Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə42/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   38   39   40   41   42   43   44   45   ...   215

89 

həvari Matfey  Ekbatan (qədim  Həmədan), Rey  və Damağanda təbliğat aparmıĢdı. 

Babilistanda  xristianlığı  yay mağa  çalıĢan  həvari  Pyotrdan  sonra  həvarilərdən 

Faddeyin Ģagirdi A xay burada dini təbliğatı davam etdirmiĢ,  Edessaya qayıtdıqdan 

sonra  öz  yerinə  müəllimi  Faddeyin  baĢqa  bir  Ģagirdi,  Selev kiyə  -  Ktesifon  Ģəhə-

rində  yepiskop  kafedrasının  təsisçisi  sayılan  Marini  təyin  etmiĢdi.  Bu  kafedra  öz

əhəmiyyətinə  görə  o  dövrün  xristian  dünyasında  mühüm  yer  tutur,  onun 

yepiskopları  isə  Roma,  Antakiya,  Ġsgəndəriyyə  və  Karfagen  yepiskopları  ilə  bir

səviyyədə sayılırdı. 

Parfiya və Sasani dövlətlərində (o cümlədən Adurbadaqanda) xristian icmaları

təkcə Ġncil təliminin yayılması hesabına deyil, bu ərazidə çoxdan bəri yaĢayan xristian-

suriyalılara görə yarandı. Sasanilərin fəal xarici siyasəti nəticəsində xristian əhalisi olan

torpaqların  (Suriya,  Kilikiya,  Kappadokiya)  iĢğal  edilməsi  də  imperiyanın  xristian 

əhalisinin  sayını  artırdı.  ĠĢğal  edilmiĢ  yerlərdən  müxtəlif  sənətkarların  imperiyanın

baĢqa Ģəhərlərinə köçürülməsi siyasəti də Sasanilər dövləti ərazisində xristian əhalinin

sayının artmasına səbəb oldu. 

Katolikosun  oturduğu  Ktesifon  Ģəhərinin  yerləĢdiyi  Bet  Arameye  (Qədim

Babilistan)  imperiyanın  əsas  vilayəti  idi.  Bundan  sonra  iyerarxiya  sırası  ilə

arxiyepiskopluqlar

1

 gəlirdi. Mənbələr Ġrbil, Həzz, AĢur və Mosul arxiyepiskopuna tabe



olanlar  sırasında  Azərbaycan  yepiskopunun  da  adını  çəkirlər.  Bu  arxiyepiskop  kato -

likosun seçilməsi və təyin edilməsində iĢtirak edən arxiyepiskoplar sırasında idi. Siryani

mənbələrin  məlu matına  görə,  Arran  (Albaniya)  yepiskopluğu  belə  hüquqa  malik 

deyildi. 

484-cü ildə çağırılmıĢ Bet Lapat (CundiĢapur, sonralar ġahabad) məclisində

Sasani dövlətinin xristian kilsəsi nestoriliyi qəbul etdi. 

Bu  təriqətin  əsasını  qoyan  Antakiya  keĢiĢi  Nestorinin  428-ci  ildə

Konstantinopol  patriarxt  seçilməsi  yerli  kilsə  xadimlərinin,  eləcə  də  Ġsgəndəriyyə

kilsəsinin  narazılığına  səbəb  olmuĢdu.  Antakiya  ilahiyyat  məktəbinin  ardıcılı  olan 

Nestori  ortodoksal  xristianlıqla  konfliktə  girərək  bu  məktəbin  təlimini  təbliğ  edirdi.

Onun  patriarxlığı  dövründə  Ġsanın  təbiəti  haqqında  baĢlanan  mübahisələrdə  Nestori

Ġsada  ayrı-ayrılıqda  insan  və  ilahi  təbiətlərin  mövcud  olduğunu  qəbul  edirdi.  Onun 

fikrini  Asiya,  Pont və  Suriya  yepis kopları  müdafiə  edirdilər.  Suriya  əhalisi  Nestorinin

təlimini vergi zülmünə qarĢı etirazlarına bayraq etdilər. Bizansda təqib edilən nestorilər

ġərqə qaçdılar. Ġran xristianlarının Edessada təsis etdikləri  məktəb onların sığınacağı, 

sonralar  isə  təlimlərinin  baĢlanğıc  yeri  oldu.  Bu  məktəbdə  Sasani  imperiyasının  hər

yerindən, o cümlədən, görünür, Azərbaycandan gəlmiĢ xristian balaları təhsil alırd ılar. 

Mənbələrin  məlumatına  görə  Albaniyanın  da  daxil  olduğu  Adurbadaqan

kustunun  (caniĢinliyinin)  tarixi  Azərbaycana  aid  ərazisində  ġərqi  Suriya  kilsəsinin 

aĢağıdakı yepiskopluqları vardı: Partav - V əsrdən, Paytakaran - VI əsrdən, Adurbadaqan - 

V əsrdən, Qanzak - V əsrdən, Urmiya - IV əsrdən, Sələmas - XIII əsrdən, Marağa - XIII 

1

 Arxiyepiskop  – yüksək dini rütbələrdən biri; pravoslav kilsəsində baĢ yepiskop;



arxiyepiskopluq - arxiyepiskopa tabe ərazi. 


90 

əsrdən, Təbriz - XIII əsrdən, UĢnu - XIII əsrdən, Muğan - VIII əsrdən, 800-cü ildən isə

mitropoliya. 

Azərbaycanda  xristianlıq  haqqında  ən  erkən  məlu mat  verən  V  əsrin 

əvvəllərinə dair, yuxarıda adını çəkdiyimiz, sinod sənədlərində katolikos Mar Yabalaha

dini cəhətdən tabe olan vilayətlər sırasında Arran, Azərbaycan, Ġberiya və Ermənistan da

vardır. 

Mənbələr  V-VII  əsrlərdə  Adurbadaqanda yepiskopluq  etmiĢ  bir neçə kilsə

xadiminin  adlarını  çəkir.  Bunlardan  "Qanzakın  və  Adurbadaqanın"  yepiskopu  Osiy

(Yelisey)  486-cı  ildə  patriarx  Akak  tərəfindən  çağırılmıĢ  kilsə  məclisində  iĢtirak 

etmiĢdi.  Məclisdə  qəbul  edilmiĢ  aktı  imzalayanlar  arasında onun  da  qolu var:  "Mən

Azərbaycanda olan Qanzakın yepiskopu Osiy, burada yazılanlarla həmrəyliyimi bildirir,

öz qolumu və möhürümü qoyuram". 

Osiydən sonrakı yepiskoplardan Ġohannın imzasını katolikos I Mar Abanın

(536-552) 544-cü ilə aid məktublarında görmək olur. O zaman I Mar Aba Adurbadaqan

rustaqlarından olan Peraxravarın (Burxuvarın)  bir  kəndində  sürgündə  idi.  549-550-ci 

ilin qıĢında obu kəndi tərk edərək, I Xosrovun hüzuruna yollanmıĢdı. Onu Azərbaycan

yepiskopu Ġohann müĢayiət edirdi. Ġohanndan sonra Melxisidək Adurbadaqan yepiskopu

olmuĢdur. 544-cü ildə Mar Ġosifin (552-567) patriarxlığı dövründə çağırılan sinodun 

qərarlarını imzalayanlar arasında onun da adı vardır.  

Azərbaycan yepiskopu XenaniĢo 605-ci ildə Qriqorinin katolikos seçkisində

iĢtirak etmiĢdir. Yerli də olsa, görünür, sonralar yaranmıĢ ənənəyə görə Urmiya Ģəhəri 

ərazisində hələ apostolların vaxtında xristianlıq meydana gəlmiĢdi. Rəvayətə görə, bu

Ģəhərdə  hələ  165-ci  ildə  tikilmiĢ  Mart  Məryəm  ("Xanım  Məryəm")  kilsəsi  var  idi.

Lakin  mənbələrdə  bu  gün  də  əllidən  artıq  nestori  kilsəsinin  olduğu  Urmiya  ətrafı 

ərazidə,  eləcə  də  UĢnu,  Sələmas,  Su lduz,   Marağa  və  Təbriz  xristian  kilsələri

haqqında mötəbər məlu mat yalnız XIII əsrə aiddir. 

Mənbələr  VI  əsrin  birinci  yarısında  Qanzak  yepiskopluğu  ilə  yanaĢı, 

Paytakaran  yepiskopluğunun  da  adını  çəkirlər.  Tarixən  məlumdur  ki,  V  əsrin 

sonunda,  alban  hökmdarı  III  Vaçaqanın  hakimiyyəti  illərində  Paytakaran  alban

vilayəti  olur,  VI  əsrdə  isə  burada    alban    katolikosluğunun  tabeçiliy ində    olan  

yepiskopluq  yaradılır.  Albaniya  katolikosu  Ter  Abasın  (551-596)  patriarxlığı 

zaman ı  Paytakaranın  yepiskopu  Timofey  olmuĢdu.    Mənbələrin  məlumatına  görə,

bu  dövrdə  Cənubi  Qafqazda,  o  cümlədən  Albaniyada  nestorilik  təlimi  geniĢ  intiĢar 

tapır; hətta  alban  katolikosluğu  bu  təlimə  qarĢı  mübarizə  aparmaq  məcburiyyətində

qalır. Mənbələr bu dövrdə Paytakaranda nestori təliminin tərəfdarı olan yepiskopluğun

yaranması  haqqında  məlu mat  verir,  bu  təlimin  ard ıcıllarının  çağırdığı    544-cü    il  

sinodunun  aktlarına  qol  çəkən  iki  Paytakaran  yepiskopu  -  Ġohann  və  Ġakovun

adlarını çəkirlər. 

Nestori  təliminin  ardıcılı  olan  katolikos  I Timofeyin  (780-825)  cəhdi  ilə  VIII

əsrin lap sonlarında Muğanda da yepiskopluq təsis edildi. Rahib Ġliya yepiskop seçildi. 

Mənbədəki  məlumata  görə,  yepiskopluğu  qəbul  edən  Ġliya  ticarət  karvanına  qoĢulub 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə