99
Gü rcülərin onun ərazisinə hücum etməkdən əl çəkd iklərini görən Özbək
atabəyin xəzinəsinə bac verməkdən boyun qaçıran yerli vassal hakimləri ram
etmək üçün Qarabağa soxulu r. XIII əsrin naməlu m müəllifı yazır ki, "Hökmdar,
islamın padşahı Nüsrət əd-dünya vəd-Din Özbək 611 (13.05.1214-01.04.1215)-ci
ildə Xaçenə yürüş edir. Onun qoşunu qələbə qazanır və ü mu mi qırğın törədir.
Onlar qul və zəngin hərb i qənimət əldə edir, həmin ço xallah lıların ev lərini və
yaşayış yerlərin i oda yaxırlar. [Beləliklə padşahın] tam böyüklüyü sübuta
yetirilir"
1
.
Gü rcü çarı IV Georg i xarəzmilərin Gü rcüstana hücumunun qarşısını almaq
niyyəti ilə Xarəzmşahın yanına zəngin bəxşişlə elçi göndərir
2
. Lakin Xarəzmşahın
yürüşü baş vermir, tezliklə o, İran İraqın ı oğlu Rüknəddin Qursancdının
hakimiyyəti altına verir
3
.
III FƏS ĠL
AZƏRBAYCAN ATABƏYLƏRĠ
DÖVLƏTĠNĠN S ÜQUTU
Azərbaycana ilk Monqol bas qını
Xarəzmşah Əlaəddin Məhəmməd monqollar tərəfindən darmadağın və
həlak olduqdan, Xarəzmşahlar dövlətin in süqutundan sonra
4
monqol qoşunları
Cebe-noyan və Sübeqetey-bahadurun komandanlığı a ltında bütün Xorasan və İran
İraqı ərazisindən keçərək, hicri 617-ci ilin qışında (yanvar, 1221) yol boyu əllərinə
düşəni qarət edə-edə, dağıda-dağıda və öldürə-öldürə Azərbaycana soxuldu lar.
Ölkənin b ir sıra yerlərini viran qoyaraq onlar Təbrizə yaxın laşdılar
5
. O za man
Azərbaycanın hakimi atabəy Özbək burada yerləşird i və tarixçinin dediyi kimi, "o
hətta monqollara qarşı vuruşmaq belə istəmirdi, çünki həmişə olduğu kimi gecə-
gündüz sərxoşluq ilə məşğul id i"
6
.
Özbək ö z elçisini sülh xahişi ilə monqolların yanına göndərdi. Monqollar
isə Özbəkdən Xarəzmşah Əlaəddin Məhəmməd tərəfındən burada saxlanan
xarəzmilərin qarnizonunun onlara verilməsini tələb etdi. Özbək xarəzmilərin bir
1
N.D.Mikluxo-Maklay, səh.204-205, 213.
2
Ən-Nəsəvi, səh.61.
3
İbn əl-Əsir, IX, səh.313; ən-Nəsəvi, səh.70; Cüveyni, II, səh.474.
4
Xarəzmşahlar dövlətinin darmadağın edilməsi təfsilatı haqqında bax: Şəhabəddin ən -Nəsəvi,
göstərici üzrə, həmçinin İbn əl-Əsir salnaməsinin müvafiq yerləri.
5
İbn əl-Əsir, IX, səh.335-336; Müq. et: Rəşidəddin 1/2, səh.227.
6
Yenə orada.
100
hissəsinin öldürülməsi haqqında fərman verdi və qalan hissəni isə monqollara
təslim etdi. Bundan əlavə Özbək onlara təzminat olaraq pul, paltar və mal-qara
göndərdi
1
.
Monqollar Muğandan keçərək, Təbrizdən Arrana, oradan da Gürcüstana
yönəldilər. Atabəy Özbək gürcüləri monqol basqınından xəbərdar etmək üçün
elçisi vasitəsilə gürcü padşahı IV Georgi Laşa məktub göndərdi. Məktubda
deyilirdi: " Bu gündən biz bir-b irimizə kömək etməli, yardım göstərməliyik. Artıq bu
qədər dağıntılar, ölümlər və xarabazarlıqlar bəsdir"
2
. La kin Gürcü sarayı bu
xəbərdarlığa etinasız yanaşdı, hicri 617-ci ilin zü lqədə ayında (1221) 20 min lik
monqol qoşunu Gürcüstan sərhədini keçərək Tiflis yaxınlığ ında 10 minlik gürcü
ordusunu darmadağın etdi
3
. Kirakos Gəncəketsinin göstərdiyi kimi, Arran
(Albaniya) və Gü rcüstan əhalisi monqolların nə kimi əməllər törətdiyini bilmədən
və mü xtəlif şayiələrə inanaraq öz "mövqelərin i möhkəmləndirmək haqqında
düşünmür", əksinə. monqolları duz-çörəklə qarşılayırd ı. "Ancaq monqollar onları
qılıncdan keçirir, doğrayırdılar. Qarşılanna çıxan hər kəsi, nə olursa olsun: insan,
heyvan, it - hamısını qılıncdan keçirirdilər. Onla r qiy mət li geyimlə rə, başqa var-
dövlətə heç bir əhəmiyyət vermirdilər. Onlar üçün atlar əhəmiyyətli id i"
4
.
Monqolların gündən-günə artan təhlükəsini görən gürcülər bu cür qüvvətli
və misli görün məmiş düşməni dəf etmək üçün başqa xalq larla ittifaq yaratmaq
tədbirinə əl atmağa başladılar. Bu məqsədlə IV Georgi Laşa qonşu hakimlərə, o
cümlədən atabəy Özbəkə, Xilat və Cazirə hakimi əl-Məlik əl-Əşrəfə müraciət etdi.
Tarixçi yazır ki. atabəy Özbək və gürcü padşahı Georgi banşıq müqaviləsi və mon-
qollara qarşı birgə çıxış haqqında saziş bağladılar
5
. Lakin birgə hərəkət haqqında
damşıqlar monqollara məlu m oldu və onlar yenidən Gürcüstana və Arrana
soxuldular. "Bu vəziyyəti görən gürcü padşahı 60 minlik atlı ilə Kotman çölündə
onlara qarşı çıxd ı"
6
.
Atabəy Özbəkin Arrandakı canişini məmlük Nəsirəddin Ağ Quş türklərdən
və kürdlərdən təşkil olun muş qoşunu ilə birlikdə monqolların tərəfinə keçdi. Ağ
1
İbn əl-Əsir, IX, səh.336; Rəşidəddin 1/2, səh.227; əl-Öməri, səh.124.
2
Р.К.Киннадзе. Еще источник по истории Георгия IV Лаша, стр. 101.
3
İbn əl-Əsir, IX, səh.336; Rəşidəddin 1/2, səh.227; Sebastatsi, səh.23.
4
Киракос Гандзакеци, стр. 104.
5
İbn əl-Əsir, IX, səh.336.
6
Магакия, стр.5, 7. Orta əsr erməni müəllifləri döyüş yerini müxtəlif cür göstərirlər. Yepiskop
Stepannos (Apмянские историки, стр. 33) yazır ki, gürcü və monqollar arasında döyüş Kroman çayı
yaxınlığında oldu; Mxitar Ayrivanetsiyə (yenə orada, səh.89) görə, Kotman çayında olmuşdur;
Kirakos Qandzaketsi (səh. 104) deyir ki, döyüş"Xunan adlı vadidə" oldu. A.Q.Qalstyan (Apмянские
историки, стр 14, примеч.. 81) hesab edir ki, Kotman çayı "indi Tovuz çayı adlanır". Bu düzgün
deyil: Kotman çölü, Kotman çayı Girdimanın təhrif olunmuş adıdır. Girdiman çayı Şamxorçayın
sağ qolu olub, Kürə tökülür. Georgi arasındakı danışıqlar barəsində xəbəri monqollara məhz özü
vermişdir.
Dostları ilə paylaş: |