Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə44/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   40   41   42   43   44   45   46   47   ...   215

94 

yaĢayıĢ  məskənləri  Ģəhərlərə  nisbətən  daha  yığcam  əraziyə  malik  olmaları  ilə

fərqlənir. 

Kənd  tipli  yaĢayıĢ  məskənləri  az-çox  Quba  -  Xaçmaz  bölgəsində  qeydə 

alınmıĢ və qismən tədqiq olunmuĢdur. Böyüktəpə,  Xucbala, Ku xuroba, Salmantəpə,

Qursantəpə,  Cağar,  ġamiltəpə,  Enıx  bunlara  misal  ola  bilər.  Kənd  yaĢayıĢ

məskənlərində mədəni təbəqə qalıqları seyrək səpələnmiĢ və orta hesabla 1-1,5  m-dən 

qalın  deyil.  Bəzi  abidələrdə  (Qızılgültəpə,  ġamiltəpə  -  Qusar  rayonu) süni müdafiə

köbərlərinə də təsadüf olunmuĢdur. 

ġəhərlərdə  və  Ģəhər  tipli  yaĢayıĢ  məskənlərində  bir  neçə  vel  yaxud  qarıĢıq

qəbirli 

qəbiristanlıqlara  təsadüf 

olunursa, 

kənd  yaĢayıĢ 

məskənlərindəki 

qəbiristanlıqlarda qəbirlər daha yeknəsəqdir. 

Albaniya  ərazisində  ilk  orta  əsrlərə  aid  xristian  məbədləri  (Qax  rayonu  Qum

kəndi,  Qəbələ  rayonu  Böyük  Əmili  kəndi,  Mingəçevir,  Dağlıq  Qarabağda  Amaras, 

Ağdamda  Govurqala  və  s.),  istehsalat  ocaqları,  alban  və  pəhləvi  yazıları,  daĢ  bütlər,

ĢüĢəəridən və dulus kürələri və müxtəlif tip qəbiristanlıqlar qazılıb öyrənilmiĢdir.  

Azərbaycanın Ģimal-Ģərq  ərazisində  aparılan  axtarıĢlar  nəticəsində  müəyyən

edilmiĢdir  ki, burada  ilk orta əsrlərdə  intensiv  yaĢayıĢ olmuĢdur.  Xüsusilə  dəniz  sahili

boyu ərazidə yaĢayıĢ məskənlərinin sayı çoxalmıĢ, onların dağətəyi və dağlıq rayonlarla 

əlaqəsi artmıĢdır.  Qusar  rayonundakı  Yusifxantəpə və  Qızlartəpə,  Quba    rayonunda

Sandıqtəpə və  Dəvəçi  rayonunda Almastəpə dövrün ən   səciyyəvi  yaĢayıĢ  məskənləri

hesab edilir. Abidələrin, adətən, təpə  üstündə yerləĢən əsas yaĢayıĢ məskəni və onun 

ətrafında  qrup  Ģəklində  səpələnmiĢ  məskənlərdən  ibarət  olduğu  müəyyən  edil- 

miĢdir.  Əsas  yaĢayıĢ  məskəni  daha  möhkəm  mövqedə  olmaqla,  bir    növ,  ətraf

məskənlərin  mərkəzi  kimi  özünü  büruzə  verir.  Cənubi    Azərbaycanda  ġiz  Ģəhər  və 

məbəd  kompleksi  aĢkar  edilmiĢ,  burada  məĢhur  AdurquĢnasp    məbədinin    qalıqları 

tədqiq  olunmuĢdur, Mərkəzi günbəzli bina, kiçik günbəzli əlavə binalar, sütunlu zal,

sütunlu həyət, eyvan və digər tikililər aĢkara çıxarılmıĢdır. 

Dövrün  əsas  qəbir  abidələrindən  sadə  torpaq  qəbirlər,  demək  olar  ki,

Azərbaycanın  bütün  bölgələrində  yayılmıĢdır.  DaĢ  quru  qəbirlərə  dağ  rayonlarında,

katakombalara  Mingəçevir,  Qəbələ,  Qusar,  Qax  rayonlarında,  quyu  və  küp  qəbirlərə 

ġamaxıda,  xristian  qəbirlərinə  əsasən  dağ  rayonlarında  -  Albaniyanın  cənub  və  qərb

bölgələrində  təsadüf  olunur.  Qəbir  materialı  kimi  daĢ  və  biĢmiĢ  kərpicdən,  ağacdan,

dövrün sonlarında isə daĢ sarkofaqlardan istifadə olunmuĢdur. Qəbirlər tikinti materialı, 

qəbir  quruluĢu və  avadanlığına görə  müxtəlif  olsalar da onlardakı  maddi-mədəniyyət

qalıqlarında ü mu mi cəhətlər ço xdur. 

Qeyd edək ki, ilk orta əsrlərdə qəbirlərə avadanlıq qoymaq xeyli azalmıĢ və

dövrün  sonunda,  demək  olar  ki,  aradan  çıxmıĢdır.  Buna  baxmayaraq,  qazıntılar 

nəticəsində ilk orta əsr yaĢayıĢ yerləri və qəbirlərdən müəyyən qədər əĢyavi materiallar

əldə  edilmiĢdir.  Bunların  əksəriyyətini,  əlbəttə,  dulusçuluq  və  az-çox  ĢüĢəçilik, 

metaliĢləmə və daĢiĢləmə sənətinə aid materiallar təĢkil edir. 

Antik dövrdə olduğu kimi,  ilk orta əsrlərdə də əhalinin təsərrüfat və məiĢət 




95 

həyatında  aparıcı  rolu  metal  oynamıĢdır.  Azərbaycanda  ilk  orta  əsrlərdə  metal  emalı

haqqında az da olsa yazılı mənbələr  xəbər  verir.  Bəzi  rayonlarda  metaləridən  kürələrin

olduğunu geoloji axtarıĢlar da təsdiq etmiĢdir. Məlum olmuĢdur ki,  metalın ilkin emalı 

filiz  yataqları  yaxınlığında  və  ağac  kömürün  bol  olduğu  yerlərdə  aparılmıĢdır.  Lakin

metalın  sonrakı  iĢlənməsi  Ģəhərlərdə də  həyata  keçirilmiĢdir.  Beyləqanda,  Qəbələdə,

ġamaxıda  ilk  orta  əsr  təbəqələrindən  külli  miqdarda  dəmir  Ģlakları  tapılmıĢdır. 

Mingəçevirdən  dəmir  xaç  tökmək  üçün  qəlib  məlumdur.  Bunlar  həmin  Ģəhərlərdə

dəmirçi  kürələrinin  və  metal  əĢya  istehsalının  mövcud  olduğunu  xəbər  verir.  Çox

təəssüf  ki,  qazıntılarda  metal  əĢyaların  özləri  az  tapılır.  Bunun  bir  səbəbi  metalın 

torpaqda  pis  qalmasıdırsa,  digər  səbəbi  iĢlənmiĢ  əĢyanın  yenidən  emal  edilməsi,

ondan təkrar istifadə olunmasıdır. Beyləqan qazıntılarının ilk orta əsr təbəqəsindən bizə

dəhrə,  ox  ucluğu,  mismar,  Mingəçevirdən  xıĢ  gavahının hissəsi,  oraq, dəryaz,  dəmir 

toxa,  oraqvari  bıçaqlar,  qoyun  qırxmaq  üçün  qayçılar,  sayırğa,  nizə  və  ox  ucluqları

məlumdur.  Arxeoloji  qazıntılar  zamanı  xeyli  metal  (dəmir,  tunc və gümüĢ) qab-qaçaq

qalıqları da əldə edilmiĢdir. Bunlar boĢqab, cam, sərnic, lüləyin, vedrə, qaĢıq, qayıqvari 

qablar,  külqabı  və  s.-dən  ibarətdir.  Ən  çox  təsadüf  edilən  metal  -  bəzək  əĢyalarıdır.

Tuncdan  düzəldilən  mü xtəlif  bilərziklər,  muncuqlar,  toqqa  baĢlıqları,  halqalar,

sancaqlar,  qaĢlı  və  qaĢsız  üzüklər,  asmalar,  zınqırovlar,  ağac  və  qayıĢ  üçün  üzlük 

hissələri və s. belə tapıntılardandır. Bunlardan bəziləri yüksək ustalıq və bədii  zövqlə

hazırlan mıĢdır. Bir ədəd tunc qartal fiquru orijinal forması ilə nəzəri cəlb edir. 

Qiymətli metallardan düzəldilmiĢ bəzək əĢyaları - üzük, bilərzik, sırğa, düymə

və s. daha zərifdir və gözəlliyi ilə seçilir. Qazıntılardan tapılmıĢ zərgər əmək alətləri - 

kiçik  maĢa,  qaĢıq,  tərəzi,  məhək  daĢı  həmin  bəzəklərin    yerli    istehsalından  xəbər

verir.Tökmə və döymə üsulu ilə hazırlanmıĢ bəzək əĢyalarında simvolik  məna daĢıyan 

iĢarələrə,  təsvirlərə  təsadüf  olunur.  Kiçik  insan  fiqurlarına  belə  rast  gəlinir.

Mingəçevirdən bir  neçə  ədəd  ilk  orta  əsrlər üçün səciyyəvi hesab  edilən qanadlarının

ucunda  ikipər  dairəvi  düyməsi  olan  xaçlar  tapılmıĢdır.  Tapıntılar  içərisində  gətirilmə 

metal əĢyalara da təsadüf olunur. Bunlardan ġamaxı gümüĢ camı xüsusi maraq doğurur.

Camda dağ keçisi ovlayan atlı böyük ustalıqla və bədii zövqlə təsvir edilmiĢdir. Cam III

əsrin sonu - IV əsrin əvvəllərinə aiddir. Mingəçevirdən, Torpaqqaladan (Qax rayonu) və 

Qubadan da nadir gümüĢ qablar əldə ed ilmiĢdir.  

Ġlk  orta əsrlərdə,  əvvəlki dövrlərdə olduğu  kimi,  arxeoloji  qazıntı  materialının

əsas  kütləsini  saxsı  qablar  təĢkil  edir.  Bunun  səbəbi,  onların  sındıqdan  sonra  təkrar 

istehsal üçün yararsız olması və torpaqda nisbətən yaxĢı  qalması  ilə  izah  edilir.  Antik

dövrdə  olduğu  kimi,  bu dövrdə  də hələ ayaq dulus  çarxından demək  olar  ki,  istifadə

olunmurdu; tək-tək  hallarda,  o  da  ilk  orta  əsrlərin sonlarında,  dulus çarxından  istifadə 

olunaraq hazırlanmıĢ qablara təsadüf olunur. Belə bir çarxın nümunəsi ġamaxı rayonundan

tapılmıĢdır. Lakin bu dövrdə gilinin və biĢirilmə keyfiyyətinin nisbətən yaxĢılaĢmasına

baxmayaraq,  ümumiyyətlə,  dulusçuluq  sənətində  tənəzzül,  geriləmə  olduğu  nəzərə 

çarpır.  Qabların  formaları  kobudlaĢır,  çeĢidi  azalır,  naxıĢları  sadələĢir,  uzunburun,

süzgəcli  və hündür ayaqlı  qabların  formalarında sadəliyə  doğru  dəyiĢikliklər  baĢ verir 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə