Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə66/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   62   63   64   65   66   67   68   69   ...   103

137 
 
Səddin tikintisi haqqında öz mərsiyələrindən birində Xaqani də yazır:  
Bu  şahın  göstərişi  idi  ki,  tufan  və  suyun  532-ci  ildən  sonra  törətdiyi 
fəlakətlərin  qarşısı  ö lkədə  alınsın.  Şah  suyun  ol-qolunu  elə  bağladı,  tufan ın 
ayaqlarına elə bəndə saldı ki, nə su, nə də tufan dağıntı törədə bilməsin.  
O  zamandan  bəri  şah  arı  kimi  ö zü  bu  tikintinin  bənnası  oldu,  su  isə  bal 
şəbəkələri kimi təmiz bala çevrildi. 
Mələklər  söyləyirlər:  "Baxın,  şah  torpaq  üzərində  Bəkilani  bəndini  qurşaq 
kimi göylərə doğru necə ucaltdı"
1

III  Mənuçöhrün  şəhərlər  və  suvarma  qurğuları  tikmək  səyləri  Fələki 
Şirvaninin başqa bir mərsiyəsində də qeyd olunur: 
Sənin  iltifatın ın  kö məy ilə  iblis  torpağı  Şərvan  ("şər"  sözündən)  Fəzilət 
torpağı  Xervana  (" xey ir"  sözündən)  çevrildi.  Bu  aşkar  gerçəklik  bütün  şübhələri 
aradan qaldırdı
2

Gü rcü qızı  Tamar  ilə evləndikdən sonra III Mənuçöhrün beş oğlu (Axsitan, 
Şahənşah, Fəridun, Fərru xzad, beşincisi uşaq ikən ölmüşdür), iki qızı doğulmuşdur 
ki,  onların  adı  məlum  deyildir
3
.  Ta mardan  başqa  III  Mənuçöhrün  arvadının  olub-
olmaması  məlu m  deyil.  Xaqani  b ir  yerdə  ö z  hamisi  I  A xsitanın  -  yəni  III 
Monuçöhrün oğlunun xristian mənşəyi haqqında danışır: 
Xristian mənşəli şahın vasitəsilə 
Lazar şahlığı dirçələcəkd ir. 
Bu dəlil onun qəribə hökmran lığ ına 
Sübut üçün kifayətdir
4

Şirvanşah  III  Mənuçöhr  hicri  551  (1156)-ci  ildə  sağ  imiş.  Bu,  Fələki 
Şirvaninin gürcü çarı Demetreyə yazd ığı mərsiyədən bəlli o lur: 
O, dünyanı dərk etdi, dünya isə onun 
Ömrünü insan ömrünün müddəti qədər uzatdı.  
Ədalətli hökmdar. 
Şirvanşah, Qazı, dünyanm ədalətli padşahı! 
Kim ö z üstünlüyü və ədaləti ilə  
Şahlığa şöhrət gətirdi?  
Bəşərin müdafiəçisi olan - şah Mənuçöhr!
5
 
III Mənuçöhrün adı ilə olan  sikkələr  xəlifə əl-Müqtəfıliəmrillah ın (1160-cı 
ildə  ölmüşdür)  hakimiyyəti  dövründə  kəsilmişdir.  Buna  görə  də  biz  III 
Mənuçöhrün hakimiyyət dövrünü məhz 1160-cı ilədək uzad ırıq, belə ki, onun oğlu 
I A xsitanın sikkələrində xəlifənin ad ı yo xdur
6

                                                                 
1
 H.Həsən. Fələki Şirvani, səh.22-23. 
2
 H.Hasan. Researches, p.80. 
3
 H.Hasan. Researches, pp.35, 41, 67; yenə də onun: "Fələki Şirvani", səh.15. 
4
 H.Həsən. Fələki Şirvani, səh.13-14. Lazar haqqında bax: Евангелие от Луки, гл. 16. 
5
 H.Həsən. Fələki Şirvani, səh.6, 65. 
6
 Е.А.Пахомов. Краткий курс, стр. 32, 36. 


138 
 
III  Mənuçöhrün  dövründə  Bakımn  qala  divarları  ucaldılmışdır.  Şəhər 
divarların ın  şimal  hissəsində  yarımbürclərdən  birinin  uçulması  nəticəsində 
üzərində üç sətirlik ku fı yazısı o lan bir daş düşmüşdür. Bu yazıda şəhər divarın ın 
III Mənuçöhr tərəfındən tikildiyi xəbər verilir: 
 
Şəhər divarlannı tikməyi fərman etmiş əl-malik əl-müəzzəm əl-
alam  əl-ad il  əl-mü zəffər  əl-mənsur  əl-mücahid  Fəxrəddövlə  və-d-
Din  İmad  əl-islam  vəl-müslimin  xaqan  əl-kəb ir  Əbül-Xacə 
Mənuçöhr ibn... 
 
Təəssüf  ki,  yazı  tam  deyild ir,  sonu  və  divarların  tikilmə  tarixi  yo xdur. 
Bununla  belə  bu  mətn  III  Mənuçöhrün  Şirvan  şəhərinin  möhkəmləndirilməsinə 
necə böyük diqqət yetirdiyin in canlı şahididir
1

Şahzadə  Tamann  sonrakı  taley inə  gəlincə,  bunu  gürcü  salnamə -sindən 
1161-c i  il hadisələri  ilə əlaqədar o laraq öyrənirik: "III  Georgi  (1156-1184) Anido 
düşərgə saldıqdan sonra gülər üzlə öz tərbiyəçisi yəni bib isi, şahzadələr şahzadəsi 
Tamarın yanına gəldi. O isə Geo rgini təbəssüm dolu göz yaşlarına qərq etmişdi"
2

Əri III Mənuçöhr öldükdən sonra Tamar Şamaxın ı tərk etdi, rah ibliyə qəbul 
olunaraq  Tiqvadakı  ibadətgahın  əsasını  qoydu.  "Tamar,  Demetrenin  bacısı, 
Tiqvadakı  ibadətgahın  banisi  bir  rahibə  kimi  də  ö ldü"
3
.  Va xuşti  1745-c i  ildə 
"Gürcüstanın  coğrafi  təsviri"ndə  yazır:  "Tiqvada,  Mexetidən  şərqə  tərəf  və 
Pxtsadan qərbə tərəf, Qurucu Davidin qızı Ta ma r tərəfındən tikilmiş bir  Xaçpərəst 
ibadətgahı var"
4
, Tamar ö zü həmin ibadətgahda da dəfrı edilmişdir
5

III  Mənuçöhrün  oğlu  I  A xsitan  on  doqquzuncu  Şirvanşah  oldu.  Bu 
Şirvanşahın tam adı Nizaminin  I A xs itanın sifarişi ilə yazdığ ı " Leyli və Məcnun" 
poemasında  çəkilir:  " Ey  dünya  xaqanı,  böyük  padişah!  Şöhrətin  tutmuşdur  bü tün 
mahalı, dinin və dövlətin sənsən calalı.  Şahlığ m taxtını sənsən saxlayan, hökmünə 
baş əyir bu  Yer, bu ü mman.  Şahlarm tacısan, Əbülmü zəffər, yeddi  məmləkətə sən 
oldun  zivər.  Göydən  bir  günəşdir,  sən  alov  kimi,  Keyqubad  rütbəli  Key xosrov 
kimi. Adın A xsitandır, ö zün söz bilən, göydəki Günəşin ağasısan sən..."
6

I  Axsitanın  uzun müddətli  hakimiyyəti  dövründə  Şirvanşahlar  dövlətinin  öz 
qonşuları ilə qarşılıqlı  münasibətinin  xarakteri indiyə qədər  məlu m deyildir.  Gü rcü 
salnaməsinə  görə,  Şirvan  Gü rcüstandan  asılı  vəziyyətdə  qalmaqda  davam  ed irdi: 
"Aqsartan  (yəni  I  Axsitan  -Z.B.)-  Mövkan,  Şirvan  və  Dərbənddən  Xalxala  qədər 
dənizətrafı  torpaqların  padşahı  III  Georg iyə  qarşı  özünü  oğul  kimi  aparırd ı.  O, 
                                                                 
1
 С.Ашурбейли. Очерк, стр. 135-136. 
2
 Historie de la Georgie, I, p.391. 
3
 Yenə orada, I. səh.382. 419. 
4
 Вахушти, СПб,  1842, cтp.265. 
5
 Histoire de la Georgie, I, p.382; E.A. Пахомов, Краткий курс, стр, 33. 
6
 Е.Э,Бертельс. Низами и Физули, стр. 142. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə