Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə53/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   49   50   51   52   53   54   55   56   ...   103

109 
 
qayğısına  qalır,  qarışıqlıq  salanların  və  axmaq ların  qarşısmı  alırdı.  Halbuki  o, 
hakimiyyətə malik deyildi və rəsmi vəzifəsi də yo x idi"
1

Bir  neçə  gün  Təbrizdə  qaldıqdan  sonra,  Cəlaləddin  vəziri  Şərəf  əl -Mülkü 
şəhərdə qoyaraq gürcülərə qarşı döyüşə çıxdı
2

622-c i  ilin şaban ayında (08.08-05.09.1225)  60  min lik gürcü ordusu
3
 İvane 
M xarqrd zelinin  ko mandanlığı  altında  Azərbaycana  hücum  etmək  üçün  Dvin 
yaxınlığındakı  Qarni  qalasında  toplaşdı.  Ən-Nəsəvinin  dediyi  kimi,  belə  ço xlu 
qoşun toplamaqla gürcülər "öz qüdrətini və çoxluğunu sultana bildirmək  məqsədini 
güdürdülər.  On lar  ü mid  bəsləyirdilər  ki,  ola  bilsin  ki,  [sultan]  sülh  bağlasın  və 
[beləliklə ]  onlar  öz  can ını  qarta l  hücumundan,  coşqun  dəniz  girdabından  qurtara 
bilsin.  Buna  görə  də  onlar  yürüş  üçün  möhkəm  hazırlan mış  və  atabəy  dövlətinin 
süqut etdiyini unutmuşdular; axı bura onlar üçün ov yeri idi: onlar buray a ov üçün 
birlikdə və ayrı-ayrılıqda, cüt-cüt və tək-tək gəlird ilər"
4

Cüveyninin  verdiyi  məlu mata  görə,  atabəy  Özbəkin  hakimiyyəti  süqut 
edərək, "Sultan  Cəlaləddinin əlinə keçd ikdə onlar (gürcülər  -tərcüməçi) bu fıkirdə 
idilər  ki,  onun  torpağını  ələ  keçirtsinlər,  birinci  növbədə sultanı  oradan  qovsunlar 
və Təbrizə yiyələnsinlər.  Sonra onlar  Bağdada yürüş etmək və  xəlifən in yerinə ö z 
katolikoslarını təyin etmək, məscidləri isə kilsələrə çevirmək n iyyətində idilər"
5

Gü rcülər  Cəlaləddin in  hədə-qorxusuna  cavab  olaraq  aşağıdakı  məzmunda 
məktub  göndərdilər:  "Səndən  daha  geniş  əraziyə,  qoşuna  və  qüvvətli  ruha  malik 
olan sənin atanla o cür rəftar edən tatarlar bizim ü zərimizə hücum etdilər.  Onların  
rəftarı sənə bizdən daha çox  məlu mdur.  Onlar  isə sizin ö lkən i  işğal etdilər.  Lakin  
biz  [tatarla ra]  heç  də  onların  düşündüyü  kimi  əhə miyyət  vermədik  və  onların  da  
əsas fıkri bizdən yaxa qurtarmaq id i"
6

Dvini tutaraq,  Cəlaləddin Qərnidə gürcü qoşunu ilə döyüşə çıxdı.  Gürcü lər 
elə  bir  ağ ır  məğ lubiyyətə  uğradılar  ki,  bir  daha  özlərinə  gələ  bilmədilər.  20  min  
nəfər  öldürüldü  və  çoxlu  adam,  o  cümlədən  məşhur  döyüşçü  knyaz  Şalva 
Axaltsixeli əsir düşdü
7

Qərnidəki  qələbədən  sonra  Cəlaləddin  ö z  qoşunların ı  Gürcüstan 
əyalətlərinə  göndərdi.  Qoşunlar  isə  ölkəni  xarabazarlığa  çevirir,  qarət  edir  və 
                                                                 
1
 Ən-Nəsəvi, səh.156. 
2
  İbn  əl-Əsir,  IX,  səh.359;  Cüveyni,  II,  səh.424-426;  Əbül-Fida,  III,  səh.135;  Rəşidəddin,  1/2, 
səh.242; İbn Xaldun, V, səh.270. 
3
 İbn əl-Əsirdə (IX, səh.359) 70 nıin, Cüveynidə (II, soh.426) 30 mindən çox qeyd edilmişdir. 
4
 Ən-Nəsəvi, səh.157. 
5
 Cüveyni, II, səh.425. 
6
 İbn əl-Əsir, IX, səh.359. 
7
Qərnidəki  döyüş  haqqında  müfəssəl  məlumat  üçün  bax:  ən-Nəsəvi,  səh.157-158;  Картлис 
Тсховреба,  стр.  169-171;  Vardan,  səh.175-176;  Армиянские  историки,  стр,  24,  33,  70;  Киракос 
Гандзакенци,  стр.  114-115;  Степаннос  Обрелиан,  стр.  225-226;  Cüveyni,  II,  səh.426-427; 
Rəşidəddin.  1/2,  səh.242-243;  Müq.  et:  С. Баратов,  стр.122-123;  Ив. Джавахишивлили, стр. 47-
48. 


110 
 
əhalini  ö zlərilə  əsir  aparırd ılar.  Bu  hadisələr  zaman ı  A zərbaycan  Atabəylərin in 
keçmiş  vassalları  -  Sü rməri  hakimləri  Şərəfəddin  Uzdərə  və  Hüsaməddin  Xızr
1
 
Cəlaləddinin yanında  xid mətə  keçdilər. Sürmərinin hər  iki hakimi  bələdçilər kimi 
aşınm  və  uçurumların  dərin liklərindən  gürcü  torpaqlarına  keçən  yolları  sultan 
qoşunlarına göstərdilər. 
Tifiisə  yollanarkən  Cəlaləddin  ö z  vəziri  Şərəf  əl-Mülkdən  böhtançı  bir 
məktub aldı.  Bu  məktubda vəzir Təbrizin başçıları Şəmsəddin ət -Tuğrayi və onun 
qardaşı oğlu Nizaməddini onun özünü öldürmək cəhdində olmaqda,  Sultana qarşı 
qiyam  qaldırmaqda  və  Təbrizi  atabəy  Özbəkə  qaytarmaq  niyyətində  olmaqda 
taqsırlandırırdı
2
.  Ən-Nəsəvinin əsərindən göründüyü kimi, vəzir Şərəf əl-Mülk öz 
şöhrətinə  cəmiyyətdəki  mövqeyinə  və  tutduğu  yerə  həsəd  apardığı  adamlara 
böhtan və iftiralar atmaqla başlamışdı
3

Şəmsəddin  ət-Tuğrayi  və  onun  qardaşı  oğlunun  Təbriz  əhalisi  arasında 
böyük  nüfuz  qazandığını  görən  vəzir  onlara  böhtan  yağdırır  və  atabəy  Özbəkin  
xeyrinə  sui-qəsd  qurmaqda  Sultan  qarşısında  onları  günahlandırırd ı
4
.  Ən-Nəsəvi 
yazır  ki,  "Şəmsəddin  ət-Tuğrayi    mö min  və  ədalətli  həyat  tərzi  keçirird i,  
təbəələrinə  qayğı  göstərir,  çalışırd ı  ki,  qorxu  çəkməsinlər,  heç  kimi  haqq-ədaləti 
tapdalamağa  icazə  vermird i.  Əgər  Təbrizdə  qanuna  əsaslanmadan  əh alidən  müəy-
yən  tələblər  və  qeyri-adi  vergilər  tələb  olunurdusa,  o  zaman  ət-Tuğrayi  onları 
müdafıə etməklə yanaşı  məmurları danlayır və hətta onları biabır edirdi
5
. Şübhəsiz 
ki,  qanunla  hesablaşan  bu  adam  vəziri  təmin  etmirdi,  ona  görə  də  o,  yalançı  və 
yarama zlar  vasitəsilə  ət-Tuğrayi  və  onun  qardaşı  oğluna  böhtanlar  yapıb  Sultana 
xəbər göndərir"
6
 və bu yolla onları aradan götürmə k istəyirdi.  
Tezliklə  Nizaməddin  ət-Tuğrayi  edam  olundu,  rəis  Şəmsəddin  ət-Tuğrayi 
zindana  atıldı,  onun  var-dövləti  isə  müsadirə  olunaraq  vəzir  tərəfındən 
mən imsənild i
7
.  Ya lnız  1228-ci  ildə  Su ltan  öz  işindən  peşman  olub  yenidən 
Şəmsəddin  ət-Tuğrayini  Təbrizdə  canişin  təyin  etdi.  Təbrizdə  olarkən  Sultan 
Cəlaləddin  şəriət  qanununu  pozaraq,  atabəy  Özbəkin  arvadının  arzusunu  yerinə 
yetirərək  onunla  nikah  bağladı.  Təbriz  qa zısı  Qəva məddin  ə l-Cidarı  bu  nikaha 
qarşı  çıxdı,  çünki  atabəy  Özbək  hələ  öz  arvadını  boşamamışdı.  Lakin  yalançı 
şahidlər  vasitəsilə  atabəy  Özbəkin  arvadı  ilə  nikahın ı  pozdu  və  Su ltan  Məlikəyə 
evləndi
8

                                                                 
1
 Ən-Nəsəvi, səh. 159. 
2
 İbn əl-Əsir, IX, səh.359-360; ən-Nəsəvi, səh.160. 
3
 Ən-Nəsəvi, səh.146-149. 
4
 Əl-Avni. IV. vər.7a. 
5
 Ən-Nəsəvi, səh.160. 
6
 Yenə orada, səh.161. 
7
 İbn əl-Əsir. IX. səh.360. 
8
  İbn  əl-Əsir,  IX,  səh.361;  ən-Nəsəvi,  səh.164;  Cüveyni.  II,  səh.424;  Əbül-Fida  III,  səh.135; 
Rəşidəddin. 1/2. səh.242. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə