87
luqda olan qübbəli evlər və Sasani eyvanı aĢkar edilmiĢdir.
Ərəb coğrafiyaçıları və tarixçiləri tərəfindən dəfələrlə xatırlanan
AdurquĢnasp məbədi həmçinin, Nizami Gəncəvinin "Ġsgəndərnamə" poemasının
"ġərəfnamə" hissəsində ətraflı təsvir olunub. Məbədin öz adını verməyən Nizami onu
Ġskəndər dövrünə aid edir, amma, Ģübhəsiz, məbədin ona müasir təsvirini təqdim edir.
Nizami məbəd kompleksinin əsas tikililərindən Təxti-Sərir qəsri, Taxtxana və saray
haqqında söhbət açır, "Key-Xosrov təxti"ni isə xüsusi qeyd edir (bu yəqin ki, ərəb
müəlliflərinin Bizans imperatoru Ġraklinin yürüĢ vaxtına aid olan "Xosrovun təxti"
haqqında məlu matların ın təsirindəndir).
Nizami Taxtı Səririni Təxti Süleymanda aparılan qazıntıların nəticəsi ilə
tutuĢdurduqda, "Ġskəndərnamə"də adı çəkilən qəsrin ġizdəki məbədlə eyniliyi, Təxti
Sərir adının isə bu məbədə verilən baĢqa ad olması heç bir Ģübhə doğurmur. Nizami
həmçinin "Key-Xosrov mağarası"nı təsvir edir, onu "dəfinələr mağarası", yaxud "əbədi
rahatlıq mağarası" adlandırır. Bu mağaranın timsalı, Ģübhəsiz ki, Təxti-Süleymandan 3
k m cənubda yerləĢən Zendani Süleymandır. Bu, dərin kraterinin ortasında vulkanik
mənĢəli çox böyük göl yaranmıĢ 110 m hündürlükdə kiçik dağdır.
Ənənəyə görə, hakimiyyət taxtına çıxan hər Sasani ĢahənĢahı piyada
AdurquĢnasp məbədinə ziyarətə getməli, orada ibadət etməli, məbədə ənam verməli
idi. Göründüyü kimi, Sasani sülaləsi üçün xüsusi əhəmiyyət kəsb etmiĢ AdurquĢnasp odu
tədqiqatçıların da təsdiq etdiyi kimi, "dövlətin və dinin birliyinin rəmzi, din xadimləri ilə
ittifaqda möhkəmlənmiĢ Sasani Ģah hakimiyyətinin rəmzi id i".
Mənbələrin məlu matına görə, Sasani hökmdarı V Varahran (Bəhram-
Çubin, 590-591) türklərə qarĢı yürüĢə çıxmazdan qabaq "Azərbaycanın məbədi"ni
ziyarət etmiĢ, döyüĢü qələbə ilə baĢa vurduqdan sonra yenidən məbədə gəlmiĢ və
əldə etdiyi qənimətin ən qiy mətlisin i buraya ənam kimi təqdim etmiĢdi.
BaĢqa bir məlu mata görə, atasının hakimiyyətdən uzaqlaĢdırılması
xəbərin i eĢidən II Xosrov Pərviz o vaxtadək sığınacaq tapdığı Azərbaycandan
Mədainə yola düĢmüĢ, Ģəhəri ələ keçirib taxta oturmuĢdu. Firdovsi öz
"ġahnamə"sində dəqiqləĢdirir ki, Ģahzadə Xosrov sığınacaq yeri kimi
Azərbaycandakı AdurquĢnasp məbədini seçmiĢdi. Sonralar II Xosrov dəfələrlə
məbədi ziyarət etmiĢ, buraya qiy mətli hədiyyələr bağıĢlamıĢdı. II Xosrovun tac -
qoyma mərasimin in də bəzi ərəb müəlliflərin in, eləcə də Firdovsinin məlu matından
göründüyü kimi, AdurquĢnasp məbədində keçirildiy ini ehtimal etmək olar.
88
§ 8. ADURBADAQANDA XRĠSTĠANLIQ
Azərbaycanın cənub hissəsi Adurbadaqanda xristianlıq haqqında ilk yazılı
qeyd 420-c i ildə katolikos Yabalah ın dövründə (415-419) çağırılmıĢ sinodun
aktlarında qorunub saxlan mıĢdır. Lakin bu faktın özü xristianlığ ın burada mövcud
olan çoxdankı ənənələri haqqında ehtimal yürütmək imkanını verir; belə ki, yeni
dinin yayılması üçün zəmin o lmayan yerdə yepiskopluq yarana bilməzdi.
Azərbaycanın Ģimalında - Albaniyada, eləcə də indiki Gürcüs tan və
Ermənistan ərazisində olduğu kimi, cənubda - Adurbadaqanda da xristian kilsəsi
feodal münasibətlərin in yarandığı dövrdə meydana çıxmıĢdır.
Mənbələrdə "ilk ġərq" həvarisi
1
adlanan Foman ın artıq e. ilk əsrində
midiya lıla r və farsla r aras ında dini təbliğat aparması haqqında fakt lar a z deyil.
Ġsanın meracın ın ikinci ilində, o, Hindistana gedərkən, yolüstü parfiyalılar,
midiyalılar, farslar, baktriyalılar, markianlar arasında təbliğat aparmıĢdı. Siryani
mənbələrin in yazdığ ına görə, Gilan əhalisi xristianlığı həvari Addaydan qəbul
etmiĢdi, Deyləmdə isə artıq 224-cü ildə yepiskopluq vardı.
"Yeni əhd" ("Əhdi-cədid") kitabları iudaizmin mərkə zi olan Yerusəlimi
xristianlığ ın beĢiyi adlandırırlar; bu dini təriqətin ilk nü mayən dələri də iudaistlər
arasından çıxmıĢ, xristianlıq ö zünün erkən dövründə məhz onlara dayaqlan mıĢdı.
Azərbaycanda və Cənubi Qafqazın baĢqa yerlərində xristianlığın qəbulu
iudaistlərin bu yerlərdə ço xdan bəri məskunlaĢ ması ilə sıx bağlıdır. Mənbələrin
məlu matına görə, hələ II Sarqon (e.ə. 722-705) dövründə Ģimal israillilərinin b ir
hissəsi Midiyaya, Atropatenaya və b. yerlərə gəlib çıxmıĢdılar.
Erkən xristianlığ ın təbliğatı Suriyada, daha sonra isə ġərqin baĢqa
yerlərində uğurlu idi, belə ki, təbliğat arami dilində arami dilli əhali arasında
aparılırdı. Ən əvvəl xristianlıq Kiçik Asiyada və Suriyada yayıldı, Antakiya
(Antioxiya) Ģəhəri isə xristianlığın iri mərkəzlərindən birinə çevrildi. Məhz
Antakiya kilsəsindən xristianlıq həvari Pavelin vasitəsilə Kiçik Asiyaya, Kiprə,
Yunanıstana yetiĢdi, daha sonra isə bir qədər əvvəl həvari Fomanın təb -liğatına
məruz qalmıĢ parfiyalılar arasında yayılmağa baĢladı. Eramızın II əsrində
Osroyena və Edessada (ər-Ruha) kilsə təĢkil olundu. Daha sonra xristian təbliğatı
Farsa, Mid iyaya, Ba ktriyaya doğru hərəkət edərək, nəhayət, Hindistana yetiĢdi.
Kesariyalı Evseviyin "Kilsə tarixi"nin III kitabında və Sokratın
"Sxolastika"sında əks olunan köhnə rəvayətə görə, həvarilik nəsibi Fo maya
Parfiyada, Ġsanın digər Ģagirdi Varfo lo meyə isə Hindistanda qismət olmuĢdur.
Parfiyalılar, mid iyalılar, e la mlıla r arasında xristian təbliğatı yayan Va rfo lo mey
farsların və məcusların yaĢadıqları yerlə rə, oradan isə Ermənistana getmiĢdi.
Ġsa peyğəmbərin digər Ģagirdi, Ġncilin müəlliflərindən biri hes ab edilən
1
Həvari və ya
apostol - Ġsa peyğəmbərin 12 Ģagirdinin - köməkçisinin hər birinə
verilən ad