122
çox məsələləri fərziyyələr şəklində izah etməyə məcbur o lmuşlar. Belə təsəvvür
yaranır ki, Səlcuqilər, xarəzmşah Cəlaləddin Manqburnu, monqollar və Tey murilər
kimi qüvvətli fatehlərin hücumu ilə əlaqədar o laraq Şirvanın adı mənbələrdə
çəkildiy inə görə bizim Şirvan haqqında məlu matımız daha az olardı.
Şirvanşahların özləri, əsasən, mühafizəkar hakimlər o lmuş, öz talelərindən razı
qalmışla r. Sanki ta le onları ayırıb müstəqil və yarımasılı b ir vəziyyətə gətirmişdi.
Kənardan onlara dəyib-dolaşan olmasaydı, onlar ehtimal ki, ö z süzeren lərinə bac-
xərac, böyük məb ləğdə pul, mü xtəlif əmtəələr və mal-qara verən, Gürcüstan və
Dağıstan kimi qonşularla vuruşan, banşan, qohum olan və yenidən döyüşən ətraf
torpaqların hakimlərinin həyat tərzi ilə kifayətlənərdilər.
Qəribə burasıdır ki, Şirvanşahlar müsəlman hakimləri idilər, ancaq xilafətin
ali hakimiyyətinə və süzerenlərin mü lki hakimiyyətinə tabe olmaq la yanaşı, onlar
bir dəfə də olsun müsəlman ların əsas ehkamı sayılan Məkkə və Mədinə ziyarətinə
getmək üçün öz paytaxtlarını tərk etməmişlər.
Bütün bu deyilənlər ya lnız Şirvanş ahlar dövlətinin ictima i-siyasi həyatının
ayrı-ayrı və ən çox zah iri xüsusiyyətlərini əks etdirir. Lakin Şirvanın b izi
maraqlandıran dövrdə iqtisadi tarixinə gəlincə, bu barədə bizim b iliy imiz daha
azdır.
Şirvan tarixin in bizi maraqlandıran dövrünə aid məlu matlar üçün mənb ələrə
müraciət etmək daha faydalıd ır.
Birinci ola raq İbn-əl-Əsirin "əl-Ka mil" əsərinin adını çə kmə liy ik.
Tədqiqatçı Şirvanşahların Səlcuqilər və başqa hökmdarlarla münasibətini
aydınlaşdıran ən çox məlu matı
1
bu əsərdən əldə edə bilər. Şirvana dair bir sıra
maraqlı materiallara İmadəddin İsfahani
2
, Sədrəddin əl-Hüseyni
3
və Şəhabəddin
ən-Nəsəvidə
4
rast gəlmə k olar. Şirvanın iqtisadiyyat və etnoqrafiyasına dair bəzi
məlu matlar XIII əsrdə farsca yazılmış naməlu m bir coğrafi əsərdə
5
və həmç inin
Həmdullah Qəzv inidə vardır
6
. Qəribə hald ır ki, Yaqut əl-Həməvi (1179-1229) kimi
kimi müəllif Şirvan haqqında heç bir məlu mat vermir. O yalnız belə b ir məlu mat
verir ki, “Şirvan - Şa ma xı da paytaxt ı olmaqla bir vilayətdir”
7
. Zəkəriyyə əl-
Qəzv inidə (1203-1283) deyildiyi kimi, Şirvan o dövrdə “müstəqil və qeyri-asılı
nahiyədir və onun hakimin in adı A xsitandır”
8
. Zirehgərana aid hissədə Qəzvini
yazır: “Qeyd edirlər ki, Şirvan hakimi qüdrətli hökmdard ır, böyük gücə malikdir,
1
İbn əl-Əsir, VIII, səh.312; IX, səh, 339-340, 347, 348-349, 357.
2
Əl-Bundari, səh.139-141.
3
Əl-Hüseyni, vər.41b, 104b-105b.
4
Əl-Nəsəvi, səh.193, 208, 221-224.
5
Н.Д.Миклухо-Маклай, стр.200, 207.
6
Həmdullah Qəzvini, səh.93-94.
7
Yaqut, V, səh.258.
8
Zəkəriyyə əl-Qəzvini, səh.600.
123
Zirehgərana” qarşı çıxmış, onu ələ keçirmək istəmişdi, lakin onlar Dərbənd
hakimlərini məğ lub etdikləri kimi, Şirvan hakimin i də darmadağın etdilər”
1
.
Monqollar və monqollardan sonrakı dövr haqqında yazan fars tarixçiləri
Şirvanın bizi maraqlandıran dövrü haqqında təqribən heç bir məlu mat vermirlər,
yalnız əvvəlki ərəb və fars müəlliflərin in dediklərini təkrar edirlər. Şirvanın bu
dövr tarixi haqqında olduqca mühüm məlu matlara gürcü tarixi salnaməsi olan
“Kartlis Tsxovreba”-da (“Gü rcüstanın həyatı”) və kraliça Tamarın tarixinə dair
naməlu m əsərdə rast gəlmək olur.
Şirvan və Şirvanşahlar tarixini öyrən mək üçün Y.A.Paxo mov
2
.
V.V.Bartold
3
və V.F.M inorski
4
ço xlu işlər görmüşlər. Bunla rdan sonuncu
müəllifin mənbəşünaslıq baxımından olan əsərləri öz məzmununa görə nadirdir.
Bu qəbildən Hadi Həsəni də qeyd etmək lazımd ır. Fələki Şirvani və Xaqani
əsərlərin in dahiyanə təhlilini vermiş bu müəllifin əsəri Şirvanın daxili həyatını
təcəssüm etdirmək, Şirvanşahların fəaliyyəti haqqında nəticələr çıxarmaq və
onların mənşə və şəcərəsində olan boşluğu doldurmaq imkanı verir.
Bir ərazi vahidi kimi Şirvan bu dövrdə necə idi? XII əsrin əvvəllərində
Şirvan şimaldan Samu r çayı, cənubdan Kür çayı, şərqdən Xəzər dənizi ilə
məhdudlaşan bir ərazin i tuturdu. Qərbdə Şirvanın sərhədi Şəki-M ingəçevir-Yevlax
xəttinə qədər çatırdı. Bəzən Şirvanşahlar Dağıstan torpaqlarına Də rbənd və
Zirehgərana qədər soxula bilirdilər. Cənubda onlar Quştəspi vilayətini , Bey ləqan
və Cəlilabad rayonları ərazisinin dərinliklərinə qədər özlərinə tabe etmişdilər,
Qərbdə isə Azərbaycan Respublikasının indiki Gəncə, Şamxor, Qax, Zaqatala və
Şəki rayonların ın torpaqlarına qədər irəliləmişlər.
Doğrudur, Dərbənd və Beyləqan vaxtaşırı Şirvanşahların hakimiyyəti altına
düşürdüsə, ancaq Dərbənd demək olar ki, həmişə özünüidarə quruluşu olan qala -
şəhərdən ibarət idi. Bey ləqanın isə daxili şəhərin işlərində böyük nüfuzu olan öz
rəisi var idi. Beyləqanın tacir-sənətkar əhalisi şəhərin mu xtariyyətini qoru mağa
çalışırdılar. Lakin şəhər tez-tez Arran və Azərbaycan hakimlərinin vassal
asılılığında id i
5
.
Şirvanşahlar sülaləsinin şəcərə cədvəlində son vaxtlara qədər anlaşılmazджq və
boşluqlar var idi. Bizim Şirvan tarixin in Səlcuqilər və Azərbaycan Atabəyləri
1
Yenə orada, səh.596.
2
E.A.Пaxoмов. Ширваншах Шаханшах, cтp.69-70; yenə də onun: Apaбcкиe
И
пpикacпийскo-
иpанскиe фeoдaлы
B
Aзepбайджане X-XI
BB
.,
cтp.416-428.
3
B.B.Bapтольд. Mecтo пpикаспийских oбластей
B ИCTOPИИ
мусульманского миpa. C
ОЧ
.,
II/l,
cтp.691-3, 875-8.
3
Hadi Həsən. Falaki-i Shirvani, London, 1929 (sonrakı səhifələrdə: Hadi Həsən, Fələki Şirvani –
deyə qeyd ediləcəkdir); yenə də onun: H.Hasan. Researches. Hyderabad, 1958.
4
Beyləqan özünüidarəsi barədə bax: V.M.Beylisin “Cочинения Масуда ибн Намдара как
источник по истории Аррана и Ширвана XII века и памятник средневековой арабской
литературы” adlı doktorluq dissertasiyasına.
Dostları ilə paylaş: |