85
üzərindəki mehrab təsvirləri ilə sübut edilir.
Sasani sülaləsi oda sitayiĢlə daha sıx bağlı id i. Bu sülalənin çıxd ığı Fa rs
vilayətinin hakimləri (frataraklar) artıq parfiyalılar vaxtında özlərini müqəddəs
odun qoruyucuları hesab edirdilər: bunu o dövrün, üzərində od mehrabın ın təsviri
olan pulları təsdiq edir.
Sasani sülaləsinin baniləri fars kahinliyi, hər Ģeydən əvvəl, Anahit məbədi
ilə sıx bağlı id ilər (Anahit - müqəddəs sular ilahəsi; Avestaya əsasən ulu Hörmü zün
özü ona bütün varlığın qayğısını çəkməy i həvalə etmiĢdi. Onun üstünlüyü duada da
özünü göstərir: "Hörmü zün, bütün allahların və xanım Anahitin adı ilə"). Rəs mi
dövlət oda sitayiĢi ilə yanaĢı, Ġranda qədimdən əcdadların sitayiĢi ilə bağlı olan ailə
odu ənənəsi qalırd ı. Sasani "Qanunnamə"sində ailə odlarının qorunub
saxlan ılmasının vacib liy i kifayət qədər aydın göstərilir; belə ki, bu iĢ ev sahibinin
və onun ailə üzvlərinin əsas borcu idi: "Əgər o, desə ki, mən ailəni sənin himayənə
verdim, deməli, od da ona tapĢırılır"
1
.
Oda dövlət sitayiĢi, Ģübhəsiz, hələ maniçilərin darmadağın edilməsindən
sonra baĢ vermiĢ və hər Ģeydən öncə mobed Kartirin fəa liyyəti ilə sıx bağlı o lan
ZərdüĢt kilsəsi islahatlarından əvvəl mövcud idi.
ZərdüĢtiliyin dövlət dini kimi təĢəkkül tapdığı dövrdə kilsə və dövlət
bidətçi təlimlərə və bütpərəstliyə qarĢı mübarizə aparırd ıla r. "Qanunnamə"də
verilən məlu mata görə, Ģəhərlərə fərman göndərild i; maniçilikdə və onu yaymaqda
günahlandırılan hər b ir adamın bütün əmlakı Ģah xəzinəsi xeyrinə müsadirə
olunacaq. Sasani dövlətində zərdüĢtiliyə zidd məzhəblərin o lduğu Kartirin
"ZərdüĢtün Kəbəsi"ndəki kitabəsindən görünür; məlu m olur ki, iudaizm və
xristianlıq la yanaĢı, ölkədə buddizm və brəhmən izm də yayılmıĢdı. Kartirin
məlu matına görə, dövlətin bütün ərazisində bu dinlərin ard ıcılları əsir-yesir
edilmiĢ, onların allahların ın təsvirləri və məbədləri məhv edilmiĢ, bu məbədlərin
yerində atəĢgahlar tikilmiĢdi. Bu məlu mat "Qanunnamə"də təqdim edilən bütxana -
ların dağıdılması və onların yerində od mehrablarının tikilməsi xəbəri ilə də təsdiq
edilir. Orta farsdilli mənbələrdə atəĢgədə sözünü ifadə etmək üçün "atəhĢ" və
"adur" terminlərindən istifadə olunurdu. Pəhləvi mənbələrindən olan "AtəhĢ
NiyanĢi"də deyilir: " Vaxramın Odunun - böyük odun əzəməti və Ģöləsi üçün qoy
odun qalib hökmdarı ucalsın. Qoy lazımi yerlərdə təsis edilmiĢ Adur QuĢnasp
(AdurquĢnasp), Adur Xordad, Adur Burzen Mihr və baĢqa odların əzə məti və
Ģöləsi ucalsın".
Məbəddəki od gecə-gündüz yanırdı; ĢahənĢah və əyanlar tərəfindən təsis
edilmiĢ od məbədlərinə təsisatçının, yaxud onun nəslindən olanların adları
verilirdi. Ərəb-fars müəlliflərin in də təsdiq etdikləri orta fars mənbələrindəki
məlu mata görə daha çox ehtiram bəslənən odları "AtəhĢ Vahram" adlandırırd ılar.
Bu termini ind iki atəĢpərəstlər də iĢlədir. Belə odlar bir və ya bir neçə Ģəxs tərəfin-
1
Bu vəziyyət indiyə kimi Hindistan parslarında və Ġran zərdüĢtlərində qalmıĢdı
86
dən təsis oluna bilərdi. AtəĢgahların əmlakına xüsusi dini idarə - divani kardağan
rəhbərlik edirdi. Onların, görünür, sosial iyerarxiyan ı özündə əks etdirən
mütəĢəkkil iyerarxiyası mövcud idi. Üç baĢ od məbədi xüsusi yer tuturdu.
"BundahiĢn"də verilmiĢ ənənəyə görə, Farroboq ("ilahi Ģölə") odu bir vaxtlar
Xarəzmdə, Xvarro mand dağında, döyüĢçülər zü mrəsinin hamisi olan AdurquĢnasp -
Əsnavənd dağında, kəndlilərin himayəçisi Adur Burzen M ihr -Rəvand dağında
yerləĢmiĢdi. Rəvayətə görə, bu odları insanlar yandırma mıĢ, onlar ə zəldən mövcud
olmuĢlar. Pəhləvi mətnlərində bu odlar haqqında bir neçə əfsanə qalmıĢdır.
Bunlardan ən ətraflısı "BundahiĢn"də "Odların xüsusiyyətləri haqqında" 17-ci
fəsildə verilmiĢdir.
Adları çə kilən üç ən möhtərə m məbəddən biri olan AdurquĢnasp
atəĢkədəsi Azərbaycanda, indiki Təxti-Sü ley man Ģəhərgahı yerində olan ġizdə
yerləĢirdi. Ərəb coğrafi ədəbiyyatında ġiz (əĢ-ġiz) Ģəhəri və orada yerləĢən
AdurquĢnasp məbədinin ən ətraflı təsviri X yüzilin görkəmli alim-səyyahı Əbu
Düləfə məxsusdur. ġizdən Xuzistanadək olan səyahətini qələmə aldığı "Ġkinci
risalə"sində o, göstərir ki, ġiz "Marağa, Zəncan, ġəhrəzur və Dinəvərlə" qızıl, civə,
qurğuĢun, gümüĢ, sarı arsen (miĢyaq) və əl-cəmast adlanan daĢ mədənləri o lan
dağlar arasındadır".
Daha sonra Əbu Düləf yazırdı: "Sizin ço x hörmət olunan bir atəĢgədəs i
var. MəĢriq və məğrib məcusların ın od evləri bu atəĢ gədədən od alır. Onun
qübbəsinin baĢında gümüĢ aypara var, bu onun tilsimidir. Əmir və fatehlə rdən
bəzisi onu qoparmağa çalıĢ mıĢ, la kin buna qüdrətləri çatma mıĢdır. Bu məbədin
möcü zələrindən biri də odur ki, yeddi yüz ildən bəri yanmasına baxmayaraq, orada
qətiyyən kül yoxdur. Bu Ģəhəri Hürmüz ibn XosrovĢir ibn Bəhram daĢdan və
əhəngdən tikdirmiĢdir. Bu məbədin yanında uca saraylar, əzəmətli və hündür
binalar var...".
Əbu Düləfin Ģəhərin təsisatı haqqında verdiyi mə lu mat əfsanəvi xarakter
daĢısa da, onun təqdim etdiyi ġizin təsviri XIX əsr Avropa s əyahətçiləri və
tədqiqatçıların ın gördükləri və yazdıqları ilə üst-üstə düĢür və Təxti-Süley man ın
arxeolo ji tədqiqat materialları ilə təsdiqlənir.
Məbədin əsasının qoyulmasını III əsrə aid edən Əbu Düləfin məlu matına
inanmaq o lar. Təxti-Sü ley manda aparılan qazıntıların aĢkarlaĢdırdığ ı əksər
tapıntılar (o cümlədən bullalar) I Xosrovun dövrünə aid olsa da, Əbu Düləfin
göstərdiyi tarix arxeolo ji qazıntıların nəticələri ilə təsdiq olunur. Məbəd
kompleksində aparılan qazıntılar isə onun hələ XIII əsrdə də mövcud olduğunu sübut edir
1
.
Qazıntılar nəticəsində günbəz Ģəkilli mərkəzi zal, ümu mi tağlı sütunları olan
həyət, ona bitiĢik olan çiy kərpic günbəzli tikililər, böyük sütunlu zal, məbədlə qonĢu-
1
Təxti-Süleymanda ilk arxeoloji tədqiqatları 1937-ci ildə Ġran incəsənəti və
arxeologiyası Amerika Ġnstitutunun ekspedisiyası baĢlamıĢdır. Tehrandakı alman Arxeoloji
Ġnstitutu 1959-cu ildən bu iĢləri davam etdirmiĢ, od məbədinin Sasani dövründə tikildiyini
təsdiq etmiĢdir.