Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə94/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   90   91   92   93   94   95   96   97   ...   103

196 
 
istifadəyə görə yığılan (hüquqi mardi) vergilər də mövcud idi. Ən-Nəsəvi bu vergi 
növünün alınmasına aid bir hadisəni öz əsərində xatırladır. 
Vəzir  Şərəf  əl-Mülk  1227-ci  ildə  Muğanda olarkən  öz  məmurları  (ummal) 
mü kəlləfiyyətləri (hüquq) yığmaq üçün türkmən qəbilələrinin yanına göndərdi. 
Əs-Sirac əl-Xarəzmi ad ı  ilə tanın mış bir adam yaramazlar dəs təsini özü ilə 
götürüb Gücət-Arslan tayfasının yanına yola düşdü. O, türkmənlərdən tələb etdi ki, 
onlar qonaqlıq üçün hər gün 30 baş heyvan kəsməlidirlər.  Buna başqa ağır xərclər 
də (təkalif) əlavə edilmişdi  ki, türkmənlər ona dedilər: "Sən gəl, ö z ağanın yanına 
qayıt  xəzinəyə  borclu  olduğumuz  vergiləri  biz  özü mü z  gətirərik  və  onları  sənin 
yığmağ ına ehtiyac yo xdur"
1

Ancaq  Şərəf  əl-Mülk  öz  xid mətçilərini  cəzalandırmaq  əvəzinə 
"türkmən lərin obaların ı  mühasirəyə aldı və onların  mal-qarasını  Beyləqana apardı. 
Qaramalın sayı 30 min idi"
2

5.
 
Aləf  (ulufə  -  ərəbcə  hərfi  tərcümədə  "qida",  "yem",  "aləf”)  - 
qarovulda  duran  dəstəni  və  ya  rəsmi  şəxsi  təmin  etmək  üçün  qida 
və  başqa  təbii  rüsumlar  vergisi
3
.  Hər  iki  termin  mənbələrdə  qoşa 
(yanaşı) işlədilər
4

İsmaililərin  atabəy  Özbəklə  dostluq  münasibətlərində  olan  başçısı 
Cəlaləddin  III  Həsən  (1210-1221)  İraqın  hakimi  məmlük  Menqliyə  qarşı  onunla 
saziş  bağladı.  1213-1214-cü  illərdə  Cəlaləddin  III  Həsən  Menqliyə  qarşı 
müharibədə  Özbəkə  yardım  göstərmək  üçün  Azərbaycana  gəldi.  "Cəlaləddin  III 
Həsənin  onun  (Özbəkin )  məmləkətində  olduğu  il  yarımlıq  müddətdə  atabəy  ona 
çox  böyük  iltifat  göstərmiş  və  onlarm  arasında  qardaşlıq  duyğuları  yaran mışdı. 
Atabəy  adətən  ona  külli  miqdarda  ərzaq,  artıq laması  ilə  pul  göndərirdi,  belə  ki, 
ənzal  və  ulufətin  bütün  növlərini  vermək  yolu  ilə  Cəlaləddinin  tələblərin i  qane 
etdikdən  sonra,  onun  təkcə  tanınmış  əyanlan  arasında  deyil,  həm  də  qoşununun 
əksəriyyəti  arasında  paylaşdırdığı  hədiyyə  və  fəxri  geyimləri  göndərəndən sonra, 
onun  xəzinəsinə  cari  xərclər  (həva'ic-baha)  üçün  gündəlik  o laraq  1000  par-para 
qızıl dinar yollayırd ı"
5

6.Nüzl  (cə m  halda  -  nüzul,  əksər  halda  ənzal  formasında)  -  mən- 
zil 
pulunun 
növü  (oturaq  mükəlləfıyyəti).  Təbəələr  hakimiyyətin  hər 
cür  nümayəndəsini  atlan  və  nökərləri  ilə  birlikdə  yerləşdirib,  qeyri - 
müəyyən  müddətə  saxlamağı  ö z  ü zərlərinə  götürməli  idilər.  Bu  əhali 
üçün  ən  ağır  mükəlləfiyyətlərdən  biri  idi
6
.  Rəşidəddin  qeyd  edir  ki, 
                                                                 
1
 Ən-Nəsəvi, səh.207. 
2
 Hüquq haqqında bax: H.Horst, səh.78. 
3
 Cüveyni, II, səh.599, 609. 
4
 Ə.Ə.Əlizadə, səh.233. 
5
 Cüveyni, II, səh.701. 
6
 Ə.Ə.Əlizadə, səh.236, 241. 


197 
 
monqolla r 
1221-c i 
ildə  Şirvandan  şimala  doğru  gedəndə,  Dərbəndin 
sakinləri onlara nüzl (tuzqü) gətirdilər
1

7.
 
Məunə (cəm halda - maunat, mriari) - "ərzaq-müavinət" -aləf kimi, o da 
bir növ "yaşayış yardımı" idi. Qanunsuz vergilərin b ir növüdür
2

8.
 
Ġnam  -  xey irxahlıq  ifadə  edir.  Hökmdann  (sultanın)  göstərişi  əsasında 
təbəələrdən haqla (hüquq) birlikdə yığ ılan ödənc növlərindən biri  idi.  Xarəzmşah 
Cəlaləddinin qardaşı Qiyasəddin Pir şah təbəələri biyara  (biqar)
3
,  məcburi ə məyə 
(şahkar) cəlb etməyi, tamahkarlıq (nəhməi) göstərməyi, rüşvət (rüşvət) və hədiyyə 
(cilat)  tələb  etməyi  qadağan  edən  bir  əmr  vermişdi.  Ancaq  "təbəələr  öz 
xeyirxahlığın ı  (iriam)  göstərməli  və  onlardan  tələb  ediləcək  haqqı  (hüquq) 
gətirməli id ilər"
4

9.
 
Mənəl  -  "qazanc"  (həmçinin  -  "gəlir"  və  s.).  İqta  sahibinin  xeyrinə 
yığılan  qeyri-müəyyən  xüsusi  bir  vergi.  Qiyasəddin  Pir  şahın  bir  əmrində  iqta 
sahibinin  öz  xeyrinə  təbəələrdən  "bütün  vergiləri,  o  cü mlədən  mara fiq,  mənəl, 
əvariz, təyyarət, mrian və qismət 

yığ maq hüququ haqqında danışılır. 
10. Marafi q  -  (mirfaq,  marfıqin  cəm  şəkli)  -  "ə mlak".  Təbəələ r 
onu iqta sahibinə ödənc şəklində verird ilə r
6

ll.  Avariz  -  fövqəladə  vergi.  İqta  yiyəsi  bunu  təbəələrdən  müəyyən 
hadisələr baş verdikdə yığırdı
7

12.
 
Qismət  -  (cəm  halda  qisəm)  - "qisim",  "hissə", "bölmə".  İqta  ağasının 
öz xeyrinə y ığdığı xüsusi bir vergi növü idi
8

13.
 
Təyyarət-  "uçağan".  E.Lambtona  görə,  "şəhər  qapılarından  alınan 
fövqəladə vergi, ya da gö mrük növlərindən biri" idi
9

14.
 
Təhəkkümat ("təhəkkümün cəm şəkli - "mühakimə", "nəzarət"). Elə bir 
vergi növü idi ki, din i  müəssisələr və mülklər onu ödəməkdən azad id ilər.  Gö mrük 
(bac)  və  gözlət mə  haqqı  (bədrak a)  da  bu  vergilərə  a id  idi.  Qiyasəddin  Pir  şahın 
əmrlərində bu vergilərdən bəhs edilir
10

15.  Dər ai b  (ərəb  sözü  daribatın  cəm  şəkli  -  "gömrük",  "bac",  "təzminat"). 
Bəzən təyyarəta tay turulan  xüsusi vergidir
11
. Bəzən də bu sözün altında bir neçə 
                                                                 
1
 Rəşidəddin, 1/1, səh.195. 
2
 H.Horst, səh.80. 
3
 Biyar haqqında bax: Ə.Ə.Əlizadə, səh.228-231. 
4
 H.Horst, səh.79, 170, sənəd Ee-3. Müasir dövrdə inam İranda bəxşiş - "çay  pulu"dur. 
5
 H.Horst, səh.80, 81. 140, sənəd S-6. 
6
 Yenə orada. 
7
 Yenə orada, səh.77-78. 
8
 Yenə orada, səh.81, 140. 
9
 A.K.Lambton, Landlord, 441. Bu vergi haqqında məlumat üçün İbn əl-Bəlxinin "Farsnamə" əsərinə 
(1106-1116-cı illər arasında yazılıb) bax: Q. le Strenc bu əsərin tərcüməsinə yazdığı şərhində həmin 
verginin torpaq vergisi və əlavə gəlir vergisi kimi mənalandırır. İqta ağaları bu verginin təbəələrdən 
öz xeyrinə alırdılar. İbn əl-Bəlxi. səh.132; H.Horst, səh.81-82, 140, sənəd S-6. 
10
 H.Horst, səh.146-147. Sənəd V, səh.7; 167-168; Sənəd Uu (TsT s)-2. 
11
 Yenə orada. Sənədlər İ-5, L-l, L-2. N-4. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə