94
yaĢayıĢ məskənləri Ģəhərlərə nisbətən daha yığcam əraziyə malik olmaları ilə
fərqlənir.
Kənd tipli yaĢayıĢ məskənləri az-çox Quba - Xaçmaz bölgəsində qeydə
alınmıĢ və qismən tədqiq olunmuĢdur. Böyüktəpə, Xucbala, Ku xuroba, Salmantəpə,
Qursantəpə, Cağar, ġamiltəpə, Enıx bunlara misal ola bilər. Kənd yaĢayıĢ
məskənlərində mədəni təbəqə qalıqları seyrək səpələnmiĢ və orta hesabla 1-1,5 m-dən
qalın deyil. Bəzi abidələrdə (Qızılgültəpə, ġamiltəpə - Qusar rayonu) süni müdafiə
köbərlərinə də təsadüf olunmuĢdur.
ġəhərlərdə və Ģəhər tipli yaĢayıĢ məskənlərində bir neçə vel yaxud qarıĢıq
qəbirli
qəbiristanlıqlara təsadüf
olunursa,
kənd yaĢayıĢ
məskənlərindəki
qəbiristanlıqlarda qəbirlər daha yeknəsəqdir.
Albaniya ərazisində ilk orta əsrlərə aid xristian məbədləri (Qax rayonu Qum
kəndi, Qəbələ rayonu Böyük Əmili kəndi, Mingəçevir, Dağlıq Qarabağda Amaras,
Ağdamda Govurqala və s.), istehsalat ocaqları, alban və pəhləvi yazıları, daĢ bütlər,
ĢüĢəəridən və dulus kürələri və müxtəlif tip qəbiristanlıqlar qazılıb öyrənilmiĢdir.
Azərbaycanın Ģimal-Ģərq ərazisində aparılan axtarıĢlar nəticəsində müəyyən
edilmiĢdir ki, burada ilk orta əsrlərdə intensiv yaĢayıĢ olmuĢdur. Xüsusilə dəniz sahili
boyu ərazidə yaĢayıĢ məskənlərinin sayı çoxalmıĢ, onların dağətəyi və dağlıq rayonlarla
əlaqəsi artmıĢdır. Qusar rayonundakı Yusifxantəpə və Qızlartəpə, Quba rayonunda
Sandıqtəpə və Dəvəçi rayonunda Almastəpə dövrün ən səciyyəvi yaĢayıĢ məskənləri
hesab edilir. Abidələrin, adətən, təpə üstündə yerləĢən əsas yaĢayıĢ məskəni və onun
ətrafında qrup Ģəklində səpələnmiĢ məskənlərdən ibarət olduğu müəyyən edil-
miĢdir. Əsas yaĢayıĢ məskəni daha möhkəm mövqedə olmaqla, bir növ, ətraf
məskənlərin mərkəzi kimi özünü büruzə verir. Cənubi Azərbaycanda ġiz Ģəhər və
məbəd kompleksi aĢkar edilmiĢ, burada məĢhur AdurquĢnasp məbədinin qalıqları
tədqiq olunmuĢdur, Mərkəzi günbəzli bina, kiçik günbəzli əlavə binalar, sütunlu zal,
sütunlu həyət, eyvan və digər tikililər aĢkara çıxarılmıĢdır.
Dövrün əsas qəbir abidələrindən sadə torpaq qəbirlər, demək olar ki,
Azərbaycanın bütün bölgələrində yayılmıĢdır. DaĢ quru qəbirlərə dağ rayonlarında,
katakombalara Mingəçevir, Qəbələ, Qusar, Qax rayonlarında, quyu və küp qəbirlərə
ġamaxıda, xristian qəbirlərinə əsasən dağ rayonlarında - Albaniyanın cənub və qərb
bölgələrində təsadüf olunur. Qəbir materialı kimi daĢ və biĢmiĢ kərpicdən, ağacdan,
dövrün sonlarında isə daĢ sarkofaqlardan istifadə olunmuĢdur. Qəbirlər tikinti materialı,
qəbir quruluĢu və avadanlığına görə müxtəlif olsalar da onlardakı maddi-mədəniyyət
qalıqlarında ü mu mi cəhətlər ço xdur.
Qeyd edək ki, ilk orta əsrlərdə qəbirlərə avadanlıq qoymaq xeyli azalmıĢ və
dövrün sonunda, demək olar ki, aradan çıxmıĢdır. Buna baxmayaraq, qazıntılar
nəticəsində ilk orta əsr yaĢayıĢ yerləri və qəbirlərdən müəyyən qədər əĢyavi materiallar
əldə edilmiĢdir. Bunların əksəriyyətini, əlbəttə, dulusçuluq və az-çox ĢüĢəçilik,
metaliĢləmə və daĢiĢləmə sənətinə aid materiallar təĢkil edir.
Antik dövrdə olduğu kimi, ilk orta əsrlərdə də əhalinin təsərrüfat və məiĢət
95
həyatında aparıcı rolu metal oynamıĢdır. Azərbaycanda ilk orta əsrlərdə metal emalı
haqqında az da olsa yazılı mənbələr xəbər verir. Bəzi rayonlarda metaləridən kürələrin
olduğunu geoloji axtarıĢlar da təsdiq etmiĢdir. Məlum olmuĢdur ki, metalın ilkin emalı
filiz yataqları yaxınlığında və ağac kömürün bol olduğu yerlərdə aparılmıĢdır. Lakin
metalın sonrakı iĢlənməsi Ģəhərlərdə də həyata keçirilmiĢdir. Beyləqanda, Qəbələdə,
ġamaxıda ilk orta əsr təbəqələrindən külli miqdarda dəmir Ģlakları tapılmıĢdır.
Mingəçevirdən dəmir xaç tökmək üçün qəlib məlumdur. Bunlar həmin Ģəhərlərdə
dəmirçi kürələrinin və metal əĢya istehsalının mövcud olduğunu xəbər verir. Çox
təəssüf ki, qazıntılarda metal əĢyaların özləri az tapılır. Bunun bir səbəbi metalın
torpaqda pis qalmasıdırsa, digər səbəbi iĢlənmiĢ əĢyanın yenidən emal edilməsi,
ondan təkrar istifadə olunmasıdır. Beyləqan qazıntılarının ilk orta əsr təbəqəsindən bizə
dəhrə, ox ucluğu, mismar, Mingəçevirdən xıĢ gavahının hissəsi, oraq, dəryaz, dəmir
toxa, oraqvari bıçaqlar, qoyun qırxmaq üçün qayçılar, sayırğa, nizə və ox ucluqları
məlumdur. Arxeoloji qazıntılar zamanı xeyli metal (dəmir, tunc və gümüĢ) qab-qaçaq
qalıqları da əldə edilmiĢdir. Bunlar boĢqab, cam, sərnic, lüləyin, vedrə, qaĢıq, qayıqvari
qablar, külqabı və s.-dən ibarətdir. Ən çox təsadüf edilən metal - bəzək əĢyalarıdır.
Tuncdan düzəldilən mü xtəlif bilərziklər, muncuqlar, toqqa baĢlıqları, halqalar,
sancaqlar, qaĢlı və qaĢsız üzüklər, asmalar, zınqırovlar, ağac və qayıĢ üçün üzlük
hissələri və s. belə tapıntılardandır. Bunlardan bəziləri yüksək ustalıq və bədii zövqlə
hazırlan mıĢdır. Bir ədəd tunc qartal fiquru orijinal forması ilə nəzəri cəlb edir.
Qiymətli metallardan düzəldilmiĢ bəzək əĢyaları - üzük, bilərzik, sırğa, düymə
və s. daha zərifdir və gözəlliyi ilə seçilir. Qazıntılardan tapılmıĢ zərgər əmək alətləri -
kiçik maĢa, qaĢıq, tərəzi, məhək daĢı həmin bəzəklərin yerli istehsalından xəbər
verir.Tökmə və döymə üsulu ilə hazırlanmıĢ bəzək əĢyalarında simvolik məna daĢıyan
iĢarələrə, təsvirlərə təsadüf olunur. Kiçik insan fiqurlarına belə rast gəlinir.
Mingəçevirdən bir neçə ədəd ilk orta əsrlər üçün səciyyəvi hesab edilən qanadlarının
ucunda ikipər dairəvi düyməsi olan xaçlar tapılmıĢdır. Tapıntılar içərisində gətirilmə
metal əĢyalara da təsadüf olunur. Bunlardan ġamaxı gümüĢ camı xüsusi maraq doğurur.
Camda dağ keçisi ovlayan atlı böyük ustalıqla və bədii zövqlə təsvir edilmiĢdir. Cam III
əsrin sonu - IV əsrin əvvəllərinə aiddir. Mingəçevirdən, Torpaqqaladan (Qax rayonu) və
Qubadan da nadir gümüĢ qablar əldə ed ilmiĢdir.
Ġlk orta əsrlərdə, əvvəlki dövrlərdə olduğu kimi, arxeoloji qazıntı materialının
əsas kütləsini saxsı qablar təĢkil edir. Bunun səbəbi, onların sındıqdan sonra təkrar
istehsal üçün yararsız olması və torpaqda nisbətən yaxĢı qalması ilə izah edilir. Antik
dövrdə olduğu kimi, bu dövrdə də hələ ayaq dulus çarxından demək olar ki, istifadə
olunmurdu; tək-tək hallarda, o da ilk orta əsrlərin sonlarında, dulus çarxından istifadə
olunaraq hazırlanmıĢ qablara təsadüf olunur. Belə bir çarxın nümunəsi ġamaxı rayonundan
tapılmıĢdır. Lakin bu dövrdə gilinin və biĢirilmə keyfiyyətinin nisbətən yaxĢılaĢmasına
baxmayaraq, ümumiyyətlə, dulusçuluq sənətində tənəzzül, geriləmə olduğu nəzərə
çarpır. Qabların formaları kobudlaĢır, çeĢidi azalır, naxıĢları sadələĢir, uzunburun,
süzgəcli və hündür ayaqlı qabların formalarında sadəliyə doğru dəyiĢikliklər baĢ verir