Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə62/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   58   59   60   61   62   63   64   65   ...   103

128 
 
uğrunda  gedən  mübarizədən  istifadə  edərək  xərac  ödə məyi  kəsdi  və  xütbə 
oxunuşunda sultanlardan heç birin in  adına  işarə  olunmadı.  Bu  sikkən i  təsvir  edən 
Y.A.Pa xo mov  xəbər  verir  ki,  "süzerenin  adının  buraxılması  bizə  mə lu m  olmayan 
xüsusi  siyasi  hadisələrlə  bağlıdır.  Eyn i  zamanda  Məlik  şahın  ölü mündən  sonra 
Səlcuq  imperiyası  tezliklə  dağıldı,  taxt-tac  və  hakimiyyət  uğrunda  mübarizə 
meydanına çevrild i"
1

Şirvanşah  I  Fəriburzun  bu  mübarizədən  istifadə  etməsinə  sübut  olaraq 
göstərə  bilərik  ki,  birinci  sikkədə  sadəcə  olaraq  I  Fəriburzun  adı,  ikincisində  isə 
"əl-malik Fəriburz" həkk o lun muşdur. Bu isə hakimin tam müstəqilliyini göstərir.  
I Fəriburzun hakimiyyəti dövründə Şirvanın daxili və mədəni həyatına dair, 
təəssüf  ki,  məlu matımız  azdır.  Həmin  Şirvanşah dövründə ən qədim  tarixə  malik 
abidə  Sınıq  qala  adı  ilə  məşhur  olan  Məhəmməd  ibn  Əbu  Bəkr  məscidi  hesab 
olunur. Məscidin şimal tərəfindəki ku fı yazıda deyilir: 
                        Bismillah ə r-rəhman, ər-rəhim!                                                                                     
                        Bu məscidin b inasını [t ikməyi] ə mr etdi 
                        Ustad ər-rəis Məhə mməd ibn Əbu Bəkr 
                        Dörd yüz yet miş birinci il (14.07.1078-3.07.1079)
40

 
Həmçinin  Şamaxı  rayonunda  471-ci  il  hicri  tarixi  ilə  qeyd  edilmiş  tikinti 
üzərində yazı mühafizə olun muşdur: 
Bu  əzəmətli  binanı  tikməyi  əmr  etdi  ədalətli, 
böyük  Şirvanşah  Fəriburz  Dörd  yüz  yetmiş 
birinci ildə.
2
 
I  Fəriburzun  dövlətində  Pir  Hüseyn  Rəvanan  adı  ilə  məşhur  olan  şeyx  əl-
Hüseyn ibn Əlin in  xanəgahı böyük nüfuza  malik  idi.  Bu  müqəddəs ocaq Şamaxı -
Salyan yolunda Nəvayi stansiyasının 16 kilo metrliyində, Pirsaatçayın sol sahilində 
yerləşir. Pir Hüseyn ibadətgahına daşınar və daşınmaz vəqf malikiyyəti, qaş-daşlar 
mənsub  idi.  Bu  ibadətgah  təkcə  Şirvanın  müsəlman ları  arasında  nüfuza  malik 
deyildi.  Müridlər,  dərvişlər  və  zah idlər  (Pir  Hüseynin  davamçıları)  min lərlə  mal-
qaraya  və  yük  heyvanlarına  sahib  idilər
3
.  Həmdullah  Qəzvin inin  verdiyi  xəbərə 
görə, Pir Hüseyn 467-ci ildə (27.08.1074-15.08.1075) ölmüşdür
4

Şirvanşah  I  Fəriburzun  ölü m  tarixi  mənbələrdə  qeyd  olunmamışdır. 
V.F.Minorskinin  "Şirvan  və  Dərbəndin  tarixi"  bu  sözlərlə  bitir:  "Şirvanşah  [I 
Fəriburz]  əl-Babı  (yəni  Dərbəndi)  tutmaq  imkanına  malik  olmadığın ı  görüb  öz 
mü lklərində  qaldı  və  Sultan  xəzinəsinə  hər  il  təyin  olun muş  məb ləği  (mal) 
                                                                 
1
 Е.А.Пахомов. Краткий курс, стр.28-29. 
2
 А.А.Али-заде. Стр.356. 
3
 А.А.Али-заде, стр326,354-355. 
4
  Həmdullah  Qəzvini.  Qozide,  səh.785; Pir  Hüseyn  xanəgahı  barədə  bax:  В.Сысоев. Древности, 
стр.50-68; В.А.Крачковсквя. Изразцы; А.А.Алескер-заде. Некоторые звметки, стр.25-29. 


129 
 
ödəməyə  başladı.  Bu,  onun  ölümünə  qədər  ...-ci  ilədək  davam  etdi"
1
.  Münəccim-
Başı  ö zü  bu  parçanı  belə  bitirir:  " Bil  ki,  Şirvan  haqqında  nə  yazmışıqsa,  ərəb 
dilində  təqribən  500  (1106)-cü  ildə  tərtib  olunmuş  Bab  əl-Əbvabdakı  tarixdən 
götürülmüşdür"
2
.  Məsud  ibn  Namdarın  verdiyi  məlu mata  əsasən  belə  nəticə 
çıxarmaq  olar  ki,  490-495  (1096-1101)-ci  illərdə  Börkiyarıq  və  Məhəmməd 
arasında  hakimiyyət  uğrunda  gedən  ara  müharibəsinin  əvvəlində  Fəxrəddin  I 
Fəriburz hələ hakimiyyət başında idi, onun əmir  Əbd əl-Cabbara yazdığı  məktubu 
bu dövrə təsadüf edir
3
. Bu şərti tarixləri onun adı ilə bağlı bizə çatmış sikkələr və 
onun  oğlu  II  Mənuçöhrün  dövründə  tikilmiş  binalardakı  yazılar  ilə  əlaqələndirə 
bilərik: 
Şirvanşah Əbdül-Müzəffərin dövründə                                                                                         
Möminlərin kö məkçisi Mənuçöhr ibn Fəriburz Dörd yüz yetmiş birinci il 
(14.07.1078-3.07.1079)
4
.
 
 
Xəlifə  əl-Müqtədi-billah  467-487  (1075-1094)-ci  illərdə  haki-miyyətdə 
olmuşdur.  Sultan  Məlik  şahın  hakimiyyəti  dövrü  465-485  (1072-1092)-ci  illərə 
təsadüf edir. Eyni  zamanda I Fəriburzun sikkəsi 467 və 485 (1075 və 1092)-ci illər 
arasında  həkk  edilmişdir.  Xəlifə  əl-Müstəzhir-b illah  487-512-ci  illər  (1094-1118) 
ərzində  hakimiyyət  sürmüşdür.  Əlimizdə  Şirvanşah  II  Mənuçöhr  ibn  Fəriburzun 
adına  olan  bir  sikkə  vardır  ki,  burada  xəlifə  əl-Müstəzhir-b illahın  adı  və 
hakimiyyət  illəri  497  və  498  (1104-1105)-ci  illərə  təsadüf  edən  Sultan  II  Məlik 
şahın  və  hakimiyyət  illəri  498  və  511  (1105-1118)-ci  illər  aras mda  qeyd  edilən 
Sultan  Məhəmməd in  adları  da  qeyd  olun muşdur
5
.  Belə liklə,  I  Fəriburzun 
hakimiyyətinin ən son dövrü 489 (1096)-cu ilə təsadüf edir. Bu il eyni  zamanda II 
Mənuçöhr ibn I Fəriburzun hakimiyyətinin başlanğıcı sayılır. 
On altıncı Şirvanşah Ədudəddin (və ya Ədud əd-Dövlə)
6
 Əbül Müzə ffər II 
Mənuçöhr ibn I Fəriburzun hakimiyyəti haqqında sikkə və epiqrafık yazıdan başqa 
əlimizdə  heç  b ir  sənəd  yoxdur.  Doğrudur,  Məsud  ibn  Namdar  Gəncədəki  Ədud 
dövlətinə işarə edir,  lakin hakimin dərəcəsini  - əmir, böyük hacib kimi verir.  Ço x 
ehtimal  ki,  Ədud  atasının  sağlığında,  bəlkə  də  qardaşını  n  hakimiyyəti  dövründə 
Gəncədə hakimiyyət başında olmuşdu. 
I  Fəriburzun  ikinci  oğlu  -1  Əfridun  haqqında  "Şirvan  və  Dərbənd  tarixi"  
əsərində  Şirvanşahın  Dərbənddəki  canişini  kimi  danışılır
7
.  Əfridunun  Şirvanşah 
                                                                 
1
 В.Ф.Минорский. История Ширвана и Дербенда, стр.63. 
2
 Yenə orada, səh.64. 
3
 Məsud ibn Namdar, vər.170a-172a. 
4
 Yazı Azərbaycan EA Tarix İnstitutunun arxivində saxlanılır. 
5
 Е.А.Пахомов. Краткий курс, стр.30. 
6
  Şirvanşahların  bu  ləqəbi  barədə  bax:  Məsud  ibn  Namdar,  vər.125a-125b;  Müq.  Et: 
В.Ф.Минорский. история Ширвана и Дербенда, стр.97. 
7
 Yenə orada. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə