Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə49/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   45   46   47   48   49   50   51   52   ...   103

101 
 
Quşun bu hərəkətindən çıxış edərək belə güman etmək o lar  ki, gürcülərin döyüşə 
hazırlan ması  və  Özbəklə  Monqollar  Ağ  Quşun  dəstələrini  ön  cərgəyə  çıxararaq 
gürcülərə  hücum  etdilər.  "Təpədən  dırnağa  qədər  silahlanan  gürcülər
1
  əvvəlcə 
monqolları  qaçmağa  vadar  etdilər,  ancaq  ehtiyath  olan  monqollar  pusquda  böyük 
qoşun hissəsi saxlayaraq arxadan gürcülərə hücum çəkdilər,  Cebe və Sübeqeteyin 
geriyə  çəkilmiş  dəstələri  iki  tərəfdən  gürcüləri  darmadağın  etməyə  başladılar. 
Padşah  IV  Georgi  və  qoşun sərkərdəsi  İvane  Mxarqrdzeli  qaçmağa  üz  qoydular. 
Gü rcülər darmadağın edildilər
2

Gü rcüləri  məğ lub  etdikdən  sonra,  monqollar  " Gürcüstan  ərazisində  meşə 
yollarına  və  çətin  keçilən  çəngəlliklərə"
3
  rast  gələrək  geriyə  -  A zərbaycana  tərəf 
qayıtdılar.  Onlar  yenidən  Təbrizə  hücum  etdilər,  lakin  atabəy  Özbəkin  tədbirli  və 
təcrübəli  canişini  rəis  Şəmsəddin  ət-Tuğrayi  bu  dəfə  də  monqollara  təzminat 
verdi
4
.  Təbrizdən  sonra  onlar  atabəy  Özbəkin  oğlu  Xamuşun  arvadı  Sülafə  xatına 
mənsub olan Mağaranı mühasirəyə aldılar
5
. Sülafə  xatın daima  Ruin-Dej qalasında 
qalasında  yaşayır  və  Marağaya  heç  bir  kömək  göstərmird i.  A mansız  mühasirədən 
sonra  hicri  618-c i  il  səfər  ayının  4-də  (30.03.1221)  monqolla r  Marağanı  ələ  
keçirtdilər, onu darmadağın etməklə bərabər, bütün əhalisini qılıncdan keçirtdilər
6

Marağanı tutduqdan sonra monqollar  Suriya boyunca hərəkət etdilər, sonra 
yenidən geri qayıdaraq Həmədana çatdılar. Onlar şəhəri dağıdıb əhalisini qırdıqdan 
sonra yenidən Azərbaycana soxuldular. 
Monqollar  ilk  dəfə  Ərdəbili  darmadağın  etdilər.  Monqol  mühasirəsi 
ərəfəsində Ərdəbildə olan Yaqut əl-Həməvi yazır: "Mən şəhəri tərk etdikdən sonra, 
tatarlar  ona  yaxınlaşaraq  oranın  əhalisini  q ırmağa  başladılar.  Tatarlarla  şəhər 
əhalisinin arasında döyüş gedirdi, camaat  müvəffəqiyyətlə  müdafıə o lunurdu, belə 
ki,  onlar  ilk  dəfə  tatarları  şəhərdən  kənara  qovdular.  Sonra  üçüncü  dəfə  hücum 
başlandı.  Əhali  vuruşmalardan  zəifləmişdi  və  tatarlar  zorla  şəhəri  tutaraq  qələbə 
qazandılar.  Onlar  müsəlmanların üzərinə atılaraq, nəzərlərindən keçən bir nəfəri də 
sağ qoymayıb hamın ı doğrayırd ılar.  Yalnız g izlənənlər öz həyatını  xilas edə bild i. 
Tatarlar  şəhəri  vəhşicəsinə  dağıdıb,  oranı  tərk  etdilər.  İnsanlar  qın lmış  və  şəhər 
viranə halda, dəhşətli bir və ziyyətdə qalmışdı"
7

Ərdəbili  tutduqdan  sonra  monqollar  yenidən  Təbrizə  tərəf  üz  qoydular. 
Burada  olan  atabəy  Özbək  tələsik  şəhəri  tərk  edərək  hərəmxanasını  Xoy  qalasına 
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.336. 
2
 Yenə orada. Киракос Гандзакеци стр.137-138; Vardan, səh.174-175; Армиянский истории, стр.33,  
89. 
3
 Rəşidəddin, 1/2, səh.227. 
4
  İbn  əl-Əsir,  IX,  səh.337;  Rəşidəddin,  1/2,  səh.227;  Şəmsəddin  ət-T uğrayi  haqqında  bax:  ən-
Nəsəvi, göstərici üzrə. 
5
 İbn əl-Füvati, IV/1, səh.1071. 
6
 İbn əl-Əsir, IX, səh.337, 346; Rəşidəddin, 1/2, səh.227 -228. 
7
 Yaqut, səh.l, 183. 


102 
 
göndərdi. Özü isə Naxçıvana yollandı
1
. Təbrizdə  rəis Şə msəddin ət-Tuğrayi şəhəri 
möhkəmləndirməyə başladı, monqollar isə təzminat alaraq Səraba tərəf yollandılar 
və  oranı  da  dağıtdılar
2
.  Rəşidəddinin  verdiy i  məlu mata  görə,  Na xçıvana  çataraq, 
oranı  darmadağın  etdilər  və  əhalinin  bir  hissəsini  qılıncdan  keçirtdilər.  Yaln ız 
Naxçıvanın  hakimi  Xamuş  öz  günahını  boynuna alaraq  onların  yanına  gəldikdən 
sonra monqollar qırğını dayandırdılar və ona tamqa və ağacdan qayrılmış payszu
3
 
verdilər. 
Monqol dəstələri  Naxçıvandan Ərdəbilə hərəkət etdilər.  Birinci olaraq 618-
ci  ilin  ramazan  ayında  (19.10-17.11.1221)  Beyləqan  şəhəri  mühasirəyə  alındı. 
"Şəhər  əhalisi  sülh  şərtləri  bağlamaq  üçün  monqollardan  elçi  göndərməyi  xah iş 
etdilər. Monqollar  isə öz məşhur komandirlərindən birin i elçi sifəti ilə göndərdilər. 
Əhali  onu  öldürdü.  Bu  vaxt  monqollar  zorla  şəhəri  aldılar.  On ların  qılıncı  elə 
işləyird i ki, şəhərdə bir nəfər də - uşaq, qoca və qadın belə qalmadı. Monqollar elə 
həddə  çatmışdılar  ki,  hamilə  qadın ların  qarnını  parçalay ır,  hətta  əvvəlcə  onları 
zorlayır, sonra öldürürdülər"
4

Zəkəriyyə  əl-Qəzvin inin  verdiy i  məlu mata  görə,  Bey ləqanın  mühasirəsi 
zaman ı  monqollar  şəhərin  ətrafında  sapand  üçün  daş  tapa  bilməd ik lərindən  orda 
bitən tut ağacları doğrayır, onları girdə his sələrə bölür, sonra suda isladaraq şəhərə 
atırdılar
5

Beyləqandan  sonra  monqollar  "Arran  şəhərlərinin  anası"  Gən cəyə  doğru 
yönəldilər.  Onlar  şəhəri  tuta  bilməd ilər,  belə  ki,  monqollar  "bu  şəhərin  çoxlu  
müdafiəçiləri  o lduğunu,  onların  gürcülərlə  daimi  mübarizədə  qazandığ ı  igidliyin i 
və  şəhər  divarlarının  keçilməzliyini  öyrənmişdilər"
6
.  Monqollar  yalnız  təzminat 
almaqla kifayətlənərək, şəhərdən kənara çəkildilər
7

Sonra  monqollar  üçüncü  dəfə  (1221)  Gürcüstana  hücum  etdilər.  Bu  dəfə 
gürcülər  düşmənlə  qarşılaşmağa  yaxşı  hazırlaşmışdılar.  Monqollar  bu  dəfə  də 
Cebe-noyanın  başçıhğı  ilə  5000  döyüşçünü  pusquda  qoyaraq,  qalan  qüvvə lərlə 
Sübeqetey-bahadurun  komandanlığ ı  altında  döyüşə  girdilər.  Döyüş  zamanı 
monqollar  qəsdən  geri  çəkilərək  ardıcıl  manevr  etdilər,  gürcülər  onların  üzərinə 
atıldılar,  bu  zaman  Cebe-noyan  pusqudan  çıxaraq  gürcü  qoşununu  darmadağın 
etdi. Döyüş zamanı 30 min gürcü əsgəri ö ldürüldü.  
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.339. 
2
 Yenə orada; Rəşidəddin, 1/2, səh.228. 
3
 Rəşidəddin, 1/2, səh.228. 
4
  İbn əl-Əsir, IX,  səh.339,  347; Zəkəriyyə əl-Qəzvini,  səh.345;  Yaqut, II,  səh.340-341;  Rəşidəddin, 
1/2, səh.228. 
5
 Zəkəriyyə əl-Qəzvini, səh.345; Gürgəncin (Xarəzm) mühasirəsində monqollar eynilə belə etdilər. 
Bax: ən-Nəsəvi, səh.137. 
6
 İbn əl-Əsir, IX, səh.339. 
7
  Zəkəriyyə  əl-Qəzvini,  səh.351;  Rəşidəddin  (1/2),  əksinə,  deyir  ki,  monqollar  Gəncəni  tutaraq 
tamamilə dağıtdılar. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə