Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə50/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   46   47   48   49   50   51   52   53   ...   103

103 
 
Salnaməçinin  verdiy i  məlu mata  görə,  gürcülər  üzərində  qələbədən  sonra 
monqollar  Dərbənd  keçidindən  Şimali  Qafqaza  çıxmaq  üçün  Şirvana  doğru 
yönəldilər.  Yo lüstü  onlar  Şirvanın  paytaxtı  Şama xın ı  mühasirəyə  aldılar  və 
pilləkən lərin  kö məyi  ilə  şəhər  divarların ı  keçməyə  cəhd  etdilər.  Ancaq  onların 
cəhdi  uğursuz  oldu.  Bu  zaman  monqollar  ço xlu  mal-qara  ö ldürərək  xəndəkləri 
cəsədlərlə  doldurmağa  başladılar.  Beləliklə,  onlar  üs t-üstə  döşənmiş  cəsədlərin 
vasitəsilə  şəhərə  doluşmağa  cəhd  göstərdilər.  Şa ma xı  sakinlə ri  üç  gecə -gündüz 
monqollara  müqavimət göstərirdilər.  Dördüncü  gün cəsədlər çürüyərək aşağı yatdı 
və  şəhərə  olan  hücum  zəiflədi.  Lakin  monqollar  hücuma  keçdilər  və  sakinlərin  
qəhrəmancasına  müqavimət  gös tərməsinə  baxmayaraq  Şamaxı  tutuldu.  Monqollar 
çoxlu adam ö ldürüb şəhəri dağıtdılar
1

Sonra  monqollar  Dərbənd  keçidi  vasitəsilə  şimala  keçmək  üçün  cəhd 
göstərdilər.  Onların  ilk  cəhdi  baş  tutmadı,  belə  ki,  "Dərbənd  darvazalarını  tutan 
tacik  qoşunu onlara  yol  vermədi"
2
.  Belə  olduqda  monqollar  Şirvanşah  I  Quştəsbə 
(1203-1225)
3
  elçi  göndərərək  guya  sülh  bağlamaq  üçün  bir  neçə  nəfərin 
göndərilməsini xahiş etdilər. Şirvanşah öz zadəganları arasından 10 nəfər göndərdi. 
Monqollar  onlardan  birin i  öldürüb,  qalanlarından  isə  şimala  keçidi  göstərməyi 
tələb etdilər. İş elə belə də o ldu
4

Hicri 619 (15.02.1222-03.02.1223)-cu ildə şima ldan 50 minlik qıpçaq ordusu 
Şirvana  soxuldu.  Dərbəndə  yaxınlaşaraq,  onlar  onun hakimi  əmir  Rəşiddən  xahiş 
etdilər  ki,  məskən  salmaq  üçün  onlara  yer  versin,  qıpçaqlar  isə  bunun  əvəzində 
onlara  xid mət  göstərəcəklərini  bildirdilər.  Lakin  Rəşid  onlann  təklifıni  rədd  etdi. 
Qıpçaqlar  ikinci  dəfə  ona  müraciət  etdilər:  "Biz  öz  uşaq  və  arvadlarımızı  girov 
veririk və sənə tabe olmağ ı, sənə qulaq asmağı və sənin hakimiyyətinə baş əyməyi 
öz  öhdəmizə  götürürük"
5
.  Rəşid  yenə  də  onların  təklifini  rədd  etdi,  bu  dəfə 
qıpçaqlar  Dərbəndi  hiylə  ilə  tutdular.  Şəhəri  qarət  edərək,  q ıpçaqlar  oran ı  tərk 
etdilər və gürcülərin əlində olan Qəbələyə tərəf yollandılar
6
. Qəbələnin  mühasirəsi 
mühasirəsi  uğurla  nəticələn mədi,  onun  ətraf  nahiyələrin i  qarət  edən  qıpçaqlar 
Gəncəyə doğru getdilər. 
Özbəkin  Gəncədəki  canişini  əmir  Qaş -Qara
7
  qıpçaqların  qarşısına  qoşun 
çıxararaq, onları  Gəncə ətrafına yaxınlaş mağa qoymadı.  Qıpçaqlar ona bu sözlərlə 
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.339-340, 347; Rəşidəddin, 1/2, səh.228. 
2
  Киракос  Гпндзакеци,  стр.  105.    Bu  "taciklər"  xarəzmşahlarla  dost  olan  50  min  qıpçaq  idi  ki, 
Dərbəndi tutub monqolların şimala doğru yolunu kəsmişdilər. Bax: İbn Xaldun, V, səh.124-125. 
3
O.İ.Smimova  (Rəşidəddin, 1/2,  səh.228,  qeyd:  6)  Şirvanşahın  adını  və hakimiyyət  dövrünü  səhv 
verir:  "Fərruxzad,  Mənuçöhrün  oğlu  (1225-1233)".  Monqolların  bu  yürüşü  zamam  I  Quştəsb  - 
Fərruxzadm oğlu III Mənuçöhrün nəvəsi Şirvanşah idi. Bax: З. М.Буниятов. Ширван в половина в., 
стр. 65-68; А.А. Ализаде, стр. 99.   
4
 İbn əl-Əsir, IX, səh.340 (burada Şirvanşah Rəşid haqqında danışılır); Reşidəddin, 1/2, səh.228-229. 
5
 İbn əl-Əsir, IX, səh.348. 
6
 Yenə orada 
7
 İbn əl-Əsirdə də, əl-Nəsəvidə də belədir - Quş Xara 


104 
 
müraciət etdilər: "Biz sizin Sultana  xid mət göstərməyə gəlmişdik, lakin Şirvanşah 
bizə  mane oldu. Buna görə də biz onun ölkəsinə soxu laraq, qalan ı ələ  keçirdikdən 
sonra  onu  heç  də  qorxu mu zdan  əldən  vermədik.  Qəb ələnin  hakimi  isə  sizin 
düşməninizdir.  Əgər  biz  gürcülərlə  d ilb ir  o lsaydıq,  Dərbənd  keçidindən 
keçməzdik,  çünki  bu,  ən  çətin,  yorucu  və  uzun  yoldur.  Biz  onlann  vilayətinə 
əvvəllər keçdiy imiz kimi keçərdik. Bizə sizə ö z girovlarımızı göndərəcəyik"
1

Bu  məzmunda  məktubu  alan  Qaş -Qara  qıpçaqları  qarşılamağa  çıxd ı. 
Qıpçaqlar  onu  hörmətlə  qəbul  edib,  bir  daha  ona  sadiq  olacaqlarını  və 
tabeçiliklərini  bildirdilər.  Qaş-Qara  onlara  Gəncə  ətrafında  məskən  salmağa  icazə 
verdi  və  bu  barədə  atabəy  Özbəki  xəbərdar  etdi.  Özbək  q ıpçaq  rəhbərlərini  fəxri 
paltarlarla mü kafatlandırmağı, Gilkun dağı yaxın lığ ında yerləşdirməy i əmr etdi
2

Gü rcülərin  Gəncəyə  hücum  təhlükəsini  nəzərə  alan  Qaş-Qara  qıpçaqları 
şəhərə  topladı,  lakin   onlar  əyalətdə  pozğunçuluq  törətməyə  başladılar.  Qaş-Qara 
onları  qovdu  və  qıpçaqlar  yenidən  Şirvana  qayıtdılar.  Burada  isə  müsəlman lar, 
gürcülər  və  ləzgilər  tərəfındən  təqib  olunaraq  darmadağın  edild ilər  və  pərakəndə 
düşdülər. On ların bir hissəsi əsir alındı
3

Qıpçaqları  Şirvanda darmadağm edən gürcülər oradan qayıdaraq hicri  619 -
cu ilin ramazan ayında (09.10-7.11.1222)
4
 hələ bundan qabaq monqolla r tərə findən 
tərəfindən  viran  edilmiş  Beyləqana  hücum  etdilər.  Şəhər  əhalisi  yenidən  divarları 
tikməyə  və  bərpa  et məyə  başla mış dılar,  hə mişəki  kimi  elə  gü man  edirdilər  ki, 
təzminat  ilə  gürcülərdən  yaxa  qurtaracaqlar.  Lakin  gürcülər  monqollardan  da 
amansız qırğın törətməyə başladılar. 
Azərbaycan və Arranın hakimi atabəy Özbək yenə də Təbrizdə id i və şəhərə 
kö mək üçün heç nə etmədi, çünki öz adəti üzrə kef çəkir və sərxoşluq edirdi
5

Atabəy  Özbəkin  fəaliyyətsizliy inə  və  hörmətin in  aşağı  düşməsinə 
baxmayaraq,  onun  atası  Cahan  Pəhləvanın  vassalları  ənənə  üzrə  Azərbaycan 
Atabəyləri  sülaləsinə  olan  ehtiramı  saxlayırd ılar.  Belə  ki,  Mosul  Atabəylərinin 
torpaq  sahibləri  arasında  nifaq  düşərkən  II  İmadəddin  Zəngi  619-cu  ildə  Mosul 
hakimi  Bədrəddin  Lü lü  (1222-1233)  tərəfındən  öz  mü lklərindən  (Səncər 
vilayətləri) qovulmuşdu. II İmaməddin  Zəngi atabəy Özbəkə pənah apardı, Özbək 
iltifat  göstərərək  onun  mülklərini  pay  torpaqlarına,  yəni  iqtaya  bölüb,  özünü  isə 
sarayda xid mətə götürdü
6

Hicri  22  (  l 22 5) -c i  ildə  gürcü  qoşunları  yenidən  Azərbaycana  soxuldular. 
lakin  darmadağın  edilərkən  geri  çəkildilə r.  Gürcülər  yeni  hücuma  hazırlaşdıqları 
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.349. 
2
 İbn əl-Əsir, IX, səh.349. 
3
  İbn əl-Əsir, IX, səh.349; Vardan, səh.175; Киракос Гандзакеци, стр. 105 -106; Себастаци, стр. 23; 
Mikhitar d`Airivank, p. 89. 
4
 Ə.Ə.Əlizadə də (səh.103) 1220-ci il qeyd olunmuşdur. 
5
 İbn əl-Əsir, IX, səh.349. 
6
 İbn əl-Əsir, IX, səh.349, 350; həmçinin bax: ər-Rüveyşdi, səh.134. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə