirvan  tarixində  yeni  səhifə  açıldı.  Bu 
vaxtdan başlayaraq monqol işğalına qədər Şirvanın taleyi  Gürcüstanın taleyi ilə sıx 
surətdə bağlanır ki, bu da uzun müddətli yüksəliş və dirçəliş dövrünü təşkil ed irdi. 
Şirvanşah  I  Əfridun  və  IV  Davidin  hakimiyyəti  dövründə  Şirvan  və  Gürcüstanın 
ümu mi  maraqları  var  idi.  Bu  da  özünü  daha  çox  Səlcuq  hökmranlığından  xilas 
olmaq  uğrunda  mübarizədə  büruzə  verird i.  Bu,  Şirvan  ilə  Gü rcüstanın  bir-birinə 
yaxınlaş masını  şərtləndirirdi.  Bu  məqsədlə  atılan  addımlardan  biri  də  Şirvan  taxt-
tacının  vəliəhdinin  IV  David in  qızı  Tamar  ilə  sülaləvi  izdivacından  ibarət  idi.  Bu  
izdivac  Gü rcüstanın  siyasi  vəziyyətinə  müsbət  təsir  göstərməli  id i.  Çünki 
Gü rcüstan  Şirvan  tərəfindən  öz  təhlükəsizliyin i  təmin  edərək  qüvvələrini 
Səlcuqilər  ü zərinə  yönəldə  bilərd i.  Y.A.Paxo movun  düzgün  qeyd  etdiyi  kimi,  bu  
dövr  "Zaqafqaziya  padşahlarının  qüvvətlisi  Qurucu  Dav idin  ö z  qız ını  qonşu 
hakimə  (Y.A.Paxo mov  onu  "əmir"  adlandırır  -  Z.B.)  -müsəlmana  ərə  verməsi 
məcburi  tədbir  kimi  qiy mətləndirilməyə  bilməz"
4
.  Belə  ki,  IV  David  izd ivacdan 
sonra, yəni 1117 və 1120-ci illər arasında Şirvan üzərinə b ir neçə hücum etmişdi
5

                                                                 
1
 Historiede la Georgie, I, p.364. 
2
 
H.Həsən. Fələki Şirvani, səh.8, 33-34.  
3
 Historie de la Georgie, I, p.360. 
4
 E.A.Пaxoмов. Kpaткий кypc, стp.31. 
5
 Historie de la Georgie, I, p.360-361, 381. 


131 
 
1117-ci  ildə  IV  David  oğlu  Demetrenin  başçılığı  ilə  Şirvana  böyük  bir  ordu 
göndərdi. O, "Qaladzor qalasını tutdu, mü xtəlif qənimət və əsir ələ keçirtdi, bütün 
fars qoşunlarının ko mandanı Sö kmənin ada mlarını qaçmağa vadar etdi"
1

        Gürcü  salna məsində  Xilat  hakimi  Şahərman  Zəhirəddin  İbrah im  ibn  I 
Sökmənin  (506-521)  oğlu  Nəsirəddin  II  Sö kmənin  (hakimiyyət  illəri:  hicri  522-
579) ad ının çəkilməsi göstərir ki, Şirvanşah I Əfridun gürcülərə qarşı hərbi  yardım 
üçün həmin hakimə müraciət etmişdir.
 
1120-c i  ildə  çar  IV  David  özü  Şirvana  yürüş  edərək  fevral  ayında  Qəbələ 
şəhərini  tutdu  və  Gürcüstana  qayıtdı
2
.  Həmin  ilin  may  ayında  o,  yenidən  Şirvana 
soxuldu  və  oranı  "Ərəbiyə-Licantadan  (Lahıc)  tutmuş  Şiştlanqa  və  Kürdəvana 
qədər  viran  qoyaraq  çoxlu  qənimətlə  Kartliyə  qayıtdı"
3
.  Mateos  Urfaetsi  IV 
Davidin hərbi fəallığını səciyyələndirərək yazırd ı: "O, qılıncın gücü ilə iranlılardan 
çoxlu  mühüm yerlər ələ keçirtdi. Tiflisi, Dmanisi, Şirvan, Şəki və Şamxoru tutdu"
4

Həmin ildə gürcülərin Şirvana dağıdıcı yürüşlər etməsinə baxmayaraq Şirvanşah I 
Əfridun  Dərbəndi  tutmağa  cəhd  göstərdi,  lakin  öldü-rüldü,  qoşunu  isə 
məğ lubiyyətə uğradı
5

I  Əfridunun  oğlu  III  Mənuçöhr  on  səkkizinci  şirvanşah  olmuşdur.  III 
Mənuçöhrün  gürcü  çarı  sarayı  ilə  yaxın  qohumluğuna  baxmayaraq,  IV  Dav id 
Şirvana  təzyiq  göstərməkdə  davam  edird i.  Hicri  517  (1123)-ci  ildə  bir  qrup 
Şirvanşah  əmiri  Sultan  Mahmudun  (1118-1131)  yanına  gəldi  və  Şirvanşahın 
fəaliyyətsizliyindən,  gürcülərin  təzyiq indən  şikayət  edərək  Sultana  bildirdilər  ki, 
"onlar  zəifdirlər  və  öz  ölkələrini  saxlamaq  imkan ları  yoxdur".  Şirvan  əmirləri  öz 
şikayətlərində  yazırd ılar:  "Şirvan  əhalisi  Sultan  bayraqların ı  gözləy ir.  Məlik 
Şirvanşah (yəni III Mənuçöhr)  mühasirədədir və onun nicat yolu yoxdur. Əgər siz 
xəzinələrə  və  torpaq  mülklərinə  sahib  olmaq  istəyirsinizsə,  öz  atlarınızı  Şirvana 
tərəf  yönəldin"
6
.  Şirvan  elçiləri  Su ltan  Mahmudu  Şirvana  yürüş  etməyə  razı 
saldılar. 
Mahmudun  qoşunları  Şamaxıya  çatdıqda,  Şirvanşah  III  Mənuçöhr  "belə 
hesab  etdi  ki,  onun  üçün  bayramdır  və  əzabdan  sonra  onun  boynu   [Sultan] 
iltifatının həmaili ilə bəzənəcəkdir. Həq iqətən, o, yazıq və kasıb idi. Təbəələr onun 
hakimiyyəti  ilə  kifayətlən irdilər  və  ona  xid mət  etməyə  adət  etmişdilər.  Lakin  elə 
ki,  Şirvanşah  Sultan  hüzuruna  ayaq  basdı,  onun  sevinci  söndü.  O,  tutulub  həbs 
edildi,  aldadıldı  və  alçaldıldı.  Şəhər  əhalisi  isə  onun  [sultanın  yanından]  tam 
hakimiyyət  hüququ  ilə,  şərəf  və  dəbdəbə  ilə  qayıdacağını  gözləyird i.  Had isədən 
xəbər tutan camaat dəhşətlə qışqırmağa, ağlamağa, fəryad qoparmağa, qadınları və 
                                                                 
1
 Yenə orada 
2
 Historie de la Georgie, I, p.364. 
3
 Yenə orada. 
4
 Матеос Урфаеци, стр. 275-276. 
5
 Historie de la Georgie, I, p.364; E.A.Пaxoмов. Kpaткий курс, стp.31; H.Həsən. Fəleki Şirvani, səh.8-9. 
6
 Əl-Bundari, səh.139; İbn əl-Əsir, VIII, səh.313. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə