105
zaman Xarəzmşah Cəlaləddin Manqburnu Azorbaycan ətrafına qoşun çıxartdı. Bu
şərait gürcüləri və atabəy Özbəki yeni düşmənə qarşı birləşərək sülh bağlamağa
məcbur etdi. Sonrakı hadisələrin gedişi nəticəsində bu niyyətlər baş tutmadı və
tezliklə təqribən bütün Qafqaz Xarəzmşah Cəlaləddin Manqburnunun qoşunları
tərəfindən tutuldu.
Azərbaycan XarəzmĢah Cəlaləddin Manqburnunun
hakimiyyəti altında
Monqollar Xarə zmşahlar dövlətini dağıtdıqdan sonra, sultan Əlaəddin
Məhəmmədin oğlan ları ataların ın dövlətinin hissələrini təşkil edon ölkələrə tərəf
yollandılar və hər birisi ata tərəfındən vəsiyyət olunmuş əraziyə sahiblik etməyə
başladı. Qiyasəddin Pir şah İran İraqını tutub, buradan qonşu ölkələrə yürüş etdi.
Belə ki, 1224-cü ildə o, A zərbaycana yürüş edərək Marağaya və Müzəffərəddin
Özbəkin başqa mülklərinə hücu m etdi. Özbək isə müqavimət göstərməyə qüvvəsi
və qabiliyyəti olmad ığından təzminat verməklə məsələni qurtarmaq istədi. Bu
məqsədlə o, Pir şahın hüzuruna bir neçə elçi göndərib sülh bağlamağ ı xahiş etdi.
Nəhayət, Pir şah sülh şərtlərini qəbul edib, Atabəyin bacısı Cəlaliyyə ilə evləndi.
Naxçıvan bu zaman Cəla liyyənin pay torpağı hesab olunurdu
1
.
Bundan sonra Qiyasəddin Pir şah öz qoşunlarını Reyə çəkdi. Burada onunla
atabəyi və qaynı İğan-Taisi arasında nifaq düşdü və nəticədə İğan-Taisi 50 min lik
ordu ilə kənara çəkild i.
Onların arasındakı n ifaqdan istifadə edən Özbək Pir şaha təslim olmaqdan
boyun qaçıraraq, ona qarşı çıxdı. Eyni zamanda Pir şah İğan -Taisini məğ lub edərək
onu geriyə - A zərbaycana çəkilməyə məcbur etdi
2
. Burada İğan-Taisi Özbəkin
icazəsilə qarətkarlığa və qırğına başladı, sonra isə qışı Arranda keçirmək üçün
Xəzər dənizi sahilində dayandı.
Qışı keçirərək İğan-Taisi ikinci dəfə A zərbaycan ərazisini qarət etməklə
məşğul oldu, sonra isə xəlifə ən-Nasirin əmri ilə Həmədana tərəf hərəkət etdi ki,
bura başqa vilayətlərlə birlikdə ona Xəlifə tərəfındən iqta sifətilə pay verilmişdi.
Burada İğan-Taisi Hindistandan gəlmiş Cəlaləddin Manqburnun qoşunları
tərəfındən mühasirəyə alınaraq darmadağın edildi və özü əsir alındı
3
.
İğan-Taisini məğ lub etdikdən sonra, Cəlaləddin xəlifə ən-Nasiri xəbərdar
edərək öz qoşunların ı Bağdada doğru hərəkətə gətirdi. Öz məktubunda Sultan
Cəlaləddin ü mid olduğunu bildirirdi ki, Xəlifə ü mu mi müsəlmanlann düşməni
monqollara qarşı mübarizədə ona kö mək göstərəcəkdir. Lakin Xəlifə Xarəzmşahlar
1
Ən-Nəsəvi, səh.120.
2
İbn əl-Əsir, IX, səh.351.
3
İbn əl-Əsir, IX, səh.358; ən-Nəsəvi, səh.152-153 və orada İğan-T aisinin fəaliyyəti haqqında geniş
məlumat vardır.
106
və onun babası və atası - əl-Müstəncid (1160-1170) və əl-Müstədi (1170-1180)
arasındakı münasibəti yaxşı bilirdi. Xəlifə məktuba cavab vermədən öz məmlü kü
əmir Quş-Teymurun başçılığı altında 20 minlik qoşunu ona qarşı təchiz etməyə
başladı.
Cəlaləddinin Bağdada yürüşünü onun Xəlifədən monqollara qarşı kö mək
almaq arzusu ilə izah etmək olmaz. Görünür, Sultanın gizli qəsdi Xəlifədən
intiqa m almaq idi, çünki o, monqollar tərəfındən Xarəzmşahla r dövlətinin
dağıdılmasında və atası Su ltan Əlaəddin Məhəmmədin ölü mündə Xəlifəni
təqsirkar hesab edirdi.
Mənbələrdə belə bir ehtimal var ki, monqolların zərbəsi altında
Xarəzmşahlar dövlətinin süqutunun başqa səbəblərilə yanaşı bir səbəbi də bundan
ibarətdir ki, xəlifə ən-Nasir Xarəzmşah Məhə mmədə qarşı mübarizədə monqolları
kö məyə çağırmışdı. İbn əl-Əsir bu cəhətə bir növ işarə vuraraq qeyd edir:
"Tatarların islam ölkələrinə basqını başqa bir səbəblə əlaqədardır ki, bunu kitab
səhifələrində göstərmək olmaz"
1
. Əsərin başqa yerində İbn əl-Əsir daha aydın
yazır: "Əgər əcəmlərin (farsların) onun (yəni xəlifə ən -Nasirin - Z.B.) adına
söylədiklərini həqiqət kimi qəbul etsək, məlu m olur ki, məhz o, tatarlar ı
[müsəlman] ölkələri üzərinə hücuma təhrik etmişdir, bu məqsədlə o, tatarların
yanına [adamlar] göndərirdi və elə hərəkətlər törədird i ki, bunlar ən böyük
cinayətləri belə ötüb keçirdi"
2
.
Əl-Məkrizi xəlifə ən-Nasirin monqollara yazd ığı məktub haqqında daha
aydın danışır: "Onun (ən-Nasirin) hakimiyyəti dövründə monqollar Şərq ölkələrini
boş qoymuşdular. Onlar Həmədana qədər gəlib çatmışdılar. Bunun səbəbi
aşağıdakından ibarətdir: o (xəlifə), Sultan Əlaəddin Məhəmməd Bağdadı tutmaq
(1217-ci ilin payızı - Z.B.) və Səlcuqilər dövründə olduğu kimi bu şəhəri öz
paytaxtına çevirmək niyyətində olarkən Sultandan qorxmuş, həqiqətən monqollara
məktub yazmış və onları [bu ölkələrə] basqın etməyə təhrik etmişdi"
3
.
Xəlifə ən-Nasirin Çingiz xana mü raciət etməsi haqqında İbn Vasil də yazır:
"Xarəzmşah Bağdada doğru hərəkət edərkən, xəlifə tatarların hökmdan Çingiz
xana məktub yazaraq, onu Xarəzmşah dövləti ü zərinə hücum etməyə q ızışdırd ı"
4
.
Gö rünür, Cəlaləddin Manqburnu Xəlifənin monqollar ilə yazış masını
bildiy indən Bağdada yürüşü zamanı Dəməşq hakimi əl-Malik əl-Müəzzəmə
aşağıdakı məktubu yazmışdı: "Sən və mənimlə saziş bağlayanlar hazır olsunlar, -
biz xəlifəyə doğru hərəkət edirik, çünki müsəlman ların həlak olmasının, atamın
ölümünün və kafirlər tərəfındən islam məmləkətlərinə basqın edilməsinin səbəbi
1
İbn əl-Əsir, IX, səh.331.
2
Yenə orada, səh.361.
3
Əl-Məkrizi. Əs-Süluk, 1/1, səh.218.
4
İbn Vasil, III, vər.89 a; Bu məsələni Əbül-Fida (III, səh.136) və Mirxond (V, səh.24-25) da təsdiq
edirlər.
Dostları ilə paylaş: |