Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə41/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   37   38   39   40   41   42   43   44   ...   215

87 

luqda olan qübbəli evlər və Sasani eyvanı aĢkar edilmiĢdir.  

Ərəb  coğrafiyaçıları  və  tarixçiləri  tərəfindən  dəfələrlə  xatırlanan

AdurquĢnasp  məbədi  həmçinin,  Nizami  Gəncəvinin  "Ġsgəndərnamə"  poemasının 

"ġərəfnamə"  hissəsində ətraflı  təsvir  olunub.  Məbədin öz  adını  verməyən  Nizami  onu

Ġskəndər dövrünə  aid  edir,  amma,  Ģübhəsiz,  məbədin  ona  müasir təsvirini təqdim  edir.

Nizami  məbəd  kompleksinin  əsas  tikililərindən  Təxti-Sərir  qəsri,  Taxtxana  və  saray 

haqqında  söhbət  açır,  "Key-Xosrov  təxti"ni  isə  xüsusi  qeyd  edir  (bu  yəqin  ki,  ərəb

müəlliflərinin  Bizans  imperatoru  Ġraklinin  yürüĢ  vaxtına  aid  olan  "Xosrovun  təxti"

haqqında məlu matların ın təsirindəndir). 

Nizami  Taxtı  Səririni  Təxti  Süleymanda  aparılan  qazıntıların  nəticəsi  ilə

tutuĢdurduqda, "Ġskəndərnamə"də  adı  çəkilən  qəsrin  ġizdəki  məbədlə  eyniliyi,  Təxti

Sərir  adının  isə  bu  məbədə  verilən baĢqa  ad  olması  heç bir Ģübhə  doğurmur.  Nizami 

həmçinin "Key-Xosrov mağarası"nı təsvir edir, onu "dəfinələr mağarası", yaxud "əbədi

rahatlıq mağarası" adlandırır. Bu mağaranın timsalı, Ģübhəsiz ki, Təxti-Süleymandan 3

k m  cənubda  yerləĢən  Zendani  Süleymandır.  Bu,  dərin  kraterinin  ortasında  vulkanik 

mənĢəli çox böyük göl yaranmıĢ 110 hündürlükdə kiçik dağdır. 

Ənənəyə  görə,  hakimiyyət  taxtına  çıxan  hər  Sasani  ĢahənĢahı  piyada

AdurquĢnasp məbədinə  ziyarətə getməli, orada  ibadət  etməli, məbədə ənam verməli 

idi. Göründüyü kimi, Sasani sülaləsi üçün xüsusi əhəmiyyət kəsb etmiĢ AdurquĢnasp odu

tədqiqatçıların da təsdiq etdiyi kimi, "dövlətin və dinin birliyinin rəmzi, din xadimləri ilə 

ittifaqda möhkəmlənmiĢ Sasani Ģah hakimiyyətinin rəmzi id i". 

Mənbələrin  məlu matına  görə,  Sasani  hökmdarı  V  Varahran  (Bəhram-

Çubin,  590-591) türklərə qarĢı yürüĢə çıxmazdan qabaq "Azərbaycanın  məbədi"ni 

ziyarət etmiĢ, döyüĢü qələbə ilə baĢa vurduqdan sonra yenidən məbədə gəlmiĢ və 

əldə etdiyi qənimətin ən qiy mətlisin i buraya ənam kimi təqdim etmiĢdi.  

BaĢqa  bir  məlu mata  görə,  atasının  hakimiyyətdən  uzaqlaĢdırılması

xəbərin i  eĢidən  II  Xosrov  Pərviz  o  vaxtadək  sığınacaq  tapdığı  Azərbaycandan 

Mədainə  yola  düĢmüĢ,  Ģəhəri  ələ  keçirib  taxta  oturmuĢdu.  Firdovsi  öz

"ġahnamə"sində  dəqiqləĢdirir  ki,  Ģahzadə  Xosrov  sığınacaq  yeri  kimi

Azərbaycandakı  AdurquĢnasp  məbədini  seçmiĢdi.  Sonralar    II  Xosrov  dəfələrlə 

məbədi  ziyarət  etmiĢ,  buraya  qiy mətli  hədiyyələr  bağıĢlamıĢdı.  II  Xosrovun  tac -

qoyma mərasimin in də bəzi ərəb müəlliflərin in, eləcə də Firdovsinin məlu matından 

göründüyü kimi, AdurquĢnasp məbədində keçirildiy ini ehtimal etmək olar.  



88 

§ 8. ADURBADAQANDA XRĠSTĠANLIQ 

Azərbaycanın cənub hissəsi Adurbadaqanda xristianlıq haqqında ilk yazılı

qeyd  420-c i  ildə  katolikos  Yabalah ın  dövründə  (415-419)  çağırılmıĢ  sinodun 

aktlarında qorunub saxlan mıĢdır.  Lakin bu faktın özü  xristianlığ ın burada  mövcud

olan  çoxdankı  ənənələri  haqqında  ehtimal  yürütmək  imkanını  verir;  belə  ki,  yeni 

dinin yayılması üçün zəmin o lmayan yerdə yepiskopluq yarana bilməzdi.  

Azərbaycanın  Ģimalında  -  Albaniyada,  eləcə  də  indiki  Gürcüs tan  və

Ermənistan  ərazisində  olduğu  kimi,  cənubda  -  Adurbadaqanda  da  xristian  kilsəsi 

feodal münasibətlərin in yarandığı dövrdə meydana çıxmıĢdır.  

Mənbələrdə  "ilk  ġərq"  həvarisi

1

 

adlanan  Foman ın  artıq  e.  ilk  əsrində



midiya lıla r  və  farsla r  aras ında  dini  təbliğat  aparması  haqqında  fakt lar  a z  deyil. 

Ġsanın  meracın ın  ikinci  ilində,  o,  Hindistana  gedərkən,  yolüstü  parfiyalılar,

midiyalılar,  farslar,  baktriyalılar,  markianlar  arasında  təbliğat  aparmıĢdı.  Siryani

mənbələrin in  yazdığ ına  görə,  Gilan  əhalisi  xristianlığı  həvari  Addaydan  qəbul 

etmiĢdi, Deyləmdə isə artıq 224-cü ildə yepiskopluq vardı. 

"Yeni  əhd"  ("Əhdi-cədid")  kitabları  iudaizmin  mərkə zi  olan  Yerusəlimi

xristianlığ ın  beĢiyi  adlandırırlar;  bu  dini  təriqətin  ilk  nü mayən dələri  də  iudaistlər 

arasından çıxmıĢ, xristianlıq ö zünün erkən dövründə məhz onlara dayaqlan mıĢdı. 

Azərbaycanda  və  Cənubi  Qafqazın  baĢqa  yerlərində  xristianlığın  qəbulu

iudaistlərin  bu  yerlərdə  ço xdan  bəri  məskunlaĢ ması  ilə  sıx  bağlıdır.  Mənbələrin 

məlu matına  görə,  hələ  II  Sarqon  (e.ə.  722-705)  dövründə  Ģimal  israillilərinin  b ir

hissəsi Midiyaya, Atropatenaya və b. yerlərə gəlib çıxmıĢdılar. 

Erkən  xristianlığ ın  təbliğatı  Suriyada,  daha  sonra  isə  ġərqin  baĢqa

yerlərində  uğurlu  idi,  belə  ki,  təbliğat  arami  dilində  arami  dilli  əhali  arasında 

aparılırdı.  Ən  əvvəl  xristianlıq  Kiçik  Asiyada  və  Suriyada  yayıldı,  Antakiya

(Antioxiya)  Ģəhəri  isə  xristianlığın  iri  mərkəzlərindən  birinə  çevrildi.  Məhz 

Antakiya  kilsəsindən  xristianlıq  həvari  Pavelin  vasitəsilə  Kiçik  Asiyaya,  Kiprə,

Yunanıstana  yetiĢdi,  daha  sonra  isə  bir  qədər  əvvəl  həvari  Fomanın  təb -liğatına

məruz  qalmıĢ  parfiyalılar  arasında  yayılmağa  baĢladı.  Eramızın  II  əsrində 

Osroyena və  Edessada  (ər-Ruha)  kilsə  təĢkil  olundu.  Daha  sonra  xristian  təbliğatı

Farsa, Mid iyaya, Ba ktriyaya doğru hərəkət edərək, nəhayət, Hindistana yetiĢdi. 

Kesariyalı  Evseviyin  "Kilsə  tarixi"nin  III  kitabında  və  Sokratın

"Sxolastika"sında  əks  olunan  köhnə  rəvayətə  görə,  həvarilik  nəsibi  Fo maya 

Parfiyada,  Ġsanın  digər  Ģagirdi  Varfo lo meyə  isə  Hindistanda  qismət  olmuĢdur.

Parfiyalılar,  mid iyalılar,  e la mlıla r  arasında  xristian  təbliğatı  yayan  Va rfo lo mey 

farsların və məcusların yaĢadıqları yerlə rə, oradan isə Ermənistana getmiĢdi.  

Ġsa peyğəmbərin digər Ģagirdi, Ġncilin müəlliflərindən biri hes ab edilən

 

1



 Həvari  və ya apostol - Ġsa peyğəmbərin 12 Ģagirdinin  - köməkçisinin hər birinə 

verilən ad 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə