Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə65/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   61   62   63   64   65   66   67   68   ...   103

134 
 
Fələki  Şirvani  qeyd  edir  ki,  III  Mənuçöhrün bu qələbəsi  bir  daha  ona  görə 
qiymətlid ir  ki,  İraq  Səlcuqilərin in  kö məyi  o lmadan  əldə  edilmişdir  və  bu  qələbə 
Sultan  Alp  Arslanın  1071-ci  ildə  Malazg irddə  Bizans  imperatoru  Ro man  Diogen 
üzərindəki qələbəsi ilə müqayisə olunur
1

 
Şah qılıncının köməyi ilə düşmən elə yaralar aldı ki, 
Həmin yaralan bizanslar Alp Arslanın qələbəsindən dadmışdılar
2

 
Qıpçaqlar  üzərində  qələbə  və  Gürcüstanla  dinc  münasibət  III  Mənuçöhrə 
Arrana  qarşı  yürüşə  başlamağa  imkan  verd i.  Şirvan  qoşunları  Kü r  çayın ın  sağ 
sahilində Arranın b ir h issəsini tutdular. Bu barədə Xaqani belə bir xəbər verir: 
 
 
 
O, (Şirvanşah) Arranı fəth etmə klə,           
  Öz adını dünyaya məşhurlaşdırdı,     
İraqı və Şamı fəth etmək üçün           
 O, başqa bir va xt da təyin etdi
3

 
Beləliklə, görünür ki, III Mənuçöhrün bu yürüşü haqqında Fələki Şirvani ö z 
mərsiyəsində daha müfəssəl danışır: 
Göy lər sənin üzünü görərkən Zamana belə söylədi: "Məni Mənuçöhr 
ibn Əfridunun qulu hesab et!"  
Xüsusilə 
ona 
görə 
ki, 
bu 
gün 
tanınmış 
sima                                                
və əyan sənin qonağındır, ey hökmdar.    
Həşəmətli b ir bayramdır! 
Xoşbəxt [Ə]mir Tuqan-Arslanın qılınc zərbəsi ilə        
Döyüş günü qızmış şir təhqiramizcəsinə gəbərdi!          
 Ey b izim hökmda rımız! Bu gün sənin dövlətinin bayramıdır!     
 Sənə öz düşmənini qurban edə bilərsən,  
 Çünki Arslan-Aba ona layiq deyil ki, sənin bayrağın            
  İntiqa m 
üçün 
ona 
qarşı 
göndərilsin.                                               
Sənin 
səxavətinə 
and 
içirəm 
ki, 
əzəmətli 
əmir.                       
Hüsaməddin  onu  yer  üzərindən  götürərək,  əgər  əmr  etsən!                 
Yo la 
düşməy i 
qərara 
al! 
Artıq 
vaxt 
çatmışdır 
ki,                            
Arran vilayəti qəddar düşməndən təmizlənsin
4

 
                                                                 
1
 Yenə orada, səh.21. 
2
 H.Hasan. Researches, pp.61, 63. 
3
 H.Həsən. Fələki Şirvani, səh.21. 
4
 H.Hasan. Researches, p. 15-16. 


135 
 
Bu  mərsiyədə  III Mənuçöhrdən başqa,  daha üç şəxsin adı  çəkilir:  Əmir  Tuqan 
Arslan, Arslan-Aba və əzəmətli ə mir Hüsaməddin. 
Əmir  Şəmsəddövlə  Tuqan-Arslan  əl-Əhdəb  (Qozbel)  ibn  Hüsaməddövlə 
Tumtur-Təkin ibn əl-Kalanisidə hicri 515 (1121)-c i ildə Ərzan, Bitlis və Dvinin hakimi 
kimi qeyd olunur
1

Nüsrətəddin Arslan-Aba Xass bəy ibn Ağ Sunqur əl-Əhmədili 527-570 (1132-
1175)-c i  illərdə  Marağanın  hakimi  olmuşdur.  Arslan-Aba  atası  Ağ  Sunqur  əl-
Əhmədili İsmaililər tərəfindən öldü-rüldükdən sonra Marağa hakimi olmuşdur
2
. Bununla 
belə,  onun  adı  mənbədə  530  (11.10.1135-28.09.1136)-cu  ildə  Bağdada  xəlifə  ər-
Rəşidin yanına Su ltan Məsuda qarşı kö mək üçün gəlməsi münasibəti ilə çəkilir
3

Mərsiyədə  göstərilən  üçüncü  əyan  III  Mənuçöhrün  hakimiyyətində  Şirvan 
qoşunlarının baş ko mandanı - əmir sipərsalar əl-əcəll Hüsaməddövlə və-d-Din Əbu 
Yaqub  Yusifdir.  Onun  qoşunu  Ərzan,  Bitlis  və  Dvin  hakimi  əmir  Şəmsəddövlə 
Tuqan-Arslanın  qoşunu  ilə  birgə  çıxış  edərək,  hicri  530-531-ci  illər  arasında 
Nüsrətəddin Arslan-Abanın qoşunlarını darmadağın etdi və Arran torpaqlarının bir 
hissəsini ələ keçirtdi. 
Şirvan  qoşunları  ali  baş  komandanının  adının  həqiqiliyi  bu  yaxın larda 
təsdiq  edilmişdir.  Bu  ad  Bakı  qalasındakı  Baş  məscidin  minarəsinin  bünövrəsinə 
qoyulmuş  daş  üzərində  həkk  o lunmuşdur.  Dörd  sətirdən  ibarət  kufı  yazısın ın 
məzmunu beləd ir: 
1.
 
Əzəmətli əmir-sipəhsalar, şücaətli [hərbi] rəis 
2.
 
...Hüsaməddövlə [və-d-Din], dövlətin xoşbəxtliyi, 
3.
 
İslamın dayağı və qoşun başçısı, cəmiyyətin baş tacı,  
4.
 
Kübarların itirilmiş Əbu Yaqub Yusifı. 
 
Təəssüf ki, yazı  müəyyən qədər zədələnmiş və tarixi qoyulma mışdır.  Lakin  
sonuncu sətrin başlanğıcına əsasən hesab etmək olar ki, yazı əmir Hüsaməddövləyə 
xatirə lövhəsi üçün nəzərdə tutulmuşdur
4

Fələki  Şirvaninin  tarixi  qəsidələrində  III  Mənuçöhr  dövrünün  əvvəllər 
məlu m o lmayan dövlət  xadimlərin in adları aşkara çıxarılmışdır.  Onlardan biri baş 
vəzirdir (seyyid əl-vüzərd), müasir nöqteyi-nəzərdən desək, Şirvanşahlar dövlətinin 
birinci naziri  Cəmaləddin Kəmaləddövlə ƏbuNəsrNizam əl-Mü lk Malik Misar  ibn 
Əbdullahdır. 
Mənim hökmdarım  Cəmaləddinin gözəlliy ini görərkən,  Nitqim tutulur. 
Dövlətin  dayağı  Əbu  Nəsr  -Vəzirlərin  ağası  Nizam  əl-Mülk  Malik  M isar  ibn 
                                                                 
1
İbn  əl-Kalanisi,  səh.205;  "Şəmsəddövlə  T uğan  Arslan  -  sahib  Ərzan  və  Bitlis  və 
kənə ləhü mədinə Dvin". 
2
 İbn əl-Əsir, VIII, səh.340. 
3
 İbn əl-Əsir, VIII, səh.352. 
4
 З.Буниятов и М. Х. Неймеатова. Новый документ, стр. 85-88. 


136 
 
Əbdullah  Onun  sayəsində  Peyğəmbər  məzhəbinin  nizamı  sarsılmazd ır,  Onun 
sayəsində Şirvanşah dövlətinin əzəməti yaşayır
1

İkinci şəxsiyyət yenə də III Mənuçöhrün vəziri Əminəddin Məhəmməd  ibn 
Əbdülcəlil  Əxrasidir.  Fələki  Şirvani  onu  mö min  kimi  təqdim  etməklə  bərabər 
"filosofların,  həkimlərin,  münəccimlərin,  şairlərin  və  adət-ənənə  tərəfdarlarının  
hamisi" adlandırır: 
Sən  zamanın  sıxıntısından  qorxmu rsan,  Çünki  mən im  ağam  (xoca  rəis) 
sənin  hamin  olacaqdır.  Alicənab  Əminəddin,  əzəmətli  Məhəmməd  Əbdülcəlil 
Axrasi, Şirvanı ö zü üçün məskən seçmişdir
2

III  Mənuçöhrün  hakimiyyətində  həkim  Mah mud-xoca  hərtərəfli  təcrübəsi 
ilə  məşhur idi. Fəzilət sahibi (həkim əl-fazil) Rəşidəddin-müdriklərin şöhrəti (məcd 
əl-hükəma),  Şirvanın  şərəfı  (şərəf  əş-Şirvari)  olan  bu  şəxs  Xaqanini  xəstəlikdən 
xilas etdi
3

III  Mənuçöhr  hakimiyyət  illərində  gürcü yürüşləri  zamanı  dağıdılmış  kənd 
və  qalaların  bərpası  üçün çox  cəhd  göstərmişdir.  Xaqani  öz  mərsiyələrində  xəbər 
verir  ki,  III  Mənuçöhr  Gülüstan  və  Şamaxı  qalalarını  bərpa  etmişdir
4
.  Fələkinin 
dediyinə görə, Şirvanşah tərəfındən iki yeni şəhər - Girdiman və Sədun tikilmişdir: 
 
Qoy mən kafır o lu m, əgər dünya padşahlarından biri 
 Haçansa Girdiman və Səduna bənzər şəhər tikmişsə
5

 
Hic ri  532  (19.10-07.09.1138)-ci  ildə  Kür  çayı  daşarkən  Bə kilani  bəndi 
dağılmış  və  Şirvanşah  III  Mənuçöhr  onu  bərpa  etmişdir.  Bənd  əvvəlki  yerində 
deyil,  çayın  axarın ın  yuxarı  hissəsində  tikilmişdir  ki,  böyük  axın  zamanı  təkrar 
dağılmasın. 
O (bənd) Bəkilani id i, indi isə Nakilan i oldu,  
Şah onu yenidən elə yerləşdirdi ki, fələk ona zədə  
yetirməsin.  
Şah onun yerini dəyişəndə Bəkilan i [bəndi] Nakilani o ldu. 
 Onu elə  təkmilləşdird i ki, göylər onun çatışma zlıqlarını  
yox etsin, 
 
Şah seli bəndə salaraq, "lan" [hecasını] " Bəkilani" 
Sözündən ayırdı.  
Əbədi bənd (Baqi bəndi) qaldı, sel isə oradan qalıqsız 
halda keçdi
6

                                                                 
1
 H.Həsən. Fələki Şirvani, səh.24. 
2
 H.Həsən. Fələki Şirvani, səh.25. 
3
 Əsnad və namehayi tarixi, səh.133. 
4
 H.Hasan. Researches, p. 16. 
5
 Yenə orada, səh. 16, 81. 
6
 H.Həsən. Fələki Şirvani, səh.23-24; E.Э.Бертельс. Низами и Физули, стр 47. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə