Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə57/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   53   54   55   56   57   58   59   60   ...   103

117 
 
Sultan əmirlərinin bir hissəsi müttəfıq lər tərəfındən əsir alın mış, b ir h issəsi 
isə  öz  hökmdarını  atıb,  "onu  acgözlər  üçün  ov,  ac  qurdlar  üçün  yem  qoyaraq" 
Muğana qədər qaçmışdılar
1

Xarəzmşah  üzərində  qələbədən  sonra,  Key-Qubad  və  onun  müttəfıq ləri 
onunla sülh bağlamağa və hücuma keçən monqollara qarşı birgə mübarizə aparmaq 
üçün  danışıq  aparmağa  cəhd  göstərərək,  ondan  xahiş  etdilər  ki,  Xilat  uğrunda 
mübahisəni  kəsməyə  and  içsin.  Əvvəlcə,  Xarəzmşah  inad  göstərdi,  lakin 
monqolların  Azərbaycana  yetişdiyini  eşidən  kimi  müttəfiqlərə  and  verdi,  lakin 
Sürmərini onlara təslim etməkdən boyun qaçırtdı, belə  ki, bu şəhər və onun ətrafı 
hələ qədimdən Azərbaycana mənsub hes ab edilird i
2

Yəssə-Çəməndə  Cəlaləddinin  darmadağın  edilməsini  eşidən  İsmaililərin  
başçısı  Əlaəddin  III  Məhəmməd  Xarəzmşahı  öz  dövlətinin  mövcudluğu  üçün 
təhlükə  sayaraq,  "monqollara  Cəlaləddin in  zəifliyi  və  qaçmağa  üz  qoyduğu 
haqqında xəbər çatdırd ı və onlara qələbə  zəmanəti verərək  zəiflə miş Sultana qarşı 
getməyə  tələsdirdi"
3
.  Belə  bir  xəbəri  alan  monqollar  h icri  628  (09.09.1230-
28.10.123l)-c i  ildə  Azə rbaycana  soxuldula r.  Onlar  te z  bir  za manda  ölkən i  işğal 
etdilər.  Cəlaləddin  isə  yaxın  keçmişdə  düşmənçilik  etdiy i  və  məğlubiyyətə 
uğratdığı bütün hakimlərə kö mək üçün müraciət etməyə məcbur oldu.  
Öz  məktubunda  o  yazırdı:  "Monqol  qoşunu  çox  böyükdür,  bu  dəfə 
həmişəkindən çoxdur, bu ölkələrin döyüşçüləri isə onlardan qorxur.  Əgər siz  mənə 
canlı  qüvvə  və  döyüş sursatı  ilə  kö mək  göstərməsəniz,  mən  bir  divar  kimi  yıxüa 
bilərəm və sizin onlara qarşı durmağa  imkan mız olmaz.  Özünüzə, uşaqlarmıza və 
[bütün] müsəlman lara rəh m edərək, hər birin iz öz bayrağı  ilə b ir polk qoşun verin, 
bizim  sazişimiz  onlara  (monqollara)  çatarsa,  heç  olmazsa  bir  azca  zərbə  almış 
olarlar  və  qoşunlarımız  da  bundan  ruhlanıb  dirçələr.  Əgər  bu  baxımdan  hər  hansı 
bir  etinasızlıq  göstərilərsə,  ö zünüz  görərsiniz  ki,  nələ r  olacaqdır  və  la zımi  dərs 
alacaqsınız"
4

Xarəzmşah üzərində  məhv olmaq təhlükəsi yaranarkən onun vəziri Şərəf əl-
Mülk  ona  qarşı  fitnəyə  əl  atdı.  O,  öz  hökmdarının  adına  təhqiredici  sözlər 
yağdıraraq  qonşu  torpaqların  hakimlərinə  məktub  yazıb,  onlardan  Cəlaləddinin  
hakimiyyətinə  mənsub  olan  torpaqları  öz  ə linə  keçirmə kdə  ona  kömək  et mə lərini 
xahiş  etdi.  "O  (vəzir),  onlardan  özü  üçün  Arran  və  Azərbaycanın  hakimi  kimi 
qalmaq  razılığını  almaq  istəyirdi,  lakin  xütbəni  onların  adına  o xutduracaqdı.  O, 
                                                                 
1
 Ən-Nəsəvi, səh.258. 
2
  Ən-Nəsəvi,  səh.258.  Sülh  danışıqlarının təfsilatı  barədə  bax:  İbn  əl-Əsir, IX,  səh.382; İbn  Vasil, 
III, vər.267a. 
3
  İbn  əl-Əsir,  IX,  səh.383;  bax:  Л.В.  Стороева.  «Последний  хорезмщах  и  исмаилиты  Аламута».  adlı 
məqalə. 
4
 Rəşidəddin, II, səh.30; müq. et: ən-Nəsəvi. Səh.273-274; İbn əl-Əsir, IX, səh.384. 


118 
 
Əlaəddin  Key-Qubada  və  əl-Əşrəfə  məktub  göndərərək  onlara  qarşı  özünün  tam 
tabeliyini ifadə et məklə yanaşı, ö z sultanını "kö mə ksiz za lım"  adlandırırd ı"
1

Bu  məktubların  bir  hissəsi  Cəlaləddinin  əlinə  düşdü,  vəzirin  taleyi  həll 
olunmuş oldu - o həbs edildi və sonra edam olundu
2

Monqolların  plan  üzrə  Azərbaycan  şəhərlərini  işğal  etdiklərindən  xəbər 
tutan bütün yaşayış məntəqələri təzminat verərək ö zlərini  xilas etməyə başladılar, 
belə  ki,  onların  müqavimət  göstərməyə  imkanları  yo x  idi.  Müqaviməti  təşkil  edə 
biləcək adamlar da yo x id i, çünki "bütün müsəlman hakimləri ö z sığınacaqlarında 
qorxudan  titrəyirdilər"
3
.  Monqollar  Marağanı  tutaraq,  öz  adətləri  ü zrə,  əhalisini 
qılıncdan  keçirtdilər.  İbn  əl-Əsir  bu  faktı  qeyd  edərək  yazırdı  ki,  "O,  müsəlman 
ölkələrinin hakimlərindən (mülük) bir nəfərin də olsun monqollara qarşı  müqəddəs 
müharibə  aparmaq  arzusunda  olduğunu  görmür,  çünki  onların  hər  biri  öz 
əyləncələri, oyunları ilə və təbəələrə zülm etməklə məşğul id i"
4

Təbriz  monqollar  tərəfindən  mühasirə  edilərkən  şəhər  əhalisi  monqollarda 
"xeyirxah lıq  hissi  yaratmaq  və  özlərini  onların  nifrət  və  qəzəbindən   xilas  etmək" 
fıkri  ilə  şəhərdə  qalan  xarəzmiləri  ö ldürmək  qərarına  gəld ilər.  Lakin  rəis 
Şəmsəddin  ət-Tuğrayi  "qan  tökmək  və  xeyirxah lığ ı  məhv  etmək  niyyətində  olan 
qaragüruhçuluğa qarşı  çıxaraq  xarəzmiləri  müdafıəyə  başladı.  Beləliklə  o,  böyük 
qan tökülməsinin  qarşısını  aldı.  Başqa  şəhərlərdə  qan  (çay  kimi)  su  yerinə  axırdı, 
var-dövləti və pulları kisələrlə, xu rcunlarla qarət edirdilər" .
5
 
Monqollar  Təbrizə  yaxınlaşarkən  rəis  Şəmsəddin  öldü
6
,  əhalin in  təkid i  ilə 
Cəlaləddinin  canişin i  Bəhaəddin  ibn  Bəşir  Yarbəy  tərəfindən  şəhər  onlara  təslim 
edildi. 
Monqol  basqını  ərəfəsində  Xarəzm  qarnizonları  xüsusilə  Arran  və 
Azərbaycan  şəhərlərində  özbaşınalıqlar  törədir,  əhali  ilə  amansızcasına  rəftar 
edirdilər. Buna görə də monqollar Arrana girərkən  Gəncə əhalisi  xarəzmilərə qarşı 
çıxış edərək, onlan qılıncdan keçirir və ölənlərin başlarını monqollara göndərirdi.
7
 
Sultan  Cəlaləddin  monqollar  tərəfındən  pərakəndə  salınmış  qoşunlarını 
toplamağa  cəhd  göstərərək,  Gəncəyə  yollan maq  və  monqollarla  vuruşmaq 
niyyətində  idi.  O,  bir  neçə  min  xarəzmi  toplaya  bildi  və  Ağdam  yaxın lığındakı 
Qarqarçay yanında məskən saldı. 
                                                                 
1
 Ən-Nəsəvi, səh.275. 
2
 Yenə orada, səh.280 və b.; İbn əl-Əsir, XI, səh.384. 
3
 İbn əl-Əsir, IX, səh.386. 
4
 Yenə orada, səh.384. 
5
 Ən-Nəsəvi, səh.276-277. 
6
 Yen  ə orada. 
7
 Ən-Nəsəvi, səh.276-277. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə