Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə54/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   50   51   52   53   54   55   56   57   ...   103

111 
 
Sultan  Təbrizdən  Məlikənin  mü lklərinə  -  Səlmas  və  Urmiya  şəhərlərinə 
doğru  yollandı.  O,  bu  şəhərləri  nahiyələri  ilə  birlikdə  Məlikəyə  toy  hədiyyəsi 
verdi
1

Sonra  o,  yol  boyu  Gəncə,  Beyləqan,  Şa mxor  və  Şutur  kimi  şəhərləri  tuta-
tuta Tiflisə yönəldi
2

Təbrizdən  qaçmış  atabəy  Özbək  Gəncədə  yerləşird i.  Onun  Gəncədəki 
canişini rəis  Cəmaləddin əl-Qu mi "var-dövlət və pul sahibi  idi, böyük qüdrətə və 
geniş hakimiyyətə malik  idi". O, şəhəri Su ltanın əmiri  Urxana təhvil verərək, "ona 
xid mət etməyə hazır o lduğunu bildirdi"
3

Özbək  Gəncədən  qaçaraq  Əlincə  qalasında  gizləndi  və  Cəlaləddindən 
Gəncə  əyalətinə  mü lkiyyət  sahibi  hüququnu  aldı.  Cəlaləddinin  qoşunları 
soyğunçuluq  və  qarətlə  məşğul  olduqlarına  görə  Özbək  ona  şikayət  məktubu 
göndərdi.  Burada  deyilirdi:  "Mən  bu  rəftarı  hətta  öz  yaxm  adamlarına  da  icazə 
verməzd im.  Xahiş  edirəm,  bu  mahala  uzan mış  əlləri  gödəldəsən"
4
.  Sultan  öz 
qoşunlarından  Gəncə  əyalətini  mühafızə  üçün  dəstələr  göndərdi.  Naxçıvan 
yaxınlığındakı  Əlincə  qalasında  olarkən  atabəy  Özbək  öyrəndi  ki,  Sultan  "addım-
addım  onun  ölkəsini  işğal  edir.  Özbək  Sultanın  onun  arvadı  ilə  izdivac  etdiyini 
eşidənə  qədər  heç  nə  demirdi.  Ona  bu  xəbəri  gətirən  adamdan  soruşdu:  "Bu 
Məlikənin razılığı ilə o lub, yo xsa əksinə?" O cavab verdi: " Bu iş onun öz arzusu və 
bir  neçə  dəfə  onun  tərəfindən  elçi  göndərməklə  olub.  O,  talaq  mərasimində  olan 
şahidlərə  hədiyyələr  verməklə  onlara  mərhəmət  göstərdi".  Atabəyin  vəziri 
Rəbibəddin Dəndan belə söyləyir ki, bu  xəbərdən sonra Özbək başını ba lış üzərinə 
qoydu və o saat onun bədənində hərarət artmağa başladı.  Bir neçə gündən sonra o 
öldü"
5

Atabəy Müzəffərəddin Əbu Nəsr Özbək ibn Məhəmməd ibn atabəy Eldəniz 
ət-türki  əs-səlcuqi  ət-Toğrulun  ölü mü  ilə  Azərbaycan  Atabəyləri  dövləti  öz 
mövcudluğunu  itirdi.  Şəmsəddin  Eldənizin  övladlarının  hakimiyyəti  altında  o lan 
ərazilər  -  Azərbaycan,  Arran,  Şirvan  Gürcüstanda  sahibkarlıq  edən  Xarəzmşah 
Cəlaləddin Manqburnunun hakimiyyəti altına keçd i.  Bu, 1231-ci il avqustun orta-
larınadək  davam  etdi  və  həmin  il  Cəlaləddinin  qoşunları  monqollar  tərəfındən 
darmadağın ed ild i, ö zü isə öldürüldü
6

                                                                 
1
 Ən-Nəsəvi, səh.164. 
2
  Bərdə və  Gəncə  arasında orta  əsrlər  Xanəgah  Şutur  qalası.  Bax: Yaqut,  III.  səh.259;  Həmdullah 
Qəzvini, səh.173. 
3
 Ən-Nəsəvi, səh.163; İbn əl-Əsir, IX, səh.360. 
4
 İbn əl-Əsir, IX, səh.360. 
5
 Ən-Nəsəvi, səh.164; əl-Hüseyni, vər. H3 b; Cüveyni, II, səh.425-426; Əbül-Fida, III, səh.135; əl-
Öməri, II, səh.210; Арабские аноним,  D-173, vər.698 b. 
6
 Ən-Nəsəvi, səh.294 və s. 


112 
 
623-cü  ilin  məhərrə m  və  səfər  ay larmda  (yanvar-fevral,1226)  Sultan 
Cəlaləddin  Tiflisə  yürüş  etməyə  hazırlaşırd ı.  623  (09.03.1226) -cü  il  rəbiəl-əvvəl 
ayının 8-də şəhər Sultan qoşunu tərəfındən alındı
1

Atabəy  Müzəffərəddin  Özbəkin  ö lü mündən  sonra  onun  oğlu  Qızıl  A rslan 
Xamuş  Gəncəyə  Sultan  Cəlaləddinə  xid mət  etməyə  gəldi.  O,  Ruin -Dej  qalasının  
sahibəsi, atabəy Əlaəddin Körpə Arslan əl-Əh mədilin in (1174-1208) nəvəsi Sülafə 
xatınla  evlən mişdi.  Atabəy  uzun  müddət  Sultanın  sarayında  qaldı.  Lakin  
hadisələrin  coşqununda  Sultan  onu  tamamilə  unutdu.  ()  isə  Sultanın  qərargahını 
tərk  edərək  Əlamut  qalasına  ismaililərin  başçısı  I I I   Məhəmmədin  (  1 2 2 1 - 1 2 5 5 )  
yanına getdi və orada da öldü. Xamuş və Sülafə xatunun oğlu atabəy Nüsrətəddinin 
adı  monqol  əmiri  Arqunun  Azərbaycandakı  hərəkətlərilə  əlaqədar  Cüveynidə 
xatırlanır
2

1226-c ı  ildə  atabəy  Özbəkin  mə mlükləri  Bəklik  əs -Səd idi  və  Seyfəddin 
Sunqurca  Sultan  Cəlaləddinə  qarş ı  qiyam  qaldırdılar.  onların  buçıxışı  uğursuz 
nəticələndi  -  Sultan  onları  Xoy  bölgəsində  mühasirə  edərək  təslim  o lmağa  vadar 
etdi.  Məğlubiyyətə  uğramış  mə mlü klər  Su ltana  xid mət  etməyə  başladılar
3
.  La kin 
1229-cu ildə Bə klik əs-Sədid i və Seyfəddin Sunqurca Atabəyin başqa məmlükləri, 
o  cümlədən  Nəsirəddin  Ağ  Quş  və  başqaları  ilə  birlikdə  Sultana  qarşı  çıxdılar. 
"Onlar  Təbriz  ətrafında  çadırlar  qurdular.  Hakimiyyotdon  əsər-əlaməti  qalmayan, 
izi-tozu  və  ruhu  itən  əvvəlki  [atabəylər]  sülaləsini  yenidən  bərpa  etməyə 
çalışırdılar.  Onlar  Qotur  qalasında
4
  birnəfərlik  zindanda  qalan  məlik  Xa muş 
Nüsrətəddinin oğlunu azad  etməyi  qərara  aldılar  ki,  ondan  tələ  yemi  kimi  istifadə 
etsinlər. Onu hökmdar elan edərək onlar münasib fürsət gözləməyə başladılar"
5

Sultanın  vəziri  Şərəf  əl-Mü lk  onların  Təbrizdə  olduğunu  və "cır-cıra  kimi 
şəhərə  yayıhb  ziyan  və  bəla  törətdiyini  bilərkən"  onlara  qarşı  döyüşə  hazırlaşdı. 
Təbriz  yaxınlığında  "qılınclar  sınan  və  nizələr  cingildəyən  bu  döyüşdə"  Atabəy 
tərəfdarları darmadağın edilərək qaçmağa ü z tutdular. Ağ Quş və Bəkliy i çarmıxa 
çəkdilər.  Ən-Nəsəvinin  verdiyi  məlu mata  görə,  "Arran  və  Azərbaycan  qiyama 
mey il edənlərdən və tabe olmaqdan boyun qaçıranlardan təmizləndi"
6
. Sultan vəzir 
vəzir  Şərəf  əl-Mülkdən  belə  bir  xəbər  aldı  ki,  atabəy  Özbəkin  keçmiş  arvadı 
Məlikə  guya  "atabəy  tərəfdarlarına  hakimiyyət  vəd  edərək  onları  Su ltana  qarşı 
qızışdırır"
7
.  Əslində  isə  vəzir,  Məlikəyə  nifrət  edir  və  mü xtəlif  yollarda  ona 
böhtanlar  atmağa  çalışır,  onun  var-dövlətini,  mülklərini  və  xəzinəsini  ələ 
                                                                 
1
 Ən-Nəsəvi, səh.167-168; İbn əl-Əsir, IX, səh.366; Cüveyni, II, səh.431; İbn Xaldun. V, səh.273; 
Cəlaləddin  Xarəzmşahın  Gürcüstandakı  hərəkətlərinə  dair  bax:  Картлис  Цховребо,  стр 1,  172-
178; İbn əl-Əsir. IX, səh.366-370; Киракос Гандзакеци, стр. 155 və başqa mənbələr. 
2
 Ən-Nəsəvi, səh.175-176; Cüveyni, 511. 
3
 Ən-Nəsəvi, səh.172. 
4
 Qərbi Xoyda Qotur çayın yuxarı mənsəbində yerləşir (Yaqut, IV, səh. 183 184). 
5
 Ən-Nəsəvi, səh. 198-199. 
6
 Yenə orada, səh.200. 
7
 Yenə orada. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə