Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə46/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   42   43   44   45   46   47   48   49   ...   103

95 
 
Bundan istifadə edən atabəy Nüsrəddin Əbu Bəkr Marağanı və  xəd imin öz 
ağasının  bütün  xəzinəsini  ələ  keçirərək  möhkəm  mövqe  tutduğu  Ruin-Dej 
şəhərindən başqa, əl-Əh mədili nəslin in bütün malikanələrini zəbt edir
1

Azərbaycanın  dördüncü  atabəyi  Nüsrəddin  Əbu  Bəkrin  iy irmi  illik 
hakimiyyəti haqqında əlimizdə olan məlu mat hələlik bu qədərdir
2

Gö ründüyü kimi, yazılı  mənbələrin demək o lar ki, hamısı atabəy Əbu Bəkri 
mənfi  tərəfdən  səciyyələndirir.  Yalnız  Cü zcani  onun  fəaliyyəti  barəsində  xoşa 
gələn fıkir söyləyir: "Atabəy Əbu Bəkr böyük hökmdar idi. O, ədalətli hakim id i və 
öz  torpaqlarının  hüdudların ı  düşmənlərdən  qoruyurdu.  O,  imamlann  və  alim 
adamların hamisi id i.  İraq, Arran və Azərbaycanda mədrəsə və məscid, Marağada 
çox  böyük  mədrəsə  tikdirmişdi.  Onun  özünün  və  atasından  qalma  ço xlıı 
məmlü kləri var idi ki, onların hər b iri İraq şəhərlərindən birinə sahib olmuşdu"
3

Əlbəttə, Cü zcaninin  məlu matına etibar etmək olmaz, çünki əslən İran sakini 
olsa da, vətəndən uzaqlarda yaşamış və təsvir olunmuş hadisələr barəsində bir neçə 
onillik  keçəndən sonra yazmışdır.  Lakin nəzərə almaq  lazımd ır ki, əl-Hüseyni də, 
İbn  əl-Əsir  də  Əbu  Bəkrə  açıq-aydın  düşmənçilik  mövqeyindən  yanaşmışlar. 
Halbuki  onun  iyirmi  illik  hakimiyyət  dövrü  heç  də son  dərəcə  keyfıyyətsiz  deyil. 
Hər şeydən əvvəl, Marağanın tabe edilməsi Azərbaycanda Atabəylərin mövqeyinin  
möhkəmlən məsinə  böyük  təsir  göstərmişdi.  İbn  əl-Əsirin  acı  kinayə  ilə  qələmə 
aldığı  məsələlərə  -  gürcülərlə  yaxın lıq  və  gürcü  sarayı  ilə  qohumluq  əlaqələrinin  
yaranması  məsələlərinə  geld ikdə,  bu,  real  siyasi  vəziyyətlə  əlaqədar  id i:  Əbu  
Bəkrin  gürcü  çarlığı  ilə  mübarizə  üçün  lazımi  qüvvəsi  yox  idi,  eyni  zamanda  o, 
daima  özünün  Şərq  sərhədindəki  qonşularından  və  üsyançı  vassalların  çıxışından 
ehtiyat etmək məcburiyyətində id i. 
Atabəy Nüsrətəddin Əbu Bəkrin hicri 607 (25.06.1210-14.06.121 l)-ci  ildə 
ölümündən  sonra  ona  tabe  olan  torpaqlar  qardaş ı  Müzəffərəddin  Özbəkin  
ixtiyarına keçir. 
Bu  za man  İran  İraq ında  vəziyyət  dəyişir.  Şə msəddin  Aydoğmuşun 
özbaşınalığından narazı o lan silahdaşları,  Cahan Pəhləvanın sabiq  məmlükləri ona 
qarşı  çıxır
4
.  Narazı  olanlara  ço xlu  qoşun  toplayan  məmlük  Nəsirəddin  Menqli 
başçılıq  edird i.  Hicri  608-ci  ilin  şaban  ayında  (08.01-05.02.1212)  baş  vermiş  ilk 
                                                                 
1
  İbn  əl-Əsir,  IX,  səh.297;  Bar  Ebrey,  II,  səh.491;  İbn  əl-Fuvati,  IV/2,  səh.1070-1071;  İbn 
Xaldun, V, səh.184-185. 
Hətta  Mirxond  da  (IV,  soh.2)  qeyd  edir  ki,  atabəy  Əbu  Bəkr  barəsində  dediyindən  artıq 
məlumatı olmadığı  üçün  əsərinin  oxucularından  üzr  istəyir.  Atabəy  Əbu  Bəkr  eyni  zamanda  "Ali 
sultan"  ləqəbini  daşıyırdı. Məlumdur ki,  o ölümqabağı, 1211-ci ildə  dayısı Qızıl  Arslanın  buraxdığı 
qızıl dinarları yenidən kəsdirir. Bax: D.Kuyumciyan. Atabey Eldənizlərin üç nadir sikkəsi, səh.527-
541. 
Cüzcani,  I,  səh.  173;  Atabəy  Əbu  Bəkrin  xaçpərəstlərlə  müsbət  münasibəti  haqqında  bax: 
Крикос Гандзакецеи, стр .94. 
4
 İbn əl-Əsir, IX, səh.295, 305, 306. 


96 
 
döyüşdə Aydoğmuş məğlubiyyətə uğrayıb, Bağdada qaçır. Həmədan, İs fahan, Rey 
və qonşu nahiyələri zəbt edən Menqli xütbə o xudur və öz adına pul kəsdirir.  
Bağdada qaçmış Aydoğmuşu xəlifə ən-Nasir böyük təntənə ilə qarşılayır və 
tarixçinin   yazdığ ına  görə,  onun  paytaxta  gəldiyi  gün  "Bağdad  əhli  üçün  xatirədə 
qalan"  gün  hesab  olunur
1
.  Xəlifə  Aydoğ-muşu  fəxri  geyim  və  sultan  təbili 
(nağarası) ilə mü kafatlandırır
2

Xəlifən in  Aydoğmuşa  hərbi  yardım  göstərə  biləcəyindən  qorxan  Menqli 
hicri  609-cu  ildə  oğlu  Məhəmmədi  Bağdada  göndərir  ki,  Xə lifəni  bu  fıkrindən 
daşındırsın.  Xəlifə  heç  bir  söz  demədən  Aydoğmuşu  Həmədan  üzərinə  yürüşə 
göndərənə  qədər  Məhəmmədi  Bağdadda  saxlayır
3
.  Hicri  609-cu  il  cumadi  əs -sani 
ayında  (29.10-26.11.1212)  Xəlifə  böyük  ordu  toplayıb  silahlandırır,  Aydoğmuşu 
isə  Bağdaddan  qoşun  gözləyən  İvait  türkmənlərinin  sərkərdəsi  Süley man  ibn 
Parçamın  yanına  göndərir.  Mülkiyyətinin  bir  hissəsini  əlindən  almış  xəlifədən 
narazı qalan Süley man isə Aydoğmuşun onun yanına qoşunsuz gəldiyini Menqliyə 
xəbər  verir.  Menqli  o  saat  öz  adamlanndan  bir  dəstə  göndərib,  Aydoğmuşu 
tutdurur,  onlar  da  hicri  610  (23.05.-21.06.1213)-cu  ildə  Aydoğmuşu  öldürüb, 
başını Menqliyə göndərirlər
4
. Menqli bu barədə Xəlifəyə  xəbər göndərir, Xəlifə isə 
onun hərəkətlərindən narazı qaldığ ını b ild irir. Menqli  Xəlifəyə sərt cavab yazır və 
İran İraqının işinə qarışmağa hüququ olmadığ ını ona bild irir.  
Menqli  özünü  müstəqil  hakim  kimi  aparırdı,  ondan  "ağası  və  sahibi  olan 
Azərbaycan  hökmdarı  Özbək  də"  qorxu rdu
5
.  Özbəkin  Menqliyə  olan  düşmənçilik 
münasibətindən  istifadə  edən  Xəlifə  onu  məmlükə  qarşı  müharibəyə  sövq edir  və 
qoşunla  yardım  göstərəcəyinə  söz  verir.  Ən-Nasir  ismaililərin  başçısı  Cəlaləddin 
Həsənə  müraciət  edərək  Menqlini  məhv  etməkdə  Özbəkə  yardım  göstərməyi  əmr 
edir.  Bunun  əvəzində  Menqlinin  hakimiyyəti  altında  olan  nahiyələrin  Özbək, 
Xəlifə və İs maililər arasında üç yerə bölüşdürəcəyinə söz verir. 
Menqliyə qarşı birgə çıxış etmək barəsində sazişə gəldikdən sonra Xəlifə öz 
məmlü kü  əmir  Mü zəffərəddin  Sunqurun  sərkərdəliy i  altında  ordu  toplayır. 
Xəlifən in  əmrilə  İrb il  və  Şahrazur  hakimi  Müzəffərəddin  Göy-Börinin  qoşunu, 
eləcə də Mosul, Cəzirə və Hələbdən qoşun dəstələri yığ ılır.  Bu qüvvələr birləşərək 
Həmədan  üzərinə  yürüş  edir.  Hicri  612-ci  il  cu mad i  əvvəl  ayında  (28.08-
27.09.1215) Menqli  məğlubiyyətə uğrayır,  Qarac yaxınlığındakı dağlarda gizlənir, 
oradan dostunun - Savə şihnəsinin yanına gedir. O, Menqlini tə mtəraq la qarşılayır, 
sonra  isə  tərk-silah  edir,  qandallayıb  Özbəkin  məmlü kü  Seyfəddin  Oğlamışın 
hüzuruna  göndərmək  istəyir.  Menqli  xahiş  edir  ki,  dostu özü  onu  öldürsün.  Şihnə 
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.305. 
2
 Yenə orada, səh.307; İbn əl-İmad əl-Hənbali, IH/5, səh.42. 
3
 İbn əl-Əsir, IX, səh.306. 
4
İbn  əl-Əsir,  IX,  səh.307;  Əbül-Fida,  III,  səh.115;  İbn  əl-Vardi,  II,  soh.189; 
Rəşidəddin, 1/2, səh.193; İbn Taqriberdi, VI, səh.208; İbn əl-İmad əl-Hənbali, III/5, səh.42. 
5
 İbn əl-Əsir, IX, səh.307, 309. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə