194
mədrəsələr müsadirəyə məruz qalırd ı. Mədrəsə alim-lərindən, yəhudilərdən can
vergisi alındığı kimi, qızıl alın ırdı"
1
.
Torpaq vergisinin və başqa vergilərin a lın ması xüsusi siyahılar əsasında
aparılırdı ki, bu siyahılar da ü mu miyyətlə yüz illərlə dəyişilməz qalırdı, onlara
hökmdarların ı keçmiş və ya yeni qanunları əlavə edilirdi
2
.
Vilayətlərdən alınan vergilər xüsusi dəftərlər (dəfatir) üzrə həyata
keçirilird i.
Azərbaycan Atabəyləri dövlətində aşağıdakı vergilər yığ ılırd ı:
1. Xər ac (torpaq vergisi). XII əsrdə və XIII əsrin başlanğıcında və onlardan
qabaqkı dövrlərdə xərac əsas vergi kimi öz əhəmiyyətini saxlayırdı. Onu pul, ya da
natura şəklində alırd ılar
3
. Bizim mənbələrdə xərac haqqında az məlu mat verilir,
ancaq bu heç də o demək deyildi ki, həmin vergi az gəlir gətirird i. Araşdırdığ ımız
dövrün mənbələri Azərbaycanda iki dəfə xərac alındığını göstərmişdi.
Qiyasəddin Pir şah Naxçıvana gəldiy i vaxt orada verg i əsasnaməsi (qanunu)
əsasında və dəftərlərə (dəfatir) sandıqdan sonra yalnız müsəlmanlardan torpaq
vergisi alın mışdır
4
. İkinci hadisə Xarəzmşah Cəlaləddin Manqburnunun
hakimiyyəti dövründə qeydə alın mışdır. Xarəzmşah vəzir Şərəf əl-Mülkün maliyyə
məmu rlarının başdan-başa bürün mülkləri müsadirə etməklə və ağır vergilərlə Xoy
və Təbriz əhalisini incitdiklərini eşidəndə əmr verd i ki, pul y ığan bütün qulamları
həbs etsinlər. Qulamlar yaxalan mış, yığd ıqları pullar onlardan alın mışdı. "Su ltan
Təbrizin və onun əkin yerlərinin ağır vəziyyətini gördükdə, oranı verg ilərdən
qurtarmaq və onun çöllərindən fəlakətin kö künü kəsmək qərarına gəldi. Bunun
üçün də o, xəracı üç il müddətinə Təbrizin ü zərindən görürdü və bu haqda əmr
(tövqi) yazdı"
5
. Mətndən aydın olur ki, Xoy və Təbrizdən xərac pulla almırmış.
2. Cizyə
(can vergisi). Bu vergi zimmilərdən, yəni müsəlman
olmayanlardan alın ırd ı.
Ravəndi göstərir ki, İraq sultanlığında can
vergisi yəhudilərdən alınırdı. O yazır: " Yəhudilərdən alınan cizyə və
başqa dindən olan adamlardan alınan baş vergisi (sərgezif) padşahlar
üçün qurban ətindən də halal id i"
6
.
Beyləqan yəhudilərindən cizyə alın ması mənbədə qeyd edilmişdir
7
.
Qiyasəddin Pir şah Naxçıvana gələndə, cizyə müsəlman olmayanlardan (əhl əz-
zimmə) toplanmış, həm də ki, Naxçıvan vəziri Səd rəddin Əbül-Bərəkat əl-
Osmaniyə "əhli əz-zimmədən kimsənin islam vilayətlərindən çıxıb getməsinə
1
Ravəndi, səh.33; Başqa mənbələrə də bax.
2
H.Horst, səh.72-73.
3
Xərac haqqında bax: И.П.Петрушевский. Земледелие, стр. 369-372.
4
H.Horst, səh.124, sənəd K-l.
5
Ən-Nəsəvi, səh.218-219.
6
Ravəndi, səh.32, 33, 357.
7
Məsud ibn Namdar, vər.209.
195
imkan olmaması üçün yolları mühafizə etmək və keçid ləri mühasirəyə almaq"
1
üçün göstəriş verilmişdi. Bu yolla da cizyədən alınan pulların başqa yerlərə aparıl-
masın ın qarşısı kəsilmişdi.
3.UĢr (onda bir). Bu verg i xass torpaqlardan və iqta sahiblərin-
dən alınırd ı: Xarəzmşah Cəlaləddin Xoy, Səlmast, Urmiya şəhərlərini
atabəy
Özbəkin
keçmiş
qadını
Məlikə
xatın ın
ixtiyarına
verəndə,
vəzir Şərəf əl-Mülk əz-Zeynə əl-Bahərzini ona vəzir. həm də onun
yanında özünün naibi təyin etdi və göstəriş verdi ki, onun başqa iqta
vilayətlərindəki naib ləri kimi, o da Məlikə
xatının v ilayətlərindən
hər ay uşr vergisi y ığ malı və xəzinəyə verməlidir
2
.
Qeyd etmək lazımdır ki, Şərəf əl-Mü lk Sultanın vəziri kimi, eyni vəzifəni
onun yeni arvadının da yanında görməli idi. Ancaq bu ona başqa cür baxırdı. Ona
görə ki, vəzir Məlikə xatma sultan tərəfindən verilmiş torpaqlara iqta kimi baxır və
onu iqta sahibi sanırdı, ancaq onun torpaqlarının əslində sultanın xüsusi torpaqları
(xass) saymırd ı.
Ən-Nəsəvi yazır: "Sultan görəndə ki, Təbriz onun atlarını yemlə təchiz edə
bilmir və onun şəxsi mü lklərində (xass) taxıl yo xdur, vəzir Şərəf əl-Mülkün taxıl
anbarlannı açmaq, oradakı taxılı çörək-xanalar və atlar üçün istifadə etmək
qərarına gəld i.
Vəzir Şərəf əl-mü lk keçmiş vəzirlərin etdiyi kimi, vilayətlərdəki iqta
(muqta) sahiblərindən və xass torpaqlarından keç miş illə rin hesabına uşr yığırd ı.
Fərq bunda idi ki, keçmişdəkilər bunu gizli etdikləri halda, o, bunu öz
hakimiyyəti gücünə, sultanın əmri o lmadan, [açıq ] şəkildə edirdi. Bununla yanaşı,
hər hansı bir şəxs ona vergi verməkdən imtina edərkən, vəzir Şərəf əl-Mü lk də
bunu tələb etmird i. Çünki Sultan ona vergi y ığ mağı tapşırmamışdı.
Lakin elə bu zaman bütün vilayətlərdə xass torpaqlardan və iqta
sahiblərindən uşr vergisinin alın ması haqqında sultanın əmri verildi. Bundan sonra,
Şərəf əl-Mülk yaln ız İraq uşrundan hər il 70 mindən çox d inar qazan ırdı. İqta
torpaqlarına gəldikdə isə, onun sahibləri vəziri razı salmaq üçün gəliri onunla yarı
bölür, buna görə də onlardan heç birinin ondan şikayət etməyə cəsarəti çatmırdı.
Buna görə də vəzir hər bir sultan divanı ilə yanaşı, bütün vilayətlərdən uşr vergisi
almaq üçün öz xüsusi divanını yaratmışdı"
3
. İqta torpaqlarından və sultanın xüsusi
mü lklərindən (xass) uşr vergisi yığan vəzir Şərəf əl-Mülkün özbaşınalığ ı göz
qabağındadır.
4. Haqq (cəm halında - hüquq) - divanın nəfinə yığılan dövlət rüsumu və ya
vergisidir (haqq və ya hüquqi divani). Əsasən köçərilə rdən (elat lardan) otlaq lardan
1
H.Horst, səh.124, sənəd K-l.
2
Ən-Nəsəvi, səh.200.
3
Ən-Nəsəvi, səh.219-220.
Dostları ilə paylaş: |